DİN yanında İctimai Şura üzvləri Azərbaycan Polisi Gününə həsr olunan tədbirə qatılıbBu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Tədbirə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, nazir müavinləri, idarə rəisləri, daxili işlər orqanlarının yüksək rütbəli əməkdaşları, veteran polislər qatılıb.

Tədbirdə Daxili İşlər Nazirliyi yanında İctimai Şuranı Şuranın sədri Əliməmməd Nuriyev, sədr müavinləri Mahirə Əmirhüseynova və Xalid Kazımov təmsil edib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan, xidməti borcu yerinə yetirərkən həlak olan polis əməkdaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Təntənəli mərasimdə çıxış edən general-polkovnik Vilayət Eyvazov əlamətdar gün münasibəti ilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini və ən xoş arzularını şəxsi heyətə çatdırıb.

Nazir 104 ildə polisin keçdiyi çətin sınaqlarla dolu şərəfli və zəngin xidmət yolu, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübədən danışıb.
Nazir birinci Qarabağ müharibəsində torpaqlarımızın müdafiəsi üçün döyüşlərə atılan polisin öz missiyasını mərdliklə yerinə yetirdiyini qeyd edib.

Nazir vurğulayıb ki, indiyədək qanunla müəyyən edilmiş vəzifələri yerinə yetirərkən daxili işlər orqanlarının və Daxili Qoşunların 114 əməkdaşı və hərbi qulluqçusu həlak olub, 2792 nəfər xəsarət alıb.

Daha sonra tədbirdə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, general-mayor Canpolad Daanov məruzə ilə çıxış edib.

Daxili işlər naziri Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonlarını da təqdim edib.
DİN yanında İctimai Şura adından polisin bütün şəxsi heyətini Polis Günü münasibətilə təbrik edir, onlara şərəfli xidmətdə uğurlar arzu edirik!
Ruslar Ukraynanın bu şəhərini mühasirəyə aldıÇeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukrayna hərbçilərinin Lisiçanskda müttəfiq qüvvələr tərəfindən tam mühasirəyə alındığını elan edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Çeçenistan lideri "Telegram" kanalında yazıb.

"Əməliyyat məlumatını hörmətli, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev verib", - Kadırov bildirib və tezliklə şəhərdə genişmiqyaslı hücumun başlayacağını qeyd edib.

Kadırovun sözlərinə görə, qəsəbədən bütün giriş-çıxışlar bağlanıb, ona görə də ukrayna ordusunun gedəcək yeri yoxdur: "Çox səy göstərsəniz belə, sıx mühasirə halqasını aça bilməyəcəksiniz".
İspaniyada Ronaldonun təyyarəsi saxlanıldı - Fotoİspaniyanın hüquq-mühafizə orqanları Menorka adasında İngiltərənin “Mançester Yunayted” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldunun şəxsi təyyarəsini saxlayıb.

Axar.az xəbər verir ki, buna səbəb kimi futbolçunun cangüdəninin qalmaqal yaratması göstərilib.

Məlumata görə, metal detektordan keçərkən çox uzun müddət yoxlanılma mühafizəçinin xoşuna gəlməyib. Bundan sonra o, söyüş söyməyə, əl-qol hərəkətləri etməyə başlayıb. Nəticədə hava limanının mühafizəsi polis çağırıb. Bu da təyyarənin yarım saat gecikmə ilə havaya qalxmasına səbəb olub.
Hərbi qulluqçumuz HƏLAK OLDUBakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun hərbi qulluqçusu texniki qəza nəticəsində həlak olub.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən məlumat verilib.

"Bakı qarnizonunda xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamalıyev Nurlan Elşən oğlunun iyulun 2-si səhər saatlarında baş vermiş texniki qəza nəticəsində həlak olması faktını təsdiqləyirik", - nazirlikdən bildirilib.

