Ukrayna Rusiyaya 48 saat vaxt verdiUkrayna Xarici İşlər Nazirliyi Rusiyadan ölkə ilə sərhəd ərazilərdə hərbi fəaliyyətin aparıldığı rayonlar, silahların və hərbi texnikaları növü barədə Kiyevə 48 saat ərazində məlumat verməsini tələb edib.

Bu barədə Ukrayna XİN rəhbəri Dmitri Kuleba deyib.

“Kiyev hərbi fəaliyyətin aparıldığı rayonlar və hərbçilərin sayı ilə bağlı 48 saat ərzində Rusiyadan cavab gözləyir”, - deyə bildirilib.
20 yaşlı gənc psixiatriya xəstəxanasından qaçdı - FOTO1 Saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə olunan xəstə itkin düşüb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Babayev Ələkbər Hüseyn oğlu fevralın 10-u səhər saatlarında xəstəxanadan qaçıb.

Ə.Babayevin atasını Hüseyn Babayev bildirib ki, məsələ ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-ci Polis Bölməsinə müraciət olunub. Sözügedən şəxsi görənlərdən 055 895 46 76 və 055 515 16 90 əlaqə nömrələrinə zəng etmələri xahiş olunub.
Deputat: O, siyasi arenanı hörmətlə tərk etməli idiAvrasiya.net Moderator.az-a istinadən deputat Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, AMEA-nın mətbuat xidməti tərəfindən yayılmış siyasi xarakterli açıqlama ilə yəqin ki, tanış olmusunuz, nə baş verir?

- Bəli, tanış olmuşam və sözün həqiqi mənasında növbəti dəfə təəccübləndim. Ramiz Mehdiyev uzun illər iqtidarda qeyri - rəsmi ikinci şəxs olub və yeni müstəqillik əldə etmiş ölkəmizdə mövcud siyasi münasibətlər və hüquq sisteminin formalaşmasında əsas rollardan birini oynayıb. Məhz bu səbəbdən də elmin və təhsilin vəziyyətinə, korrupsiyanın səviyyəsinə və iqtisadiyyatın inkişafına görə də məsuliyyət daşımalı ikinci şəxs olmalıdır. O, həm də uzun illər "Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın " sədri və Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub. Ölkədə ciddi rezonans doğurmuş ən böyük korrupsiya cinayətləri, o cümlədən Beynəlxalq Bankda baş vermiş 10 milyard dollarlıq korrupsiya hadisəsi, xalqımızı sarsıtmış Ordudakı "Tərtər işgəncələri və qətliamı" da həmin dövrə təsadüf edir. İqtidarın apardığı siyasətin uğurlu nəticələrindən bəhs edən "İnkişafın Azərbaycan modeli" kitabının müəllifi də bir başqası yox, odur. Ona qarşı mətbuatda çıxış edən şəxsləri mövqe dəyişikliyində ittiham edən R.Mehdiyevin özünün mövqeyindəki dəyişikliklər göz önündədir. Bir vaxtlar lənətlədiyi, Qərbdəki ermənipərəst dairələrə xidmətdə ittiham etdiyi şəxslərin leksikonundan onu tənqid edənlərə qarşı istifadə edir, ünvanına yönələn tənqidləri - "diqqəti son vaxtlar ölkə gündəmini məşğul edən taleyüklü problemlərdən yayındırmaq cəhdi" - kimi qiymətləndirir, seçkilərin nəticələrinin saxtalaşdırıldığını bəyan edir. Hamı bilir ki, iqtidrda hər zaman seçkilərin hazırlanması və keçirilməsini o təşkil edib. Görünür, yaşı və ola bilsin kimlərəsə qarşı hüdudsuz nifrəti imkan vermir başa düşsün ki, ermənipərəst dairələrin açıq və ya üçüncü şəxslər vasitəsilə himayə etdiyi bəlli düşərgəyə bu formada yarınma cəhdi nə onların ona münasibətini dəyişməyəcək, nə də həmin düşərgənin mövqeyini gücləndirməyəcək, əksinə, həm xalqın arasında, həm təmsil olunduğu siyasi partiyada çoxlarının acı təbəssümü və hiddəti ilə üzləşəcək.

