İşğaldan azad olmuş bütün ərazilər Erməni vandalizminin canlı şahidləridirlər
İnternet məlumatlarından, qəzet və s. informasiya verən digər şərhçilər tərəfindən əldə etdiyim məlumatları eşitdikcə inam bu və ya başqa formada öz təsdiqini tapdıqca məndə Erməni cəlladlarına qarşı nifrət hissi artmaqda davam edir.Belə ədalətsiz işğala, insanlara yəni Azərbaycan xalqına qarşı amansızcasına törədilən cinayət hər bir azərbaycanlı kimi mənimdə erməmilərə qarşı nifrətimi artırırdı.
Dərs dediyim şagirdlərə ermənilərin Qarabağ ərazisində ayrı-ayrı rayon və kəndlərinində törətdikləri vandalizm vəhşilikləri barədə izahat verir. Ermənilərə qarşı nifrət hissinin gücləndirilməsinə nail olmağa çalışırdım.
Cəbhə yanı ərazilərdə ermənilərin qəflətən ordumuzun yerləşdiyi ərazilərə hücumu və bu hücumun ordumuz tərəfindən qarşısının alınması həmişə məndə qürur hissini artırmış, Prezidentimiz Ali Baş Komandan İlham Əliyevin uzaq görən siyasətindən şagirdlərimə danışmış, Siyəzən rayon şagirdlərinin keçdiyi məğrur yolu xatırlatmışam.1994-cü il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən atəşkəsə nail olundusada, ermənilərin ikiüzlü, bir daha insanlığa layiq olmayan sifətləri, əməlləri ayrı-ayrı illərdə də ordumuz şəhidlər verirdi. 2016-cı il aprel döyüşləri xalqımızda oyanış yaratdı. Artıq Respublikamızın hər yerində olduğu kimi Siyəzənlilərində düşməndən intiqm almaq hissi güclənmişdi.Axı şəhid olan əsgərlərimiz bir-birimizin qohumu, qonşusu və qardaşı idi.
2020-ci il 27 sentyabrın ermənilərin başlatdığı müharibə məni də ehtiyyatda olan zabit kimi bu müharibəyə qoşulmada vadar etdi. Dövlətin çağırışına səs verdim. Arıq sınıf şəraitində dərs dediyim şagirdlərim cəbhədə yanımda idi. Füzuli rayonundan başladığımız müharibə müzəffər ordumuzun fədakarlığı ilə ard-ardınca düşmən üzərində qələbə hamımızı ruhlandırır, 30 il ərzində ermənilərin törətdikləri vandallıq rəhbərlik etdiyim əsgərlərin daha da nifrətini artırır, hər bir əsgər böyük coşqu lə döyüşür.Özümün və şəhid yoldaşımızın əvəzinə döyüşürük deyə hücuma keçirdilər.
Ərazilərimizi düşməndən təmizlədikcə adama elə gəlirdi ki, ayaq altında tapdalanan torpaqda üzümüzə gülür, dərələr, təpələt hər yer gözümüzdə düm-düz idi. Dağılan kəndlər, viran qoyulan ərazilər düşmənə nifrət hissini artırırdı. Döyüşdüyüm 42 gün ərzində nə qədər şəhidimiz o,cümlədən Siyəzən rayonundan da şəhidlərimiz oldu. Qürurla demək olar ki, şəhidlərimizin qanı yerdə qalmadı.Azərbaycan xalqının ordumuzla birgə vəhdəsi bir yumruq ətrafında birləşməsi əsgərlərimizin düşmən üzərində zəfər qazanması ilə başa çatdı.
Qazanılan zəfər siyasi təfəkkür nəhəngi, əsl xalq rəhbəri, Azərbaycan Respublikasının Prezidenti ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və xalqın yekdil birliyi olmuşdur.
Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin hərbi müəllimi