ASALA-dan Bakı və Ankaraya qarşı terror "hədəsi"Ermənilərin ASALA terror təşkilatı yaranmasının 47 illiyi ilə bağlı bəyanat yayıb və terrorçuların bəyanatını Ermənistan saytları yayımlayıb. Bəyanatın məğzi budur ki, ermənilər tarxilərinin ən qaranlıq və mürəkkəb dövrünü yaşayır.

Avrasiya.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində ermənilərin itkilərinə diqqəti çəkən terrorçu təşkilatın bəyanatında bunlar yer alıb: “Ermənilərin gələcəyə inamı azalıb. Qarabağın tamamilə itirilmə təhlükəsi ilə yanaşı Türkiyə ilə başlanan şübhəli dialoq nəticə verməyəcək. ASALA Qərbi Ermənistanın azadlığı və Ermənistanın bütövlüyü uğrunda mübarizəsini davam etdirəcək. Milli maraqlarımız və tarixi missiyasımız Türkiyənin dağılmasına, o cümlədən erməni torpaqlarının azad olunmasına xidmət etməlidir”.

Politoloq “Ermənistan İkinci Qarabağ müharibəsində beynəlxalq terrorçularla üz-üzə qalmışdı” saxta iddiasını harda gəldi səsləndirən Ermənistan rəsmilərinin heç nədən çəkinmədən ASALA terror təşkilatının bəyanatını yaydıqlarını diqqətə çatdırıb:

“Türkiyəni və Azərbaycanı hədəf göstərən təşkilat bəyanatında terroru davam etdirəcəyinin anonsunu verib. Terrorçu təşkilatın bəyanatını və bunu yayımlanmasını erməni separatizminə dəstək verənlərə göndərmək lazımdır ki, Azərbaycan və Türkiyə terrora qarşı anti-terror əməliyyatları keçirməyə hazırdır”.
Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisəsindən 32 il ötür. Azadlıq uğrunda mübarizliyi təcəssüm etdirən və müstəqilliyə qovuşmaq uğrunda şəhidlik zirvəsinə qalxmağın bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Gələcək nəsillərə yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunan 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

20 Yanvar faciəsi dünya azərbaycanlıların təєkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.

İordaniyalı akademik Mərvan Musa Sudah “Xalq Cəbhəsi”nə bildirib ki, 32 il bundan öncə Bakıda törədilən 20Yanvar faciəsi ilə bağlı hər il yerli mediada yazılarla çıxış edib. Bu dəfə də “Əl Ənbat”, “Şaab”, Cohina”, “Əl Hərir” və “Nəbd Əl Balad” mətbuat orqanlarında 20 Yanvar faciəsi haqqında məqaləsini ictimailəєdirib.

Akademik “Qorbaçovun faşist perestroykasının qanlı qırğını” sərlövhəli məqaləsində 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin dünya tarixinin ən dəhşətli səhifələrindən biri olduğu vurğulanıb: “Həmin qırğına qədər olan dövrdə ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin fəallaşması Bakıda insanların böyük etirazına səbəb olmuşdu. O vaxtlar mövcud olan Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistanın tərkibinə daxil olmasına dair İrəvanda parlament tərəfindən qəbul edilmiş qərar azərbaycanlıları ayağa qaldırmışdı. Bu mürəkkəb vəziyyətdə sovet rəhbərliyi Bakıda və Azərbaycanın digər şəhərlərində öncədən hazırladığı məkrli planı həyata keçirdi”.

İordaniyalı akademik daha sonra bildirib ki, Sovet İttifaqında təhsil almış jurnalist kimi həmin vaxt baş verən hadisələri qələmə alıb: “Azərbaycan xalqının milli matəm günü kimi qeyd etdiyi 20 Yanvar faciəsi zamanı sovet rəhbərliyinin cinayətkar əməlləri haqqında gündəlik qəzetdə məqalələr yazırdım. Bakıda və digər şəhərlərdə dinc insanlara qarşı törədilmiş vəhşiliklər yaddaşımdan silinməyib. “Cəhənnəm keşikçiləri” adlandırdığım sovet liderlərinin öz azadlığı və torpaqları uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı təcavüzü insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə yanaşı, ağır cinayət idi. Sovet əsgərləri o zaman üçün ən müasir silah və texnikadan istifadə edərək silahsız, məsum insanları, o cümlədən qadın və uşaqları qətlə yetirirdilər”.

