Polis rəisinin müavini qəfildən dünyasını dəyişdiDaxili İşlər Nazirliyinin Nizami Rayon Mühafizə İdarəsinin rəis müavini, polkovnik-leytenant Elşad Rəcəbov qəfildən vəfat edib.

Hadisə bu gün səhər saatlarında baş verib.

Məlumatda bildirilir ki, 49 yaşlı polkovnik-leytenant bu gün səhər tezdən özünü pis hiss etdiyi üçün həkim müayinəsinə gedib və orada da dünyasını dəyişib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Məlumatı APA-ya DİN-nin mətbuat xidmətindən təsdiqləyiblər
Şuşada “Zəfər parkı” salınmalı və “Zəfər heykəli” ucaldılmalıdlrAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci ili ölkəmizdə «Şuşa ili» elan edib. Dövlət başçısı bununla bağlı deyib: “Biz 2022-ci ildə Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. Pənahəli xan 1752-ci ildə Şuşanın təməlini qoyub və biz yeni ildə bu yubileyi böyük təntənə ilə qeyd edəcəyik. Bu şanlı tarixi nəzərə alaraq və Şuşanın bərpasının sürətləndirmək məqsədilə mən yeni ili “Şuşa İli” elan edirəm”.

Bəs “Şuşa ili”ndə hansı tədbirləri reallaşdırmaq, hansı layihələri icra etmək olar ki, bu ili dövlətimiz və Azərbaycan xalqı üçün uğurla başa vuraq?

Şuşada aqrar iqtisadiyyatın inkişafı üçün kifayət qədər potensial imkan var

Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru Təbriz Vəfalı bildirir ki, Şuşanın tarixi şöhrətinin yenidən bərpası üçün “Şuşa ili”ndən maksimum dərəcədə yararlanmaq lazımdır. Bunun üçün ilk öncə Şuşa şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları hazırlanmalıdır. Daha sonra adıçəkilən məkanın respublikamızın əsas iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi üçün bütün potensial imkanlardan maksimum istifadə edilməlidir: “Məlum olduğu kimi, Şuşa tarixən heyvandarlıq, quşçuluq, əkinçilik, meyvəçilik, toxuculuq, ipəkçilik və digər sahələr baxımından çox populyarlıq qazanıb. Oradakı münbit torpaqlar kənd təsərrüfatına həmişə yararlı olub. Ona görə də Şuşada aqrar iqtisadiyyatın inkişafı üçün çoxşaxəli fəaliyyət planlarını həyata keçirtmək mümkündür. Sözügedən ərazidə iri fermer təsərrüfatlarının yaradılması üçün çox əlverişli mühit və şərait mövcuddur. Şuşada aqrar sahənin inkişafına marağı artırmaq üçün tenderlər keçirtmək də olar. Bunun üçün suvarma ilə bağlı problemlərin çözülməsi üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, digər məsələlərin həlli üçün isə İqtisaidyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilməlidir. Şuşada toxuculuğun, ipəkçiliyin və digər sahələrin inkişaf etdirilməsi üçün yeni müəssisələrin, fabirk və zavodların tikintisi məsələsinə də xüsusi diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, yeni açılacaq müəssisələrdə Şuşada yaşayan və yaşayacaq insanlar işlə təmin edilsinlər. Üstəlik, həmin şəxslərin müxtəlif peşə fəaliyyəti ilə məşğul olmaları, həmçinin bu sahədə nəzəri və praktik təcrübə toplamaları üçün peşəkar mütəxəssislərin iştirakı ilə kurslar, təlimlər təşkil olunmalıdır. Bunlardan əlavə, Şuşa şəhərində istehsal olunacaq mal və məhsulların pərakəndə və topdansatışı üzrə iri bazarların, marketlərin açılması kimi məsələlər də öz həllini tapmalıdır”.

Baş redaktor əlavə edir ki, işğal edilməmişdən əvvəl Şuşada 17 məhəllə bulağı da mövcud olub. Onun dediyinə görə, həmin bulaqların və onların su təminatının yenidən bərpası, yeni bulaq mənbələrinin axtarışı istiqamətində də müəyyən işlər görmək olar: “Bundan əlavə, Şuşadakı təbii bulaqların suyundan və digər keyfiyyətli və müxtəlif müalicə əhəmiyyətli mineral sulardan istifadə etməklə qablaşdırılmış su istehsalını da həyata keçirtmək mümkündür. Şuşada bitən və vaxtilə tibbi sahədə geniş istifadə olunmuş çiçəklərin, müxtəlif dərman bitkilərinin, onların köklərinin və toxumlarının satışının və istifadəsinin təşkili də çox faydalı olacaq”.

Şuşada Şərq musiqi alətləri fabrikinin fəaliyyəti bərpa edilməlidir

Mərkəz rəhbəri qeyd edir ki, Şuşa şəhəri işğal edilməmişdən əvvəl Qafqazda yalnız adıçəkilən şəhərdə Şərq musiqi alətləri fabriki fəaliyyət göstərib. Onun sözlərinə görə, bu fabrikin istehsal etdiyi məhsullar təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da kifayət qədər tanınıb: “Şuşada belə bir fabriki yenidən bərpa etmək, yaxud, yeni musiqi alətləri fabriki tikdirmək olar. Bu, həm mədəniyyətimizin inkişafına böyük töhfə verər, həm Şuşanın musiqi alətlərimizin istehsalı mərkəzi kimi də dünya ictimaiyyətində tanınması yönümündə geniş təbliğatın aparılmasına xidmət edər, həm də musiqi alətlərinin satışından əldə olunacaq gəlirlər müəyyən sayda ailələrin sosial rifahının yaxşılaşdırılmasını təmin etməklə yanaşı dövlət büdcəsinin zənginləşməsində də mühüm rol oynayar”.

Şuşanın memarlıq şöhrəti özünə qaytarılmalıdır

Tanınmış jurnalist xatırladır ki, Şuşa şəhəri özünün xüsusi memarlıq və dizayn-qrafika üslubları, müxtəlif memarlıq simvolları, həmçinin tarixi və mədəni abidələri ilə də məşhur olub. Onun sözlərinə görə, Şuşa qalası, qaladaxili qəsrlər, Qarabağ xan sarayı və digərləri Şuşanın memarlıq tarixini özündə ehtiva edən tikililər sırasında idi: “Tarixi faktlardan məlum olur ki, Şuşa şəhərinin ərazisi qədim abidələrlə zəngin olub. Orada 549 qədim bina, 17 məhəllə bulağı, 17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, 2 qəsr və qala divarları, Şuşa kurqanı və sair olub. Bundan əlavə, həmin şəhərdə 72 mühüm sənət və tarixi abidə, dövlət xadimlərinin və tanınmış şəxslərin evləri var idi. Şübhəsiz ki, Şuşa işğal edildiyindən sadaladıqlarım arasında salamat qalanları demək olar ki çox azdır. Xüsusilə də ermənilər tərəfindən məscidlərdən tövlə, anbar və digər məqsədlərdən ötrü istifadə olunması, sənət və tarixi abidələrin dağıdılması və ya erməniləşdirilməsi və digər hərəkətlər Şuşanın memarlıq şöhrətinin tamamilə məhvinə yönəldimiş məkrli və çirkin niyyətlə həyata keçirilmiş siyasətə xidmətə edib. Bu səbəbdən Şuşanın memarlıq şöhrətinin özünə qaytarılması üçün də müvafiq addımlar atılmalıdır. Əgər yuxarıda haqqında danışdığımız abidələrin, qədimi tikililərin bərpası mümkündürsə, bu istiqamətdə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bunlardan əlavə, Şuşada bərpası mümkün olmayan abidələrin, memarlıq və sənət əsərlərinin oxşarlarının yaradılması varinatı barədə də düşünmək olar. Məsələn, Ağdam şəhəri işğal olunduğundan bu şəhərin məşhur «Çay evi»nin oxşarı Quzanlı qəsəbəsində qurulmuşdu. Şuşada da analoji addımları atmaq və tariximizin canlı salnamələrinin maketlərini hazırlamaq olar. Şuşada tarixi-diyarşünaslıq muzeyinin yaradılması da maraqla qarşılanar. Orada Şuşaya aid tarixi eksponatların, həm qədim döyüş silahlarının nümünələrinin, həm də şəhərin işğaldan azad edilməsində istifadə edilən silah-sursatların maketlərinin olması bu muzeyə təşrif buyuran hər kəsin marağına səbəb ola bilər”.

