Millimiz Slovakiyaya uduzduBu gün UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.

Avrasiya.net-in məlumatına görə, yığmalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı 4. Bəhlul Mustafazadə 5. Maksim Medvedev (k) 6. Höccət Haqverdi, 8. Emin Mahmudov 9. Renat Dadaşov 11. Ramil Şeydayev 14. Eddi İsrafilov, 18. Cəlal Huseynov, 20. Riçard Almeyda

Slovakiya: 1 Rodák (GK) 2C Pekarík 3 De Marco 4 Valjent 5 Šatka 6 Strelec 10 Rusnák 11 Suslov 13 Hrošovský 17 Haraslín 22 Lobotka

Qyd edək ki, bu gün "Dalğa Arena"da oynanılacaq Azərbaycan - Slovakiya matçı saat 20:00-da başlayacaq.

***

Azərbaycan və Slovakiya milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin III tur oyunu başlayıb.

"Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Matçı litvalı hakim Donatas Rumsas idarə edir.

***

81-ci dəqiqədə Slovakiya oyunçusu V.Veis hesabı açır: 0 - 1

***

84-cü dəqiqədə L.Haraslin ikinci topu qapımızdan keçirsə də, hakim ofsayd hesab edərək qeydə almayıb.

***

Beləliklə, qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Millimiz Avropa çempionatında finala yüksəldiMini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.

Avrasiya.net xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.

Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə, tarixi nailiyyətə imza atıb.

Qeyd edək ki, finalda rəqib Bolqarıstan - Rumıniya duelinin qalibi olacaq.
QHT-dövlət münasibətlərinə həsr olunan növbəti respublika zona konfransı Şirvanda təşkil edilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi” adlı respublika zona konfranslarının təşkilini davam etdirir.

Agentlikdən verilən məlumata görə, növbəti konfrans Şirvan şəhərində keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Agentliyin məsul əməkdaşları, Şirvan, Hacıqabul, Sabirabad, Saatlı, Neftçala və Salyan rayonlarının icra hakimiyyəti başçılarının müavinləri, Vətən müharibəsi veteranları və şəhid ailələri ilə işin təşkili şöbələrinin müdirləri, həmin icra hakimiyyətləri yanında fəaliyyət göstərən ictimai şuraların üzvləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Şirvan şəhərində təşkil edilən konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva konfransı açıq elan edərək tədbirin proqramı haqqında məlumat verib. Bildirib ki, bu konfranslar QHT-lərin və ictimai şuraların fəaliyyətində yeni inkişaf mərhələsinə keçidi təmin edəcək, ictimai iştirakçılığın təşviq edilməsinə şərait yaradacaq. Bütün konfranslarda səsləndirilən təkliflər Agentlik tərəfindən sistemləşdiriləcək və bu istiqamətdə maarifləndirici tədbirlər davamlı olacaq.
Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev dövlət və cəmiyyət həyatında qeyri-hökumət təşkilatlarının rolunun artırılmasının önəmindən danışaraq, qeyd edib ki, may ayından etibarən bütün iqtisadi zonalarda baş tutan konfranslar uğurla yekunlaşır. Bütün zona konfranslarının yekunu olaraq QHT-lər və ictimai şuralar öz fəaliyyətlərində dönüş yaratmalı, cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir. Konfransların yekun nəticəsi olaraq Agentlik bu istiqamətdə yeni fəaliyyət planı hazırlamalıdır və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi üçün maarifləndirici tədbirlər davamlı olmalıdır.

Çıxış edən digər natiqlər Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov bildiriblər ki, zona toplantısı QHT nümayəndələri, ictimai şuraların üzvləri, habelə dövlət qurumları üçün faydalı olacaq və bu sahənin daha da təkmilləşməsinə böyük töhfə verəcək. Qeyd edilib ki, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ardıcıl tədbirlər təşkil edilməli, bu xüsusda sosial medianın imkanlarından istifadə edilməlidir.

Çıxışlardan sonra konfrans interaktiv müzakirələr əsasında davam edib, iştirakçıların təklifləri dinlənilib, sualları cavablandırılıb.



Bərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıbBərdədə 17 yaşlı qız qaçırılıb, 4 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə rayonunun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb.

Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Akif Çovdarov və Səlim Məmmədovun əmlakları ilə bağlı məhkəmə başlayırLəğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və şöbə rəisi, polkovnik Səlim Məmmədovun əmlakları üzərinə qoyulan həbsin götürülməsi tələbi ilə bağlı məhkəmə başlayır.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində iş icraata götürülüb.

Akif Çovdarov və Səlim Məmmədovun əmlakları barədə məsələyə hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Onların əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov 2020-ci ildə, Səlim Məmmədov isə ötən ay azadlığa buraxılıb.

