Azərbaycanın Ukraynadakı keçmiş səfiri axtarışa verilibAzərbaycanın Ukraynadakı keçmiş səfiri Tələt Əliyev axtarışa verilib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında məlumat yerləşdirilib.

79 yaşlı diplomat Cinayət Məcəlləsinin 179-cu maddəsi (mənimsəmə və ya israf etmə) üzrə təqsirləndirilir.

Qeyd edək ki, Tələt Müseyib oğlu Əliyev 1942-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 2001-2010-cu illərdə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsində çalışıb. T.Əliyev eyni zamanda 2002-2006-cı illərdə Azərbaycanın Belarus və Moldovada da səfiri işləyib.
MEK-də “Bu dünyanın Həsənağası” adlı kitabın və eyniadlı sənədli filmin təqdimatı9 mart Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsinin şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmiş Həsənağa Şakir oğlu Abdullazadəyə həsr olunan “Bu dünyanın Həsənağası” kitabının və eyniadlı sənədli filmin təqdimatı keçirilib.
Öncə şəhidin ailə üzvləri, dostları, yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də MEK rəhbərliyi və əməkdaşları onun mövludu günündə dəfn olunduğu II Fəxri Xiyabanda məzarını ziyarət ediblər.

Daha sonra tədbir Mərkəzi Elmi Kitabxanada davam etdirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

MEK-in baş direktoru, professor Məmməd Əliyev çıxışı zamanı torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin xatirəsinin, ölkənin hər yerində olduğu kimi, MEK-də də əziz tutulduğunu, adlarının əbədiləşdirilməsi üçün Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhrəmanları fondunun fəaliyyət göstərdiyini nəzərə çatdırıb. “Cəmiyyətimiz üçün mühüm əhəmiyyət kəsb edən bu fondda I Qarabağ, Aprel və Tovuz döyüşləri, o cümlədən Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş igid oğullarımız haqqında yazılan monoqrafiyalar, kitablar, sənədlər sistemli şəkildə toplanaraq gələcək nəsillərə miras kimi ötürüləcək” – deyə baş direktor vurğulayıb.

Tədbirdə çıxış edən şəhid Həsənağa Abdullazadənin anası Səmilə Abdullayeva oğlunun doğulduğu gündən şəhidlik anına kimi, keçdiyi həyat yolunu, Vətənə bağlılığını, xidmət və döyüş yoldaşlarının fikirlərini, oğlunun nəşinin 112 gün erməni əsirliyində qaldığı zaman bir ananın keçirdiyi hissləri qələmə alaraq, kitab şəklində ərsəyə gətirib. Bu işdə əməyi olanlara təşəkkürünü ifadə edən Cəmilə xanım, oğlu ilə bağlı xatirələrini bölüşüb: “Məni həyata bağlayan onun adını yaşatmaq üçün yaşamaqdır. Mənim həyat meyarım da budur”.

Tədbirdə iştirak edən millət vəkilləri Vüqar İskəndərov, Razi Nurullayev çıxışları zamanı qeyd ediblər ki, Vətən müharibəsində şəhadətləri ilə ən ali mərtəbəyə ucalaraq qəhrəmanlıq simvoluna çevrilən və adları əbədi tarixə həkk olunan igid oğullardan biri də Həsənağadır. Millət vəkilləri şəhid valideynlərinə, qazilərə göstərilən dövlət dəstəyindən danışıb, onları tarixdə yaşatmağın hər bir vətəndaşımızın mənəvi borcu olduğunu xüsusi qeyd ediblər.

Tədbirdə şəhid anaları, Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, YAP Suraxanı rayon təşkilatının nümayəndəsi Salman Əbdülov və digər qonaqların çıxışları dinlənilib. Şəhidlər haqqında 11 kitabın müəllifi şairə Esmira Günəş şəhid Həsənağa Abdullazadəyə həsr etdiyi şeiri səsləndirib.
Sənədli filmin rejissoru, hərbi jurnalist Teymur Zahidoğlu şəhidlər ölmür prinsipi əsasında şəhidimizin müəllimləri, xidmət və döyüş yoldaşlarının fikirlərinin yer aldığı, əsas mövzusu vətənpərvərlik üzərində qurulan sənədli filmi ərsəyə gətirdiklərini qeyd edib: “Çəkiliş zamanı gənc oğlanın özü haqqında yüksək rəy formalaşdırmağı filmin yaradıcı kollektivini də məftun etmişdir”.