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
24 yaşlı gənc dənizdə boğulduBakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfər batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə bir nəfərin batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən 1998-ci il təvəllüdlü Rafiq Zeynal oğlu İsrafilovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ermənilər Kamil Zeynallını öldürmək istəyirlərMəşhur fitnes məşqçisi Kamil Zeynallı onu öldürmək istədiklərini açıqlayıb.

Kult.az xəbər verir ki, o bu barədə İnstaqramda məlumat yayıb.

“Mənim Rusiyaya gedib-gəlməyim düşmən Ermənistanın bəzi saytlarında və sosial şəbəkələrdə xoş qarşılanmayıb, acıqlarına gəlib. Bunlar hələ də məni izləyirlər, ermənilərin mənə qarşı təxribatı hələ də bitməyib. Məni öldürmək və sui-qəsd etmək fikrindədirlər. Öz vətəndaşlarına harada olduğumu yazır və yerimi bildirirlər ki, gəlib mənə nəsə etsinlər”, - deyə K.Zeynallı qeyd edib.
Bakıda məşhur qiraətçini toyda bıçaqladılarBakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. "Qafqazinfo" xəbər verir ki, hadisə bir neçə saat öncə “Altun” restoranında baş verib.

Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.
Ətraflı

Zərərçəkənin oğlu Məhəmməd atasına olan hücumla bağlı Milli.Az-a danışıb: "Elə gecə toydan çıxdıq, toy qurtarmışdı, heç kim yox idi. Biri gəldi nəsə təhqiramiz söz dedi, atam dedi ki, "Cavansınız, gedin işinizlə məşğul olun. Ayıbdır axı, adam böyüklə belə danışmaz".

Bu məqamda bir nəfər böyürdən çıxdı, mən də bizim ansamblla bir yerdə atamın yanındayam. Yaxınlaşıb dedi "Deşərəm". Mən dedim "Sən kimi deşirsən, nə danışırsan sən? Bir az mədəniyyətin olsun". Heç demədim ki, dədəmdir. Elə ondan sonra hücum etdi, yumruq atdı mənə, bu məqamda əlbəyaxa olduq. Sonra ürəyimə bıçaqla zərbə endirmək istədi, mənə dəymədi.

Atamı isə 5-6 dəfə bıçaqla vurdu. Zərbənin iki-üçü belindən dəydi, qaraciyərini, digər orqanlarını deşib. Atam gecə 4 saat əməliyyatda olub. 1 saat, saat yarım olar ki, əməliyyatdan çıxıb. İndi atamı reanimasiyaya yerləşdiriblər. Həkimlər atamın səhhətinin orta-ağır olduğunu deyirlər.

Qeyd edək ki, Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb. Hadisə bir neçə saat öncə "Altun" restoranında baş verib. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Alman polisi bu azərbaycanlını tapana 5 min avro verəcəkAlmaniyada qətlə hadisəsi törədərək qaçan azərbaycanlı axtarışa verilib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə iyunun 18-nə keçən gecə Kalletal şəhərində qeydə alınıb.

Belə ki, 36 yaşlı Azərbaycan vətəndaşı Elçin Ağayevin 39 yaşlı Andrej F.Rintelneri balta ilə qətlə yetirdiyi, daha sonra isə həmin şəxslə birlikdə yaşayan keçmiş sevgilisinə təcavüz etdiyi bildirilir.

Ölkənin Bielefeld şəhər polisi hadisəni törətməkdə şübhəli bilinən və istintaqdan yayınan E.Ağayevin axtarışlarına başlayıb və hazırda onun axtarışları davam etdirilir.

Hətta Bielefeld şəhər polisi cinayəti törətməkdə şübhəli bilinən E.Ağayevin tapılmasında kömək edənlər üçün 5 min avro dəyərində pul mükafatı da ayırıb.

İyunun 27-də E.Ağayevin axtarışda olduğu rayonda 75 yaşlı qadının meyiti tapılıb. Hazırda polis bu cinayətdə də şübhəlinin əlinin olub-olmamasını araşdırır.

E.Ağayevin yük avtomobili vasitəsilə qaçdığı ilə bağlı polisdə şübhələr yarandığından qonşu ölkələrin hüquq-mühafizə orqanlarına da məlumat verilib.

Avropa Polisinin məlumat bazasında isə E.Ağayev “olduqca təhlükəli və silahlı” kimi qeyd olunub.

Bielefeld şəhər polisi E.Ağayevi tanıyanlardan 0521/5454646 nömrəsi ilə əlaqə yaratmalarını xahiş edib.

Detmold Prokurorluğundan bildirilib ki, artıq E.Ağayevin axtarışlarına helikopterlər də cəlb edilib.

"Təəssüflər olsun ki, indiyə kimi aparılan axtarış əməliyyatları heç bir nəticə verməyib. Qətldə şübhəli bilinən E.Ağayevin hələ də Almaniyada gizləndiyini düşünürük. Bu səbəbdən şəxsin fotoları olan afişalar bütün ölkəboyu yanacaqdoldurma məntəqələrinə, supermarketlərə, dəmiryolu vağzallarına vurulub”, - Detmold Prokurorluğundan bildirilib
İranın rəsmi mediasından Azərbaycana qarşı TƏXRİBATİranın ali dini rəhbəri Əli Xameneyinin ofisinin mətbuat orqanı sayılan “Keyhan” qəzeti Azərbaycanla bağlı təxribat xarakterli məqalə dərc edib.

Modern.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Məqalədə Ukrayna müharibəsi, Şərqi Avropa və dünyada baş verən sürətli proseslər fonunda "Azərbaycan hökumətinin müsəlmanlara qarşı amansız davrandığı, şiələrə qarşı zorakılıq hallarını artırdığı" iddia edilib.

Məqalədə Taleh Bağırzadənin adının qarşısına dini rütbə sayılan “höccətülislam” əlavə edilib və onun “sionistləri və vəhhabiləri ifşa etdiyi üçün” həbs edildiyi iddia olunub.

“Bu gün Azərbaycanda müsəlmanların - şiələrin başına gətirilənlər keçmiş Sovet İttifaqı dövründə dindarlara münasibətdən daha pisdir. Ona görə də Stalinin vaxtındakı qorxu dövrü ilə müqayisə olunacaq bir vəziyyət yaranıb”, - deyə Xameneyinin ofisinin qəzeti yazıb.

Bundan əlavə, məqalədə Azərbaycanda başqa dinlərə və məzhəblərə, o cümlədən yəhudi, xristian, bəhai, krişnaid və s. qarşı müsbət yanaşma, islam dininə qarşı isə düşmənçilik olduğu iddia edilib, bundan başqa, yəhudi dini məbədlərinin fəaliyyəti xüsusi həssaslıqla qeyd olunub.

Bütünlüklə Azərbaycanda dünyəvi dövlət quruluşunu hədəf alan məqalənin sonunda rəsmi Bakı "İslam düşməni" kimi qələmə verilib, bütün iddia olunanların isə ABŞ və İsrailin göstərişi ilə həyata keçirildiyi bildirilib.

Məqalədə, həmçinin Azərbaycanda İsrail qüvvələrinin, vəhhabi yaraqlılarının və Türkiyənin Milli Kəşfiyyat Təşkilatının olması barədə İran rəsmilərinin iddiaları da yer alıb.

Qeyd edək ki, “Keyhan” qəzetinin baş redaktoru, radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Seyid Əi Xameneyinin tapşırığı ilə təxribat xarakterli yazılar dərc edir. Nəşrdə dərc olunan yazılar İranın ali dini rəhbəri Əli Xameneyinin başçılıq etdiyi mühafizəkar qanadın, SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) və ETTELAAT-ın (İnformasiya Nazirliyi) mövqeyini əks etdirir.