Sizin Reklam Burada

44 gün ərzində "Biz sizə borcluyuq" kampaniyası keçiriləcək

44 gün ərzində "Biz sizə borcluyuq"  kampaniyası keçiriləcək27 sentyabrdan başlayaraq 44 gün ərizində vətəndaş cəmiyyəti üzvləri və Bakı Dövlət Universitetinin (BDU) SABAH tələbə qruplarından ibarət Təşəbbüs Qrupu tərəfindən könüllü olaraq "Biz sizə borcluyuq" kampaniyası icra olunacaq.

Avrasiya.net xəbər verir ki, kampaniyanın məqsədi 44 günlük Vətən Müharibəsinin şəhidlərini yad etmək, tanıtmaq və onların ailə üzvlərinə psixoloji dəstək göstərməkdir.

Kampaniya üç istiqamətdə aparılacaq. İlkin olaraq 3000 nəfərdən ibarət kampaniya üzvləri tərəfindən 44 gün ərzində sosial şəbəkə profillərində SABAH tələbə qruplarının hazırladığı Vətən müharibəsi şəhidlərinin tək-tək şəkilləri yerləşdiriləcək. Eyni zamanda #bizsizəborcluyuq həştəqi ilə

"Twitter", "Facebook" və digər sosial şəbəkələrdə şəhidlərin həyatı və döyüş yolu ilə bağlı paylaşımlar ediləcək.

Kampaniyanın növbəti istiqaməti olaraq Təşəbbüs Qrupunun üzvləri 44 gün ərzində 44 şəhidin evinə gedib, onların il dönümlərini ailələri ilə bərabər yad edəcəklər. Həmçinin davamlı olaraq "Xarıbülbül" Psixoloji Dəstək Mərkəzi tərəfindən şəhid ailələləri və qazilərlə psixoloji iş aparılacaq.

Təşəbbüs Qrupu nümayəndələri hər bir soydaşımızı #bizsizəborcluyuq kampaniyasına qoşulub, sosial şəbəkələrdə profillərinə müzəffər şəhidlərimizin şəkillərini yerləşdirməyə çağırır.

Təşəbbüs Qrupunun könüllüləri:
• DAOS Platforması - Nərgiz Xələf
• Mirzə Ələkbər Sabir Fondu - Sevda Tahirli
• Milli Məclisin üzvü Jalə Əlmədova
• BDU-nun SABAH qrupları - İradə Süleymanova, Gündüz Camalzadə
• Azərbaycan Fotoqroflar Birliyi - Mirnaib Həsənoğlu
• "Xarıbülbül" Psixoloji Yardım Mərkəzi -Səbinə İsmayılova
• "Nəfəs" İB - Firəngiz Balakişiyeva
• "Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" İB - Fuad Hüseynzadə
• Biganə Qalma Kampaniyası - Adil Abdullayev
• Dünya Jurnalistlər Birliyi - Nərmin Şabanqızı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər