Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Tvitter səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.
Tanınmış idmançı Zaur Yusifovu güllələyib qətlə yetirməkdə ittiham olunan Samir Şirəliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.

Məlum olub ki, Samir Şirəliyev Yasamal rayonu ərazisində yerləşən Ovçular mağazasından 1200 manata ov tüfəngi və patronlar alıb. Daha sonra o, Zaur Yusifovu izləyib. Hadisə günü Zaur Yusifovun olduğu kafenin qarşına gedərək onun çıxmasını gözləyib. O, gecə saatlarında çay evindən çıxıb, üzbəüzdə yerləşən mağazaya daxil olub. Mağazada olarkən onu qətlə yetirib.

Samir Şirəliyev ittihamlara münasibət bildirərkən özünü qismən təqsirli bildiyini deyib.

O, ifadəsində Zaur Yusifovu ümumi təhlükəli üsulla öldürmədiyini əksinə, mağazada satıcını görəndə güllə ona dəyər deyə atəş açmadığını bildirib.

Samir Şirəliyev vəkillərin suallarını cavablandırarkən bildirib ki, xalası oğlu Emin Səfərov hələ uşaq vaxtlarından onların dolanışığına kömək edib, qayğı göstərib: “Emin mənə həm ata, həm ana, həm də qardaş olub. O, öldürüləndə mən müharibədə idim, hərbi xidmət dövrümə düşmüşdü. Onun ölümündən hərbi xidmətdən qayıdandan sonra xəbərim oldu. Zaur Yusifov həbsdən buraxılanda qərarlaşdırdım ki, ondan qisas alacam”.

Vəkillər Samir Şirəliyevin nəzərinə çatdırıb ki, xalası oğlunun qətlinə görə daha bir nəfər – Həsən Tağıyev də həbs olunub. Ona məhkəmənin hökmüylə 18 il həbs cəzası kəsilib. Elə həmin məhkəmə Zaur Yusifovu təqsirsiz hesab edərək bəraət verib. Belə olan halda, niyə Həsən Tağıyevi yox, Zaur Yusifovu hədəf seçməsini Samir Şirəliyev bu cür izah edib: “Həsən onu təkbaşına öldürə bilməzdi. Emini öldürmək onun başı üçün deyildi. Bilirdim ki, o öldürüb, sadəcə, məhkəmə nəyə görəsə bəraət verib”.

Xatırladaq ki, hadisə bu il Nəsimi rayonu 6-cı mikrorayon ərazisində baş verib.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Samir Şirəliyev saxlanılaraq istintaqa təhvil verilib. Zaur Yusifov "Emin 444" ləqəbi ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində təqsirləndirilib. Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

Ötən ilin oktyabrında hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan olunmuş hökmə əsasən, hadisədə iştirakı sübut olunmadığı üçün Zaur Yusifova bəraət verilib.

Zaur Yusifovu qətlə yetirən Samir Şirəliyev “Emin 444” kimi tanınan Emin Səfərovun xalası oğludur.
Mehriban Əliyeva Bakıda açılışlarda iştirak etdiAvqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışında iştirak edib.

Avrasiya.net xəbər verir ki, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbin yeni binasında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Binə qəsəbəsindəki Hövsan tərəvəzçilik-südçülük sovxozunun ərazisi əhalinin sıx məskunlaşdığı yerlərdən biridir. Şagirdlər Binə qəsəbəsindəki mövcud təhsil müəssisəsinə qədər 5 kilometrdən çox məsafə qət etməli olurdular. Mövcud vəziyyət nəzərə alınaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən Binə qəsəbəsində 800 yerlik yeni məktəb binası inşa olunub, yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib.

Məktəbin üçmərtəbəli binasında sinif, laboratoriya, əmək təlimi otaqları, yeni texnologiyalar və robototexnika üzrə kabinet, informatika sinfi, hərbi hazırlıq otağı, məktəbəqədər hazırlıq sinfi, kitabxana, idman və akt zalları, arxiv otaqları, yeməkxana yaradılıb.

Eyni zamanda, açıq havada futbol meydançası salınıb, istirahət köşkləri quraşdırılıb. Məktəbin ərazisi abadlaşdırılıb və yaşıllıq salınıb.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva avqustun 26-da Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında iştirak edib.

