Xaçmazda 23 yaşlı gənc dənizdə batıbBu barədə Avrasiya.net Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Belə ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Niyazoba kəndində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) 1999-cu il təvəllüdlü Aydəmirov Famil Habil oğlunun batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.
"Qoşulmama Hərəkatını sözün yaxşı mənasında, BMT-nin potensial rəqibinə çevirmək lazımdır"Ötən gün paytaxtımızda Qoşulmama Hərəkatının həm Parlament Şəbəkəsinin təsis edilməsi, həm də konfransının keçirilməsi günə öz damğasını vurdu. İstər şəbəkənin yaradılması, istərsə də Bakı konfransının keçirilməsi təşəbbüsü şübhəsiz ki, Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevə məxsusdur. Bu hadisə beynəlxalq münasibətlər sisteminə yeni nəfəs, dinamika gətirə biləcək potensiala malik siyasi-diplomatik hadisədir.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin məhz Bakıda yaradılmasına sıradan bir hadisə kimi baxmaq olmaz. Bu qlobal əhəmiyyəti olan bir addımdır. Belə bir şəbəkənin yaradılması beynəlxalq proseslərdə həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım ola, güclü təsir vasitəsinə və ədalətin müdafiəsi mexanizminə çevrilə bilər. Bu baxımdan, iyunun 30-na – Beynəlxalq Parlamentarizm Gününə təsadüf edən Bakı konfransı və sözügedən şəbəkənin yaradılması təkcə Hərəkata üzv olan ölkələrin parlamentlərarası əlaqələrinin möhkəmlənməsinə xidmət etməyəcək, həm də Hərəkatın qlobal miqyasda proseslərə təsir gücünü daha da artıracaq.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu iki məqam hazırda ölkəmiz və dünya birliyi üçün xüsusilə önəmlidir.

Birinci məqam ATƏT-in Minsk Qrupunun bundan sonrakı mövcudluğuna zərurətin olub-olmaması ilə bağlıdır. Prezident İlham Əliyev çıxışında 44 günlük İkinci Qarabağ müharibəsi dönəmində ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumlarına mane olan, BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan mahiyyətli bəyanatı bloklayan Qoşulmama Hərəkatında təmsil olunan dost ölkələrə bu həmrəyliyə görə minnətdarlğını bildirərək qeyd etdi ki, biz uzun illər boyu, təqribən 30 il ərzində gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək, ATƏT-in 1992-ci ildə təsis etdiyi Minsk qrupu münaqişənin həll yolunu tapacaq və beləliklə, torpaqlarımızın işğalına son qoyulacaq. Lakin biz bunun tam əksinə olan bir münasibətlə üzləşdik. Təəssüf ki, haqq və ədalətin bərpası üçün məsuliyyət daşıyan Minsk qrupu bu münaqişənin əbədi davam etməsini istəyənlərin əlində alətə çevrildi. Həmsədrlər ədalət prinsipinə xəyanət etdilər. Ona görə də Azərbaycan tarixi ədaləti təkbaşına bərpa etməli oldu.

İlham Əliyev birmənalı surətdə qeyd etdi ki, Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq “əlvida” demişik. Ermənistan və ona havadarlıq edən bəzi ölkələrin indi bədnam Minsk qrupunu həyata qaytarmağa çalışması həm mümkünsüzdür, həm də bu cəhdlər tamamilə absurddur. Çünki Azərbaycan Prezidentinin də vurğuladığı kimi Minsk Qrupu artıq “ölüb”. Onu reanimasiya etmək, yenidən “diriltmək” cəhdləri Don Kixotun yel dəyirmanı ilə səmərəsiz mübarizəsinə bənzəyir. Paşinyan və onun havadarları Don Kixotluqdan əl çəkməlidirlər.

Dövlət başçımız haqlı olaraq qeyd etdi ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir. Kim bunun əksinə cəhd göstərirsə və hansı qüvvələr Minsk Qrupunun aktivləşdirilməsinə çalışırsa, demək ki, həmin qüvvələr hazırda Cənubi Qafqazda qalıcı sülhün bərqərar olunmasında maraqlı deyil. Bu baxımdam, İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında bəyan etdiyi qəti mövqe Minsk Qrupu ilə bağlı spekulyativ söz-söhbətlərə birdəfəlik nöqtə qoydu.

Prezidentin çıxışında vurğulanan ikinci mühüm məqam isə BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsinin gündəmə gətirilməsidir. Qoşulmama Hərəkatının dönəm sədri kimi belə bir təşəbbüsün məhz Azərbaycan tərəfindən gündəmə gətirilməsi çox ciddi hadisədir. Çünki Azərbaycan uzun illər boyu BMT və digər beynəlxalq təşkilatlar tərəfindən yürüdülən “ikili standart”lar siyasətindən əziyyət çəkib. İlham Əliyev vurğuladı ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır?

Bax, bu suallara nə BMT səviyyəsində, nədəki digər müstəvilərdə heç kim cavab verə bilmir, yadaki vermək istəmir. Çünki onlar özləri də bu həqiqəti yaxşı bilirlər ki, Azərbaycana münasibətdə həqiqətən də ədalətsizliyə yol verilib. Əgər ordumuz 44 günlük mühribə nəticəsində torpaqlarımızı işğaldan azad etməsə idi, BMT-nin məlum qətnamələri yəqin ki, bundan sonra da uzun illər ərzində kağız üzərində qalacaqdı. Ona görə də, Azərbaycanın BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirməyə tam haqqı çatır.

Doğrudan da, əgər qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var? Və yaxud, öz qətnamələrinin icrasına səy göstərməyən və bununla da öz etibarını, nüfuzunu zərbə altında qoyan bir təşkilat nəyə görə əvvəlki qaydada fəaliyyət göstərməlidir? BMT həqiqətən də dünya miqyasında ədalətin, beynəlxalq hüququn təmin olunmasında maraqlıdırsa, mütləq islahatlara getməlidir. Azərbaycan bu islahatların tərəfdarıdır və rəsmi Bakı hesab edir ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.

Azərbaycan həmçinin Qoşulmama Hərəkatının dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi daha da güclənməsinin və beynəlxalq proseslərdə rolunun artırılmasının tərəfdarı kimi çıxış edir. Qoşulmama Hərəkatını sözün yaxşı mənasında, BMT-nin potensial rəqibinə çevirmək lazımdır. Hansı münaqişəni BMT həll edə bilmirsə (yaxud da, həll etmək istəmirsə), orda məhz Qoşulmama Hərəkatı öz sözünü mütləq deməlidir. Dövlət başçımızın da qeyd etdiyi kimi Qoşulmama Hərəkatı problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər, həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik.

Bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların, yeni beynəlxalq münasibətlər sisteminə xaotik transformasiyanın şahidi oluruq. Belə bir mürəkkəb və həssas məqamda Qoşulmama Hərəkatı üzv ölkələri bir çox neqativ tendensiyalardan, qlobal təhdidlərdən, ədalətsiz münasibətdən qoruyan etibarlı “sipər”ə çevrilə bilər. Bu mənada, Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatının institusional inkişafına və onun növbəti mərhələdə hərəkatdan təşkilata çevrilməsinə yönəlik hədəfləri həqiqətən də təqdirəlayiqdir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
DTX DGK-da daha bir əməliyyat keçirdi: saxlanılanlar varDövlət Təhlükəsizliyi Xidməti (DTX) Gömrük Komitəsində əməliyyat keçirib.

Avrasiya.net Sabah.az-a istinadən xəbər verir ki, əməliyyatda Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəis müavini Rəşad Babayev və Yol Vergiləri şöbəsinin rəis müavini Şükür Səfərov saxlanılıb.

Əməliyyatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, DTX bir neçə gün öncə də Gömrük Komitəsində əməliyyat keçirmişdi. Əməliyyat zamanı “Azərterminalkompleks” birliyinin rəisi, gömrük general-mayoru Ehtiram Xəlilov saxlanılmışdı. Məhkəmənin qərarına əsasən, Ehtiram Xəlilov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
"Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir"“Azərbaycan ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərikdir” – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları iyunun 29-u Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş Xəzəryanı dövlətlərin dövlət başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı qeyd etmişdir. Aşqabadda keçirilmiş Zirvə Toplantısı Xəzəryanı ölkələrin qarşılıqlı münasibətlərinin və əməkdaşlığının möhkəmləndirilməsi məsələləri ilə yanaşı Xəzər dənizinin problemləri barədə müzakirələrin aparılmasına və mövcud problemlərin aradan qaldırılması istiqamətində tədbirlərin icrası üçün olduqca önəmlidir.

Toplantıda geniş nitq söyləyən ölkə başçımız bir çox vacib məqamlarla yanaşı ən böyük qlobal problemlərdən biri olan və bütün dünyanı təhdid edən ekoloji problemlərdən də bəhs etmişdir.

Cənab Prezident, həmçinin dünyada baş verən quraqlığın Xəzər dənizinə də mümkün təsirlərindən danışaraq ətraf mühitin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı dövlətlərin narahatlığına şərik olduğunu qeyd etmişdir. Dövlət başçısı qeyd etmişdir ki, “Azərbaycan Xəzər dənizinin ekoloji problemlərinin həlli üçün əməkdaşlığın genişləndirilməsində ma¬raqlıdır. Xəzərin bioloji su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi üzrə komissiya çərçivəsində Xəzəryanı dövlətlərin uğurlu qarşılıqlı fəaliyyəti da¬vam edir. Bu ilin sonunda Bakıda “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyasının tərəflərinin VI konfransının keçirilməsi nəzərdə tutulub”. Bütün Xəzəryanı dövlətlərin ümumi marağına xidmət edən bu fikirlər bir daha dövlət başçımızın qlobal məsələlərə həssas yanaşmasının bariz sübutudur.

Həmçinin cənab Prezident çıxışında xüsusi narahatlıq doğuran digər bir məsələyə də toxunub. Dövlətimizin başçısı Xəzər dənizinin dayazlaşması barədə danışaraq həmkarlarının fikirlərinə şərik olduğunu, bu problemin uzun illər ərzində ciddi narahatlıq doğurduğunu qeyd etdi. Bildirmişdir ki, sahilyanı dövlətlərin nümayəndə heyətlərinin belə ekoloji fəlakətin səbəblərinin aşkarlanması, eyni zamanda, Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almağa yönəlmiş tədbirlərin müəyyənləşdirilməsi məqsədilə xüsusi ekspert qruplarının yaradılması işini davam etdirəcəklərini vurğulayıb.

Məlumat üçün qeyd etməliyik ki, Azərbaycan “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”nın və onun protokolları¬nın, eləcə də “Xəzər dənizində su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş”in razılaşdı¬rılması prosesində də fəal iştirak etməkdədir. Azərbaycan bu istiqamətdə aparılan beştərəfli qarşılıqlı fəaliyyətin mühüm nəticəsi kimi, 2018-ci il iyulun 20-də Moskva şəhərində Xəzəryanı dövlətlər arasında Çərçivə Konvensiyasının transsərhəd kontekstdə ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair protokolunun imzalanmasını da yüksək dəyərləndirmişdir. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, onun bioresurslarının mühafizəsi və artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir. Son illər respublikamızda bu istiqamətdə, Xəzərin ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən mühüm tədbirlər də bunun əyani nümunəsidir. Xəzər dənizinin çirklənmədən qorunması məqsədilə dövlətimiz tərəfindən mövcud sutəmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilməkdədir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
İran Azərbaycanla sərhədi bağlayıb? – Səfirlikİyulun 1-dən etibarən İranın Azərbaycanla quru sərhədlərini iki ay müddətinə bağlamasıyla bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Mövzu ilə bağlı Axar.az-ın sorğusuna İranın Azərbaycandakı səfirliyindən bildirilib ki, yayılan məlumatlar əsassızdır.

