Ermənistanın Baş naziri Nikol Paşinyanın hökumət korteji piyadanın üzərindən keçib.

Avrasiya.net xəbər verir ki, bu barədə “168.am” məlumat yayıb.

İrəvanın Leo-Paronyan-Proşyan küçələrinin kəsişməsində qeydə alınan hadisə zamanı gənc qız ağır xəsarətlərlə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İrəvan polisi faktı təsdiqləyib.
Sultan Dadaşov vəzifəsindən azad olunacaq?Barəsində inzibati həbs seçilməsi şəxsin işdən azad edilməsi anlamına gəlmir.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşunas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov Prezident Administrasiyasında işlədiyi bildirilən, 10 VX 707 nömrəli “Leksus” markalı avtomobilin sahibi, ötən gün yol mübahisəsi zamanı moped sürücüsünü əvvəlcə maşınla, daha sonra isə şillə ilə vuran Sultan Dadaşovun barəsində inzibati qaydada 25 sutka həbs seçilməsi haqda danışarkən deyib.

“Həmin şəxsin yol verdiyi inzibati xətaya görə məhkəmə tərəfində adekvat olaraq cəzalandırıldığı bildirilir. Barəsində inzibati cəza tətbiq edilməsi onun cəzasını çəkəndən sonra işə qayıtmasına mane olmur”, - hüquqşunas qeyd edib.

Xatırladaq ki, S.Dadaşovun 25 sutka həbs edildiyi haqda məlumat yayılsa da, hələlik rəsmən təsdiqlənməyib.
Yeni ssenari hazırdır: Rus ordusu bu ölkəyə girirRusiya ərazisində son günlər baş verən partlayışlar Dnestryanıya da “sıçrayıb”.

Bir müddət əvvəl Ukrayna ilə düz sərhəddə yerləşən Belqoroddakı neft emalı zavodu vurulmuşdu. Ukrayna təkzib etsə də, Rusiya Belqorod neft emalı zavoduna Ukraynaya məxsus iki helikopterin hücum etdiyini bildirdi.

Bu, 60 gündür davam edən Ukrayna-Rusiya müharibəsində Rusiya ərazisinə edilən yeganə hücum kimi yadda qaldı.

Ancaq 2 gündür ki, artıq Rusiyanın “dərinliklərində” partlayışlar, yanğınlar başlayıb: Bryanskda neft zavodlarının vurulması, Tverdəki Rusiya Hava-Kosmik Müdafiə Qoşunlarının Elmi-Tədqiqat İnstitutunda yanğın – nəzərə alın ki, burda “İsgəndər” raketi hazırlanır, - ardınca Rusiyadakı meşə yanğınları haqda məlumatlar... Meşə yanğınları ona görə diqqət çəkir ki, yanğınların söndürülməsi üçün Donbasdakı helikopterlərin bir hissəsinin geri çağırıldığı haqda iddialar var. Sanki bu yanğınların da qəsdən törədildiyi, məqsədin müharibəni Rusiyanın daxilinə köçürmək olduğu təsəvvürləri formalaşdırılır.

Qərb mütəxəssisləri də ABŞ və NATO müttəfiqlərinin uzaqmənzilli raketlərin Ukraynaya çatdırılması ilə Bryanskdakı neft zavodlarının partlaması arasında əlaqə qurmağa meyillidirlər. Baxmayaraq ki, hələlik Rusiya bu barədə susur.

Rusiyadakı yanğın və partlayışlarla paralel olaraq ötən gündən Dnestryanıda baş verən insidentlər isə istər-istəməz prosesə şübhə ilə yanaşmaq üçün əsaslar verir. Ötən gün Dnetryanının qondarma “təhlükəsizlik xidməti” binasının yaxınlığında partlayış, daha sonra məhz rus radiodalğalarını yayan (!!! – red.) iki antenanın məhv edilməsi, ardınca isə hərbi hissədə partlayış ciddi ehtimallara yol açır:

1. Rusiya öz ərazisinə hücum olacağı təqdirdə Ukraynaya müharibə elan edəcəyini (Kreml sözçüsü Dmitri Peskov) açıqlamışdı. Yəni hazırda Ukraynada “xüsusi hərbi əməliyyat” gedir, müharibə də ola bilər;

2. Rusiyanın əsas hədəfinin Ukraynanın cənubunu tam nəzarətinə aldıqdan sonra Dnestryanıya çıxış olması barədə xeyli müddətdir iddialar səsləndirilir;

3. Putin Ukraynada aparılan xüsusi əməliyyata görə hər hansı səfərbərlik elan edilməyəcəyini və orda yalnız peşəkarların savaşacağını bildirmişdi.

Beləliklə, Rusiya öz ərazisinə hücum faktını əsas götürərək, Ukraynaya müharibə elan edir və yaxud Ukraynaya qarşı “xüsusi əməliyyat”ın genişləndiyini elan edərək, əvvəlki vədindən imtina edir, səfərbərliyə və yaxud ehtiyatda olan peşəkarların orduya çağırılmasına başlayır, hücumu gücləndirir; paralel olaraq Dnestryanıda rus xalqına qarşı terror hücumlarından “dəhşətli dərəcədə” narahat olur, Rusiyadan hərbi yardım istəyir və rus əhalini qorumaq məcburiyyətində olduğunu üçün Rusiya Ukraynanın cənubuna sahibləndikdən sonra “çarəsiz qaldığından”, Dnestryanıya ordu yeridir!

Əgər bu ehtimal reallığa yaxınsa, onda Rusiyanın Ukraynanın əldə etdiyi uzaqmənzilli raketlər sayəsində uğur qazanmaq ehtimalı sıfra düşəcəyi təqdirdə taktiki nüvə zərbəsini də nəzərdən keçirəcəyi istisna edilməməlidir.

Rusiya XİN rəhbəri Sergey Lavrov ötən gün “nüvə tətbiqi riskinin” böyük olduğu haqda xəbərdarlığı buna işarə deyildi ki?

Şeyx Teymur
Sultan Dadaşov həbs edildiBakıda moped sürücüsünə güc tətbiq edən Sultan Dadaşov məhkəmə qarşısına çıxarılıb.

Məhkəmənin qərarı ilə Sultan Dadaşov barəsində 25 sutka inzibati qaydada həbs qərarı verildiyi iddia edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev saytımıza açıqlamasında məlumatı təkzib etmişdi.
KKTC XİN rum arxiyepiskopunun açıqlamalarını qınadıQuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Xarici İşlər Nazirliyi rum arxiyepiskopunun açıqlamalarını qınayıb.

Xarici İşlər Nazirliyi bununla bağlı yazılı açıqlama yayıb.

Açıqlamada, “rum arxiyepiskopunun Pasxa bayramı ilə bağlı yaydığı və Kipr Rum Pravoslav Kilsəsinin keçmişdən bu günə Kıbrıs Türk xalqına və Türkiyəyə qarşı nifrətini əks etdirən bəyanatını qınayırıq” deyilir.

"Rum arxiyepiskopunun Kipr adasındakı vəziyyəti Rusiyanın Ukraynaya hücumu ilə əlaqələndirmək cəhdi rum tərəfinin tarixdə iz qoyduğu qara ləkəni gizlətməkdən ibarətdir. Keçmişdə və bu gün rum siyasi elitasına təsir etmək üçün gücündən istifadə edən Baş yepiskopluğun 1963-1974-cü illər arasında üç nəfərdən ibarət gettolarda Kıbrıs türk xalqını ölüm və soyqırım təhlükəsi altında yaşamağa məhkum etməsi də yaddaşlarımızdadır", -deyə açıqlamada bildirilib.

Xarici İşlər Nazirliyinin bəyanatı belə davam edib:

“Rum arxiyepiskopu, Enosis vəsvəsəsi ilə edilənləri utanc mənbəyi kimi görmədiyini və adanı runan adası kimi gördüyünü gizlətmir. Enosisin bayraqdarı olan bir qurumun Kıbrıs türklərini azlıq hesab edərək, adanın yunan adası olduğunu açıq şəkildə bəyan etməsi təəccüblü deyil.

Türkiyə 1974-cü ildə Yunanıstanın həyata keçirdiyi çevriliş və elan edilən Enosisdən sonra adaya müdaxilə etməsəydi, adanı Yunanıstana bağlamaq xəyalı ilə adada bir nəfər də Kıbrıs türkü qalmayana qədər soyqırım davam edəcəkdi. 1960-cı il Qarant anlaşmasından irəli gələn hüquqlar və Kıbrıs türk xalqının çağırışları nəticəsində reallaşan 1974-cü il Xoşbəxt Sülh Hərəkatının Ukraynadakı vəziyyətlə hüquqi və mənəvi baxımdan heç bir oxşarlığı yoxdur.

Bu gün adada iki ayrı dövlət içərisində yan-yana yaşayan iki xalq var. Quzey Kıbrıs Türk Cümhuriyyəti, bağlanan Maraş da daxil olmaqla, öz suverenliyində olan torpaqların gələcəyi ilə bağlı söz sahibi olmaq hüququna malik yeganə dövlətdir. Adada iki tərəfin irəliyə doğru yeganə yolu iki dövlətin adada mehriban qonşuluq münasibətləri əsasında əməkdaşlığından keçir”.
Almaniya Ukraynaya “Hepard” göndərəcəkAlmaniya federal hökuməti Ukraynaya “Hepard” zenit qurğularının göndərilməsinə icazə verməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Spigel” məlumat yayıb.

“Müdafiə naziri Kristian Lambrext Ramşteyn bazasında Ukrayna ilə bağlı keçiriləcək konfransda Almaniyanın bu ölkəyə “Hepard” zenit raket sistemlərinin göndərilməsinə icazə vermək istədiyini elan edəcək. Bu, Almaniyanın “Leopard” tankının bazasında yığılmış zenit raket qurğusudur”, - məlumatda qeyd olunub.

Bundan başqa, Lambrext ukraynalı hərbçilərə Niderlandın göndərmək istədiyi “Panzerhaubitze 2000” özüyeriyən artilleriya qurğusunu idarə etməyi öyrədəcəklərini də bəyan edəcək.
62-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədiMüharibənin 62-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 141 təyyarəsi, 110 helikopteri, 583 PUA-sı, 269 zenit-raket kompleksi, 2576 tank və digər zirehli texnikası, 287 reaktiv yaylım atəş sistemi, 1111 artilleriya və minaatan, 2392 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
Dnestryanıdan qaçış başladı: əhali Moldovaya üz tuturDünəndən bəri baş verən partlayışlardan sonra Dnestryanı əhalisi Moldova hökumətinin nəzarət etdiyi ərazilərə axın etməyə başlayıb.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilir ki, hazırda Moldova istiqamətində yollarda avtomobil tıxacları yaranıb.

Lakin qondarma Dnestryanı hökuməti məlumatı təkzib edərək bildirib ki, tıxaclar Pasxa bayramından qayıdan insanların çox olması səbəbindən yaranıb.
Parlamentdə “Sputnik”in bağlanması tələb olunduAzərbaycanda Rusiyanın "Sputnik" xəbər agentliyi fəaliyyət göstərir. Bu agentlik dezinformasiya yaymaqla məşğul olur.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

Deputat "Sputnik"in bağlanması təklifini irəli sürüb və bununla əlaqədar Mətbuat Şurasına, aidiyyəti qurumlara müraciət ünvanlayıb:

"Bu agentlik Azərbaycanda bağlanmalıdır. Mən Mətbuat Şurasına və MEDİA-ya müraciət edirəm ki, bununla bağlı tədbir görülsün, "Sputnik" agentliyi Azərbaycanda bağlansın".
Gənclər və İdman Nazirliyində yoxlama BAŞLAYIR“Cari ildə Gənclər və İdman Nazirliyində “Tokio-2020” Yay Olimpiya Oyunlarına və federasiyalara ayrılan vəsaitin auditi aparılacaq”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin bu gün keçirilən iclasında qurumun ötənilki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarətinin təşkili vəziyyətinin araşdırılması da planlaşdırılır.

Sədr qeyd edib ki, xarici ticarət fəaliyyəti iştirakçıları üzərində gömrük nəzarəti prosesinin araşdırılması planlaşdırılır.