Sizin Reklam Burada

İcraçı direktor Gənclər Forumunda iştirak edən bir qrup gənclə görüşüb

İcraçı direktor Gənclər Forumunda iştirak edən bir qrup gənclə görüşübAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Agentliyin İcraçı direktoru Aygün Əliyeva fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirak etmiş fəal gənclərin bir qrupu ilə görüşüb.

Görüşdə Prezident mükafatçıları Azər Əliyev və Səyyarə Gülalıyeva, fəal gənclər Toğrul Babaşzadə, Ülvi Osmanov, Cəmilə Məmmədli, Orduxan Qəhrəmanzadə, Ramtiq Əlizadə, Rolan Yusifov, Azelma Ağakişiyeva, Ülviyyə Axundova, Şəhla Talıbzadə, Ruslan Qasımov, Əfsanə Surxaylı, Orucəli Abbaszadə iştirak ediblər.
İcraçı direktor gəncləri salamladıqdan sonra onları Gənclər Gününün 25 illiyi münasibəti ilə təbrik edib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini bu gün Müzəffər Ali Baş Komandanın uğurla davam etdirdiyini, gənclər siyasətinin inkişaf istiqamətini mövcud ənənələr əsasında daha da təkmilləşdirdiyini qeyd edib.

Aygün Əliyeva Agentliyin məqsəd və vəzifələri haqqında məlumat verib. Agentliyin fəaliyyətində gələcəkdə birgə əməkdaşlıq və QHT-lərlə iş sahəsinə yeniliklərin gətirilməsində gənclərin təcrübəsindən yararlanma hallarının nəzərdə tutulduğunu bildirib. İcraçı direktor ictimai iştirakçılığın təmin edilməsində fəal gəncləri aktiv olmağa dəvət edib və bildirib ki, bu məsələlərdə onların xüsusi rolu və kifayət qədər potenasialları var.

Görüşdə Agentliyin əməkdaşı Toğrul Məmmədli Agentliyin fəaliyyəti, gələcək prioritetləri barədə təqdimat edib.

Sonra gənc fəallarla qarşılıqlı fikir mübadiləsi aparılıb.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər