Rus ordusu Donbasda hücuma başladıRus ordusu Donbasda hücum əməliyyatına başlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, rusların sənaye və mülki infrastruktur obyektlərinə raket və bomba zərbələri davam edir:

“Şərq əməliyyat zonasında hücum əməliyyatının başlanmasının əlamətləri qeydə alınır. Rusiya Slobozanski və Donetsk əməliyyat bölgələrində hücum əməliyyatlarını gücləndirib. Düşmən qoşunlarının Volın, Polesski və Seversk istiqamətlərində fəaliyyətində ciddi dəyişiklik qeydə alınmayıb”.
QHT Gəncə Memorial Kompleksinə səfər edib“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi QHT Dövlət Dəstəyi Agentliyi xətti ilə Gəncə Memorial Kompleksinə səfər etdi.

Azərbaycan Respublikasının Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi , “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin həyata keçirdiyi “Jest dilində Vətən və vətənpərvərlik” vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik” mövzusunda tədbirlərin təşkili layihəsi çərçivəsində 16 aprel 2022 ci il tarixində Gəncə Memorial Kompleksinə ziyarəti təşkil edildi..

Bu barədə layihə rəhbəri Cəmilə Abdulova xəbər verir. Onun sözlərinə görə, ziyarətin əsas məqsədi eşitmə məhdudiyyətli gənclərimizə erməni vandallarının törətdikləri vəhşilikləri nəticəsində yaranan mənzərəni gözlə görmək. Burda həlak olan vətandaşlarımızı anmaq, xatirəsini uca tutmaq. Vətən müharibəsi iştirakçıları ilə görüş keçirməklə , gənclərimizə 44 gün vətən müharibəsində qəhrəmanlığa gedən yollarımızdan danışmaqla, vətənpərvərlik ruhunun aşılanmasıdır.

Hər bir gəncə və yetişməkdə olan gənc nəsilə ölkəmizdə baş verən hadisələr düzgün çatdırılmalıdır. Prezidentimiz İlham Əliyevin yürütdüyü düzgün siyasət, güclü ordumuz sayəsində 44 günlük vətən müharibəsində biz yalnız öz torpaqlarımızda, öz torpaqlarımız üçün savaşdıq. Müharibənin ilk günündən heç bir halda mülki əhaliyə atəş açmadıq, yalnız hərbi hədəfləri zərərsizləşdirir, qisasımızı döyüş meydanında alırdıq.Heç bir dinc əhaliyə qarşı hücüm etmədik. Düşmən isə öz məğlubiyyəti ilə barışmır, münaqişə bölgəsindən kilometrlərlə kənar ərazilərimizi raket qurğularından, mülkü, dinc əhalimizə raket zərbələri edirirdi.

Ziyarət zamanı İctimai Birliyin üzvlərini Gəncə İcra hakimiyyəti nümayəndəsi, Gəncə Turizm Agentliyinin nümayəndəsi, vətən müharibəsi iştirakçıları, qazilər qarşıladı. Ziyarət erməni terrorçularının raket hücumuna məruz qalan , dağıntılar nəticəsində həlak olan vətəndaşlarımızın xatirəsini əbədiləşdirmək üçün, təməli 30 yanvar tarixində Prezident İlham Əliyev tərəfindən qoyulan memorial abidə kompleksindən başlanıldı. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənildi, şəhidlərimizin ruhu 1 dəqiqəlik sukutla yad edildi.

İcra hakimiyyəti nümayəndəsi Yadigar Bədəlov və Gəncə Turizm İnformasiya mərkəzinin nümayəndəsi Fərid Nəbiyev ziyarətçilərə terror olan məkanlar, həlak olan dinc sakinlər, yaralılar haqqında iştirakşılara geniş məlumat verdi. Ziyarətdə “Əlillərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək “ İctimai birliyinin sədri Səbinə Kərimova, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi nümayəndəsi Elnur müəllim, vətən müharibəsi qaziləri və iştirakçıları da iştirak etdilər. Onlar vətən müharibəsində qələbəyə gedən 44 günlüklük müharibə zamanı baş verən hadisələrdən danışdı. Ziyarət zamanı eşitmə məhdudiyyətli gənclərə Jest dilində bütün məlumatları layihə köməkçisi Nuranə Abıyeva çatdırırdı.