Onun dediyinə görə, bu qətliamdan sonra azərbaycanlılar başa düşdülər ki, özünün ədalətli mübarizəsində onun müdrik və xalqına sədaqətli liderə ehtiyacı var: “Bu lider isə qanlı Yanvar günlərində həyatını riskə ataraq Moskvada bu cinayəti pisləyən görkəmli siyasətçi və sərkərdə Heydər Əliyev idi”.
Xatırladaq ki, o müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada...

M.Sudah qeyd edib ki, dəfn edilmiş “yenidənqurma” və “qlasnost”un əlaltıları, ön sıralarında “təcrübəli pirat” Mixail Qorbaçov və onun yanındakı Boris Yeltsin Azərbaycan xalqına qarşı qırğın törətdilər: “Sülhpərvər bəєəriyyət bu faciəni pisləyir və єəhidlərin qana boyanan єəkilləri bütün əsrlərdə bəşəriyyətin yaddaşında qalacaqdır. Çünki bu, hər bir vicdanlı insanı təsirləndirən təcavüzkar proses, hansılar ki, dünya üçün ləkələnmiє bir hal idi.

Qatillər faktları saxtalaşdıraraq, əməliyyatlarının sovet xalqlarının və millətlərinin mənafeyinə uyğun olduğunu iddia edirdilər, əslində isə bu bir dьєьnьlmьє faciə idi. Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq idi.

20 Yanvar hadisəsi Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilən dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı... “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.
Bu gün də 20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.
Agentliyin kollektivi və QHT nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər20 yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyiinin kollektivi və QHT nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Agentliyin əməkdaşları və 100-dən çox QHT nümayəndəsi ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini yad ediblər.

20 yanvar faciəsi Azərbaycan xalqının tarixinə təkcə hüzn günü kimi deyil, həm də fədakarlıq və qəhrəmanlıq zirvəsi kimi daxil olub.

İran Prezidenti Kreml binasında namaz qılıbİran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra Kreml binasında axşam namazı qılıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Agentlik teleqram kanalında Rəisinin Kreml binasında xüsusi xalça üzərində namaz qıldığını əks etdirən foto yayıb.
“Kiçik dünyaların böyük işləri” layihəsi yekunlaşıbGənclər Fondu tərəfindən icra olunan “Gənclərin Dayanıqlı Məşğulluğu Proqramı”nın ilk layihəsi - “Biznesini Yarat Marafonu”nun qaliblərindən biri də, “Kiçik dünyaların böyük işləri” layihəsidir. Layihənin məqsədi sosial həssas gənclərin(fiziki məhdudiyyətli) sosiallaşmaları və ən əsası məşğulluqlarının təmin olunması üçün əlverişli şərait yaratmaqdır.

Layihənin 4 dekabr və 8 yanvar tarixlərində zoom proqramı vasitəsilə 2 onlayn görüşü keçirilmişdir. İlk görüşdə layihənin məqsədi, fiziki məhdudiyyətli gənclər üçün qurulacaq sayt və onun fəaliyyət istiqamətləri ilə bağlı danışılmışdır. 8 yanvar tarixində keçirilən ikinci onlayn görüşdə isə layihə çərçivəsində qurulan pikg.az saytının təqdimatı baş tutmuşdur. Görüşdə Psixoloq H. Bəyim xanım çıxış edərək, layihə ilə bağlı öz fikir və məsləhətlərini bildirmişdir.

Layihənin növbəti görüşü 14 yanvar tarixində Xaçmaz rayonu, Gənclər və Karyera Mərkəzində baş tutmuşdur. Görüşdə pikg.az saytının fəaliyyət istiqamətləri və layihə müddətində hazırlanan fiziki məhdudiyyətli gənclərin saytdan istifadə edərək məşğulluqlarını təmin etmələrində onlara yardım olacaq müxtəlif istiqamətli video-materiallar təqdim olunmuşdur. Həmçinin fiziki məhdudiyyətli gənclər tərəfindən sayta yerləşdirmək məqsədilə hazırlanan bir neçə əl işləri də, nümayiş etdirilmişdir. Sonda isə ARVK-nın üzvi T.Yusif bəy, ASA-nın baş katibi M. Ülvi bəy və Xaçmaz rayon Gənclər və Karyera Mərkəzinin rəhbəri F.Ceyhun bəy çıxış edərək layihə ilə bağlı öz dəyərli fikirlərini bildirmişlər.

Layihə çərçivəsində qurulan sayt vasitəsilə həmin kateqoriyaya aid olan gənclər öz əl işlərini geniş alıcı kütləsinə çatdıraraq qazanc əldə edə bilərlər. Bununla yanaşı, saytın müvafiq bölməsində öz bilik, bacarıq və iş tərcrübələrini əks etdirən profil formalaşdıraraq iş tapa bilmək imkanı əldə edə biləcəklər.
Azərbaycan həbsdəki iranlı qadınları ölkələrinə təhvil verdiAzərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib.

Bu barədə Avrasiya.net-ə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi islahatlar çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir.

Bildirilib ki, nazirlik tərəfindən 34 dövlətin, o cümlədən Avropa, Asiya, Afrika qitələrindən, Yaxın Şərq, MDB və sərhədyanı ölkələrin ədliyyə qurumları ilə ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edilir.

Bunun nəticəsində beynəlxalq hüquqi yardımla bağlı nazirliyə daxil olan sorğuların sayı dəfələrlə artaraq ötən ildə 23 minə çatıb.

"Qonşu və dost İranın Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair Memorandum və Birgə Bəyanat, həmçinin hüquqi yardım sahəsində dövlətlərarası müqavilələr çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət, o cümlədən məhkumların cəzalarının qalan hissəsinin çəkilməsi üçün vətəndaşları olduqları ölkələrə verilməsi həyata keçirilir. Dövlətimizin hər zaman qarşılıqlı hörmətə, mehriban qonşuluğa əsaslanan humanist siyasətinin və xoş niyyətinin əyani təzahürü olaraq cari il yanvarın 19-da ölkəmizdə cəza çəkən 3-ü qadın olmaqla 21 nəfər iranlı məhkum xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə öz ölkəsinə təhvil verilib. Bununla da Azərbaycanda cəza çəkən bütün iranlı qadın məhkumlar qarşı tərəfə təhvil verilib".

Nazirlikdən vurğulanıb ki, bütün bu tədbirlər məhkumların və onların ailə üzvlərinin mənafelərinin təmin olunmasına, öz ailələrinə yaxın ərazidə cəza çəkmələrinə və sosial adaptasiyasına xidmət edir.

"Beləliklə, son 5 ildə 136 məhkum qarşı tərəfə verilib, bununla yanaşı dövlətimizin humanist aktları ilə həmin dövrdə 100-ə yaxın iranlı məhkum fərdi qaydada Azərbaycan Prezidenti tərəfindən əfv olunub, qəbul edilmiş amnistiya aktları, o cümlədən Zəfər Günü münasibətilə elan olunmuş amnistiya və ya digər aktlarla vaxtından əvvəl cəzadan azad ediliblər. Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər bundan sonra da davam etdirəcəkdir", - məlumatda qeyd olunub.
Sürücü polis şöbəsində öldüSumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə Avrasiya.net-ə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev məlumat verib.

"Bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib və həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib. Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş", o bildirib.
Həbs olunan sayt rəhbəri aclığa başladıYAP-çı Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilən sayt rəhbəri Mahir Ələkbərov (Xəttab) aclığa başlayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Musavat.com-a onun yaxınları məlumat verib.

M.Ələkbərova prokuror 4 il cəza istəmişdi.

Mahir Ələkbərov Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovu şantaj etməkdə təqsirləndirilir.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan əməliyyat-istintaq tədbirləri ilə M.Ələkbərovun həmin dövrdə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri "Azadinfo.az" xəbər paylaşım platformasında və digər xəbər saytlarında qəsdən yaydıqdan sonra həmin məlumatların yayılmasının qarşısının alınması üçün sonuncunun özü ilə görüşməsinə nail olaraq, bu görüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə ondan ümumilikdə 2 min manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İnşa-yazı müsabiqəsinin qalibləri təltif olunub
“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı müsabiqəsinin qalibləri təltif olunub.

Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin ilə birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan müsabiqədə 40-dan çox gənc iştirak edib.

Müsabiqənin keçirilməsində məqsəd faciə qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə vətənpərvərlik və dövlətçilik hisslərinin tərbiyə olunması, qan yaddaşımızın və tarixi həqiqətlərin yeni nəsil arasında təbliği, eləcə də şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsidir. 5-19 yanvar tarixlərini əhatə edən müsabiqənin nəticəsinə əsasən şəhər 3 saylı tam orta məktəbin şagirdi Qızılgül Atakişiyeva I, şəhər 1 saylı tam orta məktəbin şagirdi Həmayil Əkbərli II, şəhər 3 saylı və Böyük Həmyə kənd tam orta məktəblərin şagirdləri Nuranə Qəniyeva və Murad Ağamalıyev III yerə, şəhər 1 saylı tam orta məktəbin şagirdi Zöhrə Qasımova, şəhər 2 saylı tam orta məktəbin şagirdi Elxan Səfərov, şəhər 4 saylı tam orta məktəbin şagirdi Röya İlyasova, şəhər 5 saylı tam orta məktəbin şagirdi Gülnarə Qubatova, Gilgilçay stansiya tam orta məktəbin şagirdi Hülya Ramazanova və Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Xumar Mayılova həvəsləndirici yerlərə layiq görülüblər. Müsabiqə qaliblərinə Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar təqdim edilmişdir.




#20Yanvar #20January #20Yanvar32 #20Yanvar1990 #QanlıYanvar #20YanvarFaciəsi #BlackJanuary #ÜmumxalqHüznGünü #inşamüsabiqəsi #inşa #müsabiqə #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Onlar heç vaxt doğum günlərini qeyd etməyiblər... – AzTV-dən təsirli filmAzərbaycan Televiziyası 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar yeni film hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, “Doğum günü” adlı film 1990-cı ildə yanvarın 19-dan 20-nə keçən gecə doğulan insanlar barədədir.

Filmdə Qanlı Yanvar hadisələrinin baş verdiyi gecə dünyaya gələn insanların heç vaxt doğum günlərini qeyd etmədiyi, bu günün onların həyatına təsirindən bəhs edilir.

Filmin qəhrəmanlarından biri tanınmış aparıcı Jalə Həsənlidir. Azərbaycan xalqı Vətən müharibəsi zamanı torpaqlarımızın ilk azad olunduğu hissəsi ilə bağlı xəbəri məhz Jalədən eşidib. O, efirdə sevincdən ağlaması ilə dünya mediasının da gündəminə düşmüşdü.

Digər qəhrəman isə ticarət mərkəzlərindən birində işıqçı işləyən Ceyhundur. Şəhidə isə evdar xanım, 3 uşaq anasıdır. Yoldaşı Vətən müharibəsi qazisidir.

Sözügedən şəxslərin hər biri həmin gün doğulanlardandır.

Filmin süjet xətti 3 fərqli hekayə üzərində qurulub.

Hər bir hekayədə 20 Yanvarın doğum gününü heç vaxt qeyd etməyən 3 fərqli həmyaşıdın taleyinə təsirinə müxtəlif aspektdən baxılır.

“Doğum günü”nün ssenari müəllifi və rejissoru Pərviz Həsənovdur.

Filmin layihə rəhbəri Elçin Musaoğlu, operatoru Elxan Rüstəmov, montaj rejissoru Cabir Əlizadə, prodüseri Fatimə Əzimovadır.

Film yanvarın 20-si saat 19:30-da AzTV-də yayımlanacaq.