Kurortların və turistlik məkanlarının bərpasına diqqət artırılmalıdır

Mərkəz rəhbəri vurğulayır ki, Şuşa şəhəri həm işğal edilənədək, həm də işğaldan sonrakı dövrlərdə də özünün əlverişli coğrafi mövqeyi, füsunkar təbiəti ilə turistləri həmişə özünə cəlb edib. Onun dediyinə görə, işğaldan azad edilənə qədər ermənilər bu şəhərə təşkil olunan turistlik səfərlərindən xeyli gəlir əldə ediblər: “Bəzi məlumatlara görə, ermənilərin «Şuşi» adlandırdıqları şəhərə təkcə Ermənistandan deyil, xarici ölkələrdən də xeyli sayda turist gəlib. Onlar bununla bağlı sosial şəbəkələrdə məlumatlar, fotoşəkillər və videolar paylaşıblar. Hazırda Şuşa tamamilə bizim nəzarətimiz altındadır. Bu səbəbdən, Şuşanı kurort və turist şəhəri kimi tanıtmaq üçün də bütün imkanlardan istifadə edilməlidir. Vaxtilə adıçəkilən məkanda fəaliyyət göstərmiş kurortların və turistlik məkanlarının bərpasına diqqət artırılmalıdır. Şuşanın gəzməli, görməli yerlərindən olan Yuxarı Daşaltı adlanan məkana, «Üçmıx» dağına, Daşaltı çayına və digər ərazilərə turistlik səfərlərinin təşkilinə başlanılmalıdır. Digər tərəfdən, turistlərin Şuşa qalasını, Şuşa kurqanını və digər tarix-memarlıq abidələrini ziyarət etmələrinə də şərait yaradılmalıdır. Şübhəsiz ki, Şuşada turizm iqtisadiyyatının inkişafı dövlət büdcəsinin zənginləşdirilməsində mühüm rola malik olacaq”.

“Şuşamızı tanıyaq” devizi ilə tur-aksiyalar, ekskursiyalar təşkil olunmalıdır

Baş redaktor deyir ki, işğal edilənə qədər Şuşa şəhərinin təhsil sistemi Azərbaycanın təhsil sistemində oynadığı özünəməxsus rolu və tutduğu xüsusi çəkisi ilə həmişə fərqlənib. Bu şəhərdə vaxtilə fəaliyyət göstərən musiqi məktəbləri, texnikumlar və digərləri ölkəmizin təhsilinə böyük töhfələr veriblər: “Respublikamızın populyar insanları, ziyalıları arasında Şuşa təhsilinin yetişdirmələri də kifayət qədər olub. Bu şəhərdə fəaliyyət göstərmiş musiqi məktəblərində vaxtilə təhsil almış şəxslərdən də tanınmışları çoxdur. Ona görə də Şuşa şəhərinin təhsil sisteminin yenidən qurulması, təkmilləşdirilməsi yönümündə də addımlar atılmalıdır. Bu şəhərdə musiqi məktəblərinin, texnikumların, kolleclərin, elmi-tədqiqat mərkəzlərinin və ali təhsil müəssisələrinin filiallarının yaradılması mütləq vacibdir. Bunlardan əlavə, Şuşanın qədim və müasir tarixinin orta təhsil müəssisələrində geniş təbliğatı üçün “Şuşamızı tanıyaq” devizi ilə tur-aksiyalar təşkil olunmalı və bu tədbirlər çərçivəsində respüblikamızın ayrı-ayrı məktəblərində təhsil alan şagirdlər Şuşaya ekskursiyalara aparılmalıdır. Sonrakı mərhələdə şagirdlər arasında Şuşaya aid rəsm və inşa müsabiqələri keçirtmək də maraqlı olar. Bu şəhərin milli simvolu olan «Xarı Bülbül» devizi ilə musiqi festivallarının, muğam müsabiqələrinin, milli rəqs yarışmalarının keçirilməsi də Şuşamızın Qafqazın mədəniyyət beşiyi kimi mövqeyinin qorunub saxlanmasında yardımçı olar”.

Şuşa qələbəsinin canlı salnamələri hazırlanmalıdır

Mərkəz rəhbəri diqqətimizə çatdırır ki, Şuşanın işğaldan azad edilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının tarixi qələbəsidir və bu qələbəni canlı salnamələrlə yaşatmalıyıq. Bunun üçün isə Şuşada yeni abidə və heykəllərin qurulmasına ehtiyac var: “Təklif edirəm ki, orada bu şəhərin ümumi mənzərəsini özündə əks etdirən “Şuşa abidəsi” qoyulsun. Eyni zamanda böyük zəfərimizin nişanəsi və simvolu olaraq Şuşada “Zəfər heykəli” qurulsun. Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı şəhid olmuş hərbçilərimizin xatirəsini əbədiləşdirmək üçün “Şəhidlər abidə-kompleksi”nin, yaxud, “Şəhidlər bulağı”nın yaradılması da vacibdir. Şuşanın mərkəzində “Zəfər parkı”nın salınması, orada şanlı zəfər tariximizdə xidmətləri olanların hər birinin fotoşəklindən və qısaca tərcümeyi-halından ibarət lövhələrin asılması da məqsədəmüvafiq sayıla bilər”.

Qələm əhli və yaradıcı insanlar bütün imkanlarını səfərbər etməlidirlər

Təbriz Vəfalı vurğulayır ki, “Şuşa ili”ni uğurla başa vurmaq üçün jurnalistlər, yazıçı-şairlər, yaradıcı insanlar da öz bacarıqlarını ortaya qoymalıdırlar. Baş redaktor qeyd edir ki, Şuşa haqqında sənədli və bədii filmlərin çəkilməsi, məqalələrin və kitabların yazılması, videosüjetlərin hazırlanaraq ictimaiyyətə çatdırılması və sair tədbirlər də həyata keçirilməlidir: “Bu məsələdə stimul yaratmaq üçün mətbuat nümayəndələri arasında Şuşaya həsr olunmuş müsabiqələrin keçirilməsi, kitabların yazılması üçün isə qələm əhlinə maddi dəstəyin göstərilməsi mühüm əhəmiyyətə malik olacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən ölkə vətəndaşları arasında Şuşaya aid memarlıq və digər sənət nümunələrinin hazırlanması üzrə müsabiqələrin təşkili, eyni formalı müsabiqənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlillər arasında keçirilməsi də maraq doğura bilər”.

100 minlik ordumuz hazırdır - Taliban100 min nəfərlik ordu hazır vəziyyətdədir.

Axar.az xəbər verir ki, bunu Taliban Baş Qərargah rəisi Qari Fasihuddin deyib.

O, bir müddət əvvəl "Əl-Cəzirə" telekanalına yeni orduya 150 min nəfərin cəlb edilməsinin planlaşdırıldığını bildirmişdi.

"Sputnik İnternəşnl"ın məlumatına görə, ordunun hazırlıq prosesi zamanı 20 nəfərlik komitə şəxsiyyət yoxlaması həyata keçirib.
Azərbaycanda kişilərin və qadınların pensiya yaşı açıqlandıAzərbaycanda 2022-ci il üzrə kişilərin və qadınların pensiya yaşı açıqlanıb.

Azərbaycanda 1 iyul 2021 – 30 iyun 2022 tarixində kişilərin pensiya yaşı 65 il , qadınların pensiya yaşı isə 62 il 6 ay olacaq. 1 iyul 2022 – 30 iyun 2023 tarixində isə kişilərin pensiya yaşı 65 il, qadınlar üzrə 63 il olacaq.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

“Əmək pensiyaları haqqında” qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var.


Zərdabda bir ailənin altı üzvü qəzaya düşüb, qadın ölübZərdab rayonunda bir ailənin altı üzvü qəzaya düşüb, qadın ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 2-i saat 13 radələrində rayonun Şıxbağı kəndi ərazisində Bakı şəhər sakini E.Qasımov idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə sərnişini olan həyat yoldaşı Nazilə xəstəxanaya aparılarkən yolda ölüb, özü və digər sərnişinləri - gəlini və 3 nəvəsi xəstəxanaya yerləşdiriliblər.

Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ukrayna separatçıların suyunu kəsdiKiyev qondarma separatçı “luqansk xalq respublikası” ərazisinə Qərb filtrasiya stansiyasından suyun verilməsini dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə separatçılar məlumat yayıb.

Məlumata görə, suyun verilməsi yanvarın 2-si axşamdan dayandırılıb.

Buna səbəb filtr stansiyasından magistral su borusunun zədələnməsi olub. Nəticədə Pereval rayonu, Alçevsk, Bryanku, Kirovsk və Staxanov Pervomaysk şəhərləri susuz qalıb.
Hacı İbrahimin qardaşının cəzası artırıldıDiasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cəzası artırılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə vəkil Xəqani İmanov məlumat verib.

O bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, zərərçəkmişlər tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin olunub, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 iyun 2020-ci il tarixli hökmü dəyişdirilib.

Belə ki, S.İbrahimov 6 il 7 ay 21 gün müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda törədildikdə), 192.2.2-ci (Qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə), 213.2.2-ci (Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, külli miqdarda törədildikdə), 308.2-ci ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur.

İttihama aktına əsasən, İbrahimov ev satmaq adı ilə Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənib. S.İbrahimov buna görə də Q.Rüstəmova “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binalardan birində mənzil verəcəyini deyib. Lakin bu iş də baş tutmayıb.

Onun digər cinayət əməli isə vergidən yayınmaqdır. S.İbrahimov 1,5 milyon manatı vergidən yayındırmaqda ittiham edilir. Belə ki, o, “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib.

Qanunsuz sahibkarlıqla da məşğul olmaqda ittiham olunan S.İbrahimov “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov Rayon İcra Hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziya almadığı üzə çıxıb.

Bununla da qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.

S.İbrahimov 52 nəfərə vurduğu 2 milyon zərərin bir qismini istintaq dövründə ödəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə ona şərti cəza verilib.

Xatırladaq ki, S.İbrahimov digər cinayət əməlinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bir neçə il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanda bank sektoruna aid ilk elmi jurnal işıq üzü görüb2021-ci ildən fəaliyyətə başlayan "Bank and policy" jurnalının beynəlxalq lisenziyası var və elmi jurnallar üçün tələb edilən bütün beynəlxalq standartlara cavab verir.

Jurnalı nəşr edən təşkilat isə Azərbaycanda yeni olan elmi İMCRA (International Meetings and and Conferences Research Association) şirkətidir. Bir sıra uğurlu naaliyyətlrə imza atan şirkətin "Bank and policy" jurnalını təsis etməkdən məqsədi, Azərbaycanda bank və iqtisadiyyat sektorunda gedən ciddi elmi islahatlara və yeniliklərə elmi dəstək verməkdir.

Jurnal yeni olmasına baxmayaraq Index Copernicus, Philosopher`s Index, DRJİ, ISSN ROAD, Citefactor kimi nüfuzlu beynəlxalq indekslərdən keçmişdir. Jurnal, öz qarşısına yaxın gələcəkdə Scopus və Web of Science kimi ciddi elmmetrik platformalarda Azərbaycanı layiqincə təmsil etməyi məqsəd qoyur. Jurnala bank sektoru və iqtisadi sahələrlə yanaşı, eləcə də sosial siyasət, təhsil siyasəti və təhsilin iqtisadiyyatı, sosial-statistik məsələlər və sair gündəm mövzularla bağlı alim və tədqiqatçı mütəxəssislər məqalə verə bilər. Qeyd edək ki, bu sahələrdə Azərbaycanda beynəlxalq səviyyədə tanınan elmi jurnalı yox dərəcəsindədir.

Maraqlananlar bu elektron ünvana öz məqalələrini göndərə bilərlər.