Görüşün sonunda “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”İB sədri Cəmilə Abdulovaya və “Əlillərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək “ İB-nin sədri Səbinə Kərimovaya, “Vətən Müharibəsi Əlillərinə Kömək” İctimai Birliyi sədri Samir Məmmədov tərəfindən, şəhid və Qarabağ qazilərinə göstərdiyi diqqətə görə Fəxri Fərman təqdim olunub.
Heydərovdan şok iddialar: AAAF-dan hansı məmurlar pay alıb?Azərbaycanda tanınmış iş adamı, ölkənin ən böyük tikinti şirkətlərindən biri olan AAAF İnşaat MMC-nin rəhbəri Tofiq Heydərov çox ilginc açıqlamalarla çıxış edib. Özünün sosial şəbəkə hesabında yaydığı açıqlamada iş adamı bildirir ki, təsis etdiyi şirkətlər indiyədək Azərbaycanın regionlanlarında idman və digər sahələrin inkişafına 500 milyon manatdan artıq sərmayə cəlb edib:

“On minlərlə iş yerlərinin açılması, idmanda qazanılan uğurlar və dövlət büdcəsinə külli-miqdarda ödənilən vəsaitlər bizim işlərin uğurlu alınmasından xəbər verir. Bu uğurlar heç də hər zaman asan başa gəlmir. Bəzən qarşılaşdığımız problemlər həllini tapmayanda yeni layihələrin ərsəyə gəlməsi sual altında qalır və biznesin inkişafına böyük zərbələr dəyir”.

Təsis etdiyi şirkətlərdən biri olan AAAF İnşaat MMC-nin qarşılaşdığı problemləri yazan T.Heydərovun bildirdiyinə görə, AAAF İnşaat MMC regionlarda inşa etdiyi idman zallarından başqa əsasən Xırdalan şəhərində 4 böyük layihənin inşasına başlayıb: “AAAF park” (519 000m2), AAAF tələbə şəhərciyi (280 000 m2), Abşeron city (65 800 m2) və AAAF (Bakı -Sumqayıt şossesi. 94 000 m2)”.

İki məmur özəl şirkətdə necə payçı olub?

T.Heydərov AAAF İnşaat MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yüksək vəzifəli şəxsinin, həmçinin Abşeron Rayon İcra Hakimiyyətinin böyük təzyiqləri ilə üzləşdiyini qeyd edir: “AAAF İnşaat MMC-yə qarşı yaradılan süni maneələr bütün qurumlar tərəfindən olsa da, bu gün əsas Abşeron İcra Hakimiyyəti və Dövlət Vergi Xidmətinin istintaq idarəsi haqqında yazacam: Xırdalanda AAAF park layihəsindən başqa, digər üç layihə Abşeron İcra Hakimiyyətinin keçmiş başçısı Zakir Fərəcova, Vergi İstintaq İdarəsinin əməkdaşı Pərvin Əliyevə və digər şəxsə məxsus olan layihələrdir. Dəfələrlə müraciət etməyimə əhəmiyyət verməyən bu insanlar özlərini Firon kimi aparmağa davam edirlər. Borclarını ödəmək əvəzinə, hər zaman tutduqları mövqedən istifadə etməklə məni belə borclu çıxarmağı bacarırlar.

Şirkətlərimizə 2012-ci ildən başlayaraq əsassız müdaxilələr sayəsində AAAF İnşaat MMC-nin 50 faiz təsisçi payı və direktor vəzifəsi vergi istintaq idarəsinin əməkdaşı olan Pərvin Əliyevə verilib. Bu gün bu layihələrdən yaranan külli miqdarda vergi və digər borclar ödənilmədiyindən MMC çıxılmaz bir vəziyyətə düşüb. 8 ildir ki, MMC-nin hesabları bağlıdır və öhdəliyində isə minlərlə ailənin mənzillərinin təhvil verilməsi kimi böyük çətinlikləri var.

Bundan başqa, AAAF İnşaat MMC tərəfindən razılaşdırılmış qaydada tikilən mənzillərin müəyyən hissəsi mənzil fonduna verilmişdir. Əlavə olaraq isə zirzəmi və mansard mərtəbələrin idmançılara və idmana xərclənməsi tikintinin böyük sahəsini təşkil etmişdir. Bu sahələrin vergi borclarının ödənilməsinin bizə yüklənilməsi ədalətsizlikdir. İcra hakimiyyətindən mənzil fonduna verilən evlər barədə arayış verilsə də, vergilərdən bu borcların yalnız bir qismi silinmişdir”.

İradə Gülməmmədova “Gənclər Şəhərciyi”nə niyə mane oldu?

T.Heydərov Abşeron rayon İcra Hakimiyyətinin sabiq başçısı İradə Gülməmmədovanın şirkətə yaratdığı problemləri də qeyd edib: “Ən acınacaqlısı “Gənclər Şəhərciyi” layihəsidir ki, on milyonlarla vəsait xərclədiyimiz halda tikinti əsassız olaraq hörmətli İradə xanım tərəfindən dayandırılmışdı. Mənə ən çox təsir edən odur ki, biz bu layihəni Cənab Prezident İlham Əliyevin sahibkalara müraciətindən sonra başlamışdıq. O zaman vəziyyət yaxşı deyildi, bütün təşkilatlara vətəndaşların işlə təmin olması tapşırığı verilmişdi. Biz də dövlətimizə dəstək olaraq iş adamlarını cəlb edib gözəl layihələrə start vermişdik. Amma bütün sənədlər qaydasında olduğu halda, belə addımın atılması xainlikdən başqa bir şey deyil”.

İş adamı AAAF Park sakinlərinə də müraciət edib: “Əziz AAAF Park sakinləri, biz düşdüyümüz bu vəziyyətlərə görə sizlərin haqqına girmək məcburiyyətində qalmışıq. İnşa edilən binaların əksər hissəsini başqaları inşa etsə də, problemlərin həlli hər zaman mənim üzərimə qalıbdır. Digər layihələrdə hər bir binanı inşa edən şəxs artıq öz adına inşa edir və bizə qarşı heç bir problem də yaranmır. AAAF Park ərazisi o zaman ABB-də olduğu üçün bütün işlər bizim adımıza görülüb. Bizim işimiz idman kompleksləri inşa etməkdir. AAAF Park müasir bir idman kompleksidir, 8 hektar ərazidə hər şey idman üçün qurulmuşdu. Bu gün artıq burada idmandan əsər-əlamət qalmayıb. Parkın içində şərab evləri belə açılıb.

Dünən yenidən bir neçə sakinimiz yeni təyin olunmuş icra başçısına məndən şikayət ediblər. Abdin müəllim idmanı çox gözəl bilən rəhbərdi, mən inanıram ki, tez bir zamanda AAAf parkın yenidən ən gözəl bir məkana çevrilməyində bizə köməklik göstərəcək.

2013 və 2017-ci illərdə iki dəfə sosial şəbəkələrdə mənim həbs olunmağım barədə yalan informasiyalar yayıldı. AAAF -ı çökdürmək və ələ keçirmək istəyənlər buna nail ola bilməsələr də, minlərlə sakinləri evlərini qaytarmağa, kreditlərini ödəməməyə və ən əsası isə tikintilərin yubanmağına səbəb ola bildilər. Bu günədək 70 faiz ev alanlar kreditləri vaxtlı-vaxtında ödəyə bilmirlər. 30 faiz müştərilər isə evin pullarını tam və vaxtlı-vaxtında ödəyən sakinlərdi və haqlı olaraq narazılıqlarını bildirirlər. Amma işlərdən kənarda qalsam da, son illərdə 28 və 29 saylı küçələrində inşaatın bitməsi üçün kənardan 10 milyon manatdan artıq vəsait cəlb edə bilmişəm. Bunun nəticəsində bu gün işlər gedir. Yoxsa 30 milyon manatdan artıq borcu olan müştərilərin ümüdünə qalarsa, tikinti bundan sonra beş ilə belə qurtara bilməz. Aldığımız borclar və etdiyimiz güzəştlər hesabına bir ilin ərzində Allahın köməkliyi ilə AAAF Parkda bütün işlər yekunlaşmalıdır.

İndiyə qədər kredit borcu olan müştərilərimizə borclarının 50 faizinə qədər güzəştlər etmişik. Bu güzəştlərə heç bir şirkətlərdə rast gəlməmişəm. Mən bir təsisçi kimi sona qədər müştərilərin yanında olacam, tez-tez görüşlərimizi təşkil edib sizlərlə yaxın təmasda olacam.

Bizim heç bir inşa etdiyimiz bina yarımçıq qalmayıb. Mən üç ildən artıqdır ki, Xırdalandakı işlərimi dondurmuş və idarəçiliyi vicdanlı şəxslərə həvalə etmişdim. Bu gün yenidən faktiki rəhbər kimi sizinlə bir olub qarşılaşdığımız problemləri tez bir zamanda aradan qaldıracağıq.

Bu müqəddəs ramazan ayında Sizlərə Allahdan sağlamlıq və bərəkətli ömür arzulayıram”.

P.S. İş adamının yazdıqları ilə bağlı müvafiq qurumlardan mövqe olarsa, yaymağa hazırıq.

Musavat.com
Rusiya Lvovu Xəzərdən vurduRusiyalı hərbçilərin bu gün Lvova atdığı raketlər Xəzər regionundan buraxılıb, ehtimal ki, düşmən dəmir yol vağzalını nişan alıb.

Bu barədə Lvov vilayət administrasiyasının rəhbəri Maksim Kozitski deyib.

“Lvova raketlərin Xəzər istiqamətindən qalxan təyyarələrdən atıldığı müəyyən edilib. Daha sonra ikinci həyəcan siqnalı səsləndi. Bu dəfə təhlükə Qara dənizdən idi, lakin raketlər hədəfə çata bilmədi”,- Kozitski bildirib.

Qeyd edək ki, bu Rusiyanın Lvovu raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.
SOCAR prezidentinin müşaviri işdən çıxarıldıAzərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Prezidentinin müşaviri Rəşad Əliyev vəzifəsindən ayrılıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı SOCAR Prezidenti vəzifəsini icra edən Rövşən Nəcəf əmr imzalayıb.

Qeyd edək ki, Rəşad Əliyev SOCAR-a təyinat almazdan əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, 2019-cu ilədək isə SOCAR-ın Təhlükəsizlik İdarəsinin rəisi olub. R.Əliyev daha sonra SOCAR-ın prezidentinin müşaviri təyin olunub.
Daşkəsəndə arıçı fermerlərə təlimlər keçirilib13-15 aprel tarixlərində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşkilatçılığı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Daşkəsən rayonunda icra edilən “Arıçılıq təsərrüfatının inkişafına dəstək layihəsi” çərçivəsində fermerlərə təlimlər keçirilib.

Üç gün davam edən təlimlərdə Daşkəsən rayonunun Çovdar, Bayan, Quşçu və Zəylik kəndlərində fəaliyyət göstərən arıçılar iştirak ediblər. Layihə çərçivəsində cəlb edilmiş məsləhətçilər tərəfindən arılara yaz qulluğu, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə metodları, beçələmə və ana arıların yetişdirilməsi qaydaları barədə təlimlər keçirilib. Eyni zamanda KOBİA-nın KOB İnkişaf Mərkəzinin eksperti tərəfindən iştirakçılara dövlət qayğısı sayəsində sahibkarlığın inkişafı istiqamətində icra edilən təşkilati, hüquqi və iqtisadi tədbirlər, biznes fəaliyyəti üçün yaradılmış əlverişli mühit, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi haqqında ətraflı məlumatlar verilib.

Fermerlərə maliyyə resurslarına çıxış, aqrar sığorta işinin təşkili mövzularında nəzəri təlimlər, həmçinin arıxanalarda baytar-sanitar qaydalara uyğun işlərin aparılması, arı ailələrinin məhsuldarlığının və davamlılığının artırılması yollarına dair təsərrüfat şəraitində praktik məşğələlər keçirilib. Proqram çərçivəsində arıçılığa ziyan vuran parazitar xəstəliklərin müalicə və profilaktikası, bu sahə üzrə yeniliklərin tətbiqi istiqamətlərində məlumatlılığın artırılması məqsədilə metodiki təlimat bukletləri paylanılıb. Sonda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.

Layihənin növbəti mərhələsində təlimlərdə iştirak etmiş kənd sakinlərinə sertifikatların verilməsi, həmçinin fermerlərin arı ailələri və müvafiq ləvazimatlarla təmin edilməsi, Daşkəsən rayonu ərazisində nektar verən ağac və kolların əkilməsi nəzərdə tutulub.

