Sizin Reklam Burada

Mənzil alanlara xəbərdarlıq: Bunlara diqqət edin! - Video

Mənzil alanlara xəbərdarlıq: Bunlara diqqət edin! - Video"Qızınmadıq istisinə, kor olduq tüstüsünə". Bu misalı Abşeron rayonu Masazır kəndi ərazisindəki yeni binadan mənzil alanlara şamil etmək olar. Bir ətək pul töküb yeni binadan mənzil alan sakinlər problemlərin əlindən ev-eşiklərində rahat otura bilmirlər. Binaya gələn yol bərbad vəziyyətdədir, elektrik enerjisi və su tez-tez kəsilir, üstəlik, sakinlərə mənzillərin çıxarışı da verilmir.

Bəs 300-dən çox ailənin problemləri nə vaxt həll olunacaq?

Avrasiya.net "Xəzər Xəbər"ə istinadən bildirir ki, Masazırda Yeni binada yaşayan 300-dən çox ailə, problemlər məngənəsində boğulur. Sakinlər binaya olan borclarını tam ödəsələr də, kommunal xidmətlərlə bağlı çətinliklə üzləşirlər.

Binada tez tez işıqlar sönür, sular kəsilir. Ayda bir dəfə Viktoriya MTK rəhbərliyi dəyişdiyindən sakinlər şikayətlərini hara ünvanlayacaqlarını bilmirlər. Sakinlər deyirlər ki, onlar binaya köçəndə verilən vəd özünü doğrultmayıb. Hazırda binada iki şəhid ailəsi də yaşayır. Bina illərdir istifadə olunsa da, təhvil verilmədiyinə görə, sakinlər evlərinə çıxarış da ala bilmirlər.

Sakinlərin sözlərinə görə, 2013-cü ildən tikilən binaya gələn yol bərbad vəziyyətdədir.

Mövcud problemlə bağlı MTK rəhbərliyinin oturduğu ofisə yaxınlaşıb, sullarımıza cavab almaq istədik.

Qeyd edək ki, hər bir tikinti şirkəti öz alıcıları ilə bağladığı müqaviləyə görə onlar qarşısında üzrinə öhdəlik götürür. Bu öhdəliklərdən biri də binanın layihə üzrə tikintisini həyata keçirmək, tikinti başa çatdıqdan sonra lazimi sənədlərini hazırlayaraq aidiyyəti təşkilatlara təqdim etmək və binalara "İstismara İcazə Aktı" almaqdır.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, rayonun Masazır kəndi ərazisində Viktoriya MTK tərəfindən inşa edilən binalara "İstismara İcazə Aktı" verilməyib. Qeyd olunub ki, vətəndaşlar şirkət rəhbərliyindən öz öhdəliklərini yerinə yetirməyi tələb etməlidir. Bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər