Xurşidbanu Natəvana həsr olunan kitabın təqdimatı keçirilibBərdə rayon Mədəniyyət Mərkəzində Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş, müəllifləri millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli olan “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitablarının təqdimatı keçirilib.

Təqdimatda şəhid ailələri, qazilər, regional idarə üzrə Bərdə, Tərtər, Yevlax rayonlarından, o cümlədən Mingəçevir şəhərindən olan mədəniyyət işçiləri, Bərdə regional “ASAN xidmət” mərkəzinin direktoru İlahə Quliyeva, Asan könüllülər, millət vəkili Qənirə Paşayeva, millət vəkili Fatma Yıldırım, “Türk Ədəbiyyatı” dərgisinin baş redaktoru, yazıçı-tərcüməçi İmdat Avşar, Türkiyədəki “Əhməd Yəsəvi Dərnəyi”nin rəhbəri Fatma Sönməz, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin könüllüləri, Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, tədbirə dəvət olunmuş fəxri qonaqlar iştirak edib.

Tədbir başlamazdan öncə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların əziz xatirəsini dərin ehtiramla yad etmək məqsədilə Bərdə rayonunda yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib, şəhidlərin məzarı önünə gül dəstələri düzülüb.

Tədbiri Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova açaraq tədbir iştirakçılarını salamlayıb, XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ictimai xadim Xurşidbanu Natəvanın zəngin bədii yaradıcılığından bəhs edib.

Sonra millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli tərəfindən “Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabı iştirakçılara təqdim olunub.
Vurğulanıb ki, təqdim olunan kitabın Azərbaycanda ilk təqdimatı məhz Bərdə Regional Mədəniyyət idarəsində keçirilir. Kitab bir tərəfdən də Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə kimi görkəmli Azərbaycan şairələrinin yaradıcılığına verilən qiymətdir və bu tarixi simaların tarixi şəxsiyyət kimi ucalığını tərənnüm edir.
“Qarabağdan doğan günəş və ay-Xurşidbanu Natəvan və Fatimə xanım Kəminə” kitabında şairələrin bioqrafiyaları və dünya görüşləri, eləcə də poeziya yaradıcılıqlarından nümunələr əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır.
Nazirlikdən “WhatsApp”la bağlı XƏBƏRDARLIQAzərbaycanda vətəndaşların “WhatsApp” hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

Avrsaiya.net xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir.

Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar ölkə ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil. Həmçinin qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə “WhatsApp” mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib. Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib.

Həmçinin “WhatsApp” mobil tətbiqinin şübhəli istifadəçi hesablarını bloklaması halları da müşahidə olunur. Bloklanmış istifadəçi hesablarını “WhatsApp” 24 saat ərzində nəzərdən keçirir və hər hansı şübhəli hal aşkarlanmadıqda tətbiq edilmiş məhdudiyyəti aradan qaldırır.

Vətəndaşlara “WhatsApp” mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilir. Təlimatla bu linkə keçid edərək tanış olmaq mümkündür.

Həmçinin bu hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.

Hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.
Azərbaycanda siyasi partiya üzvlərinin reyestri aparılacaqAzərbaycanda siyasi partiyalara üzvlərinin reyestrini aparmaq məcburiləşdirilir.

Avrasiya.net-in xəbərinə görə, bu, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantında əksini tapıb.

Layihədə qeyd edilib ki,siyasi partiya üzvlərinin reyestrini (adı, soyadı, atasının adı, həmçinin fərdi identifikasiya nömrəsi, doğulduğu tarix, qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı (olduğu halda) və əlaqə telefon nömrəsi göstərilməklə) aparacaq.
Azərbaycanda ata evdən qaçan qızını öldürdü - TəfərrüatAzərbaycanda itkin düşən qadının meyiti tapılıb.

Report  xəbər verir ki, Abşeron rayonun da aşkarlanan meyitə baxış keçirilən zaman Ağsu sakini Aybəniz Abdullayevanın atası tərəfindən qətlə yetirildiyi məlum olub.

Daha sonra ata hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

***

Abşeron rayonunda qadının qətli ilə bağlı yeni təfərrüat məlum olub.

