Devid Bekhem ukraynalı uşaqlara 1,3 milyon bağışladı
Dərc olunub:
9-03-2022, 12:18
Dünyaca məşhur futbolçu Devid Bekhem və həyat yoldaşı, dizayner Viktoriya Bekhem ukraynalı uşaqlara və onların analarına 1,3 milyon dollar ianə edib.
Axar.az xəbər verir ki, bu barədə futbolçu İnstaqram səhifəsində məlumat yayıb.
Vəsait Ukraynada müharibə qurbanlarına yardım üçün istifadə olunacaq:
"Analar uşaqları ilə qaçmağa məcbur edilir. Ailələr ayrılır. Uşaqlar çarpayılarından çıxarılır, bir gecədə qaçqın vəziyyətinə düşürlər. Ukraynada münaqişənin ikinci həftəsi davam etdiyi bir vaxtda ailələrin ehtiyacları artır və 7,5 milyon uşaq indi təhlükə altındadır”.
Bundan əlavə, cütlük öz xeyriyyə fondu vasitəsilə pul yığmağa başlayıb, pul UNİSEF-ə bağışlanacaq.