Vətənpərvər Azərbaycan əsgəri"Hər bir dövlətin ordusu onun əsas sütunlarından biridir. Ordu hər bir ölkənin ərazi bütövlüyünün ,suverenliyinin, müstəqilliyinin təminatçısıdır. Ordu yaratmaq ,qurmaq asan şey deyildir.

Ulu Öndər deyirdi:"Hərbi vətənpərvərlik ruhu hər bir insanın qəlbində yaşamalıdır.Əyər vətənpərvərlik hissiyatı olmasa ,o ölkəsinin vətəndaşı ola bilməz "
22 may, 1998-ci il prezident Heydər Əliyevin sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd olunur. Bu tarixi gün qəhrəman Ordumuzun bayramıdır. Bu günlərə gələnə qədər Azərbaycan ordusu çox kəşməkeşli yollardan, sınaqlardan keçdi. Biz mənfur düşmənlərimiz tərəfindən elan olunmamış müharibəyə məruz qaldıq. Qarabağ müharibəsi zamanı ( 1988-1994) ermənilər havadarları tərəfindən sürətlə silahlandırılırdı. Azərbaycan tək qaldığı mübarizə meydanında qəhrəmancasına vuruşurdu.ATƏT-in Minsk qrupu və BMT qətnamələri heçə sayılır, heç bir ciddi addım atılırdı. 1994-cü ildə imzalanmış Bişkek sazişi atəşkəsi sağlasa da torpaqlarımız işğal altında qalmışdı. Azərbaycan bu sazişdən yararlanıb beynəlxalq əhəmiyyətli böyük enerji və infrastruktur layihələrini reallaşdırmağa başladı. Əsas məqsədimiz güclü dövlət , güclü iqtisadiyyat ,güclü ordu yaratmaq və torpaqlarımızı işğaldan azad etmək idi. Çətin siyasi prosesdə Azərbaycanın atacağı addımlar onun gələcəyinə çox böyük təsir edə bilərdi. Ümummilli lider Heydər Əliyevin apardığı məqsədyönlü siyasət yaranmış sabitlikdə iqtisadi yüksəlişə şərait yaratdı. Aparılan uğurlu xarici siyasət nəticəsində Azərbaycan yüksəlişə gəlməklə yanaşı Ermənistanı bütün beynəlxalq layıhələrdən kənarda saxladı. Biz beynəlxalq arenada ədalət axtarmaqla yanaşı, həm də ordumuzu daha modern şəkildə qururuq. Aparılan danışıqlar nəticə vermirdi. Azərbaycan ordusu 2016 cı ildə aprel döyüşlərində aldığı böyük zəfərlərlə gənclərimizin hərbi vətənpərvərlik ruhunu daha da yüksəltdi. Aprel döyüşləri kimi 2020-ci ilin 12 iyul Tovuz döyüşləri də Ermənistanın uydurma məglubedilməzlik mifini puç etdi.Işğal olunmuş torpaqlarımızı azad etmək üçün minlərlə vətənpərvər insan hərbi komissarlıqlara üz tutdu.

Xalqımızın səbir kasası dolmuşdu.Möhtərəm prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin əks - hücumu başladı.Azərbaycanın qəhrəman ordusu ll Qarabağ müharibəsində "Dəmir yumruq "adını alan planı həyata keçirməyə başladı. Azərbaycan Ordusunun hərb tarixində sərgilədiyi bir çox uğurlar bir ilk idi.
Azərbaycan Silahlı qüvvələrinin Müzəffər Ali Baş Komandan Ilham Əliyev xalqa müraciətində öz sözlərini belə tamamlamışdı."Öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir.Azərbaycan ordusu öz torpaqlarında ərazi bütövlüyümüzü qoruyur. Erməni əsgərinin bizim torpağımızda nə işi var ?Ermənistan işğalçı dövlətdir və bu işğala so qoyulmalıdır.Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacayıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu cümlə 44 günlük Vətən müharibəsi dövründə simvola çevrildi. Hər azad edilən yaşayış məntəqəsindən səslənən məruzələr bu cümlə ilə bitirdi "Qarabağ Azərbaycandır!""

2020-ci il ,8 noyabr "Şuşa əməliyyatı" Azərbaycan Ordusunun nəyə qadir olduğunu təkcə düşmənə deyil ,bütün dünyaya göstərdi. Bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman əsgərlərimiz dağlardan, meşələrdən keçərək Şuşanı azad etdilər. Şuşanın azad edilməsi düşmənin ağır məğlubiyyəti ,bizim isə şanlı qələbəmiz oldu. Müzəffər Ordumuz Qarabağ uğrunda döyüşlərdə, Azərbaycan diplomatiyası isə beynəlxalq arenada ardıcıl qələbələr qazandı.

