Rusların bir gündə 7 sursat anbarı məhv edildi - Bratçuk
Dərc olunub:
7-09-2022, 10:42
Ötən gün Ukrayna Silahlı Qüvvələri rusların 7 sursat anbarını və bir bazasını məhv edib.
Bunu Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk deyib.
“Xerson bölgəsində 5 sursat anbarı məhv edilib. Onlardan 2-si Berislav, biri Tomina Balka və biri isə Hola Pristan rayonları yaxınlığında məhv edilib. Xarkov vilayətində Ukrayna qırıcıları Balakleya rayonundakı sursat anbarını vurub. Zaporojye vilayətinin Vasilyevski rayonunda isə rusların bir sursat anbarı və bazası sıradan çıxarılıb”, - o bildirib.