Azərbaycan və Ermənistan güləşçiləri arasında insident baş veribMacarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədovla Ermənistan təmsilçisi Hraçya Poqosyan arasında insident baş verib.

"Report"un məlumatına görə, məğlubiyyəti həmz edə bilməyən erməni idmançı Məmmədovu sifətinə zərbə endirərək onu itələyib.

Azərbaycan güləşçisi rəqibinin üzərinə yerisə də, görüşü idarə edən hakim insidentin böyüməsinə imkan verməyib. Qələbəni çılğın şəkildə qeyd edən Məmmədov Poqosyan və məşqçinin qarşısında salto vurub. İdmançı bununla rəqibin təxribatına cavab verib.

Qeyd edək ki, Hraçya Poqosyana 3:1 hesabı ilə qalib gələn Taleh Məmmədov finala vəsiqə qazanıb. O, qızıl medal uğrunda qarşılaşmada gürcüstanlı Leri Abduladze ilə görüşəcək.
İbrahim Rəisi İlham Əliyevə təbrik məktubu ünvanladıİran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Avrasiya.net xəbər verir ki, mətndə deyilir:

"İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizi, eləcə də qardaş və qonşu ölkə olan Azərbaycan Respublikasının xalqını səmimi-qəlbdən təbrik edirəm.

İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında birgə tarixi, mədəni, dini əlaqələrin mövcud olduğunu nəzərə alaraq, ölkələrimiz ötən il ərzində xalqlarımızın və hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi sayəsində qarşılıqlı hörmətə əsaslanan səmimi əlaqələr və mehriban qonşuluq münasibətləri təcrübəsini yaşamışlar.

Xoşbəxtlikdən ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr, eləcə də nəqliyyat, energetika, mədəniyyət və bu kimi digər sahələr üzrə münasibətlər hazırda inkişaf tendensiyasındadır və son günlər ərzində Sizin ölkənizdə keçirilmiş İran-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclası bunu təsdiqləyir.

Regionda və dünyadakı mövcud şərait qonşu dövlətlər, xüsusilə də ortaq tarix, mədəniyyət və sivilizasiyaya malik olan ölkələr arasındakı əlaqələrin daha güclü və davamlı olmasının əhəmiyyətini ikiqat artırır. Əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasındakı əlaqələr bütün istiqamətlərdə, xüsusən də iqtisadiyyat və ticarət sahələrində hər iki ölkə xalqlarının mənafeyinə uyğun olaraq, gələcəkdə daha da inkişaf edəcəkdir. İran İslam Respublikası bu istiqamətdə keyfiyyət və kəmiyyət baxımından Azərbaycan Respublikası ilə öz münasibətlərini bütün sahələrdə genişləndirməyə müsbət yanaşır və bu qonşu ölkə ilə ikitərəfli, regional və beynəlxalq əməkdaşlıqlarını dərinləşdirməyə hazır olduğunu bildirir.

İran İslam Respublikası müxtəlif sahələrdə yüksək elmi-texnoloji potensiallara malik olan bir ölkə kimi öz imkanlarını dost ölkələrin istifadəsinə verməyə hazır olduğunu bildirir. Texniki, mühəndislik, abadlaşdırma və sənaye sahələrində geniş potensiala malik olan İran şirkətləri Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində həyata keçirilən layihələr çərçivəsində Azərbaycan şirkətləri ilə real və səmərəli əməkdaşlıq etməyə hazırdırlar.

Uca Allahdan Zati-alinizə və eləcə də eyni dinə mənsub olduğumuz əziz Azərbaycan Respublikası xalqına möhkəm cansağlığı və xoş günlər arzulayıram. Fürsətdən istifadə edərək, xalqlarımızın ortaq bayramı olan, ata-babalarımızdan bir irs kimi bizə gəlib çatan Novruz bayramı münasibətilə Sizi və möhtərəm ailə üzvlərinizi ürəkdən təbriki edirəm".
Küçədən yeni doğulmuş körpə meyiti tapıldıBakıda küçədən yeni doğulmuş körpə meyiti tapılıb.

Avrasiya.net Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, “8-ci kilometr” bazarı ərazisində qeydə alınıb.

Həmin ərazidə yaşayış binalarının arasından torbada təzə doğulmuş körpə meyiti aşkarlanıb. Meyit qız uşağına məxsusdur. Körpənin kim tərəfindən küçəyə atıldığı hələlik bilinmir. Ehtimal olunur ki, uşaq doğuş zamanı ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Ukrayna ordusu son sutkada 28 yaşayış məntəqəsini işğaldan azad edibUkraynada son sutkada 28 yaşayış məntəqəsi işğaldan azad edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbukda məlumat yayıb.

Bildirilib ki, Ukrayna Ordusu Demidiv, Dımer, Litvınovka, Qavrilovka, Kozarovıçi, Jovtneve, Qlıbovka, Yasnoqorodka, Talakun, Sukoluççya, Lipivka, Qavronşina, Makovışe, Nikolayevka, Xmilna, Rudnya, Şevçenko, Bobrik, Starıy Basan, Nova Basan, Makiyevka, Poqrebi, Bajanovka, Volodimirovka, Şnyakovka, Salne, Sofiyevka, Qavrilovka yaşayış məntəqələrini işğaldan azad edib.

Xütbə zamanı Hacı Şahinə qarşı TƏXRİBATQafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şhin Həsənli çıxışı zamanı təxribatla üzləşib.

Avrasiya.net xəbər verir ki, hadisə din xadiminin ənənəvi cümə xütbəsi zamanı baş verib. Belə ki, xütbədə iştirak edən şəxslərdən biri çıxışı zamanı Hacı Şahini təhqir edib.

Xütbədə olan şəxslər təxribatçını hadisə yerindən uzaqlaşdırıblar.

Hadisə ilə bağlı danışan Hacı Şahin deyib:

“Belə şeylər olur. Mənə bildirdilər ki, əqli problemi olan insandır. Ona görə narahatlığa heç bir əsas yoxdur. İnsanların fikirlərini ifadə etməsi mümkündür. Amma bu şəkildə yox. İstənilən suala həmişə cavab verməyə hazırıq. Sadəcə normal şəkildə bu suallar bizə ünvanlanmalıdır. Mən bu sualları həmişə cavablandırmağa hazıram. Bu şəkildə nəyəsə fikir bildirmək xütbə zamanı yanlışdır”.
Daha bir rusiyalı deputatın məsuliyyətə cəlb olunması təklif edilirRusiya Dövlət Dumasının daha bir deputatı, Müdafiə komitəsi sədrinin müavini Aleksandr Şerin Azərbaycan və Yaponiyaya qarşı təxribat xarakterli fikirlər səsləndirib. Belə ki, o, Rusiyanın “Realist” İnformasiya Agentliyinə müsahibəsində hər iki ölkə haqqında təhdid xarakterli fikirlər səsləndirib.

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Cavid Osmanov "Report"a deyib ki, bir neçə gün bundan öncə Rusiya Dumasının deputatı Mixail Delyaginin və Aleksandr Şerinin Azərbaycana qarşı təxribat və təhdid xarakterli fikirlər səsləndirmələrinin arxasında bəzi qüvvələr durur:

"Həmin qüvvələr Azərbaycanla Rusiya arasında olan münasibətləri pozmağa çalışırlar. Şerin müsahibəsində iddia edib ki, hazırki prosesdə fürsətdən istifadə edən bəzi dövlətlər Rusiya ilə münasibətləri gərginləşdirməyə çalışır, "bəzi həll olunmamış ərazi məsələləri ilə bizi şantaj edirlər". İlk növbədə həmin deputata xatırladım ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edib. Onu da xatırladım ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat da imzalayıblar. Yaxşı olardı ki, həmin deputat Azərbaycana qarşı təhdid dolu fikirlər səsləndirmək əvəzinə, Ermənistanın Rusiyaya qarşı hörmətsizliyini etiraf edərdi və Üçtərəfli Bəyanatın 4-cü bəndinə diqqət yetirərdi. Orada qeyd edilib ki, Rusiya sülhməramlı kontingenti həmin ərazilərə erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməlidir. Lakin təəssüf ki, onlar bu günə qədər bu öhdəliklərini yerinə yetirməyiblər. Şerin bu məsələyə diqqət yetirərək Ermənistanın Rusiyaya hörmətsizliyini deməli idi".

Deputat xatırladıb ki, A.Şerin müsahibəsində Azərbaycanı “Kalibr” və "İsgəndər" raketləri ilə hədələyib:

"Maraqlıdır ki, onun bu açıqlaması həmkarının dedikləri ilə üst-üstə düşür. Mixail Delyagin də ölkəmizin neft sənayesini raketlərlə vurmağa çağırışını etmişdi. Aleksandr Şerin bu fikirləri ilə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata və “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin əksinə çıxmaqla Rusiya Prezidentinə qarşı çıxdığını göstərir".

C.Osmanov bildirib ki, Aleksandr Şerin zaman-zaman Azərbaycan və Türkiyə əleyhinə bəyanatları ilə gündəmə gələn siyasətçi kimi yadda qalıb:

"Rusiya-Azərbaycan münasibətlərinə kölgə salan, xələl gətirən, terrorçuluğu təbliğ edən, Azərbaycan dövlətinə qarşı həqarətli ifadələr işlədən bu deputata qarşı da həmkarı Mixail Delyaginə olduğu kimi hüquqi müstəvidə addımlar atılmalıdır və o, da hüquqi məsuliyyətə cəlb edilməlidir. Əminəm ki, ölkəmizin milli mənafeyi, təhlükəsizliyi və ərazi bütövlüyü əleyhinə yönələn istənilən təxribat xarakterli fəaliyyətlə bağlı qanunla nəzərdə tutulan tədbirlər A.Şerinə qarşı da tətbiq olunacaq".
Vahid Ələkbərovun sərvəti 17 milyard dollar azalıbRusiyanın ən varlı sahibkarlarının ümumi sərvəti ilin əvvəlindən bu günə kimi 50,1 milyard dollar azalıb. Bu barədə məlumatı “Bloomberg Billionaires Index (BBI)” reytinqinə əsasən “RİA Novosti” yayıb.

Qeyd olunur ki, sərvəti ən çox azalan sahibkar “Lukoyl” şirkətinin prezidenti və həmtəsisçisi, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov olub. Belə ki, onun sərvəti 17,4 milyard dollar həcmində azalıb. Dekabr ayında milyarderin sərvəti 26,16 milyard dollar olaraq qiymətləndirilirdi.

Bununla yanaşı, hazırda Rusiyanın ən varlı insanı, “Nornikel” şirkətinin əsas sahiblərindən biri olan Vladimir Potaninin sərvəti ilin əvvəlindən bu yana 1,47 milyard dollar azalıb. Bununla belə, onun sərvəti 29,4 milyard dollar olaraq qiymətləndirilir.

Rusiyalı milyarder Roman Abromoviçin sərvəti isə ilin əvvəlindən 3,6 milyard dollar azalaraq 14,4 milyard dollar təşkil edib.
ÜST-dən hamını sevindirəcək xəbər gəldi: "Koronavirus bu tarixdə bitəcək""Koronavirus pandemiyası bu il bitə bilər".

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

ÜST-ün Cenevrədəki mənzil-qərargahında keçirilən mətbuat konfransında danışan Qebreyesus təşkilatın 2022-ci ildə COVİD-19 qlobal fövqəladə vəziyyətinə son qoymaq planının təfərrüatlarını paylaşıb.

"2022-ci ildə COVİD-19 pandemiyasına son vermək üçün strateji hazırlıq və mübarizə planı”nı açıqlayan Ghebreyesus "COVİD-19 bu il bitə bilər və bu bizim üçün sonuncu virus olmalıdır” deyə açıqlamasında bildirib.

Qebreyesus virusun təkamülü üçün sonuncu 3 variantın olduğunu ifadə edib:

"Bundan sonra virus yayılarsa, gücləndirici doza tələb etməyəcək və biz bir neçə variant görəcəyik. İkinci variantda virusun təkamülə davam etdiyini görə bilərik, lakin peyvəndlər sayəsində ağır xəstəliyin dərəcəsi azalacaq. Ən pis halda bundan sonra virusun daha ağır və yoluxucu variantlarının ortaya çıxdığını və heç bir peyvəndin bu yeni təhlükəyə qarşı işləmədiyini görə bilərik. Bu isə çox az ehtimaldır".
Rusiya döyüşlərdə təxminən 17 700 hərbçisini itiribRusiya ordusu indiyədək döyüşlərdə təxminən 17 700 hərbçisini itirib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata əsasən, Rusiyanın 625 ədəd tankı, 1751 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 54 ədəd hava hücumundan müdafiə sistemi, 143 ədəd təyyarə, 131 ədəd helikopter, 7 ədəd gəmi/qayıq, 76 ədəd yanacaq və sürtkü yağları olan çən, 24 ədəd xüsusi avadanlıq, 85 ədəd İHA əməliyyat-taktiki səviyyəsi, 96 ədəd MLRS, 1220 ədəd avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi fevralın 24-də başlayıb.
ABŞ Rusiya və Belarusa sanksiyanı genişləndirirABŞ tezliklə Rusiya və Belarusdan daha 120 şirkəti sanksiya siyahısına əlavə edəcək.

Bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild məlumat verib.

“Yaxın günlərdə Ticarət Nazirliyi sanksiyalar siyahısına Rusiya və Belarusdan daha 120 təşkilatı əlavə etməklə, Rusiyanın müdafiə, aerokosmik və dəniz sektorunun mövqelərini pisləşdirmək üçün növbəti addım atacaq. Biz onların Qərb texnologiyasını əldə etmələrinə və bizim sərt sanksiyalarımızdan yayınmasına icazə verməyəcəyik”, - o bildirib.