XX əsrin 90 cı illərindən fərqli olaraq ölkədə vahid komandanlıq ,güclü siyasi hakimiyyət olması,müasir silahlarla silahlanmış peşəkar ordunun formalaşması , xalq-ordu - Ali Baş Komandan vəhdəti bizə böyük Zəfəri gətirdi.Son iki yüz illik tarixində Azərbaycan müharibədən ərazi itgisi ilə ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxdı. Bu müharibədə hər bir əsgər bu torpaq uğrunda qəhrəmancasına vuruşdu, şəhid oldu,qazi oldu.Böyük Zəfər qəlbi vətənpərvərliklə döyünən Azərbaycan əsgərinin qələbəsidir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.Düşmənin qarşısında başı dik bütün dünyaya Azərbaycan əsgərinin ruhunu və nəyə qadir olduğunu göstərdik.

Yaşasın Azərbaycan Əsgəri!

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Azərbaycanın daxili işlər naziri İranın Narkotiklərlə Mübarizə Polisinin rəisi ilə görüşübAzərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyunun 20-də ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kəriminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqları salamlayan nazir V.Eyvazov xalqlarımız arasında tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu vurğulayaraq Azərbaycan-İran münasibətlərinin dinamik və məhsuldar şəkildə inkişaf etdiyini, bu əməkdaşlığın strateji xarakter daşıdığını qeyd edib.

Daha sonra iki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrə toxunan nazir bildirib ki, qarşılıqlı fəaliyyəti tənzimləyən normativ-hüquqi baza mövcuddur və bu, daha sıx əməkdaşlığa və cinayətkarlıqla mübarizədə birgə praktiki tədbirlər həyata keçirməyə imkan yaradır. O, belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq, o cümlədən bəşəri bəlaya çevrilmiş narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə səylərimizin birləşdirilməsi üçün geniş imkanlar yaratdığını, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlığın böyük potensiala malik olduğunu, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.

Nazir qonaqlara Azərbaycandakı mövcud kriminogen vəziyyət haqqında qısa məlumat verib, respublikamızda demokratik prinsiplərin möhkəmləndirilməsi, ictimai münasibətlərin hüquqi tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi sahəsində görülən işləri qeyd edib və bildirib ki, hüquq-mühafizə orqanları sıx, qarşılıqlı əlaqədə mütəşəkkil cinayətkarlığa, beynəlxalq terrorizmə, ekstremizmə, separatizmə, silahların və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks tədbirlər həyata keçirirlər.

İran İslam Respublikasının Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi, briqada generalı Məcid Kərimi səmimi qəbula görə minnətdarlığını bildirərək qeyd edib ki, həqiqətən belə səfərlər, imzalanmış sazişlərin müddəalarının yerinə yetirilməsi eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki dost ölkənin mənafelərinə tam uyğundur, bütün sahələrdə, o cümlədən təhlükəsizlik, iqtisadi münasibətlər və digər məsələlərdə əlaqələrin daha da inkişaf etdirilməsinə kömək göstərir.

Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
DTX əməliyyatı: bir neçə general saxlanıldıDövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda genişmiqyaslı əməliyyat keçirib.

Avrasiya.net Bakupost.az-a istinadla xəbər verir ki, dövlət qurumlarından birində baş tutan əməliyyatda xeyli vəzifəli şəxs saxlanılıb.

Onlar arasında general rütbəli şəxslərin olduğu da deyilir.

Əməliyyatın təfərrüatı barədə yaxın saatlarda rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
Aqrar Universitetindən bəzi media orqanlarına etiraz - "Bizə böhtan atmayın"Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim kollektivi ali təhsil ocağı barədə yazılan neqativ xarakterli yazılara münasibət bildirib. 

Avrasiya.net bu münasibətin əks olunduğu müraciəti təqdim edir: 

"Son dövrlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının və onun rəhbərliyinin fəaliyyətinə kölgə salan yalan və böhtan xarakterli yazılar yayımlanır. Biz, Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup professor-müəllim heyyəti adından bu yazılara öz münasibətimizi bildiririk".

Öncə onu qeyd etmək istəyirik ki, Azərbaycan Dövlət Aqrar Universiteti rektor İ.H.Cəfərovun rəhbərliyi altında özünün inkişaf yolunu keçir, artıq aqrar sahədə dünyəvi biliklərə malik yüksək ixtisaslı kadr hazırlığını həyata keçirir. Universitetdə yeni tələbə yataqxanası və tədris korpusu tikilərək istifadəyə verilmişdir. Bütün kafedralarda olan laborotoriyalar maddi-texniki bazanın yaxşılaşdırılması üçün yeni avadanlıqlarla təchiz olunmuşdur. Maşın-traktor parkı yaradılaraq müasir texnikalarla təmin olunmuş, quşçuluq, balıqçılıq, heyvandarlıq, istilikxana təsərrüfatları yaradılmış, tədris-təcrübə təsərrüfatı yenidən qurulmuşdur. Mühəndislik fakultəsi üçün tədris emalatxanası yenidən tikilərək lazımi avadanlıqlarla təchiz edilmiş və tələbə-müəllim kollektivinin istifadəsinə verilmişdir.

Ölkə başçısı İlham Əliyev yeni tikilmiş yataqxana və tədris korpusunun açılışında iştirak edərək universitetdə aparılmış işlər haqqında yüksək fikir söyləmişdir. Kənd Təsərrüfatı naziri və ölkəmizdə yerləşən səfirliklərin, dünya bangının nümayəndələri dəfələrlə universitetdə olmuş, rəhbərliyin fəaliyyəti və görülən işlər haqqında xoş sözlər söyləmişlər. Universitetdə çalışan əməkdaşlar bunların şahidi olmuş və bu görüşlər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

Bu gün universitetdə yüksək ixtisaslı kadr hazırlığının həyata keçirilməsində də mühüm işlər həyata keçirilir. Tələbələrin nəzəri biliklərinin təcrübi baxımdan möhkəmləndirilməsi üçün onlar istehsalat prosesində iştirak edirlər. Bunun üçün universitet respublikamızda fəaliyyət göstərən ən qabaqcıl şirkət, firma və təsərrüfatlarla müqavilələr imzalamışdır.

Hal-hazırda universitet ikili diplom çərçivəsində Türkiyənin Ege universiteti ilə əməkdaşlıq edir. Ege universitetinin bir qrup professor-müəllim heyyəti Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrə laborotoriya, seminar və mühazirə dərsləri keçirlər.

Bildirmək istəyirik ki, yuxarıda qeyd olunanlar Azərbaycan Dövlət Aqrar Universitetində görülən işlərin kiçik bir qismini göstərir.

Bu gün universitetdə tam şəffaflıqdır. Bunu universitetdə təhsil alan tələbələr və onların valideyinləri də sosial şəbəkələrdə yazdıqları rəylərdə təsdiq edirlər. Universitetdə imtahan sessiyası dövründə şəffaflığın izlənməsi üçün valideynlərlə görüşlər keçirilir, kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur.

Azərbaycan Dövlət Aqrar Universitetinin bu cür inkişafında Ölkə Rəhbərliyinin diqqət və qayğısı ilə rektor İ.H.Cəfərovun böyük əməyi vardır. İbrahim Cəfərov bütün həyatını, elmi-pedaqoji fəaliyyətini universitetin inkişafına həsr etmişdir. İ.H.Cəfərov bu gün universitetdə rektor, əsl müəllim və alim kimi fəaliyyət göstərir. Onun rektorluq fəaliyyəti tələbə və professor-müəllim kollektivinin gözü qarşısındadır. Həmişə kollektiv içərisində olur, tələbələr və əməkdaşlar tərəfindən müraciətlər olduqda, həmin problem yerində dinlənilərək həll olunur. Odur ki, İbrahim Cəfərov tələbə və professor-müəllim kollektivinin sevimli rektoruna çevrilmişdir. Məhz bunun nəticəsidir ki, "Azərbaycan universitetləri" səhifəsinin keçirdiyi rəy sorğusunda İbrahim Cəfərov dəfələrlə "ilin rektoru" seçilmişdir. Onun müəllimliyi də göz qabağındadır. Hələ pandemiya dövründə belə universitetdə ilk onlayın dərsi özü keçmiş, keçdiyi bütün dərslər youtube platformasında yerləşdirilmişdir. Alim kimi fəlsəfə və elmlər doktorluğu proqramı üzrə doktorantlara rəhbərlik edir.