Xatırladaq ki, cari ilin 31 mart tarixində “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsinin üzvləri tərəfindən yerli icmaların layihədən yararlanması imkanlarını müəyyənləşdirmək, arıçılıq fəaliyyəti zamanı təsərrüfat sahiblərinin qarşılaşdıqları çətinliklər və onların aradan qaldırılması yollarını müəyyən etmək, eləcə də təşəbbüslərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə arıçı fermerlərlə görüş keçirilib. Layihənin əsas missiyası qeyd edilən bölgədə kiçik sahibkarlıq ekosisteminin inkişafına, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi təşviqinə və təbii bal istehsalının artırılmasına töhfə verməkdir.
Ümumilikdə, “AzerGold” QSC-nin Sosial təsir və məsuliyyət siyasəti çərçivəsində icra edilən bu tip tədbirlər sosial-iqtisadi yönümlü dövlət proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, Cəmiyyətin fəaliyyət göstərdiyi bölgədə yaşayan əhalinin qayğı ilə əhatələnməsinə, rifah halının yüksəldilməsinə xidmət edir.

Terror aktı törətməyə hazırlaşan İŞİD-çilər tutulduTürkiyədə terror aktı törətməyə hazırlaşan İŞİD üzvləri tutulub.

“Haber Global” xəbər verir ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) Suriyada keçirdiyi əməliyyat zamanı İŞİD üzvləri - Orhan Moran və Mustafa Kılıçlı tutularaq istintaqa təhvil verilib.

Saxlanılan şəxslər ilkin ifadələrində Türkiyə və Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı qoşunlarına qarşı əməliyyat planlaşdırdıqlarını və bölgədə İŞİD üzvlərinə köməklik etdiklərini bildiriblər.
Tələbə qızı keçmiş nişanlısı universitetin qarşısında BIÇAQLADIBu gün Sumqayıt Dövlət Universitetinin (SDU) qarşısında bıçaqlanma olub.

Avrasiya.net "Qafqazinfo”ya istinadən xəbər verir ki, səhər saatlarında ali məktəbin tələbəsi A. Əliyeva universitetə gələrkən bıçaqlanıb.

Çoxsaylı xəsarətlər alan qız xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, A.Əliyevaya 14 kəsilmiş-deşilmiş xəsarət yetirilib.

Hadisənin qızın xalası oğlu, həmçinin keçmiş nişanlısı olan şəxs tərəfindən törədildiyi bildirilir.

Araşdırmalar davam etdirilir.
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrıldıPrezident İlham Əliyev "Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında" sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncamla Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılıb.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Rusiya ilk dəfə müharibədə ölən ukraynalı hərbçilərin siyahısını yaydı - 23367 nəfərRusiyanın Müdafiə Nazirliyi ilk dəfə olaraq müharibədə həlak olan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri haqda siyahı dərc edib.

Siyahıda həlak olan Ukrayna əsgərlərinin şəxsi məlumatları əks olunub.

Bu barədə bazar ertəsi, aprelin 18-də Rusiyanın Müdafiə Nazirliyi rəsmi Telegram kanalında məlumat verib.

Siyahıda hərbçilərin doğum tarixi, hərbi ixtisasları və vəzifələri, hərbi hissələrin nömrəsi, habelə ölüm halları göstərilir. Siyahı müvafiq olaraq üç və dörd hissədən ibarət iki böyük qrupa bölünür.

Müdafiə Nazirliyinin məlumatında ​​vurğulanır ki, hərbi idarə Ukrayna ordusunun, milli qvardiyasının və gələn xarici muzdluların həqiqi itkiləri barədə etibarlı məlumatlara malikdir.

Rusiya tərəfinin iddiasına görə, bu günə qədər Ukrayna tərəfindən real sənədləşdirilmiş itkilər 23367 nəfərdir.

“Rusiya Müdafiə Nazirliyinin sərəncamında olan sənədlər də çoxlu sayda fərari, yaralı və itkin düşmüş hərbçilərin olduğuna dəlalət edir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki. Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün öncə müharibədə ölən ukraynalı hərbçilərin sayının təxminən 3 nəfər olduğunu bildirmişdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Rusiya tərəfi bu günə kimi müharibədə 20600 nəfər itirib.

Rusiya Ukraynada müharibəyə fevralın 24-də başlayıb.