Pentaqon Ukraynaya uzaqmənzilli raketlərin verilməsinə qarşıdır
Dərc olunub:
17-09-2022, 10:28
Pentaqonun yüksək rütbəli rəsmiləri Ukraynaya daha uzun mənzilli raketlərin verilməsinə qarşıdır.
Bu barədə NBC məlumat yayıb.
“Bayden administrasiyası Rusiyanın təhlükəli reaksiyasına səbəb ola biləcəyindən qorxaraq Ukraynaya bu raketlərin verilməsi tələbini rədd edib. Pentaqonun yüksək səviyyəli rəsmiləri də bu fikrə qarşıdır”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, rəsmilərin fikrincə, Ukraynanın Rusiyadakı obyektlərə ATACMS ballistik raketləri ilə vurması eskalasiyaya səbəb ola bilər.