Qaziləri təhqir edən ictimai fəal HƏBS OLUNDUÖzünü ictimai fəal kimi təqdim edən Abid Qafarov həbs edilib.

Avrasiya.net xəbər verir ki, Yasamal Rayon Məhkəməsində bir qrup qazi tərəfindən onun barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Məhkəmənin qərarı ilə, Abid Qafarov 1 il müddətə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib. A.Qafarov məhkəmə zalında həbs edilərək birbaşa cəzaçəkmə müəssisəsinə aparılıb.

Qeyd edək ki, Abid Qafarov qaziləri təhqir etməkdə, onları “müti” adlandırmaqda ittiham olunurdu.

O, 2020-ci ildə deputatlığa namizəd olub.

Abid Qafarov həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırıldığını iddia etmişdi.
Nazirlikdən intihara cəhd edən qazi ilə bağlı AÇIQLAMAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xaçmazda intihara cəhd edən Əsədullayev Yusif Seyfulla oğlu barədə açıqlama yayıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı Əsədullayev Yusif Seyfulla oğluna 28.05.2021-ci il tarixdən III dərəcə müharibə əlilliyi təyin edilib və ona 300 manat məbləğində Prezidentin aylıq təqaüdü ilə yanaşı, əlilliyə görə 623.51 manat məbləğində pensiya ödənilir.

Bildirilib ki, Yusifə həmçinin 4400 manat sığorta ödənişi, YAŞAT Fondu tərəfindən 14648.17 manat maddi yardım edilib. Vətəndaşın anası Əsədullayeva Ağbəniz Cəlil qızı “Maldarlıq təsərrüfatı” zərfi üzrə özünüməşğulluq proqramına müraciət edərək aktivlərlə təmin olunub.

Müharibə bitdikdən sonra məşğulluq filialına yaxınlaşaraq özünüməşğulluq proqramına cəlb olunmaq istədiyini bildirib.

Xaçmaz rayon İH tərəfindən 30.08.2021-ci il tarixində imtiyazlı şəxs kimi mənzil növbəsinə götürülüb.

O, 27 sentyabr 2021-ci ildə nazirlik tərəfindən imtiyazlı şəxs kimi minik avtomobili ilə təmin olunub.
Hərbçimiz su anbarında boğulduMingəçevirdə hərbçi faciəli şəkildə vəfat edib.

Avrasiya.net “Qafqazinfo"ya istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Namizəd Bayramov suda çimərkən boğularaq ölüb.

Qeyd edək ki, N.Bayramov əslən Goranboydan olub. O, Tərtərdə yerləşən N saylı hərbi hissədə xidmət edirmiş.

Faktla bağlı araşdırma aparılır.
Daha bir qazi intihara cəhd edib - FOTOXaçmaz rayonunda qazi intihara cəhd edib.

Avrasiya.net-in məlumatına görə, hadisə rayonun Müzəffəroba kəndində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü XTQ giziri Yusif Seyfulla oğlu Əsədullayev özünü yaşadığı evdən asaraq intihara cəhd edib. Xoşbəxtlikdən ailə üzvləri onu xilas edə bilib.

lkin ehtimala görə, intihara səbəb onun ailəsində yaranan problemləridir
Daha bir rus general Ukraynada öldürüldü - FotoXəbər verdiyimiz kimi, dünən Ukraynanın Xersondakı rus hərbi bazasına HİMARS-la endirdiyi zərbələr nəticəsində 150 rus hərbçisi, 5 yüksək rütbəli zabit var.

Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, məhv edilən zabitlərin biri də Simferopoldakı 22-ci ordu korpusunun qərargah rəisi general-mayor Nasbulindir.
Qazinin intiharı: başçı məsuliyyətə cəlb edilə bilər?İcra başçısının məsuliyyətə cəlb edilməsi üçün onun qaziyə qarşı zorakılıq, hədə-qorxu gəldiyi ilə bağlı sübut olmalıdır.

Bu sözləri Axar.az-a qazinin intiharı ilə bağlı danışan beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev deyib.

O bildirib ki, qazi görüntülərdə onun sındırıldığını deyir:

“Lakin necə və kim tərəfindən sındırıldığını bilmirik. Bu barədə hüquq-mühafizə orqanlarının araşdırmasını gözləmək lazımdır”.
Rum tərəfi KKTC-nin əməkdaşlıq təkliflərini qəbul etmirCənubi Kipr Rum Administrasiyası (GKRY) Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatarın Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə iki dövlətli həll əsasında təqdim etdiyi 6 bəndlik əməkdaşlıq təklifini qəbul etmir.

Avrasiya.net bildirir ki, rum mətbuatında yer alan xəbərə görə, rum lideri Nikos Anastasiadis Tatarın təklifləri ilə bağlı mənfi açıqlamalar verib.

Prezident Tatarın təkliflərinin “göstəriş üçün” olduğunu iddia edən Anastasiadis deyib: “İnanıram ki, təkliflərin qəbulunun, dialoqun bərpasına gətirib çıxaracaq, müsbət bir atmosfer yaradılmasına töhfə verəcək Etimad Quruculuğu Tövsiyələrimizin yaratdığı imicini tərsinə çevirmək üçün atılmış addımdır”.

BMT baş katibinin Kiprlə bağlı hesabatından narahat olduqlarını ifadə edən Anastasiades, "(Hesabatda) Əhəmiyyətli boşluqlar var, məsuliyyətlər qəbuledilməz şəkildə bərabər şəkildə bölüşdürülür. Təşəbbüslər həm baş katib, həm də Təhlükəsizlik Şurasının üzvləri tərəfindən hazırlanır" deyib.

Qeyd edək ki, Ersin Tatar karbohidrogen, elektrik enerjisi, bərpa olunan enerji və su ilə bağlı əməkdaşlıq təkliflərini ehtiva edən paketi iyulun 1-də BMT vasitəsilə Cənubi Kipr Rum Administrasiyasına təqdim edib.

Bu dörd təklifdən əlavə Tatar iyulun 8-də yunanlara “Kipr adasının minalardan təmizlənməsi” və “qanunsuz köçlə mübarizə” başlıqlı iki yeni əməkdaşlıq təklifi təqdim edib.
"Qaziləri siyasi maraqlar üçün alətə çevirmək olmaz"44 günlük Vətən müharibəsindən qalib kimi qayıdan qazimiz Elvin Cəfərovun özünü yandıraraq intihar etməsinə hamımız üzülürük. Bu acı olay hamımızı içdən sarsıtdı. Sabirabad icra hakimiyyətinin başçısı və əlaqədar şöbənin əməkdaşları bu qazimizi özünü öldürəcək həddə gətirib çıxaran problemləri vaxtında aradan qaldırmalıydılar. Axı dövlətimiz qazilərin və şəhid ailələrinin problemlərinin köklü şəkildə həlli üçün hər cürə imkanlar yaratmağa çalışır, kifayət qədər maliyyə vəsaiti də ayırır. Lakin əfsuslar olsun ki, bəzi dövlət qurumları, xüsusən də rayon icra hakimiyyətləri qazilərin, şəhid ailələrinin problemlərinə başdansovdu yanaşır və bununla da bu həssas təbəqəni sanki məqsədyönlü şəkildə narazı qüvvəyə çevirir, dövlətlə onların arasında uçurum yaradırlar. Artıq 36 qazimiz öz həyatına qəsd edib. Bu, cəmiyyətə də, dövlətə də ağır zərbədir.

Çox təəssüf ki, qazilərin, şəhid ailələrinin narazılığından öz çirkin məqsədləri üçün istifadə etməyə çalışan ictimai-siyasi qüvvələrin, təsir agentlərinin, sensasiya həvəskarlarının ortaya çıxdığını görürük. Onlar qazilərin intihar etməsi faktlarını süni surətdə siyasiləşdirməyə, eləcə də 44 günlük müharibədə qazandığımız Qələbəmizə kölgə salmağa, insanlarımızın vətənpərvərlik hisslərini zəiflətməyə, cəmiyyətdə ruh düşkünlüyü yaratmağa çalışırlar. Bəzi siyasi fürsətçilər isə hətta kütləvi etiraz aksiyalarının keçirilməsi üçün də çağırışlar edirlər. Bütün bunlar arzuolunmaz hallardır. Qaziləri siyasi maraqlar üçün alətə çevirmək olmaz. Baş vermiş intihar faciəsindən siyasi xal qazanmaq üçün istifadə etmək cəhdləri mənəvi-siyasi dəyərlərimizə ziddir.

