"Paşinyanın geriyə addım atmağa yeri yoxdur"Ermənistan baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı son bir il ərzində hələ Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların 108 nəfərinin qalıqlarının Azərbaycan tərəfinə verilməsi ilə bağlı açıqlaması ilk növbədə Paşinyanın Ermənistanın sülhpərvər ölkə obrazını düzəltmək niyyətlərinə xidmət edir. Əlbəttə, 30 il öncəki reallıqları, Ermənistanın müharibə canilərinin azərbaycanlılara qarşı törətdikləri kütləvi qətliamları, zorakılıqları bilməyən dünya ictimaiyyətinin məlumatsız kəsimi Paşinyanın bu hiyləgər fəndinə aldana bilər. Ancaq bütövlükdə isə dünya birliyi Ermənistanın baş nazirinin bu açıqlamasına başqa rakursdan da yanaşa, 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 3890 Azərbaycan vətəndaşının itkin düşməsində Ermənistanın həm mənəvi məsuliyyət daşıdığını bəyan edə bilər, həm də bunu rəsmi İrəvanın 30 illik aradan sonra cinayət məsuliyyətini etiraf etməsi kimi dəyərləndirə bilər.

Dünya birliyi Ermənistan rəhbərliyinə bu həssas mənəvi-siyasi məsələdən sülhpərvərlik piarı üçün yararlanmağa imkan verməməli, rəsmi İrəvanı ötən həftə keçirilən Avropa İttifaqı Şurası, Fransa və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüşdə əsas müzakirə mövzularından biri olan Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, bununla bağlı konkret koordinatların Azərbaycan tərəfinə verilməsi barədə öhdəliyini yerinə yetirməyə məcbur etməlidir. Azərbaycan həmin görüşdən sonra 8 erməni hərbçisini dərhal Ermənistana təhvil verdi. Bundan əvvəl isə rəsmi Bakı 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən 1700-dən çox erməni hərbçisinin cəsədini humanizm prinsiplərindən çıxış edərək qarşı tərəfə təhvil verib.

Ancaq Azərbaycan tərəfi haqlı olaraq Ermənistan rəhbərliyinin də adekvat addım atmasını tələb edir. Biz itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayırıq və taleləri barədə hər hansı məlumat olmayan 4 minə yaxın azərbaycanlının tapılması, o cümlədən kütləvi məzarlıqların yerinin müəyyən olunması üçün Ermənistana təzyiqlərimizi davam etdirəcəyik. Terrorçu Ermənistan bu məsələni növbəti 30 il müddətinə ört-basdır edəcəyinə əsla ümid bəsləməməlidir. Ermənistan indi fakt qarşısında qalıb, Paşinyanın geriyə addım atmağa yeri yoxdur.

Avropa İttifaqı Şurası, Fransa və Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə videoformatda görüşdə yekun olaraq qəbul edilən bəyanatda da analoji niyyət ifadə olunub və Ermənistan tərəfi öz üzərinə öhdəliklər götürüb. Ermənistan rəhbərliyi ənənəvi saxtakar üsullarla bu öhdəliklərin yerinə yetirilməsindən boyun qaçıra bilməz. Biz Ermənistan rəhbərliyinin bütün hiylə və yayınma cəhdlərini puça çıxararaq, kütləvi məzarlıqların koordinatlarını və itkin düşmüş soydaşlarımız haqda məlumatları qarşı tərəfdən alacağıq. Bu dəfə ənənəvi erməni hiylələri işə keçməyəcək!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyası
Husilərdən Səudiyyəyə növbəti hücum: yaralılar varYəməndəki husi üsyançıları Səudiyyə Ərəbistanının Abha hava limanına dron hücumu təşkil ediblər.

Axar.az xəbər verir ki, dron ərəb koalisiyası tərəfindən məhv edilsə də, onların qalıqlarının aeroportun ərazisindəki insanların üzərinə düşməsi nəticəsində 12 nəfər xəsarət alıb.

Qeyd edək ki, Abha hava limanı Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində yerləşir və vaxtaşırı olaraq husi qiyamçılarının raket və dron hücumlarına məruz qalır.
Jirinovski koronavirusa yoluxduğunu gizlədib – ŞokRusiya Liberal Demokrat Partiyasının (LDPR) partiyasının lideri, 75 yaşlı Vladimir Jirinovski iki həftə əvvəl özünü pis hiss edib və ona koronavirus diaqnozu qoyulub. Nəticədə siyasətçi xəstəxanaya yerləşdirilib, lakin bundan yalnız onun ən yaxın ətrafı xəbər tutub.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb.

“Məsələ burasındadır ki, Jirinovski dəfələrlə koronavirusa qarşı peyvənd olunub və peyvəndlə bağlı ictimai təbliğat aparıb. İndi o qorxur ki, onun xəstəliyi peyvənd əleyhdarlarının əlində vasitə olar, onlara əlavə arqument verər. Buna görə də infeksiyaya yoluxduğunu mümkün qədər uzun müddət gizlətməyə çalışıb”, - məlumatda bildirilib.

Qəzetin məlumatına görə, sonradan onun vəziyyəti daha da pisləşib və fevralın 2-də keçirilən növbəti müayinə zamanı həkimlər Jirinovskinin pnevmoniya xəstəliyinə tutulduğunu aşkar ediblər:

“Jirinovski Moskvadakı Mərkəzi Klinik Xəstəxanasının əsas binasına yerləşdirilib. Ona işini davam etdirməyə və tabeliyində olanlarla əlaqə saxlamağa, onlarla qoruyucu şüşə arakəsmə vasitəsilə danışmağa icazə verilib. Jirinovski xəstəxanada özünü aktiv aparır və xəstəliyini ümumiyyətlə hiss etdirmir. O, hazırda üç mobil telefon işlədir, kitabları, iş sənədləri ilə məşğuldur”.

Xatırladaq ki, ötən gün rus mediasında Vladimir Jirinovskinin xəstəxanaya yerləşdirildiyi və vəziyyətinin ağır olduğu məlumatı yayılmışdı.
Rafael Ağayevə yeni vəzifə və rütbə verildiAzərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) yeni vəzifə və rütbə verilib.

Axar.az xəbər verir ki, 37 yaşlı idmançı "Azerterminalkompleks" Birliyinin Gömrük Fəaliyyətinin Həyata Keçirilməsinə Yardım Xidmətində inspektor vəzifəsindən azad edilib.

Ağayev Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.

Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.

Qeyd edək ki, Rafael Ağayev 2021-ci ildə keçirilmiş Tokio Yay Olimpiya Oyunlarında 75 kq çəki dərəcəsində gümüş medal qazanıb.
SOCAR prezidenti vəzifəsi Rövşən Nəcəfə həvalə olundu - DOSYEPrezident İlham Əliyevin sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Ölkə başçısı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklik edən ayrıca sərəncam da imzalayıb. Həmin sərəncama əsasən, Rövşən Nəcəf SOCAR Müşahidə Şurasının üzvlüyündən çıxarılıb.

Prezidentin digər sərəncamı ilə Rövşən Çingiz oğlu Nəcəf Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

SOCAR prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci vitse-prezident Rövşən Çingiz oğlu Nəcəfə həvalə edilib.


Rövşən Nəcəfin tərcümeyi-halını təqdim edirik:

Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olub.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olub, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib.

2007-2008-ci illərdə ARDNŞ-in təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq, İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlayıb.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və beynəlxalq iqtisadi əməkdaşlıq departamentinin İnvestisiya siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışıb.

2008-2009-cu illərdə ARDNŞ-in Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləyib.

2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri və iqtisadi inkişaf nazirinin köməkçisi olub.

2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışıb.

Azərbaycan Prezidentinin 2018-ci il 11 may tarixli sərəncamı ilə Prezident Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilib.

Azərbaycan Prezidentinin 2019-cu il 28 avqust tarixli sərəncamı ilə Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilib.

Ölkə başçısının 2020-ci il 11 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, 2021-ci il 23 dekabr tarixli sərəncamla isə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub.

İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.
Efirdə cinayəti üstünə götürdü - Əsl qatil üzə çıxdı1962-ci il təvəllüdlü Faxrəndə ibrahimovanın 2020-ci ilin fevral ayının 23-də Ağcabədi şəhərində yerləşən evinin həyətində ölmüş vəziyyətdə aşkar olunması faktı üzrə Baş prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması İstintaq idarəsinə həvalə edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

İstintaqla 1992-ci il təvəllüdlü, Yevlax rayonunun Bəydilli kənd sakini Cəfərov Seymur Elxan oğlunun 22 fevral 2020-ci il saat 1 radələrində əmisi oğlunun yaşadığı evdə olarkən, onun arvadı Əfsanə Cəfərova ilə yaxın münasibətdə olmasının ifşa edilməsinin qarşısını almaq məqsədilə bundan xəbərdar olan sonuncunun qayınanası Faxrəndə İbrahimovanı çarpayıda uzanıqlı vəziyyətdə yastıqla ağız nahiyəsinə sıxıb qəsdən həyatdan məhrum etməsinə əsaslı şübhələr müəyyən edilib.

Seymur Cəfərov 8 fevral 2022-ci ildə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə 01.02.2022-ci il tarixindən 01.06.2022-ci il tarixlərini əhatə edəcək, Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir! layihəsinin icrasına başladı.

Layihənin rəhbəri Ənvər Qarayev layihənin məqsəd və məramı haqqında məlumat verərək bildirdiki, həyata keçiriləcək, layihənin əsas məqsədi, 27 sentyanr 8 noyabr 2020-ci il tarixlərində, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və social təminat hüquqları Səhiyyə Nazirliki və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliki tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.
Qeyd olunan problemlərlə bağlı, Bakı şəhərində və sərhəd yani,, Qərb bölgəsində Qazax, Ağstafa rayonlarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbələriində, Tibbi-Sosial Ekspert Komissiyalarında və Səhiyə nazirliyinin Xəsdəxanalarda, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin və müharibə əlillərinin tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə hüquqi köməklik ediləcəkdir.

Layihə çərçivəsində həmçinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək respublikadan kənarda müalicə olmaları üçün rəy almış, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində iştirak edərkən sağlamliğlarini itirmiş şəxslərin və müharibə əlillərinin müalicələrini adları qeyd olunan nazirliklər tərəfindən xarici ölkələrdə təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.
Azərbaycanda qadının 11 il əvvəl oğlu tərəfindən öldürüldüyü məlum olubAzərbaycanda əvvəlki illərdə törədilmiş daha bir qəsdən adam öldürmə cinayətinin üstünün açılması təmin edilib.

Bu barədə Avrasiya.net-ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Müəyyən edilib ki, 2011-ci ildə Şabran rayon sakini 1970-ci il təvəllüdlü Bəsti Əliyeva oğlu 1990-cı il təvəllüdlü Elvin Dadaşov tərəfindən qəsdən öldürülüb.

Elvin Dadaşov Şabran rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə anası Bəsti Əliyevanı yaşadıqları mənzildə boğaraq öldürdüyünü, daha sonra onu həyətdə basdırdığını etiraf edib və meyiti basdırdığı yeri göstərib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə qeyd edilən ərazidə qazıntı işləri aparılmış və həmin yerdən insan skeleti sümükləri aşkar edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə Elvin Dadaşov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər davam etdirilir.