Sonra sənədli film nümayiş olunub, həmçinin şəhid Həsənağa Abdullazadənin şəkilləri, medal və ordenlərinin yer aldığı stendlərə baxış keçirilib.
Tədbir iştirakçıları, həmçinin MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu ilə tanış olub, şəhidin ailə üzvləri “Bu dünyanın Həsənağası” adlı kitabı fonda hədiyyə ediblər.
İsrail Prezidenti son 14 ildə ilk dəfə Türkiyəyə səfərə gəlibİsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri başlayıb.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, o, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Prezidentlər iki ölkə arasında əlaqələrin gələcək perspektivlərinini müzakirə edəcəklər. Eyni zamanda, dövlət başçıları Ukraynadakı durum barədə fikir mübadiləsi aparacaqlar.

Görüşdən sonra liderlər birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, bu, son 14 ildə İsrail Prezidentinin Türkiyəyə ilk səfəridir.
Bəxtiyar Hacıyev özünü yandırmaq istədi –DİNBəxtiyar Hacıyev bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib.

Bu barədə DİN Mətbuat xidmətindən Trend-ə bildirilib.

“Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.

Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, - deyə məlumatda qeyd olunub.
Rus komandir öldürüldüRusiyanın 33-cü motoatıcı alayının komandiri, polkovnik-leytenant Yuri Aqarkov Ukrayna Silahlı Qüvvələri tərəfindən öldürülüb.

Bu barədə “Ukrayna 24/7” Teleqram kanalında məlumat paylaşılıb.

Qeyd olunub ki, Aqarkov Rusiyanın 56-cı hava hücumu briqadasının keçmiş qərargah rəisi olub.
Son sutka ərzində Ukraynaya 12 min ukraynalı gəlib, onlar tezliklə müdafiə qüvvələrinə qoşulacaqlar.

Bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin Feysbuk səhifəsində məlumat verilib.

“Son sutka ərzində Ukraynaya 14,5 min nəfər gəlib. Onlardan, demək olar ki, 12 mini tezliklə müdafiə qüvvələrinə qoşulacaq ukraynalıdır. Biz vətənlərini müdafiə etməyə gedən həmvətənlərimizlə fəxr edirik!” - qeyd edilib.
Ukraynanın daha bir tanınmış baş məşqçisi müharibəyə qoşulmaq istəyirUkraynanın daha bir tanınmış baş məşqçisi Sergey Rebrov Rusiyaya qarşı müharibədə ölkəsinin müdafiəsinə qalxmağa hazırlaşır.

"Report" "The İndependent" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis tezliklə Ukraynaya qayıtmağı planlaşdırır.

Hazırda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" komandasının sükanı arxasında olan baş məşqçi hazırda futbol haqqında danışa bilmədiyini söyləyib: "İstəyirəm ki, dünya nələrin baş verdiyini bilsin. İndi futbol haqqında danışa bilmərəm. Ölkəmizi qorumaq haqqında düşünürük".

Rebrov Ukraynanın müdafiəsinə qalxan əsgərlərlə fəxr etdiyini sözlərinə əlavə edib: "Biz düzgün yoldayıq, azadlığımız üçün mübarizə aparmalıyıq. BƏƏ-də işim var. Amma mövsüm başa çatan kimi ölkəmə qayıdacağam. Bacardığım qədər tez dönəcəyəcəm. Əlbəttə, əlimə silah alacağam. Biz həyatda qalacaq və qalib gələcəyik. Mən kompromis görmürəm, çünki onlarla buna nail olmaq mümkün deyil. Onlar ölkəmizi işğal etmək istəyir və güzəştə getməkdə maraqlı deyillər. Biz ölkəmiz üçün vuruşuruq və azadlıq istəyirik".

Qeyd edək ki, daha əvvəl Moldovanın "Şerif" klubunun baş məşqçisi Yuri Vernidub Ukraynanın müdafiəsinə qalxıb.
Dini radikalizmin yaranma səbəbləriDin insan mənəviyyatının əsasında durmaqla, sosial münasibətlərin tənzimlənməsində xüsusi rol oynayır. Mahiyyətinə nəzər saldıqda dinin insanlara xoşbəxtlik gətirdiyi, ədaləti, digərlərinin hüquqlarına hörməti və hər kəsin haqqının təmin olunmasını təbliğ etdiyi açıq-aydın özünü büruzə verir. Lakin real həyatda din pərdəsi altında qeyri-humanist ideyaların tətbiqi də müşahidə olunur.