Hesab edirik ki, qazilərlə bağlı yığılıb qalmış məsələləri sosial-hüquqi müstəvidə təcili surətdə yoluna qoymaq mümkündür. Qazi intiharlarının bundan sonra təkrarlanmaması üçün indiyə qədər baş vermiş bütün intihar faktlarının səbəbləri ciddi surətdə araşdırılmalı, digər qazilərimizin eyni səbəblərlə üzləşməsinin qarşısı alınmalı, qazilərin intihar həddinə çatdırılmasında günahı olan vəzifəli şəxslər qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdır.

Eyni zamanda müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin problemlərinin həlli ilə məşğul olmaq səlahiyyəti rayon icra hakimiyyətlərindən və digər qurumlardan alınmalıdır. Bu sahədə pərakəndəlilik aradan qaldırılmalıdır. Bu problemləri çevik və effektiv surətdə həll edəcək gücə və səlahiyyətlərə malik ayrıca dövlət qurumu yaradılmalıdır. Sistemlilik, mütəşəkkillik və səmərəlilik təmin edilməlidir. Qazilərin bu və ya digər sənədlərin toplanması üçün qapı-qapı düşüb gəzmələrinə və süründürməçilik halları ilə üzləşmələrinə son qoyulmalıdır.

Bir sözlə, hamımız qazilərimizə qucaq açmalıyıq. Qazilər həm dövlət qurumlarının, həm də cəmiyyətin qayğısını, diqqətini hiss etdikdə intihara cəhd meylləri də aradan qalxacaq. Biz 44 günlük Vətən müharibəsində düşmənə və dünyaya nümayiş etdirdiyimiz milli birliyi, həmrəyliyi bundan sonra da qoruyub saxlamağı bacarmalıyıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
“Türk dünyasının qanayan yarası olan Qarabağımız çox şükür ki, azadlığına qovuşdu”Türk Ağsaqqallar Birliyinin yaradılmasını böyük sevinclə qarşıladım. İnanıram ki, bu təşkilat Türk dünyasına yeni nəfəs və həyəcan qatacaqdır.

Bu sözləri Niderland Türk Federasiyasının rəhbəri Murat Gedik Avrasiya.net-ə Türk Ağsaqqalları Birliyi yaranması ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Türk xalqlarının yaşadığı coğrafiya geniş olsa da, aradakı sərhədlər bizi bir-birimizdən ayırsa da, Türk dünyasının hər tərəfinə dağılmış türklər qəlbən bir-birinə yaxın, bir-birinə bağlıdırlar. Ümid edirik ki, bu təşkilatın varlığı Türk millətini bir-birinə daha yaxınlaşdıracaq, aradakı məsafələri qısaldacaqdır.

Dünya xalqları Türk birliyinin gücünü , türkün nəyə qadir olduğunu Azərbaycanımızın qədim torpağı olan Qarabağ erməni işğalından azad olunarkən bir daha görmüş oldu. Həm Azərbaycan, həm Anadolu, ümumən Türk dünyasının qanayan yarası olan Qarabağımız çox şükür ki, azadlığına qovuşdu.

Biz, Avropada yaşayan türklər də Türk dünyasının bir parçası olaraq hər zaman məzlum, terrora məruz qalan günahsız insanların yanında olmuşuq. Bu vəsilə ilə Qarabağda şəhid düşən qardaşlarımızı rəhmətlə anır, qazilərimizə firavan ömür diləyirik.

Biz Türk Ağsaqqallar Birliyinin bundan sonra da daha gözəl işlər görəcəyinə inanır və başda söylədiyim kimi sizin təşkilatınız türk dünyasının birliyinin möhkəmlənməsi və mədəni irsinin bərabər qorunmasında böyük rol oynayacaqdır.

Yaratdığınız Türk Ağsaqqallar Birliyinin başda Azərbaycan türkü olmaqla Türk dünyasına xidmət yolunda əmin addımlarla irəliləyəcəyinə inanır, sizlərə bu şərəfli yolda “Yolunuz açıq olsun!-deyirik!”.