"Üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək"Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var.

Avrasiya.net xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildrib.

Diplomat qeyd edib ki, üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər: "Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm”.

Diplomatın sözlərinə görə, sonuncu görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb: “Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək".
Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır - SəfirQarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub.

Avrasiya.net xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

S.A.Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb.

Musəvi bildirib ki, İran şirkətlərinə tapşırılıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır.
“Anım günü”nə həsr olunan rayon çempionatının qalibləri məlum olubSentyabrın 24-də Siyəzən şəhər stadionunda Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayon tam orta məktəblərinin X-XI sinif şagirdləri arasında 27 Sentyabr “Anım günü”nə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon çempionatı keçirilib.

Tədbirin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, iştirakçılara Vətən müharibəsinin tarixi əhəmiyyəti haqqında məlumat verilib. 100 metr məsafəyə qaçış, turnikdə dartınma və qumbara atma növləri üzrə təşkil olunan yarışda şəhər və kənd tam orta məktəblərin 9 komandası mübarizə aparıb.

Çempionatın təşkili “Anım günü”nün qeyd olunması, Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi, gənclərin vətənpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyə olunması, çağırışyaşlı gənclərin ordu sıralarına hazırlıq səviyyəsinin yüksəldilməsi və hərbi xidmətə həvəsləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin idman yarışları vastəsilə təbliğ olunması və yarışın zona mərhələsində rayonu təmsil edəcək komandanın müəyyənləşdirilməsi məqsədi daşıyıb. Gərgin mübarizə şəraitində keçən yarışın nəticəsinə əsasən Yenikənd kənd tam orta məktəbin komandası I, Böyük Həmyə kənd tam orta məktəbin komandası II, şəhər 1 saylı tam orta məktəbin komandası isə III yeri tutub. Yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarlarla təltif ediliblər.




#BirÖlübMinDirildik
#ŞəhidlərÖlməz
#ŞəhidlərimİZ
#VictoriousAzerbaijaniHeroes
#VətənUğrunda
#VətənÜçün
#VətənSənəCanımFəda
#BizQalibik
#SinənHərbəMeydanOldu
#BirimizHamımız
#BizQayıtdıq
#BöyükQayıdış
#MüzəffərXalqınGəncləri
#QalibKomandan
#MüzəffərAliBaşKomandan
#DəmirYumruq
#SiyəzənGİİ
Ukrayna Azərbaycanlıları Radasında fotosərgi təşkil olunacaqAzərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə “Dəmir yumruq” əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 27 sentyabr 2020 ci ildə başlanan 44 günlük zəfər yürüşün ildönümü yaxınlaşır. Bu tarixi zəfərin qəhrəmanlarını anmaq məqsədilə Ukrayna Azərbayacanlıları Radasında fotosərgi təşkil olunacaq.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan fotosərgiyə Ukraynanın Etnopolitika və Vicdan Azadlığı üzrə Dövlət Xidmətinin sədri, millət vəkilləri, Ukraynada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, dost ölkələrin diaspor təşkilatları, tanınmış siyasi analitiklər və media nümayəndələri dəvət olunublar. Sərgidə azad olunmuş vətən tortaqlarında mənfur düşmənlərimizin törətdiyi vandalizm əməllərini əks etdirən fotolar təqdim olunacaq.

“Biz insanlara anlatmaq istəyirik ki, bu cinayətlər sadəcə Azərbaycan xalqına qarşı törədilməyib. Bu cinayətlər bizi birləşdirən dəyərlərə qarşı törədilib və beynəlxalq sənədlərdə də insanlığa qarşı cinayət sayılır. Dəyərlərimiz uğurunda birgə mübarizə aparmalıyıq” deyən UAR baş katibi fotoşəkillərin bunu ən gözəl anladacağına inandığını bildirib.

27 sentyabr fəaliyyətə başlayacaq olan və 44 gün davam edəcək sərgidə “fotoşəkillər danışacaq”

Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDIDaşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onların nəşi həmin ərazidən çıxarılaraq ekspertizaya təqdim edilib.
“Azəriqaz”ın rəhbər şəxsləri vətəndaş qəbulu keçirdiAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri onlayn vətəndaş qəbulu keçirib.

Bu barədə Avrasiya.net-ə “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Kürdəmir rayonu, onun istismar üzrə müavini Cahid Hüseynov Göyçay rayonu, əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Ucar rayonunun sakinləri ilə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçiriblər.

Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktor və müavinləri Ağsu Regional qaz istismarı İdarəsinin məsul əməkdaşlarına vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlarını veriblər.
Vüqar Oruca YAP-ın üzvlük vəsiqəsi verilibİqtisadçı-ekspertə YAP üzvlüyü vəsiqəsi təqdim olundu

Avrasiya.net xəbər verir ki, dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Oruca üzvlük vəsiqəsi təqdim olunub. Bununla bağlı keçirilən tədbirdə partiyanın rəhbər şəxsləri iştirak edib.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında altı siyasi partiyanın YAP-a qoşulması da böyük əhəmiyyət daşıyır.

Vətən müharibəsinin başlanmasından bir ilə yaxın vaxt ötdüyünü deyən YAP Sədrinin müavini qeyd edib ki, 44 gün davam edən bu müharibədə qələbəmizi şərtləndirən əsas amilərdən biri xalq-iqtidar birliyi və vətəndaş həmrəyliyidir: “Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Müzəffər Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda, altı siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti nümunəsidir”.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının qarşısında böyük vəzifələr dayanır: “Bu vəzifələrin yerinə yetirilməsi üçün partiya üzvləri monolit qüvvə kimi bütün imkanlarını səfərbər etməlidir”.

Tahir Budaqov YAP-ın sıralarına qoşulmuş altı siyasi partiyanın nümayəndələrinin də partiyamızın həyatında fəal iştirak edəcəyinə inandığını söyləyib.

Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Oruc göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvü kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağına söz verib.

O, rəhbərlik etdiyi partiyanın YAP-a qoşulmaq qərarını hər iki partiyanın strateji məqsədlərinin eyni olması ilə əlaqələndirib: “Milli Qurtuluş Partiyası erməni işğalçılığına qarşı mübarizə, milli ideologiyasının təbliği, vətənpərvərlik ruhunun aşılanması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində fəaliyyət göstərib. Fəaliyyəti dövründə milli dövlətçilik ideyasını daim təbliğ edən partiyanın məramında da bu öz əksini tapıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Zəfər qazandı, tarixi həsrətimizə son qoyuldu. İşğal altında olan torpaqlarımız azadlığa qovuşdu. Milli Qurtuluş Partiyasının sədri olaraq bu qələbədən sonra partiyamızın kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması təklifini irəli sürdüm və partiya üzvləri yekdilliklə bu təklifimi dəstəklədilər”.

V.Oruc bildirib ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə çoxvektorlu islahatlar həyata keçirilir: “Bu instusional islahatları dəstəkləyir və bu istiqamətdə üzərimizə düşən vəzifələri yerinə yetirməyə, Azərbaycan dövlətçiliyinin inkişafı və qüdrətlənməsi istiqamətində əməli fəaliyyət göstərməyə hazırıq. Eyni zamanda son qurultaydan sonra partiyada aparılan islahatları da rebrendinq kimi qəbul edir və təqdir edirik”.

Onun sözlərinə görə, yeniyetmə yaşlarından ictimai-siyasi fəaliyyətlə məşğuldur: “Demək olar ki, həyatımızın əhəmiyyətli bir hissəsi bu mübarizədə keçib. Obyektiv səbəblərdən müəyyən müddət siyasi fəaliyyətimə ara versəm də, bundan sonra Yeni Azərbaycan Partiyası sıralarında aktiv siyasi fəaliyyət göstərmək niyyətindəyəm” – partiya üzvü qeyd edib.

Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın üzvlük vəsiqəsini Vüqar Oruca təqdim edib.

Xatırladaq ki, əslən Cənubi Azərbaycandan olan Vüqar Oruc 1990-cı ildə Şimali Azərbaycan Milli Demokratik Gənclər Birliyinin, 1992-ci ildə Türk Millətçi Gənclər Təşkilatının, 1998-ci ildə isə Türk Millətçi Partiyasının qurucusu və sədri olub. Daha sonra Milli Qurtuluş Partiyasına birləşərək bu partiyanın sədri seçilib. 2005-ci ildə 70 saylı Masallı şəhər, 2010-cu ildə 31 saylı Suraxanı seçki dairələrindən deputatlığa namizəd olub. Demokratik Konqresin İdarə Heyətinin üzvü, Bizim Azərbaycan Blokunun əvvəlcə sədrlər şurasının üzvü, ardınca sədri postunu daşıyıb.

Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Vüqar Oruc “VECON CONSULTING” qiymətləndirmə şirkətinin təsisçisi və direktorudur. Rəhbəri olduğu şirkət ölkəmizin aparıcı maliyyə qurumları, dövlət təsisatları, istehsal müəssisələri, aparıcı şirkətləri ilə portnyordur. Azərbaycanın əksər bölgələrində nümayəndəliyi fəaliyyət göstərən şirkət Mərkəzi Bankın, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “VECON CONSULTING” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür.

V.Oruc eyni zamanda Azərbaycanda Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədr müavini və AQC Ekspertiza Mərkəzinin rəhbəridir.
Hava kəskin dəyişəcək - Nazirlik xəbərdarlıq etdiEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti haqqında xəbərdarlıq edib.

Xidmətdən Avrasiya.net-ə daxil olan məlumata görə, sentyabrın 25-dən 26-na keçən gecədən başlayaraq Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var. Gündüz tədricən kəsiləcək. 26-sı səhər şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 26-sı gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv, şimal-şərq rayonlarında isə güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir. Yüksək dağlıq ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, arabir 25 m/s, Kürvadisi rayonlarında arabir 30 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

"İlham Əliyevin fikirləri dünyanın siyasi mərkəzlərində ciddi şəkildə öyrənilir""Azərbaycan ərazilərinin otuz illik işğalına son qoymuş Müzəffər Ali Baş Komandan İlham Əliyevin fikirləri dünyanın siyasi mərkəzlərində ciddi şəkildə öyrənilir".

Avrasiya.net xəbər verir ki, bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin sədri, millət vəkili Sadiq Qurbanov Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxışını şərh edərkən deyib.

S.Qurbanov bildirib ki, sözügedən sessiyada cənab İlham Əliyevin çıxışındakı ekoloji tarazlığın pozulması və təbii ehtiyatların qanunsuz istismarı ilə bağlı məsəllər xüsusi diqqət çəkəndir. Komitə sədrinin sözlərinə görə Prezident İlham Əliyev beynəlxalq ictimaiyyəti uzun illər davam edən Ermənistan işğalçı siyasətinin regionun ümumi inkişafına nə qədər böyük zərbə olduğunu vurğulamaqla, işğala son qoyulmasından sonra regionun iqtisadi siyasi prioritetlərinin Azərbaycan tərəfindən istiqamətləndirilməsinin müxtəlif aspektlərini diqqətə çatdırmışdır. Prezidenti çıxışında işğal nəticəsində Azərbaycanın flora və faunasına vurulmuş ziyanların miqyasını çatdıraraq və ətraf mühitə qarşı həyata keçirilmiş genosidə məruz qalmasını aid fikirləri maraq doğurur. İlham Əliyev: “Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib və zəhərlənib”.

S.Qurbanov bildirmişdir ki, bu fikirlərlə Prezident işğal nəticəsində Ermənistanın təkcə Azərbaycanın deyil bütövlükdə regionun təbiətinə nə qədər böyük zərbə vurduğunun göstərmişdir. Prezidentin çıxışında su ehtiyatları ilə bağlı məsələlərə xüsusi yer ayırması təsadüfi deyil. Prezident beynəlxalq tribunadan Ermənistanın regionun su ehtiyatlarının məhv edilməsi, çirkləndirlməsi və eyni zamanda vaxtilə su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə etməsini bu sahədə beynəlxalq hüququn normalarının kobud şəkildə pozulmasını da xüsusi vurğulamışdır. Prezidentin söügedən sessiyada ki, aşağıdakı fikriləri diqqət cəlb edəndir. Prezident İlham Əliyev: “Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası “Azərbaycanın cəbhəboyu rayonlarının sakinləri qəsdən sudan məhrum edilir” adlı qətnamə qəbul edərək, Ermənistan hökumətindən su ehtiyatlarından siyasi təsir və ya təzyiq aləti kimi istifadəsinə son qoyulmasını tələb etmişdir. Ermənistan həmin qətnaməyə qətiyyən məhəl qoymadı və Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam etdi. Ermənistan qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi”.

Prezident Beynəlxalq hüquq normalarını heçə sayan Ermənistanın qanunsuz hərəkətlərini ifşa etməklə eyni zamanda bu cinayətdə iştirak edən ayrı-ayrı xarici şirkətlərin qanunsuz hərəkətləri nəticəsində ətraf mühitə və iqtisadiyyatımıza vurulmuş zərərlə bağlı hüquqi proseduraların həyata keçiriləcəyini bildirmişdir.

Prezident xarici şirkətlərin Ermənistanın hərbi cinayətkar rejimi ilə birlikdə Azərbaycan ərazilərində və transsərhəd zonalarda xüsusi ilə Ermənistan transsərhəd zonasında yerləşən Oxçuçay çayını kəskin şəkildə çirkləndirilməsini və eyni zamanda bu ekoloji cinayətdə bəzi xarici şirkətlərin iştirak etdiyini diqqətə çatdırmışdır. Ermənistan tərəfindən təbii ehtiyatlarımızın qanunsuz istismarını xüsusi vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar etmiş, onları xarici bazarlara ixrac etmişdir. Tutarlı faktlara əsaslanaraq biz keçmişdə işğal altında olan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı və digər qanunsuz fəaliyyətlə məşğul olan müxtəlif ölkələrdən olan xarici şirkətləri müəyyən etmişik. Biz artıq həmin şirkətlərə qarşı hüquqi tədbirlərə başlamışıq. Onlar keçmişdə işğal altında olan ərazilərdə təbii sərvətlərimizi qanunsuz istismar etdiklərinə görə məsuliyyətə cəlb ediləcəklər. Prezident İlham Əliyev BMT-nin 76-cı sessiyasındakı dərin məzmunlu çıxışının ekoloji aspektlərini aşağıdakı kimi qruplaşdırmaq olar.

1) İşğal nəticəsində regionun ekoloji tarazlığının pozulması.

2) Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı.

3) Təbii sərvətlərin qanunsuz istismarında xarici şirkətlərin iştirakının müəyyən edilməsi və onlara qarşı hüquqi prosedurların həyata keçirilməsi.

Hesab edirik ki, Prezidentin bütün çıxışları kimi beynəlxalq tribunadan səsləndirdiyi bu proqram xarakterli çıxışı Azərbaycanda ekoloji tarazlığın bərpa edilməsinin istiqamətlərini düzgün müəyyənləşdirməklə bərabər Azərbaycanın vaxti ilə işğal altında olan ərazilərində ekoloji cinayətlərdə iştirak etmiş xarici şirkətlərin cəzalandırılmasına nail olacayıq".
İlham Əliyev şuşalıların öz evlərinə qayıdacağı tarixi AÇIQLADI“Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində bildirib.

Prezident deyib ki, biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə: “Mən Bakıdan Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Laçına qədər və digər istiqamətdə Kəlbəcər və Laçın tərəfdən yüzlərlə kilometr yol qət etmişəm, orada hər şey dağıdılıb. Dağıntıların miqyası elədir ki, insan, sadəcə, mat qalır. Axı, bu ərazi sahəsinə görə Livana bərabərdir. Təsəvvür edin, dünyada heç də ən kiçik olmayan bir ölkənin Livanın ərazisinə bərabər ərazini tikmək, abadlaşdırmaq lazım gələcək. Bunu, sadəcə, təsəvvür etmək üçün dedim. Orada heç nə yoxdur, nə yol var, nə işıq, nə qaz, nə su. Heç nə. Tamamilə heç nə. Hamısı dağıdılıb və bunlar Birinci Qarabağ müharibəsi dövründə deyil, işğal dövründə dağıdılıb. Onlar orada daşı-daş üstündə qoymayıblar. Məqsədləri bir olub – biz heç vaxt oraya qayıtmayaq. Onların digər məqsədi isə həmin daşlardan istifadə etmək, bu daşları satmaq olub. Onlar hətta qəbirüstü daşları da satıblar. Vəfat etmiş azərbaycanlılara aid yazıları pozub, daşları Ermənistanda satıblar. Bu məzarüstü daşlardan özlərinin vəfat edənləri üçün istifadə ediblər. Belə bir vandalizmin miqyası təsvirə gəlmir. Onlar məzarları dağıdır, ölülərin ağızlarındakı qızıl dişləri çıxarır, əridir və satırdılar. Təsəvvür edin bu, kimin ağlına gələr. Bax, biz belələrinə qalib gəlmişik. Mən demişəm, biz, sadəcə, ərazi bütövlüyümüzü bərpa etməmişik, biz çox böyük bir şər qüvvəyə qalib gəlmişik. Ümidvaram ki, bu şər qüvvə daha heç vaxt başını qaldırmayacaq. Hər halda biz imkan verməyəcəyik ki, onlar başlarını qaldırsınlar”.

Dövlət başçısı vurğulayıb ki, indi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri:

“Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib”.

Azərbaycan Prezidenti bildirib ki, bütün istiqamətlərdə yollar çəkilir:

“Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcərə tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayıla gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara - tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik”.