Qəza törədən sürücü döyüldüCəlilabad rayonunda fəhlələri əkin sahəsindən daşıyan mikroavtobus "Priora" markala minik avtomobili ilə toqquşub.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə Cəlilabad şəhəri, H.Əliyev prospektində qeydə alınıb.

Qəza nəticəsində mikroavtobusda olan, rayonun Uzuntəpə kənd sakinləri - 2001-ci il təvəllüdlü A.Heydərova və 1972-ci il təvəllüdlü H.Ağayeva müayinə məqsədilə Cəlilabad rayon xəstəxanasına müraciət ediblər.

Məlumata görə, mikroavtobusun sürücüsü digər avtomobildə olan şəxslər tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.
"Özbəkistan və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlayır"Azərbaycan xalqının Orta Asiyadakı qardaş respublikalar arasında Özbəkistana qarşı münasibəti həmişə daha çox istiliyi, səmimiyyəti ilə fərqlənib. Özbəklərin də Azərbaycan musiqisinə, ədəbiyyatına və insanlarımıza xoş münasibəti barədə eyni sözləri demək mümkündür. Çünki bizi ortaq tarixi köklər, eyni milli-mənəvi dəyərlər birləşdirir.

Ölkələrimiz arasında siyasi əlaqələr də kifayət qədər yüksək səviyyədədir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin 2021-ci il martın 31-də Türk Dövlətləri Birliyinin videokonfrans formatında keçirilmiş Zirvə görüşündə Azərbaycan xalqını 44 günlük müharibə nəticəsində Qarabağın işğaldan azad olunması və tarixi ədalətin bərpa olunması münasibətilə ürəkdən təbrik etməsi də dostluq və qardaşlıq əlaqələrimizin yüksək səviyyədə olmasının göstəricisidir.

Biz həmin vaxt Özbəkistan dövləti ilə yanaşı sıravi özbəklərin də Azərbaycanın haqq işinə mənəvi dəstəyini açıq hiss edirdik. Və bu gün Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Daşkənddə Heydər Əliyev Meydanının açılışı zamanı etdiyi çıxışında İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə münasibətilə Azərbaycan xalqını qardaş özbək xalqı adından və öz adından bir daha səmimi-qəlbdən təbrik edərək, “Bütün bu illər ərzində Özbəkistan beynəlxalq hüquq əsasında Azərbaycanın ərazi bütövlüyü mövqeyində möhkəm dayanıb”, deməsi həqiqətən də çox qürurvericidir. Məsələyə "Dost da, düşmən də dar gündə bilinər" prizmasından baxdıqda özbəklərin bu cür prinsipial mövqeyini təqdirəlayiq, müsbət hal kimi qiymətləndirməliyik.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana 25 il əvvəlki səfərinin tarixi ilə üst-üstə düşməsi də heç də təsadüfi hadisə deyil. Bu səfərlər arasında məntiqi bağlılıq var. Bu o deməkdir ki, bizim dostluq və müttəfiqlik münasibətlərimiz, soy birliyimiz əbədidir, davamlıdır və əlaqələrimiz də daima yüksələn xətt üzrə inkişaf edir.

Özbəkistan Mərkəzi Asiyanın "açar ölkə"si, geosiyasi və geoiqtisadi proseslərdə həlledici həlqəsi hesab olunur. Bu baxımdan, Özbəkistan-Azərbaycan əlaqələrinin yüksək strateji münasibətlər səviyyəsinə çatdırılması bütün Türk dünyasının gələcək taleyində olduqca mühüm rol oynaya bilər.

Təsadüfi deyil ki, bu səfər zamanı tərəflər arasında 19 sənədin imzalanması nəzərdə tutulur. Bu da onu göstərir ki, birgə səylər sayəsində Özbəkistan ilə Azərbaycanın münasibətləri artıq yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatıb və konkret məzmun kəsb etməkdədir. İndi iki dost və qardaş ölkə - Özbəkistan və Azərbaycan arasında münasibətlərin yeni mərhələsi başlayır. Xeyirli-uğurlu olsun!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Ölkəmizdə koronaya yoluxanların sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 036 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 181 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 139 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 646, bu günə qədər isə ümumilikdə 6 942 791 test icra olunub.
Azərbaycanda daha bir məmur saxlanıldı - RəsmiAzərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Fikrət İsrafil oğlu Hüseynov saxlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib:

"Bu barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb.
Məhkəmədə dava düşdüBakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon Bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Avrasiya.net Trend-ə istinadən xəbər verir ki, məhkəmə prosesi açıq keçirilsə də, prosesə sədrlik edən hakim Rasim Sadıxov jurnalistləri məhkəmə zalından çıxarıb.

Daha sonra prosesdə ittiham aktı elan edilib.

İttihama göstərilib ki, Aytac Əliyeva və bacısı Turkut İlknur tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə bir neçə bir neçə nəfərin əmlakını ələ keçiriblər.

İttiham olunan bacılar özlərini geniş əlaqələrə sahib olan qızıl -zinət əşyalarının alqı-satqısı ilə məşğul olan şəxslər kimi təqdim ediblər. Belə ki, təqsirləndirilən şəxslər onlara pul veriləcəyi təqdirdə həmin vəsaitə qızıl -zinət əşyaları alıb əhatələrində olan yüksək vəzifəli şəxslərə baha qiymətə satacaqları barədə zərərçəkmiş şəxslər vəd ediblər.

Aytac Əliyeva və Turkut İlknur 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli biliniblər.

Təqsirləndirilən şəxslər məhkəmədə özlərini verilmiş ittihamlarla təqsirli bilmədiklərini deyiblər. Gərgin keçən prosesdə zərərçəkmiş şəxslərdən biri ilə təqsirləndirilən şəxslər arasında dava olub, hakim zərərçəkmişi zaldan qovub.

Proses iyulun 5-də davam etdiriləcək.

Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
PKK tərəfdarları türklərə hücum etdiFransanın Strasburq şəhərində Avropa Şurasının binası qarşısında PKK üzvləri və onların tərəfdarları stend açaraq Türkiyəyə qarşı təbliğat fəaliyyəti həyata keçirib.

Avrasiya.net xəbər verir ki, həmin vaxt bölgədəki Türkiyə vətəndaşları terror tərəfdarlarına sərt reaksiya veriblər.

Terror təşkilatının tərəfdarları daha sonra onlara hücum etməyə cəhd ediblər.
"Şəffaflığın təmin olunması üçün rektor əlindən gələni edir"Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi tərəfindən elmli professor-müəllim heyətinin uzaqlaşdırılması fikri şərdir, böhtandır."

Bu fikirlər Faktinfo.az saytına ADAU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən göndərilən xəbərdə yer alır.

Məlumatda o da qeyd olunur ki, son aylar bir sıra saytlarda təkrarçılıqla ADAU və onun rektoru haqqında aparılan "ümümiləşmələr" sifariş, məqalələrdə anonim mənbələrə istinad isə qəsdən suni ittiham sübutları ilə ictimai-rəyi çaşdırmaq istəyənlərin davamlı "çağırışı" kimi qəbul edilir.

Qənaətimiz belədir: ADAU-nun rektoru İbrahim Cəfərov özünü ictimai rəydən, yüksək amaldan məhrum etməyib. O səbəbdən də universitetin professor-müəllim heyəti ilə hörmətlə davranır, onların ADAU-dan uzaqlaşdırılmasını düşünmür, kafedra müdirləri seçkisinə anlayışla yanaşır, müasir çağırışlara cavab verən gənc müəllimlərin kafedralara işə götürülməsini məqbul bilir, heç bir məsələyə şəxsi istək və arzudan irəli gələn bir şəkildə müdaxilə etmir, qərar qəbul edərkən kollegial yanaşmaya üstünlük verir.

O cümlədən, ADAU-da imtahan sessiyasının keçirilməsi zamanı məsuliyyət hissini itirmir, şəffaflığın maksimum şəkildə təmin olunması üçün rektor əlindən gələni edir, bu prossesə dövlət mövqeyindən yanaşır.

Bilərəkdən, ADAU və onun rəhbərliyini illuziyalara qapılmaqla, emosional şəkildə yersiz yerdən tənqid etmək ənənəsi isə məlum saytlar üçün "səmimiyyət" adı altında pərdələnməkdir.

Həmçinin, rektor İbrahim Cəfərov ADAU-da heç kimin məvacibinə məxsusi yanaşıb artım etmir (ümumiyyətlə bu onun səlahiyətində olmayan məsələdir), heç bir müəllimlə ədavət aparmır. Ona görə də bir sıra saytlarda dərc olunan "dəlilləri" nəzərə alaraq bildiririk: - "ideyalarnızın" həqiqətlə heç bir əlaqəsi yoxdur, sadəcə şəxsi meyllə bağlı olub növbəti dəfə milləti çaşdırmaq ənənəsidir.
Ukraynada döyüş zamanı ABŞ vətəndaşı həlak olduUkraynada ruslarla döyüşlər zamanı ABŞ vətəndaşı Stiven Zabelski həlak olub.

Bu barədə “Vaşinqton Post” məlumat yayıb.

Məlumata görə, 52 yaşlı Stiven Zabelski mayın 15-də döyüş zamanı həlak olub:

“Onun ABŞ ordusunun veteranı olduğu və minaya düşərək öldüyü deyilir. Zabelskinin həyat yoldaşı və övladlığa götürdüyü beş uşağı qalıb”.
DTX-nin saxladığı yüksək vəzifəli şəxs görün kim imiş - FotoDövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində saxlanılan yüksək vəzifəli şəxslərdən birinin kimliyi məlum olub.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, onlardan birinin Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinin direktoru vəzifəsində çalışan gömrük general-mayoru Ehtiram Xəlilov olduğu iddia edilir.

Qeyd edək ki, Ehtiram Xəlilov daha əvvəl Aksiz Baş Gömrük İdarəsinin rəisi vəzifəsində çalışıb. Ondan əvvəl isə Sumqayıt gömrüyünə rəhbərlik edib.
Eldar Salayev vəfat edibAzərbaycanın tanınmış alimi, fizika-riyaziyyat elmləri doktoru, 1983–1997-ci illərdə Azərbaycan Elmlər Akademiyasının prezidenti olmuş Eldar Salayev vəfat edib.

Avrasiya.net xəbər verir ki, akademik 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib.

1970–1973-cü illərdə Azərbaycan Elmlər Akadmeiyasının Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilib.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

O, 1983–1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olub.

Allah rəhmət eləsin!