Bir müddət əvvəl Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunan əmlaklarının geri qaytarılması ilə bağlı kassasiya şikayəti üzrə qərar elan edib. Qərara əsasən, kassasiya şikayətinin əmlaklarla bağlı hissəsi təmin olunub, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Son sutkada koronadan 1 nəfər ölübAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 72 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 351, bu günə qədər isə ümumilikdə 6 918 939 test icra olunub.
DTX, Prokurorluq və DİN birgə əməliyyat keçiribBaş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin davam etdirilməsi nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş növbəti ağır cinayətin üstü açılıb.

Bu barədə Baş Prokurorluq və DİN-in birgə məlumatında qeyd edilib.

Belə ki, 2010-cu il noyabrın 18-də paytaxt sakini Qürbət Abzərovun kəllə-beyin travması diaqnozu ilə daxil olduğu xəstəxanada 8 gün sonra ölməsi faktına görə Yasamal rayon prokurorluğunda cinayət işi başlanılıb istintaq aparılsa da, cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmadığından iş üzrə icraat dayandırılmışdır. Lakin sonradan cinayət işi təkrar öyrənilməklə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunmuşdur. Aparılmış istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1964-cü il təvəllüdlü Telman Məcidov cəzaçəkmə müəssisəsində olarkən, onunla eyni vaxtda cəza çəkən 1969-cu il təvəllüdlü Qürbət Abzərovun, onun ailə üzvləri barəsində təhqiredici ifadələrə yol verdiyinə görə cəzasını çəkib qurtardıqdan sonra 18 noyabr 2010-cu il tarixdə qisas almaq məqsədilə sonuncu ilə görüşərkən aralarında yaranmış mübahisənin gedişində gəzdirdiyi dəmir çəliklə qəsdən bir dəfə baş nahiyəsinə zərbə vuraraq sağlamlığına ağır zərərvurmaya aid xəsarət yetirmiş, qeyd olunan xəsarətin təsirindən Qürbət Abzərov müalicə olunduğu xəstəxanada ölmüşdür. Toplanmış mötəbər sübutlar əsasında Telman Məcidova Cinayət Məcəlləsinin 126.3-cü (zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir. Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılır.


PAŞA Banka yeni rəhbər təyin olunduCavid Quliyev PAŞA Bank ASC-nin Baş İcraçı direktoru və İdarə Heyətinin sədri təyin edilib.

Bankdan Avrasiya.net-ə bildirilib ki, Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev bu vəzifələrin icrasına iyunun 9-dan başlayıb.

Taleh Kazımov Mərkəzi Bankın sədri vəzifəsinə təyin edildiyindən, PAŞA Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdı.

PAŞA Bankın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə aprelin 12-də Bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev təyin edilmişdi.

Qeyd edək ki, C.Quliyev PAŞA Bankda öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb.

23 fevral 2016-cı ildə isə C.Quliyev PAŞA Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.
Misirdə azərbaycanlı alimin müsahibəsi geniş şəkildə yayımlanıbMisirdə Dünya Fətva Evləri və Heyətləri Baş katibliyinin nəznində fəaliyyət göstərən “Salam” ekstremizmlə mübarizə mərkəzinin təşkilatçılığı ilə 42 ölkədən din xadimləri, ilahiyyatçı alimlər və şeyxlərin iştirakı ilə “Dini ekstremizmə qarşı intellektual mübarizə və əks strategiya” mövzusunda keçirilən beynəlxalq konfransda Azərbaycandakı dini və irqi zəmində tolerantlıq və multikulturalizm ənənələri barədə məlumat verilib.

Azərbaycanlı tədqiqatçı-alim, Dünya Fətva Evləri və Heyətləri Baş katibliyinin müşaviri Seymur Nəsirov Misirin nüfuzlu Birinci kanalı, “Nile” və Saad Əl Balad” telekanalları və qəzetlərinə geniş müsahibəsində ölkəmizdə dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq, bütün insanların bərabər hüquqlara malik olması, dövlətimiz tərəfindən xristian kilsələri və yəhudi sinaqoqlarının qorunması və bərpası barədə ətraflı məlumat verib.

Dini ekstremizmin təkcə İslamda deyil, bütün dinlərdə mövcud olduğunu qeyd edən azərbaycanlı alim diqqətə çatdırıb ki, Azərbaycan dövləti intellektual səviyyədə bu cür mənfi təzahürlərə qarşı ardıcıl tədbirlər görür. Təsadüfi deyil ki, sivilizasiyalararası dialoq və multikulturalizmin qlobal mərkəzlərindən birinə çevrilən ölkəmizdə bu sahədə bir çox mötəbər forumlar və beynəlxalq konfranslar təşkil edilib.

Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan diasporunun da sədri olan S.Nəsirov Misir-Azərbaycan əlaqələrinin tarixindən və hazırkı yüksək səviyyəsindən bəhs edərək, Misirin radikalizmlə mübarizədə göstərdiyi səyləri də yüksək qiymətləndirib.