Din adından həyata keçirilən hər hansı subyektiv fəaliyyət dinin naqisliyindən qaynaqlanmır. Burada söhbət dini hökmlərin tətbiqində qeyri-obyektiv mövqe nümayiş etdirilməsindən, dinin əsas mahiyyətini və məqsədini nəzərə almayaraq, ondan öz maraqları üçün yararlanmaqdan gedir.

“Radikal” ifadəsi latın dilindən “radix” (radiks)” sözündən yaranıb. Mənası “kök” deməkdir. Radikal hərəkatlar cəmiyyətdə köklü dəyişiklik etmək istədikləri üçün bu adla adlandırılıb. İlk dəfə bu termini 1797-ci ildə İngiltərədə parlament üzvü Çarls Ceyms Fox (Charles James Fox ) seçki sistemi ilə əlaqəli “radikal reform” ifadəsini dilə gətirərkən işlədib. Daha sonra elmi ədəbiyyatda siyasətdən incəsənətə, ədəbiyyatdan dinə qədər köklü dəyişikliklərin tərəfdarı olan qruplar üçün “radikal” terminindən istifadə olunub.

Dini radikalizm yeni ictimai hadisə deyil. Tarix boyu din və məzhəb zəminində qanlı münaqişələr baş verib, günahsız insanların qanı axıdılıb. Varfolomey gecəsi, səlib yürüşləri və digər tarixi hadisələr bunun bariz nümunəsidir. Son əsrlər bəşəriyyətin elmi-texnoloji, siyasi-iqtisadi cəhətdən sürətlə irəliləməsinə, Yer kürəsinin kiçik bir kəndə dönməsinə baxmayaraq, dini radikalizm aktuallığını itirməyib, əksinə, yeni qiyafəyə bürünərək qlobal təhlükəyə çevrilib.

Radikallar xalq arasında yayılmış ənənəvi, İslam xaricində olan inanclara qarşı çıxırlar, elm və texnologiyanın, qloballaşmanın gətirdiyi hər cür yeniliyi rədd edirlər, yalnız öz inanclarının doğruluğunu müdafiə edir, öz “həqiqətlərini” isbatlamaq üçün Qurandan və sünnədən iqtibaslar gətirir, ayələri, hədisləri öz məqsədlərinə uyğun şərh edirlər.

Savadsızlıq – xüsusilə də dini savadsızlıq. Cəhalət, xurafat olan yerdə dini radikalizmin yayılması qaçınılmazdır. Deyə bilərsiz ki, xurafatla dini radikalizmin nə əlaqəsi var? Əslində, dini radikalizmin kökündə xurafat elementlərinə rast gəlinir. Bizim məişət müstəvisində dəyərləndirdiyimiz xurafat dini radikalizmin özəyini təşkil edir. Odur ki, dində əsli olmayan düşüncələr mövhumat və xurafatı , bunlar isə öz növbəsində cəhalət ilə üsyanları doğurur. Bunların arxasında isə insanların inanclarını istismar edərək böyük gücə çevrilməyə çalışan qanuntanımaz adamlar dayanır.

Bu cür mühitin yaranmaması üçün isə elm, təhsil mütləqdir. Ancaq təəssüf ki, bu gün bəzi müsəlman cəmiyyətləri getdikcə elmdən, təhsildən, araşdırmadan uzaqlaşırlar. Ona görə də mövhumat və cahillikdən doğan radikalizm dünyada meydan sulayır. İslam dininin təməl prinsiplərindən xəbərsiz, zəif iradəli insanların dini savadsızlığı da burada öz sözünü deyir. Dini təhsilin istənilən səviyyədə olmaması və ya bu yöndə təhsil almış kadrların düzgün istiqamətləndirilməməsi də dini düzgün anlamama və anlatmamağa gətirib çıxarır.

