İsraildən İrana şok: Bir zərbə ilə...İsrail bir güclü zərbə ilə İranın nüvə proqramının həyata keçirilməsini ləngidə bilər.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Benni Qantz deyib.

“İran qlobal problemdir, İsrail dövlətinin şəxsi problemi deyil. Sonda biz (İsrail - red.) İranın atomunun qarşısını almaq üçün güclü zərbə endirə bilərik”, - İsrail Müdafiə Nazirliyinin rəhbəri deyib.

İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üzrə danışıqlara toxunan Qantz qeyd edib ki, İsrail “bu razılaşmadan çox narazıdır”.

“Biz razılaşmadan çox narazıyıq, bu, pis razılaşma olacaq, çünki sanksiyalarda müvəqqəti ləngimə olacaq və iranlılar iqtisadiyyatı bərpa edə biləcəklər. Biz (İsrail - bütün boşluqları qeyd etdik” - o, deyib.

Qantz, həmçinin sövdələşmənin bərpası ilə bağlı razılığın “yaxın bir neçə gün ərzində” əldə oluna biləcəyini istisna etməyib, lakin “hazırda bunun heç bir əsas əlamətini görmürəm” - deyə əlavə edib.

İyunun sonunda Qətərdə nüvə sazişinin bərpası üçün ABŞ və İran arasında dolayı danışıqlar baş tutub. Daha sonra danışıqların koordinatoru, Aİ Xarici İşlər Xidmətinin siyasi direktoru Enrike Mora bildirib ki, tərəflər ümid etdikləri irəliləyişə nail ola bilməyiblər. Eyni zamanda, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian rəsmi Tehranın Dohada keçirilən danışıqların yeni mərhələsini müsbət qiymətləndirdiyini açıqlayıb. Onun sözlərinə görə, sövdələşmənin bərpası məqsədinə “ABŞ realizm nümayiş etdirsə” nail olmaq olar.
Ağcabədi DSK-nin üzvü həbs olundu82 saylı Ağcabədi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Aydın Bəşir oğlu Quliyev həbs olunub.

Bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK üzvü Mikayıl Rəhimov deyib.

Onun sözlərinə görə, A.Quliyev bu ilin mayın 31-də həbs edilib.
Qarabağda növbəti hücum: Bakı xəbərdarlıq etdiErmənilər 9 təxribat edib: ikisi sərhəddə, beşi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə;

Dünən gecə Blinkenin İrəvan və Bakıya zəngi fonunda baş verən bu təxribatlar nə deməkdir?

Dövlət katibinin vurğunu “Minsk Qrupu” üzərindən qurması İrəvanı hərəkətə keçirən amil ola bilər: sərhəd təxribatı ilə Bakının yeganə irəliləyiş kimi qiymətləndirdiyi prosesi dalana salır; Qarabağda törədilən təxribatlarla “münaqişənin” həll edilmədiyi iddiasını gündəmə gətirir və “Minsk Qrupu”nun lazımlılığını aktuallaşdırır, bununla Vaşinqtonun da əlinə oynayan gediş edir.

Bakının təxribat ocaqlarını susdurulması ilə bağlı informasiyasını isə atılacaq addımların mesajı olaraq qiymətləndirmək olar: Qarabağda qanunsuz erməni silahlı birləşmələr tam çıxarılmayana qədər problemlər davam edəcək və bu, antiterror əməliyyatını daim aktual olmasına əsas yaradır.

Prezident Əliyevin erməni ordusunun qalıqlarının çıxarılması haqda çıxışı, ardınca XİN rəhbərlərinin görüşü, nəhayət, Ermənistan tərəfinin 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasına başlanıldığı, sentyabra qədər prosesin yekunlaşacağı anonsunu verməsinə səbəb oldu. Həm İrəvan, həm Moskvada prosesin başlanmayacağı, yaxud bununla bağlı nəsə edilməyəcəyi təqdirdə Bakının “təmizləmə” addımlarını işə sala biləcəyi haqda məlumatın olması istisna deyil və “prosesin başlanması” anonsu da bunun qarşısının alınmasına hesablanıb. Lakin Bakını iki məqam narahat edir:

Birincisi, erməni qoşunların əsas hissəsinin separatçıların qondarma “müdafiə ordusu” adı altında bölgədə saxlanılması;

İkincisi, qondarma “müdafiə ordusu”nun mövqelərinin möhkəmləndirilməsi;

- Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın “44 günlük müharibədə Qarabağa göndərilən erməni hərbi birliklərdən” bəhs etməsi İrəvanın bir neçə birliyi çıxarmaqla 4-cü bəndin icrasını imitasiya edə biləcəyi gözləntisini önə çıxardı;

- Bir neçə gün öncə Xocalıda separatçı-terrorçuların rus sülhməramlılarının dəstəyi ilə yeni səngərlər qazdığının görüntüləri yayımlandı.

Bakı İrəvana, eyni zamanda, Moskvaya xəbərdarlıq edir: imitasiyanı qəbul etməyəcək; Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində erməni terrorçuların mövqelərə malik olduğunu bilir və bu istiqamətlərdə təmizləmə əməliyyatı keçirə bilər.

Bununla “Minsk Qrupu”ndan əl çəkmək istəməyən Vaşinqtona da Qarabağda qalan əlisilahlı ermənilərin terrorçu olduğu və Azərbaycanın suverenliyinə qarşı təxribatların susdurulacağı çatdırılır.


Asif Nərimanl
Səfirimiz dövlət qurumunu məhkəməyə verdiAzərbaycanın Ukraynadakı səfiri, keçmiş deputat Elmira Axundova dövlət qurumunu məhkəməyə verib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, səfir Bakı İnzibati Məhkəməsində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsinin 1 saylı Ərazi İdarəsi barəsində iddia qaldırıb.

İddia Bakı İnzibati Məhkəməsinin hakimi Rüstəm Kərimlinin icraatındadır. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

Bu iş üzrə Elmira Axundovadan başqa daha iki iddiaçı var. Onlardan biri Əzizov Aydın Məmmədrza oğlu, digəri isə Abbasov Eldar Süleyman oğludur.

Aydın Əzizov barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Eldar Abbasova gəlincə, o, "Elit” apteklər şəbəkəsinin sahibi kimi tanınır.

Mediada gedən məlumatlara görə, sözügedən apteklər şəbəkəsi əslində Elmira Axundovaya məxsusdur. Lakin Eldar Abbasov bu məlumatları təkzib edib.

Elmira Axundova Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub. 2020-ci ildən Azərbaycanın Ukraynadakı səfiridir.
Vətəndaş icra hakimiyyətinin qarşısında özünü yandırmağa cəhd etdiTərtər Rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd edilib. Bu gün səhər saatlarında rayon sakini İlqar Vəliyev özünü yandırmağa çalışıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirilib ki, bu gün səhər saat 8 radələrində Tərtər rayonunda yaşayan İlqar Vəliyev şəhər ərazisində özünü yandırmağa cəhd göstərib: “Cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Araşdırma aparılır”.
3 medallı qazi bu evdə yaşayır - FOTO“Vətən Müharibəsi Qazisi Məlik Nəhmət oğlu Məlikovun yaşadığı daxmadır bura. Daxma Astara rayon Səlivə kəndindədir. Birdən Astara icra hakimiyyəti, deputatlar getsə rahat tapsınlar deyə yazdım”.

Avrasiya.net-in xəbərinə görə, fotoları jurnalist Kamil Həmidov ictimailəşdirib.

"Məlik Məlikov Prezident döyüş şüsaətlərinə görə 3 medalla təltif edilib. Amma medalla qarın doymur. Bu adama ev verin, iş verin, qayğısını çəkin", - deyə jurnalist qeyd edib.
Bakıda Hindistan ştatlarının turizm imkanlarının təşviqi ilə bağlı tədbir keçirilibHindistanın Bakıdakı Səfirliyi 26 iyul 2022-ci il tarixində "JW Marriott Absheron Baku" mehmanxanasında “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində hibrid rejimdə Hindistan ştatlarının turizm imkanlarının təşviqi ilə bağlı tədbir təşkil edib.

Səfirlikdən Avrasiya.net-ə bildirilib ki, Azərbaycanın turizm və qonaqpərvərlik sənayesindən 25-ə yaxın tanınmış şirkətlərin nümayəndələri tədbirdə iştirak ediblər, onların hindistanlı həmkarları isə görüşə virtual rejimdə qoşulublar.

Hindistan Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar ştatların turizm imkanlarının təşviqi üzrə interaktiv görüşə qoşulmuş bütün iştirakçıları salamlayıb və onlara təşəkkürünü bildirib. O, həmçinin görüşə onlayn qoşulmuş iştirakçılara, o cümlədən Kerala və Qoa ştatları haqqında təqdimat etmiş “STIC Travel Group” şirkətinin sədri və icraçı direktoru Dr. Subhash Goyala, Racastan ştatı haqqında danışmış “Tourism India Management Enterprise Pvt. Ltd.” şirkətinin direktoru cənab Sanjeev Joşiyə və Uttar Pradeş və Dehli ştatları haqqında təqdimatla çıxış etmiş Hindistan Tur Operatorları Assosiasiyasının (IATO) vitse-prezidenti cənab Ravi Gusaina xüsusi təşəkkürünü bildirib.

“Azərbaycan Hava Yolları” QSC-in təmsilçisi cənab Elvin Raziyev tədbirdə AZAL və Azərbaycan turizmi haqqında təqdimatla çıxış edib.

Səfirliyinin müvəqqəti işlər vəkili hind qonaqpərvərliyinin əsas etikası olan və qonaqlara Tanrı kimi davranan, eləcə də Hindistan turizmi və qonaqpərvərlik sektoru üçün bələdçi hesab olunan və dünyanın hər bir yerindən gələn turistlərə unudulmaz təcrübə yaşatmağa yönələn "Atithi Devo Bhava" konsepsiyasını vurğulayıb.

Quru əraziləri və su hövzələrini əhatə edən turistik yerlərin böyük müxtəlifliyi, zəngin milli irsi və tarixi, coğrafi və mədəni müxtəlifliyi Hindistanı dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevirir. Səyahət və turizm sənayesi Hindistan üçün çox vacib bir sektordur. Turizm Hindistanın xidmət sektorunun ən böyük komponentlərindən biri olub hər il Hindistanın ÜDM-nin 7%-ə yaxınını təşkil edir. Sektorun pandemiyadan sonra sürətlə böyüməsi gözlənilir. Bu sahənin böyüməsini asanlaşdırmaq üçün Hindistan hökuməti turizm infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyat keçirib və Hindistana səyahətin asanlaşdırılması üçün 150-dən çox ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün elektron viza almaq imkanını təmin etmişdir.

Son bir neçə ildə Hindistandan Azərbaycana turizm axını əhəmiyyətli dərəcədə artsa da, Azərbaycandan Hindistana gedən turistlətin sayı hələ də azdır. Bu, ola bilsin ki, Hindistan və Azərbaycan arasında əvvəllər birbaşa uçuş əlaqəsinin yoxluğu və Azərbaycandan gələn qonaqların Hindistanda seçə biləcəyi çox saylı cəlbedici yerlər haqqında məlumatının olmaması ilə bağlı ola bilər.

Azərbaycan Hava Yollarının 09 avqust 2022-ci il tarixindən etibarən həftədə iki dəfə Bakı və Dehli arasında birbaşa reyslərə başlaması nəticəsində Bakıdan Dehliyə uçuş vaxtı azalaraq 4 saatdan bir qədər çox təşkil edəcək. Bununla əlaqədar olaraq, azərbaycanlı turistlərin Hindistana gəlməsinə köməklik göstərmələri üçün tədbirdə Hindistan və Azərbaycan turizm şirkətlərinə ətraflı məlumat verilib.

Tədbiri yekunlaşdıran Səfirliyin mədəniyyət işləri üzrə İkinci katibi bütün iştirakçılara, o cümlədən məruzəçilərə, azərbaycanlı və hindistanlı dostlara və həmkarlara iştiraklarına və tədbirin böyük uğur qazanmasına görə təşəkkürünü bildirib.

Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan isti və dostluq münasibətləri mövcuddur. 2022-ci ilin ilk 6 ayında ikitərəfli ticarətin həcmi 895 milyon ABŞ dolları təşkil edərək bütün 2021-ci il üçün ikitərəfli ticarət göstəricilərini (739 milyon ABŞ dolları) üstələyib. Hindistan hazırda Azərbaycan üçün dördüncü ən böyük ixrac ölkəsidir. Daha çox insan bir-birilərinin ölkələrinə səyahət etdikcə, bir-birlərinin mədəniyyəti və iqtisadiyyatları haqqında daha yaxşı bilik və anlayış əldə edəcəklər.
Fəzail Ağamalının oğlu məhkəməyə verildiDeputat Fəzail Ağamalının oğlu Elçin Ağamalı məhkəməyə verilib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun barəsində Dövlət Vergi Xidmətinin 5 Saylı Ərazi Vergilər İdarəsi Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məlum olub ki, Elçin Ağamalı rəhbəri olduğu “La Vida” MMC-nin vergi borclarını ödəmədiyi üçün barəsində iddia qaldırılıb. Bu günə olan rəsmi məlumatlara görə, “La Vida” şirkətinin 4437 manat ödənilməmiş vergi borcu var. İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Elçin Ağamalı biznesmen kimi tanınır. O, eyni zamanda “Altus” MMC-nin sahibidir. O, 3 il öncə də kredit mübahisəsinə görə məhkəməyə verilmişdi. E.Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılmışdı.

Fəzail Ağamalı 27 ildir Milli Məclisin deputatıdır.
Əlilliyinin bərpası 6 aydan çox çəkən şəxslərə əvvəlki ayların pensiyası ödənilməyəcəkƏlillik müddəti bitmiş vətəndaşların əlilliyi 6 ayı keçdikdən sonra bərpa edilirsə, həmin vətəndaşların pensiyası əlilliyin yeni təyin olunduğu vaxtdan hesablanır.

APA xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da deyib.

O bildirib ki, bu halda əlilliyin dayandığı müddətin pensiyası vətəndaşa ödənilmir.

"Bu, 2021-ci ilin 24 iyulunda qanuna edilmiş dəyişiklikdə öz əksini tapıb. Lakin əlillik müddətinin bitməsindən 6 ay keçməmiş yenidən əlillik təyin edilibsə, vətəndaşın pensiyası əlilliyin dayandırıldığı tarixdən bərpa olunur" - deyə o qeyd edib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Başqa sözlə, 6 aydan çox müddət ötərsə, bu, ötürülmüş müddət sayılmayacaq və müddət üçün pensiya ödənilməyəcək.
25 hərbçinin meyiti Ukraynaya qaytarılıbDaha 25 hərbçinin meyiti Ukraynaya qaytarılıb.

Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, meyitlərin qaytarılması prosesi itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko və Ukraynanın güc strukturlarınının iştirakı ilə həyata keçirilib.

Həmçinin qeyd olunub ki, nəşlərin qaytarılması prosesi Cenevrə Konvensiyasının normalarına uyğun olaraq baş verir.