Mən baş verənləri daha çox onun yaşlanması ilə əlaqələndirmək istərdim. Prezident onu Administrasiyanın Rəhbəri vəzifəsindən azad edəndə onun sağlamlıq durumu o qədər də qənaətbəxş deyildi və o siyasi arenanı hörmətlə tərk etməliydi. Prezident bunu etməsi üçün ona hər cür şərait yaratdı, onu şəxsən qəbul edib xidmətlərinə görə ən ali ordenlə təltif etdi.

Siyasət də idman oyunu kimi bir şeydi. Stadionda on minlərin alqışladığı bir oyunçu vaxtında getmədikdə dünən onu alqışlayanlar bu gün onu fitə basır. Zamanında onu tərifləyənlərin çoxu bunu onun şəxsiyyətinə görə yox, tutduğu mühüm posta görə edirdi. O da zamanla çoxlarına münasibətdə bu cür davranıb və davranmaqda davam edir. Ona görə də zamanla onu tərifləyib bu gün tənqid edənlərə münasibətdə əsəbləşməməlidir. Bəzən insanlar dəyişəndə haqlı olaraq onlara münaisbət də dəyişir. Düşünürəm hər kəs bunu başa düşür, o cümlədən kifayət qədər təcrübəli R.Mehdiyev də. Heç kim ölənlə ölmək istəmir, hətta əzizləri belə. Siyasətdə isə insanları ictimai və dövlət maraqları, oxşar siyasi baxışlar və iddialar birləşdirir.

- Başqalarını mənəvi dəyərlər prizmasından ittiham edən Mehdiyev bu gün Prezidenti tərifləyib, amma onu, həm də üzvü olduğu partiyanın sədrini birbaşa hədəfə çevirən açıqlamalarla çıxış edir, bəs bunun adı nədir?

- O, insani dəyərlərə üstünlük versəydi, vaxtında istefa verməklə zamanında onun haqqında xoş söz deyənləri bu gün pis vəziyyətdə qoymazdı. Onun "mübarizəsi" ona görə qeyri-ciddi qəbul olunur ki, yaşına görə təbiətə və özünün də aid olduğu, Allah tərəfindən bu cür kodlaşdırılmış insan təbiətinə qarşıdır. Bu isə nonsesdir. R.Mehdiyev bunları başa düşməmiş deyil. O tənqid edib aşağılamağa çalışdığı insanlardan yaxşı mənada fərqlənməyib, yalnız vəzifəsi olub. Bu gün cəmiyyətin böyük bir hissəsi, hətta onu hörməti olmuş insanların bir qismi onun niyə və kiminlə mübarizə apardığını başa düşə bilmir. Ona dirəniş göstərmək barədə kənardan tapşırıq verilibsə belə, yaşını və sağlamlığını səbəb kimi göstərib bu alçaldıcı qarşıdurmadan yayına bilərdi. Onun AMEA-da "səliqə-səhman" yaratmaq, korrupsiyaya qarşı mübarizə aparmaq istəyi barədə iddiaları da heç bir sağlam məntiqə sığmır. Korrupsiyaya qarşı mübarizə komissiyasın sədri və ölkənin ikinci səlahiyyətli şəxsi kimi bunu zamanında edə bilməyibsə, əgər həqiqətən belə hallar varsa, doğrundanmı düşünür ki, indiki ahıl yaşında nələrisə yaxşılığa doğru dəyişə bilər. Deməli, məqsəd başqadır.

Sonda onu deyə bilərəm ki, gənc ailə üzvüləri ona mənasız intiriqalara son qoyub düzgün qərar qəbul etməkdə kömək etməlidir. Bunu ilk növbədə R.Mehdiyevin özü və ailəsi üçün, həm də ölkəmizdə siyasi mühitin təhlükəli həddə qədər çirklənməməsi naminə etmək lazımdır.
QHT "Vandalizm" filminin çəkilməsi prosesinə başlayıbAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Mədəniyyətin və Milli Ənənələrin Təbliği” ictimai birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” adlı layihə 1 fevral - 1 may 2022-ci il tarixləri əhatə edən 3 (üç) müddətində icra olunacaq. Layihənin ideyası işğaldan azad olunmuş ərazilərdə ermənilərin tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını, abidələri saxtalaşdırmaq istiqamətində cinayət əməllərini faktlarla beynəlxalq aləm qarşısdında ifşa etməkdən ibarətdir. Bu səbəbdəb layihənin əhatə dairəsi Azərbaycan Respublikasının bütün ərazisini, o cümlədən 44 günlün Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərimizi əhatə edir. Bu layihəni həyata keçirməkdə əsas məqsəd 30 ilə yaxın davam edən işğal nəticəsində ermənilərin Azərbaycana həm tarixən, həm də beynəlxalq hüquqla məxsus olan torpaqlarda tarixi-dini və mədəniyyət abidələrinə qarşı törətdikləri vandalizm aktlarını beynəlxalq ictimaiyyətə çatdırmaqdır. İkinci məqsəd ondan ibarətdir ki, erməni işğalçılarının tarixi-dini və mədəniyyət abidələrinin dağıdılmasını yaxud saxtalaşdırılmasını məqsədyönlü şəkildə, azərbaycanlılara qarşı düşünülmüş şəkildə etnik təmizləmə siyasəti həyata keçirdiyini sübut etmək və göstərməkdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün bir sıra işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Əvvəlcə “Vandalizm” sənədli filminin çəkilməsi üçün zəruri faktoloji materialların toplanması və müsahibələrin alınması planlaşdırılır. Bununla əlaqədar Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət olunaraq icazələr artıq alınıb. Çəkiliş qrupu formalaşdırılıb və heyətin Qarabağ bölgəsinə (Şuşa, Ağdam, Füzuli, Xocavənd rayonunun Tuğ və Düdükçü kəndləri) səfərləri həyata keçiriləcək. Bundan əlavə, mövzu üzrə mütəxəssis olan respondentlərdən müsahibələr alınacaq.

Daha sonra toplanmış materiallar əsasında “Vandalizm” sənədli filminin ədəbi-bədii ssenarisi yazılacaq. “Vandalizm” sənədli filminin ədəbi-bədii ssenarisi hazır olduqdan sonra isə ssenari redaktə üçün filmin redaktoru tərəfindən redaktə ediləcək, sənədli filmdəki tarixi məqamlar filmin elmi məsləhətçisi tərəfindən dəqiqləşdiriləcək, zərurət yarandıqda, zənginləşdiriləcək.
Bundan sonra ssenari əsasında sənədli filmin montaj prosesi həyata keçiriləcək, mətn oxunacaq, videomontaj həyata keçiriləcək.

“Vandalizm” sənədli filminin azərbaycan dilində olan versiyası hazırlanaraq müvafiq ekspert rəyi alınması məqsədi ilə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ekspert komissiyasına təqdim olunacaq və zəruri dəyişikliklər ediləndən sonra müsbət rəy alınacaq. Bundan sonra sənədli film rus və ingilis dillərinə dublyaj olunacaq.

Növbəti mərhələdə layihə çərçivəsində hazırlanan “Vandalizm” sənədli filminin Bakı şəhərində yerləşən ali təhsil müəssisələrindən birində aparıcı KİV-lərin iştirakı ilə geniş ictimaiyyətə təqdimat mərasimi həyata keçiriləcək.
Sonuncu mərhələdə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə layihənin icrası ilə bağlı təsviri hesabat, maliyyə hesabatı və bütün digər zəruri sənədlər təqdim ediləcək.

“Azərbaycanın işğaldan azad olunmuş ərazilərində vandalizm faktları ilə bağlı “Vandalizm” sənədli filminin çəkilməsi (azərbaycan, rus və ingilis dillərində)” adlı layihənin icrasının səbəb olacağı nəticələrin sayı çoxdur.

Bunlardan birincisi odur ki, 30 ilə yaxın davam edən işğal nəticəsində ermənilər tərəfindən tarixi-dini və mədəniyyət abidələrinin dağıdılması yaxur bunları saxtalaşdırılması ilə bağlı müfəssəl məlumatlar Azərbaycan cəmiyyətinə və beynəlxalq ictimaiyyətə təqdim ediləcək. Son zamanlar Ermənistan rəhbərliyi növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirərək Azərbaycan Respublikasının son 30 ildə işğal olunmuş ərazilərdə aparılmış saxtalaşdırma, süni erməniləşdirmə faktlarını ifşa etmək səylərinin üzərinə kölgə salmaq istəyir. Bu layihə Azərbaycan dövlətinin bu istiqamətdəki fəaliyyətinə ciddi dəstək olacaq, Ermənistanın saxtakarlıq siyasətini bir daha ifşa edəcək. Layihə həmçinin Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı etnik təmizləmə siyasəti yürütdüyünü sübut edir, bu faktların gənc nəsil tərəfindən mənimsənilməsini təmin edir, indiki və gələcək nəsillər üçün informasiya müharibəsində zəruri faktoloji və arxiv material rolunda çıxış edəcək. Onu da vurğulamaq lazımdır ki, layihənin icrası nəticəsində beynəlxalq erməni lobbisi və onların havadarlarına qarşı mübarizənin ön sıralarında olan Azərbaycanın diaspor təşkilatları tutarlı və təkzibolunmaz materiallarla təmin ediləcək.
Cəmiyyətin dəyəri onun elm və mədəniyyəti ilə ölçülürCəmiyyət sosial orqanizm kimi fəaliyyət göstərən, iqtisadi, siyasi, sosial və ən əsası mədəni həyatı özündə birləşdirən, insanların qarşılıqlı fəaliyyətinin nəticəsi olaraq müəyyən struktura malik bütöv bir sistemdir. Belə ki, bu sistemdə cəmiyyəti təşkil edən elementlər arasındakı əlaqələr və qarşılıqlı mürəkkəb münasibətlər, həm maddi, həm mənəvi, həm də yüksək ideal dəyərlər birləşir.

Cəmiyyətin inkişafı üçün insanın hərtərəfli fəaliyyətini, güc və imkanlarını keyfiyyət və kəmiyyət baxımından özündə ehtiva edən, daima yeniləşən tələblərə ehtiyac var. Müasir dövrdə cəmiyyətin inkişafının əsas indikatoru yaradıcı insanlardır desək yanılmarıq. Deməli, cəmiyyətin inkişafı üçün onun hökmən şəxsiyyətlərə, həm də yaradıcı şəxslərə ciddi ehtiyacı var. Bu yaradıcı şəxsləri yetişdirmək üçün isə şərait və mühit formalaşdırilması tələb olunur. Bu andan dövlətin və onun müəyyənləşdirdiyi siyasətin mahiyyəti üzə çıxır və özünü qabarıq şəkildə göstərməyə başlayır. Dövlətın tərkibi də müxtəlif elementlərdən ibarətdir və öz siyasi mənbəyini ictimai mənbədən götürür. Müasir, inkişaf etmiş dünya dövlətlərinin idarə edilməsinin əsas formulu icraedici, qanunverici və məhkəmə hakimiyyətinin formalaşdırılmasından ibarətdir. Bu format bir-birini saxlamaq üçün və vəhdət yaratmaq məqsədilə təşkil olunur.

Bəzən televiziya və mətbuat da hakimiyyətin dördüncü qolu hesab edirlər. Ona görə ki, dövlət öz siyasi mənbəyini ictimai mənbədən götürür, eyni zamanda dövlətə və cəmiyyətə ünsiyyətin, münasibət və əlaqələrin məhsulu kimi də baxmaq olar. Dövlət və cəmiyyət fenomeni fərdin dəyəridir və onun şəxsiyyətə çevrilməsini təmin edən məkandır. Fərd məhz cəmiyyətdə və dövlətdə şəxsiyyətə çevrilə bilir. Dövlət və cəmiyyətin gücü və potensialı isə fərdlərin hesabına yüksəlmiş olur. Müəllimlər, alimlər, bütün mütəxəssislər və.s ictimai kollektivlərdən dəyərlər əldə edirlər.

Onlar da öz növbəsində əməlləri ilə cəmiyyətə dəyərlər verirlər. Hazırda cəmiyyətin qarşısında duran vəzifələrin yerinə yetirilməsi xeyli dərəcədə fəal və hərəkətli inkişaf etmiş şəxsiyyətin formalaşdırılması prosesinin səmərəliliyindən asılıdır. Cəmiyyətin dəyəri onun mədəniyyətindədir. Mədəniyyət də yaradıcılıq və quruculuqdadır Dövlət və cəmiyyətin idarə olunmasında davranış və əxlaq normalarını unutmaq olmaz. İnsanlar əxlaq normalarını yaratmaqla dövlətdə və cəmiyyətdə yaşayış qaydalarını təmin etmiş olurlar. Bu yaşayış qaydaları həm adət-ənənə ilə, həm də hüquq normaları ilə müəyyən edilir.

Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtlərdən biridir. Biz bu sahədə milli dəyərlərimizə və xalqımıza sədaqət, müstəqil respublikamıza məhəbbət, milli sərvətlərimizi qoruyub saxlamaq, artırmaq qayğısına qalmaq üçün çox çalışmalıyıq. Bu missiyanı üzərinə götürən cəmiyyətin aparıcı qüvvələri var. Onlara elm adamları, yazıçılar, şairlər, jurnalistlər, incəsənət və mədəniyyət nümayəndələri və bu qəbildən olan digər şəxslər aiddirlər. Onlar informasiya daşıyıcıları olaraq ətrafda baş verən hadisələrə sərbəst münasibət bildirmək , dövlət və cəmiyyətin inkişafı naminə yeni ideyalar vermək, təşəbbüslər irəli sürmək hüququna malik olmaqla yeni nəslin formalaşmağında mühüm rol oynayırlar.

Burada da əsas vəzifə daha çox elm adamlarının üzərinə düşür, çünki cəmiyyəti elmsiz idarə etmək mümkün deyil. Cəmiyyət yeni-yeni yaranan dəyərlər tələb edir. Məhz elmin də əsas məqsədi dəyərlər verməkdən və dəyər yaratmaqdan ibarət olmalı, cəmiyyətin sosial strukturunu dəyişdirməyi bacardığı üçün cəmiyətə açıq olmalıdır. Bu sadalananları isə cəmiyyət alimlərdən gözləyir. Alimlər isə cəmiyyətin bir nümayəndəsi olaraq ölkədə və dünyada baş verən hadisələri izləməli, müşahidələr aparmalı, yeni biliklərlə tanış olmalı və cəmiyyətə tətbiq etməklə nəticələr ortaya qoymalıdırlar. Alim həm fərdi, həm də ictimai məsuliyyəti öz çiyinlərində daşımalı, bu iki məsuliyyət vasitəsini sistemləşdirməli, eyni zamanda onun adının nə dərəcədə əhəmiyyətli, məsuliyyətli olmasını dərk etməlidir.

Qədim zamanlardan yaxın dövrümüzə qədər bu proses əsas filosofların üzərinə düşürdü. Çünki, cəmiyyətlərin formalaması üçün fəlsəfəyə ehtiyacı çox idi. Filosoflar cəmiyyətin bu günə qədər gəlib çıxmasında əsas qüvvəyə malik olublar. İnsanın və insanlığın yaşamasında, azad fikrin formalaşmağında, dövlət və idarəçilik institutlarının yaranmasında filosofların rolu danılmazdır. Amma təəsüff hissi ilə demək olar ki, fələsəfə elmlər doktorlarının çoxluq təşkil etdiyi bir zamanda yeni fəlsəfi cərəyanlar yaradan böyük filosoflara rast gəlmək olmur.

Düşünürəm ki, bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Bəzi hallarda müasir “filosoflar” cəmiyyətdə və dövlətdə qarşıdurmalara gətirib çıxaran hadisələrin səbəbkarı rolunda çıxış edirlər. Bu da min illərlə filosofların cəmiyyətdə yaratdığı harmoniyanın pozulmasına və fəlsəfəyə olan münasibətin aşınmasına səbəb olur. Hamı bilməlidir ki, müstəqilliyimizə və dövlətciliyimizə qarşı yarana biləcək hər hansı təhdidin , məkirli niyyətlərin qarşısını almağa qadir olan, nizamlı, mütəşəkkil, azad ruhlu, güclü Azərbaycan cəmiyyəti var.

Sadiq Qurbanov
Millət vəkili
Azərbaycanda qanunsuz ov təklifi edən sayt aşkarlandıAzərbaycanda xarici vətəndaşların qanunsuz ov etməsi mövzusu tez-tez cəmiyyətimizdə geniş mənfi rezonansa səbəb olur. Buna baxmayaraq, Azərbaycanda ovçuluqda qanunların pozulmasını açıq şəkildə təşviq edən “Azerbaijan Professional Falconry Organizer” adlı quruma məxsus http://www.falconry.az/ internet saytı mövcuddur.

Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın (DANMA) Feysbuk səhifəsində bununla bağlı məlumat paylaşılıb.

Məlumatda bildirilir:

“İngilis və ərəb dillərində olan saytın ana səhifəsində qurumun əsasən şahin ovunun təşkil etdiyi və əsasən ərəb ölkələrindən olan şəxslərə Azərbaycanda ov turizmi imkanlarını təklif etdiyi bildirilir.

Bu saytda Azərbaycanın Qırmızı Kitabına daxil olan bəzgəkin (ingiliscə “little bustard”) ovlanması açıq şəkildə təklif edilir və hətta utanmadan həmin quşun fotoları da paylaşılır.

Bununla yanaşı, qurumun adına rəğmən, şahin ovu ilə yanaşı xarici qonaqlara digər ov növlərinin təşkil edilməsi təklif edilir. Bu isə bir daha təsdiq edir ki, ölkəmizə gələn xarici ovçuların hamısı şahinlərlə ov üçün lisenziya alır, amma gəlib burada pul verib, odlu silah götürüb sərbəst şəkildə istədikləri növləri ovlayırlar.

Saytda yer alan fotolara ornitoloq və digər peşəkar həmkarlarımız da nəzər saldı. Bəzgəklə yanaşı saytda yer alan şəkillərdə saysız-hesabsız bizquyruq ördəyi, anqut, Fitçi ördəyi, enlidimdik, Marek ördəyi, yaşılbaş, qaşqaldaq, boz qaz və kəklik görmək olar ki, bunlar Qırmızı Kitaba daxil olmasa da, ovlanmış quşların sayının icazə verilən ov limitindən olduqca çox olması şübhə doğurmur.

Məsələ artıq ölkəyə gələn turistləri cərimələməkdə deyil, buna şərait yaradan yerli şirkətlərə qarşı qanun çərçivəsində tədbirlər görülməlidir.

Təbiətsevər olaraq, Azərbaycanda sistemli şəkildə bu işlə məşğul olan qurumlara nəzarətin gücləndirilməsini, Azərbaycanın biomüxtəlifliyinə qarşı qətliam törədilməsini təşviq edən şirkətə qarşı tədbirlərin görülməsini və qorunan quş növünün ovlanmasını aşkar şəkildə təklif edən falconry.az saytının bağlanmasını tələb edirik”.
NATO bu ölkələrə hərbi qüvvə yerləşdirirNATO Rumıniya, Bolqarıstan və Slovakiyaya əlavə hərbi qüvvə yerləşdirir.

Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.

Məlumata görə, NATO-ya üzv ölkələrin müdafiə nazirləri gələn həftə görüşüb bununla bağlı qərar qəbul edəcəklər. Yazda isə hərbi qüvvələrin sözügedən ölkələrə yerləşdirilməsinə başlanılacaq.
ABŞ hərbi gəmilərini Avropaya döndərdiABŞ Hərbi Dəniz Qüvvələri NATO-nun genişlənməsi fonunda dörd hərbi gəmisini Avropaya göndərib.

Axar.az xəbər verir ki, bu barədə “USNI Nyus” məlumat yayıb.

Məlumata görə, gəmilər ABŞ-ın 6-cı donanmasına və NATO üzrə müttəfiqlərə dəstək məqsədilə bir sıra dəniz əməliyyatlarında iştirak edəcək.

Qeyd edək ki, Pentaqonun sözçüsü Con Kirbi ABŞ-ın Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar müvəqqəti olaraq Avropaya əlavə qüvvələr yerləşdirmək qərarını açıqlamışdı.
İrəvanda uşaq bağçasında pakistanlı uşağa verilən işgəncə ictimailəşdirilib "Pakistan Dünyada" qəzetinin redaktoru, Pakistan Qəzet Redaktorları Şurasının üzvü Tazeen Akhtar bu gün öz ofisində Pakistan İnsan Haqları Nazirliyinin Uşaq Hüquqları üzrə Milli Komissiyasının sədri xanım Afshan Tehseen Bajva ilə görüşüb.