Psixoloji problemlər. Ailədə, məktəbdə, universitetdə, yaxud iş yerində laqeydlik və diqqətsizliklə üzləşən, təzyiqlərə məruz qalan insanlar, xüsusilə də psixoloji cəhətdən hələ tam formalaşmamış gənclər getdikcə özlərinə qapanır, cəmiyyətə yadlaşırlar. Bu yadlaşma onlarda mənəvi yoxsulluq doğurur, empatiya, yəni özünü başqalarının yerinə qoya bilmə duyğusunu məhv edir. Həmçinin, problemlərin həll edilə bilməməsi insanlarda natamamlıq kompleksi yaradır və belə bir psixoloji durumda onlar asanlıqla radikalların təbliğatının qurbanına çevrilirlər. Çünki radikallar qarşılarındakını ələ keçirmək üçün ilk növbədə ona özünəinam hissi aşılayırlar.

Dünyaya inteqrasiya proseslərində zəif iştirak. Müsəlmanların çoxluq təşkil etdiyi regionlarda əhali ənənəvi – patriarxal həyat tərzi sürür. Bu faktor radikal sektalar üçün çox əlverişlidir, çünki onların irəli sürdüyü dini konsepsiyalar konservatizm üzərində qurulub.

Sosial ədalətsizlik dini radikalizmin inkişafı üçün münbit mühit yaradır. Cəmiyyətdə baş verən mənfi hadisələr narazılıqlara gətirib çıxarır, bu isə müxtəlif radikal qruplar tərəfindən bacariqla istifadə edilərək ictimai-siyasi hadisələrin axarına öz təsirini göstərir.

İşsizlik və yoxsulluq radikal qrupların təbliğatına mənfi tərəfdən öz qatqısını əlavə edir. Onlar formalaşmamış, həyat təcrübəsi və dini bilikləri az olan, emosional, sosial statusundan narazı bəzi gəncləri mövcud sosial problemlərə qarşı dini etiraz aləti kimi istifadə edirlər. Cihad, “şəhid olmaq” və ya “əbədi qurtuluş”a çatmaq kimi ekstremist ideyalar da bu zaman onlar üçün dünyəvi məhrumiyyətləri kompensasiya edən rolunu oynayır.

Təşkilati struktur, eləcə də məqsədyönlü təbliğat və maliyyələşdirmə dini radikalizmin yayılmasında əhəmiyyətli rol oynayır. Bundan başqa, nəsil dəyişmə prosesinin də rolu burada az deyil. Bu proses, xüsusilə MDB ölkələrində kommunizm ideologiyasının hökm sürdüyü SSRİ dövründə doğulan nəslin sayının çoxalmasında müşahidə olunur. Belə ki, gənclərin dini savadının az olmasından istifadə edənlər bu boşluğu müxtəlif radikal inanclar və xurafatla doldururlar. Xüsusilə, sosial ziddiyyətin və iqtisadi problemlərin kəskin olduğu regionlarda bu proses daha intensiv cərəyan edir.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm - milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb
Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyirPrezident İlham Əliyev son 19 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi Şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Azərbaycanda ötən müddətdə iqtisadiyyat dinamik inkişaf edib, mühüm qlobal enerji və kommunikasiya layihələri reallaşdırılıb, sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib. Ölkədə sosial müdafiə sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi, həssas qrupların əmək bazarına inteqrasiyasının dəstəklənməsi də dövlətimizin başçısının uğurlu sosial siyasətinin prioritetlərindən biri kimi daim diqqət mərkəzində saxlanılıb. Prezident İlham Əliyev bütün bunlarla bağlı deyib: “Sosial siyasət həmişə prioritet olub və olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır”.

Bir sözlə, Azərbaycan Prezidenti İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Məhz bunun nəticəsidir ki, Azərbaycan hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya birliyində güclü mövqeyə sahib olmaqla yanaşı, güclü sosial siyasətə malik bir ölkə kimi tanınır. Əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi məsələsi hər ilin dövlət büdcəsində də qarşıya prioritet vəzifə kimi qoyulub. Hazırda ölkəmizin əsas inkişaf prioritetlərindən biri vətəndaşların rifahının yaxşılaşdırılması, həyat şəraitinin yüksək standartlara uyğunlaşdırılmasıdır. Bu baxımdan, Prezidentimizin yeni sosial paket olaraq təqdim olunan sərəncamları, minimum pensiyanın, eləcə də minimum əməkhaqlarının artırılması təşəbbüsü mühüm addımlardandır. Məhz bu uğurlu daxili siyasətin nəticəsində ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya, dünya arenasında sayılıb-seçilən mövqeyə sahibdir. Bununla yanaşı, Azərbaycan həm də, güclü, vətəndaş mərkəzli sosial siyasətə malikdir.

Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri