Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi

Azadlıq mübarizəmizin qəhrəmanlıq səhifəsi20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi

Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi daxil olan 1990-cı ilin 20 Yanvar hadisəsindən 32 il ötür. Azadlıq uğrunda mübarizliyi təcəssüm etdirən və müstəqilliyə qovuşmaq uğrunda şəhidlik zirvəsinə qalxmağın bariz nümunəsi olan 20 Yanvar faciəsi hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilir.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Gələcək nəsillərə yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunan 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

20 Yanvar faciəsi dünya azərbaycanlıların təєkilatlanmasına səbəb oldu. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.

İordaniyalı akademik Mərvan Musa Sudah “Xalq Cəbhəsi”nə bildirib ki, 32 il bundan öncə Bakıda törədilən 20Yanvar faciəsi ilə bağlı hər il yerli mediada yazılarla çıxış edib. Bu dəfə də “Əl Ənbat”, “Şaab”, Cohina”, “Əl Hərir” və “Nəbd Əl Balad” mətbuat orqanlarında 20 Yanvar faciəsi haqqında məqaləsini ictimailəєdirib.

Akademik “Qorbaçovun faşist perestroykasının qanlı qırğını” sərlövhəli məqaləsində 1990-cı il yanvarın 20-də sovet ordusunun Bakıda törətdiyi qanlı faciənin dünya tarixinin ən dəhşətli səhifələrindən biri olduğu vurğulanıb: “Həmin qırğına qədər olan dövrdə ermənilərin Azərbaycana qarşı təcavüzkar siyasətinin fəallaşması Bakıda insanların böyük etirazına səbəb olmuşdu. O vaxtlar mövcud olan Dağlıq Qarabağ muxtar vilayətinin Ermənistanın tərkibinə daxil olmasına dair İrəvanda parlament tərəfindən qəbul edilmiş qərar azərbaycanlıları ayağa qaldırmışdı. Bu mürəkkəb vəziyyətdə sovet rəhbərliyi Bakıda və Azərbaycanın digər şəhərlərində öncədən hazırladığı məkrli planı həyata keçirdi”.

İordaniyalı akademik daha sonra bildirib ki, Sovet İttifaqında təhsil almış jurnalist kimi həmin vaxt baş verən hadisələri qələmə alıb: “Azərbaycan xalqının milli matəm günü kimi qeyd etdiyi 20 Yanvar faciəsi zamanı sovet rəhbərliyinin cinayətkar əməlləri haqqında gündəlik qəzetdə məqalələr yazırdım. Bakıda və digər şəhərlərdə dinc insanlara qarşı törədilmiş vəhşiliklər yaddaşımdan silinməyib. “Cəhənnəm keşikçiləri” adlandırdığım sovet liderlərinin öz azadlığı və torpaqları uğrunda mübarizəyə qalxmış Azərbaycan xalqına qarşı təcavüzü insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə yanaşı, ağır cinayət idi. Sovet əsgərləri o zaman üçün ən müasir silah və texnikadan istifadə edərək silahsız, məsum insanları, o cümlədən qadın və uşaqları qətlə yetirirdilər”.

Onun dediyinə görə, bu qətliamdan sonra azərbaycanlılar başa düşdülər ki, özünün ədalətli mübarizəsində onun müdrik və xalqına sədaqətli liderə ehtiyacı var: “Bu lider isə qanlı Yanvar günlərində həyatını riskə ataraq Moskvada bu cinayəti pisləyən görkəmli siyasətçi və sərkərdə Heydər Əliyev idi”.
Xatırladaq ki, o müdhiş günlərdə Heydər Əliyevin - qüdrətli liderin respublikada yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi - özü də imperiyanın mərkəzində, Moskvada...

M.Sudah qeyd edib ki, dəfn edilmiş “yenidənqurma” və “qlasnost”un əlaltıları, ön sıralarında “təcrübəli pirat” Mixail Qorbaçov və onun yanındakı Boris Yeltsin Azərbaycan xalqına qarşı qırğın törətdilər: “Sülhpərvər bəєəriyyət bu faciəni pisləyir və єəhidlərin qana boyanan єəkilləri bütün əsrlərdə bəşəriyyətin yaddaşında qalacaqdır. Çünki bu, hər bir vicdanlı insanı təsirləndirən təcavüzkar proses, hansılar ki, dünya üçün ləkələnmiє bir hal idi.

Qatillər faktları saxtalaşdıraraq, əməliyyatlarının sovet xalqlarının və millətlərinin mənafeyinə uyğun olduğunu iddia edirdilər, əslində isə bu bir dьєьnьlmьє faciə idi. Azərbaycan xalqının azadlıq hərəkatını boğmaq idi.

20 Yanvar hadisəsi Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilən dəhşətli əməl idi. Dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir.

Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı... “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.

Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən üzü bəri 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib, “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.
Bu gün də 20 Yanvar şəhidlərin ailələrinə qayğı daim dövlətin diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.