O, son vaxtlar paytaxt İrəvanda erməni uşaq bağçasında azyaşlı 5 yaşlı qız uşağına müəllimlər və işçilər tərəfindən işgəncə verilməsi faktı ilə bağlı sədrə məlumat verib.

Uşağın atası pakistanlıdır və övladının yalnız pakistanlı olduğu üçün işgəncələrə məruz qaldığı ilə bağlı polisə müraciət edib.

Qeyd edək ki, Pakistan Ermənistanı müstəqil dövlət kimi tanımır. Pakistan 2020-ci ilin sentyabr-noyabr aylarında ikinci Qarabağ müharibəsində Azərbaycanı mənəvi tərəfdən dəstəkləyib.

Redaktor uşağın sinəsinin isti dəmir alətlə yandırıldığı şəkilləri paylaşıb. Onun əlləri qandallı olub və pis şəkildə təhqir olunub.

Aktar bildirib ki, hadisə ilə bağlı ən iyrənc nifrət cinayəti barədə erməni mətbuatında məlumat verilib və biz bu xəbəri öz mediamızda ingilis və urdu dillərində dərc etmişik.

Sədr bu hərəkəti ən sərt şəkildə pisləyib. O, Komissiyanın ölkə daxilində və ya xaricində hər bir pakistanlı uşağı müdafiə etdiyini söyləyib. O, uşağın yalnız siyasi səbəblərə görə qurban verilməsinin dözülməz olduğunu bildirib.

Xanım Afshan Tehseen əmin etdi ki, Komissiya bu məsələni müvafiq forumlarda qaldıracaq. Pakistanlı uşaqlar bütün dünyada hər cür nifrət cinayətindən qorunacaqlar.

“Uşağın valideynləri istənilən vaxt dəstək üçün Komissiya ilə əlaqə saxlaya bilərlər. İşin sülh yolu ilə araşdırılacağına və günahkarların cavab verəcəklərinə ümid edirik. NCRC bu baxımdan sayıq olacaq. Günahkarlar cəzasız qalarsa, buna uyğun hərəkət edəcəyik".
QHT-lər BMT Baş katibinə müraciət edibAzərbaycanda fəaliyyət göstərən bir qrup QHT sədrinin iştirakı ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında (UNDP) işçi kimi çalışan ermənilərin Azərbaycana qarşı apardıqları nifrət zəmnində fəaliyyətinin qarşısının alınması ilə əlaqədar toplantı keçirib.

APA xəbər verir ki, toplantıda BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən, açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan adlı əməkdaşların BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Azərbaycan Respublikasının Prezidentinə nifrət zəmnində hücum etdikləri qeyd olunub.

Sonda QHT sədrlərinin iştirakı ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət qəbul olunub.

Müraciətdə deyilir:

“Hörmətli Baş Katib,

Birləşmiş Millətlər Təşkilatı bütün dünyada on milyonlarla insan üçün sülh və inkişafın bir işarəsidir. O, bəşəriyyətin rifahı üçün səylərini davam edir. BMT-nin minlərlə əməkdaşı gündəlik olaraq sülh və insan hüquqları naminə- gender bərabərliyi və daha yaxşı təhsilin təmininə, yoxsulluğun və aclığın aradan qaldırılmasına töhfə vermək üçün çalışır. Bəzən onların bir çoxu öz həyatlarını riskə ataraq yardıma ehtiyac duyanları dəstəkləmək üçün ən çətin şəraitdə işləyirlər.

Müstəqilliyin ilk illərində Birləşmiş Millətlər Təşkilatının ölkəmizin həyatında oynadığı mühüm rolu bir çox azərbaycanlı hələ də xatırlayır. Azərbaycan 90-cı illərin əvvəllərində çoxsaylı çətinliklərlə üzləşmiş və qonşu Ermənistanın hərbi təcavüzü nəticəsində ərazisinin 20%-dən çoxu işğal olunmuşdur. Nəticədə, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi. BMT-nin bir çox qurumlarının göstərdiyi yardımlar xalqımız tərəfindən hər zaman minnətdarlıqla xatırlanır, çünki əsl dost dar gündə tanınır. Bakının mərkəzində yerləşən BMT Ofisindən dalğalanan BMT bayrağı hər zaman sədaqətli xidmətin və peşəkarlığın simvolu olub və belə də qalır.

Vətəndaş cəmiyyəti institutları BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə uzunmüddətli və səmərəli əməkdaşlıq təcrübəsinə malikdirlər. Faktiki olaraq, ixtisaslaşmış institutlardan olan – BMT-nin İnkişaf Proqramı qeyri hökumət təşkilatlarına dair bəzi prinsip və mexanizmlərin tətbiqində mühüm rol oynamışdır. Həmin dövrdən uzun illər keçməsinə baxmayaraq bizim əməkdaşlığımız davam edir. Müxtəlif BMT qurumları davamlı inkişaf məqsədləri və bir sıra mühüm inkişaf və humanitar məsələlər üzrə çoxtərəfli tərəfdaşlarla sıx əməkdaşlıq edir. Lakin, təəssüflər olsun ki, bu məktubumuzun mövzusu əməkdaşlıq və nailiyyətlər deyil.

Biz böyük ürək ağrısı ilə BMT-də qəbul olunmadığına inandığımız bir məsələni diqqətinizə çatdırmaq məqsədilə sizə yazırıq. Biz hər zaman yolverilməz olan qərəzlilik, nifrət nitqi, ayrı-seçkilik və ləyaqəti alçaldan hərəkətlər barəsində məlumat verməyi özümüzə borc bilmişik. Lakin bu kimi halların BMT əməkdaşları tərəfindən təşviq olunmasını görmək bizdə qəzəb hissi doğurur. Bu şəxslərin rəhbərlərinin isə nəinki bu nifrət çıxışlarının qarşısını ala bilmədiklərini, hətta günahkarları mükafatlandırdıqlarını görmək olduqca təəccüblüdür.

Biz, BMT-nin İnkişaf Proqramında çalışan və öz sosial şəbəkə platformalarını nifrət zəmnində istifadə edən, yalnız Azərbaycana qarşı deyil, bütün türk xalqlarına qarşı qərəz, böhtan və təhqirlər səsləndirən və açıq şəkildə separatizmi təbliğ edən erməni əsilli Armen Qriqoryan, Narine Sahakyan, Meri Tavukciyan və Stepan Marqaryan adlı əməkdaşlarınızı nəzərdə tuturuq. Bu şəxslər BMT bayrağından və BMT-nin əməkdaşı statusundan sui-istifadə edərək türklərə və azərbaycanlılara, ölkəmizə və Prezidentimizə nifrət zəmnində hücum edən insanlardır. Sözü gedən şəxslər, beynəlxalq təşkilatlarda çalışan məmurlara aid bütün əsas prinsiplər və etik normalara etinadsız yanaşa biləcəklərini zənn edirlər. Onların hərəkətləri BMT prinsipləri və idealları üçün utancvericidir.

Biz, çoxsaylı xəbərdarlıqlara və müraciətlərə baxmayaraq, BMT İnkişaf Proqramının niyə bu çirkin davranışı dayandırmaq üçün lazımı tədbirlər görə bilmədiyini anlamaqda çətinlik çəkirik. Əlavə olaraq, sözü gedən əməkdaşlardan bəziləri vəzifələrində irəli çəkilmiş, hətta hazırda “sülh və inkişaf naminə xidmət edirlər”. Təbliğ etməyə borclu olduqları dəyərləri sarsıtmaq kimi tarixi ənənələrini nəzərə alsaq, bizə maraqlıdır ki, görəsən onlar hansı təmsilçiliyi təklif edə bilərlər


BMT-də çalışmağın mühüm elementlərindən biri də hesabatlılıqdır. İnsanlar öz əməllərinə görə cavabdehlik daşımalıdırlar. Sizdən xahiş edirik ki, BMT-nin öz prinsiplərinə hörmət etdiyini və buna əməl etməyənlərə qarşı tədbir görməyə hazır olduğunu bəyan etməklə, BMT-nin nəinki Azərbaycandakı, habelə digər ölkələrdəki nüfuzunu qoruyub saxlayasınız”.