Xəyal Bəşirov istefa verdi, Elçin Salmanov sədr seçildiBu gün "Azəriqaz" İB yanında İctimai Şuranın növbəti iclası keçirilib.

İclasda digər məsələlərlə yanaşı, Şura sədrinin seçilməsi də gündəliyə daxil edilib. Belə ki, Şuranın 18.01.2022-ci il tarixdə keçirilmiş iclasında Xəyal Bəşirov Şuranın sədrliyindən istefa vermişdi.

Bu günkü səsvermənin nəticəsi olaraq “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Elçin Salmanov yekdilliklə Şuranın yeni sədri seçilib.
İranın nüvə proqramına dair danışıqlar sabah yenidən başlayacaqİranın nüvə proqramına dair Müştərək Əhatəli Tədbirlər Planı (JCPOA) ilə bağlı danışıqlar Vyanada fevralın 8-dən davam etdiriləcək.

“Report” xəbər verir ki, bunu Avropa İttifaqı nəzdindəki Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sözçüsü Peter Stano yazılı açıqlamasında bildirib.

Belə ki, danışıqların iştirakçıları öz paytaxtlarında keçirdikləri məşvərətdən sonra ABŞ-ın JCPOA-ya qayıtması, habelə razılaşmanı “bütün tərəflərin tam və səmərəli yerinə yetirməsi”nin yollarına dair müzakirələri davam etdirəcəklər.

Xatırladaq ki, 2015-ci ildə ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Fransa, İran və Rusiya arasında tərəfindən imzalanmış JCPOA İranın nüvə proqramına müəyyən məhdudiyyətlər gətirilməsi müqabilində bu ölkəyə qarşı sanksiyaların ləğv olunmasını nəzərdə tutur. 2018-ci ilin may ayında ABŞ-ın razılaşmanı birtərəfli qaydada tərk etməsi bu məsələdə böhranlı vəziyyətə gətirib çıxarıb.
Bakıda dönərxanada PARTLAYIŞ - FOTOLARBakıda dönərxanada partlayış olub.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri paylaşım edib.

Məlumatda bildirilib ki, partlayış baş verən dönərxana Nəriman Nərimanov metrostansiyası yaxınlığında yerləşir. İlkin ehtimala görə, partlayışa səbəb qaz sızması olub. Hadisə nəticəsində xəsarət alan yoxdur.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində işlər aparılır.
Aleksandr Lukaşenko: “Allah belarusludur”Belarusun Prezidenti Aleksandr Lukaşenko hesab edir ki, Allah belarusludur.

“Report” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə o rusiyalı jurnalist Vladimir Solovyova verdiyi müsahibəsində söyləyib.

V.Solovyovun “Yəni bu gün Allahı belaruslu hesab edirsiniz?” sualına dövlət başçısı belə cavab verib:

“Bəli, nəinki bu gün. O məni 90-cı illərdə bu qarmaqarışıqlığa atdı, arada da kömək edir”
“AzerGold” ilk dəfə dividend ödəyəcək2020-2021-ci illər üzrə uğurlu fəaliyyət nəticəsində cari ildə “AzerGold” QSC ilk dəfə səhmdarına 20,5 milyon manat məbləğində dividend ödənişi həyata keçirməyi planlaşdırılır.

Avrasiya.net-in məlumatına görə, bunu bu gün “AzerGold” QSC-in İdarə Heyətinin sədri Zakir İbrahimov Səhmdar Cəmiyyətdə ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı ke çirilən mətbuat konfransında bildirib.

“2020-ci ilin yekunlarına dair ASC-nin maliyyə hesabatları 2021-ci ildə dərc olunub. Beynəlxalq standartlara uyğun müstəqil auditor şirkəti tərəfindən aparılan yoxlamalar nəticəsində müsbət rəy verilən maliyyə hesabatlarına əsasən, 2020-ci il üzrə Cəmiyyətin xalis mənfəəti 2019-cu illə müqayisədə 287 % artaraq 82 milyon manat təşkil edib, həmçinin digər indekslər üzrə də yüksək nəticələr əldə edilib", - Z. İbrahimov deyib.

O diqqətə çatdırıb ki, cari ildə "Pricewaterhouse Coopers Audit Azerbaijan LLC" şirkəti tərəfindən aparılacaq yoxlamaların da müsbət dəyərləndiriləcəyi proqnozlaşdırılır: “Cəmiyyətdaxili hesablamalara və 2021-ci il üzrə vergi uçotuna uyğun operativ məlumatlara əsaslanaraq qeyd edə bilərəm ki, Cəmiyyətin xalis mənfəəti təqribən 80 milyon manat civarında gözlənilir. Auditor şirkəti tərəfindən rəy veriləcək maliyyə hesabatları ənənəvi olaraq geniş ictimaiyyət üçün açıqlanacaq”.

Z. İbrahimov vurğulayıb ki, 2021-ci ildə “AzerGold” dövlət büdcəsinə ümumilikdə 33 milyon manatdan artıq vəsait ödəyib: "Bunun da 29,7 milyon manatı vergi, 3,3 milyon manatdan çoxunu isə Dövlət Sosial Müdafiə Fonduna ödənişlər təşkil edib".

O qeyd edib ki, 2020-ci ildə bu göstərici 12,8 milyon manat təşkil edib və 2021-ci ilin büdcə ödənişlərində 20,2 milyon manat, yəni 158 % artım qeydə alınıb: “Ümumilikdə, Cəmiyyətin fəaliyyəti dövründə dövlət büdcəsinə vergi və sosial ödənişləri 73,8 milyon manat təşkil edib”.

BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi - FƏRMANPrezident İlham Əliyev Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərman imzalayıb.

Avrasiya.net xəbər verir ki, Fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:

1. Bakı Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilsin.


2. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

2.1. Azərbaycan Respublikasının Prezidentinə:

2.1.1. Agentliyin yenidən təşkil və ləğv edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

2.2.1. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

2.2.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması;

2.2.3. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi;

2.2.4. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə uyğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

2.3. Bakı Şəhər İcra Hakimiyyətinə:

2.3.1. bu Fərmanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin tabeliyinə verilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Agentliyin yeni nizamnaməsini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

4.2. bu Fərmanın 1-ci və 3-cü hissələri ilə əlaqədar olaraq Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı normativ hüquqi aktların layihələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. bu Fərmanın 3-cü hissəsinə uyğun olaraq Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki bazanın Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin balansına verilməsini bir ay müddətində təmin etsin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

Deputat koronavirusa yoluxduMilli Məclisin 79 saylı İmişli seçki dairəsindən deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev koronavirusa yoluxub.

Avrasiya.net-in məlumatına görə, bu barədə deputat özü bildirib:

“Keçən həftədən COVID-19-a yoluxmuşan. Xeyli zənglər gəlir və telefonu da söndürmək istəmirəm. Çünki, müalicə ilə bağlı zənglər də olur, təxirəsalınmaz köməyə ehtiyacı olanlarla da danışmalı oluram. Amma, çox çətindir belə. Hərçənd ki, özüm yaxşı vəziyyətdə deyiləm”.

Deputat sosial şəbəkə vasitəsilə seçicilərinə müraciət edərək, şikayətlər, məktublar, müsahibə və açıqlamalarla bağlı köməkçiləri ilə əlaqə saxlamağa çağırıb.

R.Nurullayev gələn həftədən iş rejimini bərpa edə biləcəyini mümkün sayıb.
"Azərsu" Qarabağla bağlı builki planlarını açıqlayıbBu il "Azərsu" ASC Şuşa şəhərinin su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi üzrə işləri davam etdirəcək, Ağdam şəhəri və 33 kəndin, Füzuli şəhəri və 18 kəndin, Cəbrayıl şəhəri və 24 kəndin, Zəngilan şəhəri və 21 kənd və qəsəbənin, Qubadlı şəhəri və 23 kəndin içməli su su təminatı məqsədi ilə su mənbələrində hidrogeoloji və hidroloji tədqiqat, su təchizatı və tullantı su şəbəkə və qurğularının layihələndirilməsi işləri aparacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq qurumdan bildirilib.

"Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun işğal olunmuş torpaqları düşmən tapdağından azad etməsindən sonra genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Ötən müddətdə ölkə üzrə içməli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin yaxşılaşdırılması istiqamətində layihələrin icrası uğurla həyata keçirilib.

2021-ci ildə Şuşa şəhəri, Hadrut qəzəbəsi, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonlarında, həmçinin Talış və Suqovuşan qəsəbələrində içməli su təchizatının bərpası məqsədilə təxirəsalınmaz işlər görülüb, eyni zamanda həmin ərazilərdə fasiləsiz xidmət təşkil olunub. Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 54 km içməli su xətləri çəkilib, 1 ədəd subartezian quyusu qazılıb və 2 ədəd subartezian quyusu əsaslı təmir olunub. Bununla da 350-dən çox obyekt içməli su ilə təmin edilib.

Şuşa, Ağdam, Füzuli və Cəbrayıl şəhərlərinin içməli su təchizatı, tullantı, yağış sularının idarə olunması sistemlərinin yaradılmasının texniki iqtisadi əsaslandırılması və layihə sənədlərinin hazırlanması məqsədi ilə işçi qruplar yaradılıb. İşçi qrupuna müvafiq dövlət təşkilatlarının və “Azərsu”yun mütəxəssisləri cəlb olunub. Hazırda işçi qruplar ilkin layihə sənədlərini hazırlanması üzərində iş aparır", - deyə səhmdar cəmiyyəti bəyan edib.
Ermənistan itkin azərbaycanlıların məzar yerlərini AÇIQLAYACAQErmənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının kütləvi məzarlıqlarının olduğu yerlər barədə Azərbaycana məlumat verəcəyi ilə bağlı öhdəlik götürüb.

Bu barədə Avrasiya.net-ə Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

"Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.

Qeyd olunmalıdır ki, cari ilin fevralın 4-də Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş vətəndaşlarımızın kütləvi məzarlıqlarının yerləşmə yerləri barədə məlumatın Azərbaycan tərəfinə verilməsinə dair məsələ qaldırmış, Ermənistan tərəfi isə bu məsələdə əməkdaşlıq edəcəyinə dair öhdəlik götürmüşdür. Qeyd olunan məsələ Fransa Respublikasının Prezidenti Emmanuel Makron tərəfindən dəstəklənib", - Dövlət Komissiyasının yaydığı məlumatda qeyd olunub.
KKTC-nin yeni millət vəkilləri bu gün and içəcəklərQuzey Kıbrıs Türk Cümhuriyyətinin yanvarın 23-də keçirilən növbədənkənar ümumi seçkilərdə parlamentə seçilən 50 millət vəkili bu gün and içəcək.

Avrasiya.net xəbər verir ki, seçki nəticələrinin yanvarın 28-də "Rəsmi Qəzet"də dərc olunduğu onuncu günündə and içmək üçün millət vəkillərinin gündəmi ilə bu gün Cümhuriyyət Məclisi toplanacaq.

İclasda həmçinin Prezident Divanı seçkiləri keçiriləcək.

Cümhuriyyət Məclisinin Daxili Nizamnaməsinə uyğun olaraq, ilk iclasa parlamentin ən yaşlı üzvü, UBP millət vəkili Ünal Üstel sədrlik edəcək.

Mərasim televiziya ilə canlı yayımlanacaq.

Qanunvericilik dövrünün ilk iclasından başlayaraq, Cümhuriyyət Məclisinin sədri seçilənə qədər Ünal Üstel müvəqqəti sədrlik vəzifəsini icra edəcək. Ən gənc iki millət vəkili olan UBP İskele Millət vəkili Emrah Yeşilırmak və CTP Girne Millət vəkili Ongün Tələt məclis katibləri seçilənə qədər müvəqqəti katiblik edəcək.

Yanvarın 23-də keçirilən seçkidə 50 deputatdan ibarət Cümhuriyyət Məclisində UBP 24, CTP 18, DP 3, HP 3 və YDP 2 mandata sahib olub.