Son zamanlar bu cür inkişafı gözü götürməyən, şəffaflığa uyğunlaşa bilməyən bir qrup şəxslər universitet rəhbərliyi və əməkdaşları haqqında yalan və böhtan xarakterli yazıları anonim olaraq müxtəlif kütləvi informasiya vasitələrinə göndərirlər. Universitetin bütün kollektivi onsuz da anonim şəkildə göndərilən bu yazıların yalan və böhtan xarakterli olduğunu bilirlər.

Maraqlıdır, bəs bu anonim yazıları verən kimlərdir və onların məqsədləri nədir? Onların məqsədləri universitetdə keçirilən şəffaf seçkilərə kölgə salmaq, abırlı, layiqli ziyalıları şantaj və böhtan yolu ilə qorxutmaq və bu yolla universitet rəhbərliyinə təsir etməklə öz məkrli niyyətlərinə nail olmaqdır. Universitetin fəaliyyətində heç bir əməyi olmayan, müxtəlif vaxtlarda fakültələrdə keçirilən seçkilərdə iştirak edərək səs toplaya bilməyən və sonradan bununla barışa bilməyən "ziyalılardır".

Hörmətli mətbuat işçiləri, verilən yazıların yalan və böhtan xarakterli olmasını əməkdaşlarla apardığınız sorğulardanda müəyyən edə bilərsiniz.

Biz Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyyəti olaraq müxtəlif seçkilər ilə əlaqəli rektorluq və əməkdaşlar haqqında yazılan yazının yalan və böhtan xarakterli olmasını bildiririk.

Qoy bu yalan və böhtan xarakterli yazını yazanlar öz vicdanları və Allah qarşısında cavab versinlər.

Bir daha bildiririk ki, Azərbaycan Dövlət Aqrar Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara dərc olunmaq ücün göndərilən, heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar naməlum anonim mənbənin marağı xatirinə virtual məkana yol tapmışdır. Bu yalan və böhtanları Azərbaycan Dövlət Aqrar Universitetinin bütün sağlam əqidə ilə düşünən kollektivinə qarşı yönəlmiş hesab edirik.

Biz bu məqalələrə görə hörmətli jurnalistləri günahlandırmırıq, nə də onlardan incimirik, çünki jurnalistlər aldığı informasiyanı yazır. Bizə tam və dəqiq məlumdur ki, bu böhtan xarakterli informasiyanı mətbuata ötürənlər universitetdəki şəffaflıq və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərlə barışa bilməyənlərdəndir.

Bütün jurnalistlərə, yazarlara dərin hörmət və ehtiramımızı bildiririk və inanırıq ki, tərəfsiz media prinsiplərinə sadiq qalaraq gedən yazılara münasibətimizi saytınızda yerləşdirəcəksiniz.
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıbAvropa İttifaqı (Aİ) Krımın ilhaqı ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyaları növbəti bir il müddətinə uzadıb.

APA-nın xəbərinə görə, bu barədə Avropa İttifaqı Şurasının bəyanatında bildirilib.

Aİ Şurası bu gün Krımın və Sevastopol şəhərinin qanunsuz ilhaqına cavab olaraq qəbul edilən sanksiyaların müddətini 23 iyun 2023-cü ilədək uzadıb.

Bəyanatda qeyd olunub ki, 2014-cü ildə qəbul edilən və hazırda da qüvvədə olan məhdudlaşdırıcı tədbirlərə Krım və ya Sevatspolla əlaqəli məhsullara Aİ-yə idxal edilməsinin, infrastruktur və ya maliyyə investisiyaları yatırılmasının, turizm xidmətləri göstərilməsinin qadağan edilməsi daxildir.

Əlavə olunub ki, sanksiyalar həmçinin, Krım və Sevastopola müəyyən mal və məhsulların, texnologiyaların ixrac edilməsini, Krımın və Sevastopolun nəqliyyat, telekommunikasiya və enerji sektorlarının istifadəsini, neft, qaz və digər mineral resurslarının istismarını və istehsalı qadağan edir.
Evləndikdən 10 ay sonra “ərinin” qadın olduğunu öyrəndi gənc xanım tanışlıq proqramı vasitəsilə özünə həyat yoldaşı tapıb.

Modern.az xəbər verir ki, N.A adlı qadın özünü Amerikada təhsil almış cərrah kimi təqdim edən kişi ilə efirdə tanış olaraq, sevgi münasibəti qurub.