“İranın Azərbaycanla sərhəd-keçid məntəqələrinin hamısı, o cümlədən Naxçıvan istiqaməti açıqdır. Sadəcə, Azərbaycan quru sərhədlərini hələ ki, özü açmayıb”.
Avstraliya Putinin ailəsinə sanksiya tətbiq etdiAvstraliya daha 16 Rusiya vətəndaşını sanksiyalar siyahısına əlavə edib.

 Avstraliyanın sanksiya siyahısına Rusiya Prezidenti Vladimir Putinin övladlarının anası olduğu iddia edilən Alina Kabayeva da daxil edilib.

Siyahıda, həmçinin Uşaq Ombudsmanı Mariya Lvova-Belova, kənd təsərrüfatı naziri Dmitri Patruşev, tikinti naziri İrek Fayzulin və nəqliyyat naziri Vitali Savelyev də var.

Kanberra rəhbərliyinin hazırladığı siyahıya Rusiya prezidentinin qohumları olduğu bildirilən Mixail Putin, Roman Putin və İqor Putinin də adı salınıb.
RUSİYA YENİ HÜCUMA HAZIRLAŞIR - Çeçenlərdən ibarət 4 yeni batalyon yaradılırRusiya Ukraynadakı hücumlarını genişləndirmək üçün çeçen döyüşçülərdən ibarət yeni batalyonlar yaradır.

Bu barədə tanınmış çeçen yazıçı, siyasi fəal German Sadulaev şəxsi “teleqram” hesabından paylaşım edib.

O, bildirb ki, Rusiya Ukraynada yeni hücumlara başlamaq üçün ağır silahlarla təchziatlanmış çeçen döyüşçülərdən ibarət dörd yeni batalyon yaradır: “Bu onu göstərir ki, Rusiyanın Donbasda və ümumilikdə Ukrayna ərazisində qoşunlarının sayının azalmasıyla bağlı iddilar əsassızdır. Yeni yaradılacaq batalyonda tanklar, piyadaların döyüş maşınları, zirehli transportyorlar, artilleriya, minaatanlar və müxtəlif döyüş texnikaları olacaq”.

Sadulaev iddia edir ki, yeni batalyonlar Çeçenistan lideri Ramzan Kadırovun əmri ilə yaradılır: “İndiyə qədər Ukraynada döyüşən çeçen alayları yüngül silahlara sahib olduqları üçün birbaşa döyüşlərdə iştirak etmirdilər. Onlar işğal olunmuş ərazilərdə müxtəlif tapşırıqları icra edirilər”.

“Ancaq yeni yaradılan batayonların birbaşa aktiv döyüşlərdə iştirak edəcəkləri gözlənilir. Çeçenlərin müharibələrdəki yüksək motivasiya və psixoloji hazırlığını nəzərə alsaq, bu batalyonların Ukrayna cəbhələrində güclü hücum silahına çevriləcəyi aydındır" - deyə, Sadulayev bildirib.


AzPolitika.info
Qəbələdə 35 yaşlı qadın itkin düşübQəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, itkin düşən şəxsin boyu 155 sm, orta bədən quruluşlu,gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
"Kiminsə hakimiyyət ehtiraslarına görə ölkəmizin gələcəyini təhlükəyə atmaq olmaz"Bu gün radikallar xalqı böyük dəyişikliklər, ali dəyərlər üçün fədəkarlıq etməyə hazır olmadıqları üçün tənqid, bəzən hətta təhqir edirlər. Biz xalqımızın inkişafın yeni mərhələsinə keçməyə - Qərb standartlarına uyğun hüquqi dövlət, mülki cəmiyyət qurmağa hazır olmadığını 21 il öncə deyirdik və onları radikallıqdan imtina etməyə çağırırdıq. Onları inandırmağa çalışırdıq ki, iqtidarla əməkdaşlıq etməklə cəmiyyəti inkişaf etdirmək lazımdır, iqtidarın legitimliyini tanımamaq və gəncləri radikallaşdırıb mərhumiyyətlərlə üz-üzə qoymaq doğru siyasət deyil. Elçibəy demişkən, bəzi məsələlərin zamana ehtiyacı var.

Avrasiya.net xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev “Xalq Cəbhəsi”nə geniş müsahibəsində deyib.

“Müəyyən problemlər iqtidardan yox, xalqımızın ali dəyərlərə sadiqliyindən və inkişaf səviyyəsindən qaynaqlanır. Avropa standartlarına uyğun dövlət qurmaq üçün həmin standartlara cavab verən insan formalaşdırmalıyıq. Buna isə iqtidarı düşmən elan edib, xalqımızı onların çağırışlarına cavab vermədiyi üçün təhqir edib aşağılamaqla nail olmaq mümkün deyil. Bəzi insanlara qarşı sərt qərarlar isə ya onların böhtan və təhqirlə dolu davranışlarına, ya da şübhəli fəaliyyətlərinə görə ola bilər. Məsələn, siyasətdə olduğu uzun illər ərzində öz "konstruktiv" mövqeyi ilə seçilən, hətta "fit"lə hərəkətə keçən radikalları tənqid etməkdən çəkinməyən biriləri, birdən-birə öz radikallıqları ilə son günlərə qədər tənqid etdiklərini də geridə qoyurlar. Bu, həm də torpaqlarımızın işğaldan azad edilməsindən sonra baş verir. Halbuki əks proses baş verməli, radikallar daha konstruktiv mövqe sərgiləməliydilər. Buradan çıxan məntiqi nəticə odur ki, bu adamlar ya kənar təsir altına düşüblər, ya da iqtidar yeni dövr üçün "yeni lider"lər yetişdirir.

Ona görə də narahatlıq və həyəcanlanmaq üçün ciddi əsas yoxdur. Qeyd etdiklərim həm də o cür yozulmamalıdır ki, ölkəmizdə qanunun aliliyi ilə əlaqədar problemlər yoxdur. Biz, BAXCP olaraq hər zaman iqtidarı məhkəmə-hüquq islahatlarını dərinləşdirməyə çağırırıq. Biz islahatların xalqımızın sosial inkişaf indeksinə görə, o cümlədən xalq olaraq demokratik ənənələrə sahib olmadığımız səbəbindən ölkəmizdə xaosa və vətəndaş qarşıdurmasına gətirib çıxara biləcəyi, həmçinin qonşularımızla münasibətlərə və regional təhlükəsizliyə ziyan vura, dini ekstremizmin böyük təhlükəyə çevrilə biləcəyi barədə narahatlıqları da qəbul edirik, bölüşürük. Biz məsələlərə həm də regional müstəvidə baxmalı, qazanacaqlarımızla itirə biləcəklərimizi müqayisə etməliyik. Yeri gəlmişkən, deyim ki, xalqımızın passionar (siyasi fəal) hissəsi radikallardan fərqli olaraq daha sağlam siyasi mövqe nümayiş etdirir. Ona görə də "fit" müxalifətinin çağırışlarına cavab vermirlər. Mövcud vəziyyəti dərindən təhlil edərək biz mütəmadi olaraq iqtidarı yuxarıdan tədrici islahatlarla, güclü bazar iqtisadiyyatı qurmaqla xalqımızı yeni dövrə hazırlamağa çağırırıq. Kiminsə hakimiyyət ehtiraslarına görə ölkəmizin gələcəyini təhlükəyə atmaq olmaz”, - o bildirib.