Rusiyaya İran PUA-sı satana sanksiya tətbiq edildi
Dərc olunub:
9-09-2022, 11:10
ABŞ Rusiya-Ukrayna müharibəsində Kremlə İran PUA-sının satılmasını koordinasiya edən şirkətə sanksiya tətbiq edib.
Bu barədə ölkə mediasında məlumat yayılıb.
“ABŞ Maliyyə Nazirliyi “Safiran Airport Services”ə qarşı sanksiya tətbiq edib”, - məlumatda deyilir.
İddia olunur ki, Rusiya yüzlərlə “Mühacir-6” və “Şahid” dronunu almağı planlaşdırıb.