"Qalaaltı"da yüksək bal toplayan tələbələrlə görüş keçirilibBu gün Şabran və Siyəzən rayonundan olan, yüksək bal toplayaraq, artıq tələbə adını qazanan məzunlarla QALAALTI HOTEL SPA mərkəzində, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev məzunlara bundan sonraki həyatlarında və tələbəlik illərində uğurlar arzulayıb

Daha sonra tədbirdə Şabran və Siyəzən rayonu üzrə Millli Məclisin deputatı hörmətli Sadiq Qurbanov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev, sektor müdirləri Emin Mövsümov, Qələmşah Dostuyev, Aynurə Dadaşova, ATİAHİ-nın Şabran və Siyəzən rayon komitə sədrləri Seymur Qədəşov, Gülər xanım, Şabran və Siyəzən rayonları üzrə YAP təşkilatının sədrləri Mehdi Balabəyov, Samir Baxşıyev, Şabran rayon İcra Hakimiyyəti başçısının müavini Natəvan Mustafayeva və İnci mağazalar şəbəkəsinin rəhbəri hörmətli Mikayıl müəllim, yüksək bal toplayan məzunlarla, eyni zamanda Şabran şəhər M. Nəzirov adına 4 nömrəli tam orta məktəbin məzunu olan, respublika birincisi, qızıl medal qazanan Cəbrayılov Hikmət Səxavət oğlu ilə xatirə şəkilləri çəkdiriblər, onlara öz arzularını bildiriblər və məzunlara qiymətli hədiyyələr təqdim olunub..

Görüş hamının iştirakı ilə səmimi bir çay süfrəsi arxasında davam edib.





Mirmahmud Mirəlioğlu səhhətilə bağlı təcili Türkiyəyə getdiKlassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun səhhətində problem yaranıb.

Avrasiya.net xəbər verir ki, bu barədə APA-ya siyasətçinin yaxını məlumat verib.

Bildirilib ki, bir müddətdir, müxtəlif xəstəliklərdən əziyyət çəkən M. Mirəlioğlu müayinə və müalicə üçün Türkiyəyə gedib.

O, Türkiyəyə ailə üzvləri ilə birlikdə yollanıb.

KXCP sədrinin səhhətində problemlərin ciddi olduğu bildirilir.
Bərdədə 3 nəfərdə qarayara xəstəliyi aşkarlandıSentyabrın 1-də Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb.

Bu barədə Avrasiya.net-ə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib.

TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. 01.09.2022-ci il tarixdə xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicələri davam edir.

Onların vəziyyətləri stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub.

Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
Partiya sədrinin oğlunu həbs ediblərGürcüstan Naminə Siyasi Partiyasının sədri Fazil Əliyevin oğlu Toğrul Əliyev 7 aydır ki, həbs edilib.

Avrasiya.net xəbər verir ki, bunu "Xalq Cəbhəsi"nə partiya sədri deyib.

Onun sözlərinə görə, oğlu Ukraynada Universiteti bitirdikdən sonra, 2020-ci ilin payız aylarında Gürcüstana qayıdıb: "Oğlum Azərbaycan vətəndaşıdlr, bura gələndən sonra bir ermənini üzünə durdular, şərləyib həbs etmək istəyirdilər. Heç bir əsas gətirə bilmədiklərindən cərimə etdilər. İkinci dəfə narkotik satanları üzünə durdular ki, guya oğlum onları döyüb pullarını əllərindən alıb. Polis heç bir şshiddın izahat belə almayıb, elə özləri onların yerinə izahat yazıb imzalayıblar. İşi məhkəməyə göndəriblər. Konsulluğun nümayəndələri məhkəmə prosesində iştirak edib və polisin gətirdiyi bütün dəlillər sübuta yetirilməyib. Sadəcə bu bir oyundur".

F.Əliyev deyib ki, Gürcüstanda davaya görə heç kimi həbs etmirlər, sadəcə cırimələyirlə. Amma oğlunu hansı yolla olursa olsun həbs etmək ustəyirlər: "İndi də deyirlər ki, Toğrul kriminal aləmin üzvüdür. Bütün bunlar mənim siyasi fəaliyyətimlə bağlıdır. Bütün instansiyalara müraciət etmişəm, baxan yoxdur. Yalnız bizim Gürcüstandakı səfirliyimizin dəstək görürəm. Gürcüstan Şevardnadzenin dönəminə qayıdır. İnsan haqları, azadlıqları tapdanır".
“Azərbaycan mediası islahatların yeni mərhələsinə qədəm qoyub”“Azərbaycan mediası müasir çağırışlara uyğunlaşmaq və daha çevik reaksiya vermək üçün islahatların yeni mərhələsinə qədəm qoyub”.

Avrasiya.net xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Azərbaycan nümayəndə heyətinin rəhbəri Əhməd İsmayılov Həştərxanda keçirilən “Biznes jurnalistikası və işgüzar kommunikasiyalar” adlı Xəzər Media Forumu zamanı bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 12-də “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalayıb. Bununla media sahəsində islahatların yeni mərhələsi başlayıb. Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsinə dövlət dəstəyinin göstərilməsi bizim üçün mühüm istiqamətlərdən biridir. Bu məqsədlə, o cümlədən media sahəsində digər istiqamətlərin inkişafı və müvafiq layihələrin həyata keçirilməsi üçün bu fərmana əsasən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi yaradılıb”, - o vurğulayıb.