Birinci vitse-prezident körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Körpələr evi-uşaq bağçasının müdiri Aygün Allahverdiyeva məlumat verdi ki, 277 saylı körpələr evi-uşaq bağçasının binası 1993-cü ildə inşa edilib. Binada təmir işlərinə ehtiyac yarandığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılıb və körpələr evi-uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulub, zəruri mebel, invertar və avadanlıqla təchiz olunub.

Diqqətə çatdırıldı ki, 220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir. Uşaq bağçasının həyətyanı sahəsi abadlaşdırılıb, burada əyləncə qurğuları quraşdırılıb
Buçada ruslara kömək edən cinayətkarlar tutulduBuça şəhərinin işğalı zamanı rusların tərəfinə keçən cinayət qrupunun üzvləri işğalçılara kömək ediblər.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Cinayətkarlar Rusiya hərbçilərinə texnikanı evlərin arasında yerləşdirilməsi üçün yerlər təklif ediblər. Onlar yol bloklarının, pulemyot mazğallarının yaradılmasına köməklik göstərib, sakinlərin girov saxlandığı yaşayış komplekslərindən birinə nəzarət ediblər. Rus əsgərləri onların vasitəsilə evlərə soxulub, insanları oğurlayıb, hədələyib, döyüblər. Dəstə üzvləri Kiyev vilayətinin sakinləridir. İşğal idarəsində vəzifə almaq istəyiblər. Ərazi işğaldan azad edildikən sonra cinayətkarlar yaşayış komplekslərindən birinin ərazisində gizləniblər. Hazırda dəstə üzvləri saxlanılıb. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən silah-sursat və cinayət əməlinin digər sübutları aşkar edilib”, - məlumatda deyilib.
Bakıda 29 yaşlı qadın doğuşdan sonra öldü - FotoBakıda 29 yaşlı qadın doğuşdan sonra ölüb.

Avrasiya.net Nyus24.az-ə istinadən xəbər verir ki, hadisə Səbail rayonu Bayıl qəsəbəsində yerləşən 5 saylı Doğum Evində baş verib. 1993-cü il təvəllüdlü Aygül Sahib qızı Ellazovanın vəziyyəti doğuşdan sonra kəskinləşib və o vəfat edib.

Hadisənin həkim səhlənkarlığı ucbatından baş verdiyi bildirilir.

Hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Qeyd edək ki, qadının yeni dünyaya gətirdiyi körpəsinin səhhəti normaldır.
Erməni mətbuatı Azərbaycanın Laçın şəhərinə nəzarətindən yazdı - Xankəndidə TƏŞVİŞAzərbaycan Ordusunun bu gün Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olması barədə xəbərə əvvəlcə susqunluq nümayiş etdirən Ermənistan mətbuatı cəmi 2 saat dözə bilib. Aparıcı erməni KİV-ləri nəhayət istəməsələr belə, ordumuzun Laçın şəhərindən yayılan görüntülərini və korpus komandiri, general-mayor Kənan Seyidovun Ali Baş Komandana məruzəsini dərc etməyə məcbur olublar.

Azərbaycanın dövlət bayrağının Laçın şəhərində dalğalanması barədə xəbər Xankəndidə yaşayan mülki ermənilər arasında təşvişə səbəb olub.

Avrasiya.net xəbər verir ki, Xankəndidəki separatçıların “İnformasiya mərkəzi” dərhal sakinləri sakitləşməyə, həyəcanlanmamağa çağırıb.

Çağırışda bildirilib ki, Xankəndini Ermənistanla birləşdirən Şuşa-Laçın-Gorus yolu hələ ki 31 avqust tarixi də daxil olmaqla bu ayın sonuna kimi fəaliyyət göstərəcək.

Bildirilir ki, Rusiya sülhməramlıları göstərilən müddət ərzində Qarabağa gəlib-gedən ermənilərin təhlükəsiz hərəkətini təmin edəcəklər.

“Alternativ yeni yolla bağlı isə əlavə məlumat verəcək”, - xəbərdə deyilir.
Rasim Məmmədov hakim qarşısına çıxarıldıBakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmə və israf etməkdə təqsirləndirilən "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə prosesi başlayıb.

Avrasiya.net xəbər verir ki, hakim Leyla Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə R.Məmmədovun anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili vəsatət qaldırıb. Bildirib ki, zərərçəkmiş tərəfin vəkili prosesdən uzaqlaşdırılsın. Vəkil bildirib ki, zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmədə iştirak etmək üçün etibarnaməsi yoxdur.

Lakin vəsatət təmin edilməyib.

Daha sonra R. Məmmədovun vəkili növbəti vəsatət qaldırıb. O bildirib ki, işə yeni qoşulub və cinayət işinin materialları ilə tanış olmadığı üçün məhkəmənin hazırlıq iclası 2 həftə təxirə salınsın.

Təqsirləndirilən şəxs R.Məmmədov isə deyib ki, ona ittiham aktı təqdim edilməyib: "Mənə ittiham aktı təqdim olunmayıb. Bilmirəm hansı faktlarla təqsirləndirilirəm".

Təqsirləndirilən şəxsin vəkili müvəkkilinin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatətin əsassız olduğu qərarına gəlib və vəsatət rədd edilib.

Sonra təqsirləndirilən şəxsin vəkili daha bir vəsatət qaldırıb. Bildirib ki, məhkəmə istintaqında Rasim Məmmədov şüşə qəfəsdən çıxarılaraq zalda otursun, proses audiovizual qeydlərlə aparılsın və proses açıq keçirilsin.

Məhkəmə vəsatətləri baxılmamış saxlayıb. Hazırlıq iclasının davamı sentyabrın 2-ə təyin olunub.

Xatırladaq ki, Rasim Məmmədov 2021-ci ilin fevralın 1-də Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs olunub.

Rəsmi məlumatda bildirilib ki, “Baku Steel Company” MMC-nin Müşahidə şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar DTX tərəfindən araşdırılıb.

Başlanılmış cinayət işi üzrə Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, bu əməlləri ilə “Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməllərini törətməsinə əsaslı şübhələr müəyyən olunub.

Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirirAzərbaycan-Qazaxıstan münasibətləri qədim tarixə malikdir. Azərbaycan və qazax xalqları türkdilli olmaqla yanaşı, dini və mədəni dəyərlər baxımından da biririnə çox yaxındırlar.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin 2019-cu ildə dövlət başçısı seçilməsindən sonra avqustun 24-də Azərbaycana ilk rəsmi səfəri həm də iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə təsadüf edib. Bu səfər əsnasında Azərbaycanla Qazaxıstan arasında 20-dən çox önəmli sənəd imzalandı. Təbii ki, bu tərəflər arasındakı əlaqələrin inkişafı üçün çox böyük addımdır. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin xüsusi əhəmiyyətini dərk etməmək mümkün deyil.

Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və əlbəttə ki, gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək. Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstanın "Altın kıran" - "Qızıl qartal" ali ordeni ilə təltif edilməsi səfərin yaddaqalan və qürurlu anlarından oldu. Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib ki, Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.

Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.

Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.

Qazaxıstan Prezidenti Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri müşavirəsinin çağırılması barədə Qazaxıstanın təşəbbüsünü dəyişməz olaraq dəstəklədiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və qeyd etmişdir ki, bu il oktyabrın ortalarında Qazaxıstanda Zirvə görüşü təşkil olunacaq və biz, əlbəttə ki, bu çox mühüm forumda Sizin şəxsən iştirakınızı səbirsizliklə gözləyirik.

Müasir beynəlxalq münasibətlər sisteminin reallıqlarına gəldikdə isə Azərbaycan və Qazaxıstan arasında imzalanan , Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” iki qardaş ölkənin gələcək təhlükəsizlik və əməkdaşlıq perespektivləri baxımından mühüm əhəmiyyət kəsb edən strateji sənəddir. İki qardaş ölkənin münasibətləri tarixində tamamilə yeni bir mərhələ yaratmaqla daha dərin inkişaf və inteqrasiyaya gətirib çıxaracaq.

Güntəkin Məmmədova
147 saylı texniki-humanitar liseyin tarix müəllimi
Daha bir azərbaycanlı Ukraynada həlak oldu - FotoUkraynada gedən döyüşlərdə daha bir azərbaycanlı hərbçi həlak olub.

Bu haqda “Birlik” Odessa Azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu özünün rəsmi Feysbuk səhifəsində məlumat yayıb.

“Səid Vasif oğlu Hüseynov könüllü şəkildə Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb və Nikolayev istiqamətində gedən döyüşlərdə həlak olub”, - məlumatda bildirilib.
DTX LaçındaAzərbaycanın nəzarətinə qaytarılan Laçın şəhərində ilk dövlət strukturu fəaliyyətə başlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkədə bildirilib.

Xəbərə görə, artıq Laçında Dövlət Təhlükəsizliyi Xidmətinin yeni ofisi istifadəyə verilib.