Cütlük 3 ay sonra evlənmək qərarına gəlib. Sevgililər dini nikaha girərək ailə həyatı qurub. Lakin qadın rəsmi nikaha girməyi tələb etdikdə, kişi sənədlərinin olmadığını bəhanə gətirərək, bundan yayınıb. Bir müddət sonra kişi həyat yoldaşını İndoneziyanın Lahat şəhərinə aparıb. Orada qadını evdə saxlayaraq, insanlarla münasibət qurmasına qadağa qoyub.

Bundan xəbər tutan qadının anası kürəkənindən polisə şikayət edib. İşə qarışan polis araşdırma aparaq, həmin şəxsin dələduzluq etdiyini, eyni zamanda özünü kişi kimi təqdim etsə də, qadın olduğunu şikayətçilərin diqqətinə çatdırıb. Məsuliyyətə cəlb olunan dələduz hakim qarşısına çıxarılıb.

Gözlənilməz hadisə ilə üzləşən N.A adlı qadın başına gələn olaydan şoka düşdüyünü, öz həmcinsi ilə evləndiyinə inanmadığını söyləyib.
FHN bu restoranın hasarını sökdü - VideoFövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən Avrasiya.net-ə bildirilib ki, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, 24 ünvanında yerləşən “Madonna” şadlıq sarayının bilavasitə ərazisində yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin hasara alınması barədə Dövlət Yanğın Nəzarəti Xidmətinə (Xidmət) məlumat daxil olub.

Məlumatla əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı həqiqətən də göstərilən ünvanda yerləşən yüksək gərginlikli hava elektrik xəttinin dirəyinin “Madonna” şadlıq sarayı tərəfindən hasarlanaraq sarayın həyətinə daxil edilməsi, bununla da yanğın təhlükəsizliyi sahəsində ciddi qayda pozuntusunun mövcudluğu öz təsdiqini tapıb.

Qeyd olunanları nəzərə alaraq, Xidmət tərəfindən dərhal aidyyəti üzrə məsələ qaldırılaraq hasarın sökülüb təhlükənin aradan qaldırılması təmin olunub.


Polis silahla ehtiyatsız davrandı - Xəsarət aldıBu gün səhər saat 6 radələrində Səbail Rayon Polis İdarəsinin əməkdaşı Elçin Qurbanov gecə növbəsində xidmətdə olarkən tabel silahı ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda bildirilib.

O, dərhal xəstəxanaya çatdırılaraq həkimlərin nəzarətinə verilib. Hazırda xəstənin vəziyyəti qənaətbəxşdir və həyatı üçün təhlükə yoxdur.
Ukrayna bir gündə 450 əsgər itirdi - KoneşenkoRusiyaya məxsus raket və artilleriya birləşmələri bir gündə 148 hərbi obyektə zərbə endirib. Bu hücumlar nəticəsində 450 Ukrayna əsgəri zərərsizləşdirilib.

Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Koneşenko bildirib.  

"Rusiya hava hücumundan müdafiə sistemləri Dnepr bölgəsindəki Apostolovo qəsəbəsi yaxınlığında Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsini vurub. Eyni zamanda, Xerson, Luqansk, Donetskdə Ukraynaya məxsus 9 pilotsuz uçuş aparatı məhv edilib", - İ.Koneşenkov deyib.

Konaşenkovun sözlərinə görə, bu günə qədər Ukraynaya məxsus 208 təyyarə, 132 helikopter, 1260 pilotsuz uçuş aparatı, 345 hava hücumundan müdafiə sistemi, 3696 tank və zirehli texnika, 576 reaktiv yaylım atəşi sistemi, 2055 haubitsa və minaatan məhv edilib.
Rusiyanın daha 200 əsgəri öldürülübÖtən sutka ərzində Ukrayna hərbçiləri daha 200 rus işğalçısını məhv edib. Bununla da fevralın 24-dən indiyədək Rusiya Federasiyasının məhv edilən hərbi qulluqçularının sayı 33 800-ə çatıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook" səhifəsində məlumat yayılıb. 

Rusiya ordusunun itkiləri aşağıdakı kimidir:

1 477 tank;

3588 zirehli döyüş maşını;

749 artilleriya sistemi;

238 çoxlu raket sistemi;

98 hava hücumundan müdafiə sistemi;

216 təyyarə;

181 helikopter;

601 dron əməliyyat-taktiki səviyyəsi;

130 qanadlı raket;

14 gəmi/qayıq;

2527 nəqliyyat vasitəsi və yük maşını;

55 ədəd xüsusi texnika; 

Qeyd olunub ki, son sutka ərzində Rusiya ən böyük itkini Baxmut və Zaporojye istiqamətlərində verib.