PA rəsmisi İran səfiri ilə görüşdüAzərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Abbas Musəvi Tvitter hesabında yazıb.

“Bu gün mən Azərbaycan Respublikası Prezidentinin köməkçisi hörmətli Hikmət Hacıyevlə görüşdüm. Görüşdə 2 qonşu ölkənin münasibətləri müzakirə edildi” – A.Musəvi qeyd edib.
ORDUMUZ LAÇIN ŞƏHƏRİNƏ DAXİL OLDU - Laçın dəhlizi bağlanır... + VİDEOAzərbaycan ordusunun bölmələri iyunun 17-də Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Laçın şəhərinə daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə AzTV eksklüziv görüntülər paylaşıb.

Görüntülərdə Azərbaycan ordusunun Laçın şəhərinin mərkəzində hərəkət etdiyi əks olunur.

Qeyd edək ki, bu gün bir sıra erməni KİV-lərində yayılan məlumatlara görə, iyulun 1-dən Laçın şəhəri, Zabux və ermənilərin vaxtilə qanunsuz olaraq məskunlaşdığı və hələ də yaşadığı daha bir neçə kənd Azərbaycan ordusunun nəzarətinə qaytarılacaq.

Xatırladaq ki, bu ayın sonlarında Laçın dəhlizinə alternativ olaraq çəkilən yeni yolun istifadəyə verilməsi gözlənilir. Bu isə Laçın dəhlizinin də Azərbaycan ordusunun nəzarətinə veriləcəyi və bağlanılacağı deməkdir.

Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, yeni hərəkət marşrutu hazır olduqdan sonra Laçın dəhlizi boyunca dayanan Rusiya sülhməramlı kontingentinin də yerdəyişməsi həyata keçiriləcək. Onlar müvəqqəti olaraq Laçın şəhərindən yan keçən yeni marşrut xətti üzrə yerləşəcəklər.
Güləşçilərimiz erməniləri məğlub edərək finala yüksəldilərAzərbaycanın 2 sərbəst güləşçisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatının yarımfinalında erməni rəqiblərinə qalib gəliblər.

Axar.az xəbər verir ki, 48 kq-da Vasif Bağırov Saşa Petrosyanı 5:0, 55 kq-da yer alan Camal Abbasov isə Artavazd Harutyunyanı 10:2 hesabı ilə məğlub edərək finala yüksəliblər.

Qeyd edək ki, bu gün həmçinin 65 kq-da İlyas İsayev, 80 kq-da Şəmistan Axundov və 110 kq-da Yusif Dursunov yarımfinal görüşlərinə çıxacaqlar. Onlar finala gedən yolda müvafiq olaraq, türkiyəli Fatih Acar, macarıstanlı Peter Şombor Şivnovski və fransalı Levan Laqvilava ilə üz-üzə gələcəklər.
Putin Ukrayna ilə kifayətlənməyəcək - BaydenRusiya Prezidenti Vladimir Putin yalnız Ukrayna ilə kifayətlənməyəcək.

Bu açıqlama ilə ABŞ Prezidenti Co Bayden çıxış edib.

“Heç bir iş görülməsəydi, daha pis olardı. Əgər o, Ukraynaya müdaxilə edib onu Belarus kimi nəzarət altına alsaydı, NATO üçün təhlükə yaranardı. Bununla hər şey bizim üçün daha pis ola bilərdi”, - Bayden qeyd edib.

O bildirib ki, Bayden Finlandiyanın NATO-laşmasına səbəb olub.
Nərmin itkin düşən gün bacısını da oğurlamaq istəyiblər - MəhkəməGəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilməsində təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Avrasiya.net Trend-ə istinadən məlumat verir ki, hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə kənd sakinlərinin və Nərminin nənəsi Minayə İsmayılovanın istintaqdakı ifadələri elan edilib.