[email protected]
https://imcra-az.org/bank-and-policy/
"Bank and Policy"
P-ISSN - 2790 - 1041
E-ISSN - 2790 - 2366
Qətlə yetirilən hərbçinin ailəsi danışdıXəbər verdiyimiz kimi, yanvarın 2-i saat 18 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Elxan Məhəmməd oğlu Əvəzlinin naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla xidmət etdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayıl oğlu İsmayılovu, kiçik gizir Amil Fuar oğlu Cəlilzadəni və kiçik gizir Rəfail Natiq oğlu İbrahimovu qəsdən öldürüb.

Avrasiya.net xəbər verir ki, gizir Amil Cəlilzadənin atası Fuar Cəlilzadə Modern.az-a açıqlamasında ona hadisənin təfərrüatı ilə bağlı tam məlumat verilmədiyini bildirib:

“Çox ağırdır. Övladımın ani ölümünü qaldıra bilmirəm. Oğlum 1999-cu ildə Siyəzən rayonunda anadan olub. 2017-2019-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıdandan bir müddət sonra yenidən müddətdən artıq xidmətə getdi. Vətən müharibəsində də iştirak edib. İşğal olunmuş ərazilərimizin demək olar ki, hamısının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Subay idi, arzuları vardı".

F. Cəlilzadə bildirib ki, ölən gün oğlu ilə iki dəfə telefonda danışıb:

“Dünən səhər saatlarında danışmışıq. Yaxşı olduğunu dedi. 3 oğlum var. O biri oğlum Cəlilzadə Məcnun da Vətən müharibəsində iştirak edib. Suqovuşanın və Laçının işğaldan azad olunması uğrunda göstərdiyi qəhrəmanlığa görə təltif olunub. Kiçik oğlum Yusifin 12 yaşı var”.

O deyib ki, oğlunun nəşi bu gün saat 5-6 radələrində rayona gətiriləcək:

“Əgər gec olmasa, bu gün oğlumu şəhid kimi dəfn edəcəyik”.

Mərhum Amilin qardaşı Məcnun Cəlilzadə açıqlamasında bildirib ki, sonuncu dəfə qardaşı ilə günorta və ölümündən 14 dəqiqə öncə danışıb:

“Zəng elədi ki, anama “Yasin” oxutdur. Ölməmişdən 14 dəqiqə öncə, 17:46-da zəng edib soruşdu ki, oxutdurdun? Həmin gün də günorta saatlarında xalalarımla danışanda deyib ki, “anamı yuxuda görmüşəm. Görürəm ki, saat alıb qəbrinin üstünə getmişəm”.

Amil 6 ayın əsgəri olanda anam Sevda Cəlilova vəfat etdi, ili yenicə çıxıb. 18 il Siyəzəndə ibtidai sinif müəllimi kimi çalışıb. Yüksək şəkər xəstəliyindən əziyyət çəkirdi. Ötən il sentyabrın 18-də koronavirusdan rəhmətə gedib”.

M.Cəlilzadə qardaşının kiçik gizir kimi çalışıdığını və bütün əsgərlərinin ondan razılıq etdiyini söyləyib:

“Bütün əsgərləri ondan razı idi. Nə vaxt zəng edirdik, telefonuna əsgərləri cavab verirdi. Onların daim ailələri ilə əlaqə saxlamalarına yardım edirdi. Tərxis olunan əsgərləri zəng edib deyirlər ki, qardaşın bizə komandir yox, qardaş idi. Çox sarsılmışıq, “niyə”, “nə üçün”, biz də bilmirik. Bütün bunların cavabı araşdırmalardan sonra bilinəcək”.
Azərbaycan əsilli döyüşçü braziliyalı idmançını duelə dəvət etdiAzərbaycan əsilli döyüşçü Rafael Fiziyev braziliyalı Rafael Dus Anjusu Mütləq Döyüş Çempionatında (UFC) duelə dəvət edib.

Dus Anjus tviterdə ABŞ-dan olan Toni Ferqyusonla fevralın 19-da revanş keçirmək istədiyini yazıb.

Fiziyev isə bu paylaşıma reaksiya verib: "Biz hamımız bu qarşılaşmanı görmüşük. Mən artıq UFC-yə həmin gün üçün hazır olduğumu demişəm", - deyə döyüşçü bildirib.

Qeyd edək ki, Ferqyuson 2016-cı ildə Rafael Dus Anjusa qalib gəlib