Özünü 20-ci mərtəbədən atan Sevilin atası danışdı - VideoFevralında 19-da çoxmərtəbəli binanın 20-ci mərtəbəsindəki mənzilin eyvanından özünü ataraq intihar edən Sevil Atakişiyevanın ailəsi baş verənlər barədə danışıb.

Avrasiya.net xəbər verir ki, Baku TV əməkdaşı intihar edən Sevil Atakişiyevanın evindən reportaj hazırlayıb.

“Mən qızımı oxutdurmuşam. 11 il məktəbə gedib-gəlib. Mən əzazil olsaydım, onu ali məktəbdə oxutdurmazdım. Onu anası kimi 1-2 il oxutdurub, çıxarıb oturdardım evdə. İstəyirdim qızım savadlı olsun”, - deyə Samir Atakişiyev bildirib.

Evdə şiddət görməsinə gəlincə, Samir Atakişiyev yazılanların həqiqətə uyğun olmadığını bildirib:

“Nə edəydim, buraxaydım, “çöl qızı” olaydı? Təpinmək olmalıdır, mənə də evdə təpiniblər. İnanmıram elə uşaq olsun ki, valideyni onu danlamasın. Rəfiqələri ilə görüşürdü, dediyi saatda evə gəlməyəndə əsəbləşirdim. Deyirdim ki, niyə gec gəlmisən? Bir zəng edib, mənə deyərdin ki, yarım saat gec gələcəyəm”.

Daha ətraflı videoda:
İddia: İcra başçısı 200 nəfərin kartını mənimsəyib - VideoQubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb.

Avrasiya.net Bakupost.az-a istinadən xəbər verir ki, bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.

Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərir:

“Mən rayonla bağlı böyük araşdırma filmi hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. Rayona ötən il 525 kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb. İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Administrasiyasının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra - mayın 8-10-u arası həmin 200 nəfərin hamısı “işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndələrini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”.

Cəmil Məmmədli qarşılaşdığı təzyiqlərlə bağlı video müraciət də hazırlayıb. Həmin materialı təqdim edirik:
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Hadisə şəhərin bulvar ərazisində qeydə alınıb.

Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecinin IV kurs tələbəsi, Yardımlı rayon sakini, 2001-ci il təvəllüdlü Vüsalə Rəhimli özünü dənizə ataraq intihar edib.

Hadisə şahidlərinin sözlərinə görə, gənc qız bir neçə dəfə dənizin sahilinə yaxınlaşsa da, geri çəkilib.

Sonuncu dəfə sahilə yaxınlaşan V.Rəhimli qəfildən özünü dənizə atıb. Ətrafdakı insanlar yardım etmək istəsələr də, cəhdləri uğursuz olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. İntihar edən qızın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Mərhumun hansı səbəbdən intihar etməsi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rəhimli Sumqayıtda əmisinin evində qalırmış. (report)
General Hikmət Həsənovun qardaşı vəfat etdiOrdu birliyi komandiri, general Hikmət Həsənovun qardaşı vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalist Elgün Gəncimsoy məlumat verib.

"Cənab generala, mərhumun digər doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verir Allahdan rəhmət diləyirəm", - deyə jurnalist qey edib.
Rusiyanı Qarabağdan çıxarmalıyıq - PolitoloqMüharibədə ermənilər Xankəndi, Xocavənd və Ağdərəni tərk etmişdilər. Rusiya sülhməramli qüvvələri onları geri qaytardı. Bu gün Rusiyanın sülhməramli adında silhahlı qüvvələri emənilərin iddia etdiyi "Artsaxin" təhlükəsiz karantıdır. Rusiya sülhməramli adlanan silahlı birləşmələri konkret olaraq Azərbaycanın Dağlıq Qarabağda ermənilırin yaşadığı ərazilərdə öz suverenliyini bərpa etməyə mane olan əsas baryerdi.

Qeyd edim ki, erməniler Qarabağın Azərbaycanın tərkibində statusun olmasını qeyri-mümkün hesab edirlər. Demək, Minsk qrupunun yenidən fəaliyyəti və hər hansı danışıqların əsas mahiyyəti status dedikdə burada əsasən " Artsaxin müstəqilliyi" tələb edilir. Bu gün Xankəndidə Arayik Arutunyan, Vitali Balasanyanın, Minsk qrupunun həmsədrlərinin status tələbi Azərbaycanın tərkibində olmayan ikinci erməni dövləti yaratmaqdır. Ona görə də Azərbaycan qəti şəkildə Minsk qrupunun danışıqlar oyununa gəlməməlidir.

Xankəndində yaşayan ermənilər heç vaxt bizimlə birgə yaşayışı qəbul etməyəcək. Biz buna əmin olmalıyıq. Onlar silahlanıb yenidən bizə qarşı vuruşmaq haqqında düşünür. Son iki yüz ildə belə olub və prosesləri belə buraxsaq, yenidən eyni aqibətlə üzləşəcəyik. Ona görə də biz Xankındidə erməni separtizmini başını əzməliyik. Mütləq şəkildə Laçın dəhlizində bizim postumuz olmalıdır.
Ermənilərə özümüz nəzarət etməsək, üçüncü qüvvələr nəzarət edəcəksə, demək növbəti təxribatlara hazır olmalıyıq. Və çalışıb Rusiyanı Qarabağdan çıxarmalıyıq.

Qarabağ xanlığı ilə Rusiya çarlığı arasında bağlanan "Kürəkçay" müqaviləsi əsasında ilk dəfə Qarabağa gələn Rusiya bizə qarşı erməniləri qaldırdı. 10 noyabr sazişi ilə 200 ildən sonra, yenidən Qarabağa daxil oldu. Bu səfər onun qarşısında Türkiyə-Azərbaycan tandemi var. İmkan verməməliyik ki, Rusiya ermənilərdən bizə qarşı istifadə etsin. Güclü şəkildə ordumuzu gücləndirməli, Türkiyə hərbi bazasını Ağdamda, Laçında yerləşdirməliyik.

Məhəmməd Əsədullazadə
MCP sədrinin müavini, politoloq
"Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması ümummilli liderin adı ilə bağlıdır"Sadiq Qurbanov
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri


Dəyərli dostlar!

21 fevral - Beynəlxalq Ana Dili Günüdür.

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.

Bu gün planetimizin əhalisinin 80 faizi yalnız 80 dildə danışa bilir. Məlum olduğu kimi, Azərbaycan dili türk dillərindən biridir, türk, qaqauz, türkmən dilləri ilə birlikdə Altay dili ailəsinin oğuz yarımqrupuna daxildir. Ensiklopedik məlumatlara görə, Azərbaycan dilinin təşəkkülündə eramızın 1-ci minilliyində Azərbaycan ərazisində məskunlaşmış hun, bulqar, Xəzər, on oğuz, basil, peçeneq və s. türkdilli tayfalar iştirak etmişlər. Azərbaycan dilinin ümumxalq dili formasının təqribən VII-IX əsrlərdə sona çatması ehtimal edilir. Belə bir məlumat var ki, hələ V əsrdə müasir Azərbaycan ərazisindəki Qafqaz Albaniyasında mövcud olmuş əlifba ilə dini və bədii məzmunlu orijinal kitablar və tərcümə kitabları yazılmışdı. VII-IX əsrlərdə Azərbaycan mədəniyyətinə ərəblərin, XI əsrdə isə iranlıların təsirinin güclənməsinə baxmayaraq, Azərbaycan dili öz inkişafından qalmamışdı. Azərbaycan dili uzun bir müddət «türki», «türk dili», «Azərbaycan türkcəsi», bəzən isə «tatar dili», «Qafqaz tatarlarının dili» (xüsusən rus dilində yazılmış əsərlərdə) adlandırılmışdır. Müasir Azərbaycan ədəbi dili canlı danışıq dili ilə tarixən üzvi surətdə bağlı olub, qarşılıqlı əlaqə şəraitində inkişaf etmişdir.

Bildiyimiz kimi hər bir xalqın keçmişi onun özünüdərki ilə şərtlənən tarixi və mədəniyyəti ilə ölçülür. Dil isə mədəniyyətin ən vacb komponenti kimi çıxış edərək, maddi və mənəvi xəzinənin ən mükəmməl məcmusu olaraq hər bir xalqın varlığını təsdiq edən ən mühüm faktordur. Dil eyni zamanda sosial hadisə olaraq hər bir xalqın formalaşmasının, keçdiyi yolun ən və mühüm göstəricisidir.

Danılmaz faktr ki, müasir dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun dilimizə olan sevgisinin nəticəsi idi ki, 1969-cu ilin yayında Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı müddətdə unutdurulmağa məhkum qalmış dilimizin dövlət dili statusuna qaldırılması istiqamətində yorulmadan ardıcıl fəaliyyətə başladı. Belə ki, o dövrə qədərki sovet standartlarını pozaraq indiki Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə keçirilən tədbirdə professorlarının, tələbələrin, Moskvadan və ittifaqın hər yerindən gəlmiş partiya-hökumət nümayəndələrinin qarşısında doğma ana dilində parlaq çıxış etdi. Ümummilli lider bu nitqi ilə respublikanın siyasi elitasına milli dilin dövlət qurumlarında tətbiqi ilə bağlı öz mesajını çatdırırdı. Bu istiqamətdə sonradan atılan addımlar onu göstərirdi ki, ölkənin yeni lideri qarşıdakı vəzifənin həyata keçirilməsində ardıcıl və qətiyyətlidir.

1978-ci ildə, Azərbaycan SSR-in yeni qəbul edilən Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi həmin ardıcıllığın və qətiyyətin ifadəsi oldu. Dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, ana dilinin dövlət dili kimi tətbiqi işinin qurulması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, bu siyasətin yaradıcılıqla davam etdirilməsi missiyası Prezident İlham Əliyevə məxsusdur. Ölkə rəhbərinin Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar xalqımız tərəfindən minnətdarlıqla qarşılanır.

Prezident İlham Əliyevin dilimizin inkişafına diqqəti, imzaladığı fərman və sərəncamlar, o cümlədən dilimizin qorunmasında başlıca rol oynayan kütləvi informasiya vasitələrinə xüsusi qayğısı dediklərimizə əyani subutdur. Cənab prezidentimiz müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianı daim diqqət mərkəzində saxlayır.

Bununla belə günümüzdə televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi halları da mövcuddur. Düşünürəm ki, dilimizin inkişafı və qorunması üçün bu sahədə daha mükəmməl hüquqi tənzimləmələrə ehtiyac var.

Gəlin, dilimizi sevək və qoruyaq!
Hava kəskin dəyişəcək, qar yağacaq - XƏBƏRDARLIQHavanın dəyişəcəyi barədə xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir.

Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək. Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 23-ü axşam şimal və şərq rayonlarından başlayaraq 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-32 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Yolların buz bağlayacağı ehtimal olunur.
Rusiya Yaxın Şərqə hər il 6 milyardlıq silah satırRusiya Yaxın Şərq və Şimali Afrika ölkələrinə 6 milyard dollar dəyərində hərbi təyinatlı məhsul satıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətdən məlumat verilib.

“Son beş ildə bölgəyə hərbi təyinatlı məhsulların ixracatı ildə 6 milyard dollar səviyyəsindən aşağı düşməyib və bu, ümumi ixrac həcminin təxminən 50 faizini təşkil edir”, - məlumatda qeyd olunub.
"Əgər Paşiyanın qarğa qədər ağlı varsa... "Avrasiya.net Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, bir çox insanlar ABŞ-da Baydenin hakimiyyətə gəlişi ilə dünyada, o cümlədən bizim regionda çox şeyin dəyişəcəyini, az qala avtoritar rejimlərin yerin üzündən silinəcəyini, Rusiyanın ərazi bütövlüyü pozulmuş keçmiş sovet respublikalarından çıxarılacağını əminliklə söyləyirlər. Sizin fikirlərinizi bilmək maraqlı olardı.

- Bu cür fikirlər səsləndirməklə bəzi əlacı kəsilmiş insanlar özlərinə və tərəfdarlarına təskinlik verirlər. Bayden ABŞ-da vitse-prezident olanda Rusiya Ukraynanın ərazilərinin 20 %-ni işğal etdi. Halbuki 5 dekabr 1994-cü ildə Rusiya, ABŞ, Böyük Britaniya və Ukraynanın imzaladağı 6 bənddən ibarət olan Budapeştdə imzalanmış Memoranduma görə tərəflər Ukraynanın nüvə silahından imtina etməsi qarşılığında onun ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına təminat verirdilər. Memorandumun 4-cü bəndinə görə, əgər Ukrayna təcavüzə məruz qalarsa tərəflər təcili BMT TŞ-nın iclasını çağırmalı və Ukraynaya kömək etməli idilər. O zaman Ukrayna SSRİ-nin dağılması nəticəsində onun malik olduğu nüvə arsenalının 1/3 -ə (üçdə birinə) sahib olmuşdu. Bu, hər biri 6 nüvə başlığı daşıya bilən 175 uzaqmənzilli ballistik raket, 1800 nüvə başlığı demək idi. Ukrayna dünyada 3-cü nüvə gücünə sahib ölkə idi. Razılaşmaya uyğun olraq, Ukrayna nüvə silahından imtina etdi. Amma Krım və Şərqi Ukrayna işğal olunanda ABŞ nə etdi? ABŞ işğala yaşıl işıq yandıraraq bəyan etdi ki, Krım işğal olunarsa biz Rusiyaya sanksiya tətbiq edəcəyik. Halbuki, işğalın qarşısını almaq üçün, Krım işğal olunarsa Rusiya ilə müharibəyə başlayacağını bəyan etməli idi. Onlar kömək bir yana, heç Ukraynaya tank əleyhinə raketlər, müasir silahlar da satmadılar ki, özünü müdafiə edə bilsin. Dedilər ki, bu müharibəni alovlandıra bilər. Tətbiq etdikləri sanksiyalar da iqtisadiyyatın əsas sahələrini əhatə etmədi. Bu, sadəcə həmin ölkənin öz beynəlxalq öhdəliyinə tüpürməsi, Ukraynaya xəyanət, dünyada gücə və zorakılığa meydan verilməsi idi. Biz o zaman vitse-prezident Baydendən Prezident Obamadan fərqli mövqe görmədik. Ona görə də inanmıram ki, siyasətdən az-çox başı çıxanlar deyilənləri ciddi qəbul etsin. Əlavə sanksiyalar ola bilər, amma bu heç nəyi dəyişməyəcək. İran, Şimali Koreya təcrübəsi göstərir ki, sanksiyalarla beynəlxalq problemləri həll etmək mümkün deyil.

- Son vaxtlar ən çox müzakirə olunan məsələlərdən biri korrupsiya yolu ilə büdcədən oğurlanmış, xalqdan rüşvət olaraq toplanmış, yaxud başqa formada qanunsuz olaraq əldə edilmiş vəsaitlərin dövlət büdcəsinə geri qaytarılması barədədir. Cinayət təqibi qaydasında həmin vəsaitləri geri qaytarmaq mümkündürmü?

- Bir hüquqşünas kimi tam əminliklə deyirəm ki, yalnız inzibati yollarla korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq mümkün deyil. Bunun üçün struktur və institusional islahatlar aparılmalı, hakimiyyət bölgüsünə real məzmun verilməli, çoxpartiyalı sistemin gücləndirilməsi üçün siyasi islahatlar aparılmalı, güclü məhkəmə hakimiyyəti qurulmalı, dövlət qulluqçularına onların layiqli həyatını təmin edəcək qədər maaş verilməsini təmin etmək üçün iqtisadi islahatlar həyata keçirilməlidir. Bu istiqamətdə müəyyən addımlar atılır və bu iş sürətlə genişləndirilməlidir. Bundan başqa, qüvvədə olan, 1993-cü ildə mərhum Prezident Elçibəyin dövründə qəbul olunmuş, 1995-ci ildə əlavə və dəyişikliklər edilmiş “Varidata təminat verilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu var. Həmin Qanunun 2-ci maddəsinə görə, hər kəs pulunu izahat və deklarasiya təqdim etmədən qanunvericiliklə qadağan olunmayan istədiyi sahəyə yönəldə bilər. 3-cü maddədə isə deyilir ki, Azərbaycan Respublikası vətəndaşı xaricdə sahibkarlıq fəaliyyəti nəticəsində qazandığı pulu ölkəmizə gətirərsə, həmin investisiyalara xarici investisiyalar üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunur.

Beynəlxalq Bankda baş vermiş korrupsiya cinayətinin təqibi bir daha sübut etdi ki, bu yolla mənimsənilmiş pulları ya geri qaytarmaq mümkün olmur, ya da cüzi bir qismini geri qaytarmaq olur. Ona görə həmin şəxslərlə fərdi söhbətlərin aparılması yolu ilə vəsaitlərin geri qaytarılması və iqtisadiyyata yönəldilməsini daha ümidverici hesab edirəm.

Yeri gəlmişkən, onu da qeyd edim ki, bəzi siyasi vəzifə tutan məmurlara görə dövlət hakimiyyət orqanlarının gözdən salınmasına yol vermək olmaz. Hansı ki, bunu müşahidə edirik. Qanunsuz əməllərlə məşğul olan müəyyən vəzifəli şəxslər bunu tabeçiliklərində olan bir-iki şəxsin əli ilə edirlər. Qalanları aldıqları məvaciblə dolanırlar. Cəzanın fərdiliyi prinsipi var. Məsələn, əgər bir gömrük, yaxud vergi işçisi rüşvət alırsa, buna görə o, şəxsən məsuliyyət daşımalıdır. Həmin cinayət əməlinə görə bütünlükdə vergi və gömrük orqanlarının üzərinə səlib yürüşü təşkil etmək yolverilməzdir. Əgər dövlət orqanlarında rüşvətxorluq sistemli xarakter daşıyıb, geniş yayılıbsa bu halda rəhbərliyin məsuliyyətindən danışmaq olar. Amma çox təəssüf ki, bəzi jurnalistlər, blogerlər mövcud problemlərin nədən qaynaqlandığını araşdırmaq əvəzinə sifarişlə, hətta, yaxşı mənada fərqlənən ayrı-ayrı vəzifəli şəxsləri də hədəf seçib onlara qarşı total gözdənsalma kampaniyası aparır və beləliklə də bilərəkdən, yaxud bilməyərəkdən dövlət hakimiyyətini gözdən salıb, təxribatlara yol açırlar. Bir daha vurğulayıram, öncə qeyd etdiyim islahatları dərinləşdirmədən, yalnız cinayət təqibi yolu ilə mövcud problemləri aradan qaldırmaq mümkün deyil. Düşünürəm ki, kadrların dəyişdirilməsi əsasən cinayət təqibi qaydasında yox, bir qayda olaraq islahatlar çərçivəsində həyata keçirilməlidir.

- Ermənistanda Paşinyan hökumətinin istefasını tələb edən son etiraz aksiyası barədə nə deyə bilərsiniz?

- Ermənistanda korrupsiyalaşmış, birinci Qarabağ savaşı zamanı ağır hərbi cinayətlər törətmiş eks-prezidentlər və digər yüksək vəzifəli şəxslər 44 günlük Vətən müharibəsi zamanı öyündükləri “məğlubedilməz” ordularının Azərbycan Silahlı Qüvvələri tərəfindən darmamdağın edilməsinin günahını Paşinyanın üzərinə qoyub onu devirmək istəyirlər. Onlar Rusiya ilə dostluqlarını nə qədər qabartsalar, nə qədər pul xərcləsələr də yüz minləri küçələrə çıxara bilmirlər. Çünki erməni cəmiyyəti onları tanıyır və onlardan iyrənib. Amma bu vəziyyət çox davam etməyəcək. İqtisadi-sosial vəziyyət ağırlaşdıqca digər dəyərlər arxa plana keçəcək, insanlar yalnız yaşamaq haqqında düşünəcək və Paşinyandan üz döndərəcəklər. Əgər Paşiyanın qarğa qədər ağlı varsa, dərhal iqtisadi vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağın statusu məsləsinə dilinə gətirməməli, bizimlə və Türkiyə ilə əməkdaşlığa başlamalıdır. Əks halda Qarabağ klanı çevriliş yolu ilə hakimiyyəti dəyişəcək. Paşinyan cəsarətsizlik edib hakimiyyətə gələndən sonra münaqişə ilə bağlı buraxdığı səhvi təkrar edib Qarabağ probleminin həlli istiqamətində ciddi addım atmasa, özünü və ölkəsinin suverenliyini tamamilə məhv edəcək, bununla yanaşı, Ermənistanı yeni müharibə ilə üz-üzə qoyacaq. Onun çox az vaxtı qalıb.
ABŞ 150-dən çox helikopteri Yunanıstanın Xanti şəhərinə toplayır.

Axar.az xəbər verir ki, ABŞ helikopterlərdən Yunanıstanda və digər Balkan ölkələrində keçiriləcək müxtəlif hərbi təlimlərdə istifadə etmək üçün yararlanacaq.

ABŞ hərbi texnikalarının Yunanıstanın Dədəağac limanına gətiriləcəyi bildirilib. Limana 110 "Blək Havk" və 25 "Apaçi" hücum helikopteri, 10 "Çinuk" ağır nəqliyyat helikopteri və tanklar da daxil olmaqla, ümumilikdə 1800-dən çox hərbi texnikanın gətiriləcəyi elan edilib.

Qeyd edək ki, daha öncə ABŞ Yunanıstanda keçirilən təlimlərdən sonra sözügedən limanda 30 ədəd "Blək Havk" hücum helikopterini saxlamışdı.