Kənd sakinlərindən Adil Abdullayev bildirib ki, uşaq itkin düşdüyü gün səhər saat 9-dan axşam saat 18:00-a qədər Dondar Quşçuda qohum-qonşuya dəvətnamə paylayıb. Bu müddətdə küçədə nə Nərmini, nə də onu oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovu görməyib.

Daha sonra Minayə İsmayılovanın ifadəsi elan edilib. O, ifadəsində göstərib ki, qızı Aynurə 2007-ci ildə Şərif Quliyevlə ailə qurub. Onun sözlərinə görə, kürəkəni Şərif Quliyevə ciyər xəstəliyilə əlaqədar əlillik təyin edilib.

Minayə İsmayılova bildirib ki, kürəkəninin anası Leybə Quliyeva ilə münasibətləri yaxşı deyil. Çünki illər öncə Leybə Quliyeva onun qızı Aynurəni iki uşaqla birlikdə evdən çıxarıb: “Onda hələ üçüncü qız Şəhanə doğulmamışdı, Şəbnəm və Nərmin var idi. Şəhanə onlar mənim evimdə qalanda dünyaya gəldi. Bir müddət mənim evimdə, bir müddət kirayədə qaldılar. Sonradan mənim də dəstəyimlə ev tikib köçdülər. Bu hərəkətinə görə Leybə ilə danışmırdım”.

M. İsmayılova istintaqda dindirilərkən öz qızı Aynurə İsmayılova ilə də küsülü olub. Səbəbini isə belə izah edib:

“Hazırda qızım mənimlə küsülüdür. Mən bu məsələ ilə bağlı telekanallarda danışanda onun qayını Lətifdən şübhələndiyimi dediyim üçün qızım məndən küsüb. Nərmini sonuncu dəfə itkin düşməmişdən 7-8 gün əvvəl görmüşdüm. Hadisə baş verən gün Qovlar qəsəbəsində işdə idim. Qayıdandan sonra saat 19:00 radələrində Şəbnəm gəlib ki, Nərmin burada deyil? Dedim ki, yox. Çıxıb getdi. Gecə saat 1 radələrində qapım döyüldü, dedilər ki, polisdir. Bir neçə polis əməkdaşı evə daxil oldu, baxdılar. Sonra mən də onlarla birlikdə maşınla qızımgilə getdim. Orada eşitdim ki, günorta Arif əmisigilə gödəkçə aparıb verib, sonra keçib Lətifgildən də atasının gödəkçəsini götürüb, ondan sonra yoxdur. Bir müddət sonra Şəbnəm onun arxasınca gedib, deyiblər ki, dərhal çıxıb gedib. Şəbnəm qayıdanda onu bir sarı maşına mindirmək istəyiblər, minməyib”.

M. İsmayılovanın iş materiallarında daha bir ifadəsi elan edilib. Şahid həmin ifadəsində isə bildirib ki, hadisədən bir müddət əvvəl kürəkəni Şərif Quliyev sərxoş vəziyyətdə Aynurə İsmayılovanın işlədiyi kafeyə gələrək, onu bıçaqlamaq istəyib.

"Həmin vaxt qorxuya düşən Aynurə mənə zəng edib iş yerinə çağırdı. Mən taksi ilə qızımın iş yerinə getdim. Ora gedəndə yolda Şərif Quliyevi görüb çağırsam da, mənə əhəmiyyət vermədi. Aynurəni iş yerindən götürüb, birlikdə polis şöbəsinə getdik, orada ərinin Aynurə
İsmayılovanın başına gətirdiklərini danışdıq. Bir neçə gün sonra yenidən polis şöbəsinə gedəndə Aynurə əri ilə barışdığını bildirdi", - şahid deyib.

Məhkəmə prosesi iyulun 13-də davam edəcək.

İttihama görə, 1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə təqsirləndirilib.

O Nərmin Quliyevanı oğurlayaraq, 47 gün sonra qətlə yetirməkdə günahlandırılır.
Rəfiqə Hüseynzadənin nəzarətsiz qoyduğu qurumunun dövlətə borcu üzə çıxdı- ŞOK RƏQƏMAzərbaycan Respublikasının Dövlət Neft Şirkətinin SOCAR Ekologiya İdarəsinin dövlətə vergi borcu üzə çıxıb.

AMİA.AZ xəbər verir ki , idarənin 4 milyondan çox (4040670.28 AZN ) borcu yaranıb.

Nizamnamə kapitalı 835 min 444 manat olan idarənin qanuni təmsilçi Azər Əliyev Həsən oğludur. Ancaq SOCAR Ekologiya İdarəsinin kuratoru Rəfiqə Hüseynzadədir.

Belə ki, Rəfiqə Hüseynzadə SOCAR-da ekologiya üzrə vitse-prezidentdir.32gun.az

Məktəbli qız özünü sanitar qovşaqda asdıBakıda 16 yaşlı qız intihar edib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, dünən saat 16 radələrində Mərdəkan qəsəbəsində yerləşən “Günəşli” sanatoriyasındakı sanitar qovşaqdan yeniyetmə qızın asılmış vəziyyətdə meyiti aşkar edilib.

İlkin araşdırmalardan sonra meyitin həmin sanatoriyanın həyətindəki evlərdən birində yaşayan, 2006-cı il təvəllüdlü Ə.Əliyevaya məxsus olması müəyyən edilib.

Bəlli olub ki, orta məktəbin yuxarı sinif şagirdi olan 16 yaşlı Ə.Əliyevanın tanış olduğu oğlanla sevgi münasibəti yaranıb. Valideynləri isə ona həmin oğlanla əlaqəsini kəsməsini tapşırıblar. Ali məktəbə hazırlaşan qızın ailə üzvləri daha sonra Ə.Əliyevanın mobil telefonunu əlindən alıblar.

Bundan sonra 16 yaşlı qız sanitar qovşaqda özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Koronaya yoluxanların sayı artdıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 959 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 145 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 99 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 899, bu günə qədər isə ümumilikdə 6 934 154 test icra olunub.
Mərkəzi Bankdan inflyasiya ilə bağlı açıqlamaAzərbaycan Mərkəzi Bankı xarici mühitin nisbətən əlverişli olacağı şəraitdə inflyasiyanın ilin sonuna faktiki templərdən aşağı olacağını proqnozlaşdırır.

Bu barədə Avrasiya.net-ə Mərkəzi Bankdan bildirilib.

Məlumata görə, ortamüddətli dövrdə inflyasiyanın hədəf diapazonuna qayıdacağı gözlənilir.

"Mərkəzi Bank qlobal və ölkə iqtisadiyyatında, maliyyə bazarlarında baş verən proseslərin davamlı monitorinqini, həmçinin inflyasiyanın struktur və amillər üzrə təhlillərini aparır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar faktiki inflyasiyanın proqnoza uyğunluğu, xarici və daxili inflyasiya risklərinin reallaşması dərəcəsi nəzərə alınmaqla qəbul ediləcəkdir", - məlumatda deyilir.
Bu yaşdan yuxarı şəxslər meymunçiçəyindən qorxmasın!Yaşı 40-dan yuxarı olan şəxslər üçün meymunçiçəyinin qorxusu yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu “Report”a açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.

Onun sözlərinə görə, digər çiçək növlərinə uyğun olaraq peyvəndlərin meymunçiçəyinə qarşı qarşılıqlı həssaslığı var:

“Ona görə yaşı 40-dan artıq olan insanlar üçün meymunçiçəyinin demək olar ki, qorxusu yoxdur. Çünki onlar peyvənd olunublar. Gənc nəslə gəlincə isə çox sıx təmas olmalıdır ki, virus insandan insana keçsin. Fərdi gigiyena qaydaları vacibdir. Artıq COVID-19-dan sonra hamı bunu yaxşı başa düşür. Gigiyenik məhlullardan istfiadə edilməli və sosial məsafə saxlanılmalıdır”.