Məlumata görə, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayev sentyabrın 2-də Ağsu rayonundan, ərinə məxsus evdən qaçaraq Abşeron rayonunda tanıdığı şəxsin evində qalıb.

Daha sonra onun atası Nazim Əliyev qızını axtarmağa başlayıb. Bu gün səhər saatlarında ata qızının yaşadığı evi taparaq onu öldürüb.

Məlumata görə, A.Abdullayevin bir azyaşlı övladı var.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

***

Sentyabrın 7-i saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunub, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Bu barədə rayon prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.
Rusiyanın polkovnik-leytenantı əsir düşdü - VideoUkrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantını əsir götürüb.

Bu barədə sosial şəbəkədə müvafiq video yayılıb.

İlkin məlumata görə, yüksəkrütbəli zabit Xarkov istiqamətində tutulub.

Videoda onunla yanaşı, daha bir hərbçinin də əsir götürüldüyü nümayiş etdirilib.

Əsir götürülən polkovnik-leytenantın adı açıqlanmayıb.


"ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsi uğurla davam edir"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da “Şuşa İli”nə həsr edilmiş silsilə tədbirlərin təşkili” adlı layihəsi çərçivəsində “Şuşa mənim tale şəhərim” video çarxının çəkilişinə başlamışdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olmuş "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi “ABŞ-da Şuşa ilinə həsr edilmis silsilə tədbirlərin təşkili” layihəsi uğurla davam edir.

Təşkilat layihə çərçivəsində nəzərə tutduğu fəaliyyətləri ardıcıl olaraq icra edir. Planlaşdırılmış fəaliyyətlərdən biri olan Şuşa haqqında video çarxın hazırlanmasına başlanmışdır. Video çarx “Şuşa mənim tale şəhərim” başlığı ilə ssenari hazırlanmış, video çarxın çəkiliş heyyəti formalaşmış və həmin ssenariyə uyğun olaraq işlərə başlanmışdır.

Video çarxın ssenarisində Şuşanın yaranma tarixi, mütəfəkkirləri, dövlətçilik tarixi, Şuşanın işğalı və nəhayət Şuşanın işğaldan azad olunması tarixi xronologiyası əks olunmaqla yanaşı, alimlər tərəfindən tarixi faktlar və Azərbaycanın regiondakı mövqeyi açıqlanır. Video çarx ABŞ-dakı tədbir üçün nəzərdə tutulduğu üçün İngilis dilində təqdim ediləcəkdir.

Bakı şəhəri, 01 sentyabr 2022-ci il

Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi

T: + 994 12 595 01 67

M: + 994 50 205 46 46

[email protected] - www.ekonomiks.az

Bakı ş, Nəsimi rayonu,, R.Behbudov küçəsi, AZ1014, ev № 25, mənzil №1
Bu müəllimlər işdən çıxarılacaq - NazirTəhsilverənlərin sertifikatlaşdırılması imtahanlarının ikinci mərhələsində də uğur qazanmayan və üzrsüz səbəbdən iştirak etməyən müəllimlərin əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacağıq. Bu, qanunvericiliyin tələbidir.

Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni tədris ili başlayanadək sertifikasiyanın müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır:

"Artıq müsahibə komissiyaları da yaradılıb. Müsahibə bəzi müəllimlərlə onlayn, bəziləri ilə isə üzbəüz olacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsin".

Nazir həmçinin bəzi müəllimlərin test imtahanı mərhələsində sözləri səhv yazmaları məsələsinə də aydınlıq gətirib:

"Bu, hələ ilkin nəticələrdir, problemin niyə baş verməsi araşdırılmalıdır. Yəqin ki, müxtəlif səbəblər olacaq. Əminəm ki, əsas səbəb imtahanlar ilk dəfə keçirildiyindən yaranan həyəcan olub. Gördüyümüz odur ki, imtahan mərhələsində minimal balı toplayan müəllimlərin yarısından çoxu 25-28 bal toplayıb. Hansısa 2-3 bal həmin müəllimlərin uğur əldə etməsinə mane olub. Əminəm ki, bu aradan qaldırılacaq biləcək məsələdir. Bilirik ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti il də sertifikasiya imtahanı keçiriləcək. İnanırıq ki, təkmilləşdirmə kursları həmin şəxslərə kömək olacaq, həm həyəcanlarını dəf edə biləcək, həm də lazım olan 3-5 balı toplayacaqlar".
ABŞ Rusiyanın İrəvana hərbi dəstəyini alqışladı – Millət vəkili44 günlük savaşda Rusiya Ermənistan tərəfdən müharibəyə qoşulsaydı Qərb bunu alqışlayacaqdı. Qarabağ ermənilərinin müstəqilliyini təmin edəcək Madrid prinsiplərini də onlar təqdim etmişdi. Sadəcə, Ermənistan işğal etdiyi Qarabağ ətrafındakı əraziləri boşaltmamaq üçün onu qəbul etmədi.

Avrasiya.net xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə açıqlamasında deyib.

“44 günlük savaş zamanı Azərbaycanın durdurulması üçün Makronun Putinə necə yalvarmasını, Fransa parlamentinin Qarabağdakı qondarma rejimi tanımasını da yaddan çıxarmamışıq. Birinci Qarabağ savaşında ABŞ qanlı separatizmlə və işğalla üzləşmiş Azərbaycana sanksiya tətbiq etdi. Rusiyanın Ermənistana verdiyi hərbi dəstəyi alqışladı. 1990-cı ilin 20 Yanvarında dinc insanları Bakıda gülləbaran etmiş gorbagor Qorbaçovu dəstəklədiyi kimi. Münaqişə başlayandan bu günə qədər Qərb liderləri heç vaxt deməyiblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt, heç bir formada Rusiyanın hərbi-siyasi müttəfiqi olan işğalçı Ermənistana təzyiq etməyiblər. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib Şuşaya səfərdən imtina etmək siyasi riyakarlıq deyil bəs nədir?”, - millət vəkili bildirib.

Onun sözlərinə görə, Qərbin Qarabağdakı qanlı separatizmi pisləməməsi və dəstəkləməməsilə yanaşı birbaşa Azərbaycan torpaqlarını işğal edən Ermənistana verdiyi dəstək digər sovet respublikalarında da qanlı separatizmə yol açdı:

“Ona görə də postsovet məkanında tökülən qanlarda Qərbin birbaşa məsuliyyəti var. Qərb ölkələri Moldova, Gürcüstan və Ukraynadakı separatizmi pislədikləri halda Azərbaycandakı separatizmi nəinki pisləməyiblər, əksinə, humanitar yardım adı ilə Qarabağdakı separatçı rejimə yardım ediblər. İşğalçı Ermənistana bir milyon qaçqınla baş-başa qalmış Azərbaycandan dəfələrlə çox kömək ediblər. Azərbaycana da köməyi ona görə ediblər ki, Azərbaycanın enerji daşıyıcıları Avropaya çıxarılsın, Azərbaycan Rusiyanın əyalətinə çevrilməsin. ABŞ Azərbaycana sanksiyalar tətbiq edəndə Elçibəy prezident idi. Məhz bu fakt imkan verir ki, Qərbin Qarabağ məsələsində Azərbaycana dəstək verməməsini Azərbaycanda demokratiyanın olmaması ilə ört-basdır etmək istəyənlərin siyasi riyakar olduqlarını bəyan edək. Qərb Rusiyanın bölgədən getməyini o zaman istəyər ki, Qarabağ ya müstəqil ölkə olub öz təhlükəsizliyini təmin edə bilsin, ya Ermənistana birləşdirilsin, yaxud rus əsgərlərini fransız əsgərləri əvəz etsin”.
Bakıda yaşayış binası sökülürBakıda tikilməkdə olan çoxmərtəbəli yaşayış binası qanunsuz olduğuna görə sökülür.

Avrasiya.net xəbər verir ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 998-cı məhəllə (Nəsimi rayonu, Abbas Səhhət küçəsi 13k) ünvanında yerləşən, 19 mərtəbəli “Altes Park” yaşayış kompleksinin yanında qeydə alınıb.

Hazırda əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlib və tikilmiş iki mərtəbənin söküntüsünə başlanılıb.