O xatırladıb ki, bu il iyulun 22-də Azərbaycan mediasının nümayəndələri Şuşada Beynəlxalq Media Forumu keçirməklə peşə bayramlarını qeyd ediblər: “Şuşada keçirilən Beynəlxalq Media Forumunda dünyanın 20-yə yaxın ölkəsindən xarici mətbuat nümayəndələri və ekspertlər, həmçinin beynəlxalq təşkilatların media sahəsində təmsilçiləri ilə müasir media mühitinin aktual problemləri ətrafında fikir mübadiləsi apardıq”.

Onun sözlərinə görə, Azərbaycanda media sahəsinin inkişafında mühüm amillərdən biri bu il fevralın 8-də qüvvəyə minmiş “Media haqqında” Qanundur: “Bu qanunda çap mediası və internet mediası subyektlərinin fəaliyyətinin yaxşılaşdırılması üçün bir sıra mütərəqqi normalar müəyyən edilir. Bundan əlavə, dövlət başçısı bu il fevralın 8-də ipoteka kreditlərinin verilməsi qaydalarında dəyişiklik edib. Nəticədə bu sahədə müəyyən təcrübəyə malik jurnalistlər, o cümlədən gənc ailənin üzvü olan jurnalistlər mənzil almaq üçün dövlət dəstəyi ilə verilən güzəştli ipoteka kreditindən istifadə etmək hüququna malik olub”.

Ə.İsmayılov deyib ki, xarici təşkilatlarla etibarlı əməkdaşlıq əlaqələrinin qurulması da media sahəsinin inkişafında mühüm rol oynayır: “Azərbaycan mediası həm beynəlxalq platformada, həm də ikitərəfli münasibətlər vasitəsilə əlaqələri genişləndirir. Bu mənada Xəzər regionu ölkələrinə xüsusi diqqət yetirilir”.

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Xəzər Media Forumu çərçivəsində regional səviyyədə informasiya fəaliyyəti və əməkdaşlıq məsələsinin müzakirəsinin vacibliyini vurğulayıb: “Əminik ki, rəsmilərin, media ekspertlərinin, ictimai xadimlərin və jurnalistlərin iştirakı ilə başlayan Xəzər Media Forumu media və kommunikasiya sahəsində müasir problemlərin müzakirəsi, müvafiq həll yollarının axtarışı baxımından mühüm əhəmiyyət kəsb edəcək”.
Prezidentin vəzifədən çıxardığı rektoru o əvəz edəcəkAzərbaycan Dövlət Aqrar Universitetinə rektor vəzifəsini icra edən təyin olunub.

Avrasiya.net xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə universitetin ümumi işlər üzrə prorektoru Zəfər Qurbanov gətirilib.

O, universitetin kollektivinə təqdim edilib.

Qeyd edək ki, sentyabrın 6-da Prezident İlham Əliyevin sərəncamı ilə İbrahim Həsən oğlu Cəfərov Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsindən azad edilib. O, 2013-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsində çalışırdı.
Bakıda iki yeniyetmə itkin düşübBakıda daha iki yeniyetmə itkin düşüb.

APA xəbər verir ki, Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Vüsal Mumcu, Əmircan qəsbəsində yaşayan 2011-ci il təvəllüdlü Ülvi Hacızadə itkin düşüb.

Hər iki yeniyetmənin tapılması ilə bağlı Suraxanı rayon Polis İdarəsində araşdırmalar aparılır.
Rusiyaya İran PUA-sı satana sanksiya tətbiq edildiABŞ Rusiya-Ukrayna müharibəsində Kremlə İran PUA-sının satılmasını koordinasiya edən şirkətə sanksiya tətbiq edib.

Bu barədə ölkə mediasında məlumat yayılıb.

“ABŞ Maliyyə Nazirliyi “Safiran Airport Services”ə qarşı sanksiya tətbiq edib”, - məlumatda deyilir.

İddia olunur ki, Rusiya yüzlərlə “Mühacir-6” və “Şahid” dronunu almağı planlaşdırıb.
İlham Əliyev kraliçanın vəfatı ilə bağlı başsağlığı verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Elizabet Trasa başsağlığı məktubu göndərib.

Avrasiya.net məktubun mətnini təqdim edir:

"Hörmətli xanım Baş nazir,

Görkəmli dövlət başçısı – Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

XX əsrin ikinci yarısından etibarən adını dünya tarixinin səhifələrinə şərəflə həkk etmiş, Birləşmiş Krallığın taleyində müstəsna rol oynamış Ülyahəzrət Kraliça II Elizabet görkəmli şəxsiyyət, xalqının parlaq siması idi.

Bütün həyatını ölkəsinin yüksəlişinə fədakarcasına həsr etmiş Kraliça ümummilli mənafelərə ürəkdən bağlılığı, xalqına təmənnasız xidmət, dövlətə hədsiz sədaqət nümunəsi ilə milyonlarla həmvətənlərinin qəlbində əbədi abidə ucaltmışdır. Yeddi onillik ərzində Kraliçanın ali dövləti fəaliyyəti ona haqlı olaraq bütün dünyada böyük nüfuz, dərin hörmət və ehtiram qazandırmışdır.

Bu ağır itki ilə əlaqədar Sizə, Kral ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".