Milli-mənəvi dəyərlər və tariximiz qorunurÖlkə Prezidenti Cənab İlham Əliyevin milli-mənəvi və ədəbi dəyərlərimizə göstərdiyi yüksək qayğısı və diqqəti Azərbaycan mədəniyyətinin dünyada təbliği üçün ən ali vasitədir!

Ölkəmizdə multikultralizim və humanizim prinsiplərinə söykənən ənənlər dövlət siyasətinin uğuru və Azərbaycanın hərtərəfli inkişafının bariz nümunəsidir. Mədəniyyətin inkişafı, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi dövlətin fəaliyyət dairəsinin mühüm hissəsini təşkil edir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqı bu gün dünyaya öz güclü iradəsini, birliyini və milli-mənəvi dəyərlərə sadiqliyini tək sözlə yox, əməli ilə də sübut etdi.

Cənab Prezident İlham Əliyevin tapşırığı ilə işğal altından azad olunan torpaqlarımızdakı tarixi abidələrin, mədəniyyət incilərimizin bərpası, qorunub saxlanılması istiqamətində görüləcək bütün işlər birbaşa Azərbaycanda milli-mənəvi dəyərlərin və tariximizin qorunmasına yönəlmişdir.

Cənab Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi bir daha sübut etdi ki, biz bütün hallarda mədəni irsimizə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşırıq. “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.

Cənab Prezidentin Şuşanın ilkin və tarixi simasının bərpası ilə bağlı tapşırığı hər birimiz üçün örnək olmalıdır. Çünki, Şuşa şəhəri Azərbaycanın dilbər guşəsi olmaqla yanaşı, həm də coğrafi mövqe, tarixi və mədəni baxımdan Azərbaycan dövləti üçün strateji əhəmiyyətə malik bir şəhərdir.

Cəmiyyətin tərəqqisinə stimul verən mədəniyyət sahəsinin inkişafına dövlətin qayğısı həyata keçirilən genişmiqyaslı tədbirlərdə öz əksini tapmaqdadır. Azərbaycan ədəbi tarixinin və milli-mənəvi dəyərlərimizin yaddaşlarda əbədi həkk olunması və dünyada tanıdılması üçün dövlət tərəfindən müxtəlif tədbirlər keçirilir. Ölkə başçısı Cənab İlham Əliyev tərəfindən dahi Azərbaycan şairi Nizami Gəncəvinin şərəfinə və əziz xatirəsinə ehtiram və Azərbaycan mədəniyyətinə yüksək diqqət əlaməti olaraq, 2021-ci ili “Nizami Gəncəvi” ili bəyan etməsi təqdirəlayiq bir addımdır. Azərbaycanın mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nizami Gəncəvi yaradıcılığı hər zaman elmi-ədəbi fəaliyyətin mərkəzində olmuşdur.

Hamıya məlumdur ki, mədəniyyətimizin hərtərəfli inkişafı, beynəlxalq aləmdə tanınması onun böyük himayədarı, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin respublikaya rəhbərlik etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq, ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsi də özünün intibah dövrünü yaşamışdır. Azərbaycanın ədəbi-mədəni tarixinə hər zaman sadiq qalan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirmişdir. Ümummilli lider Heydər Əliyev dünya ədəbiyyatı tarixinə öz zəngin töhfəsini vermiş dahi şair Nizami Gəncəvinin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği üçün xeyli işlər görmüşdür. 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni mərhələ olmuşdur.

1981-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilən Nizami Gəncəvinin 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. Dahi sənətkarın 870 illiyi 2011-ci ildə də dövlət səviyyəsində silsilə tədbirlərlə yüksək səviyyədə qeyd edilmişdir.
2021-ci ilin “Nizami Gəncəvi” ili elan edilməsi insanların bədii və fəlsəfi fikrinin zənginləşməsi və mənəvi kamilləşməsi baxımından böyük əhəmiyyətə malikdir. Mən də öz növbəmdə, Cənab Prezident İlham Əliyevin nəyinki mədəniyyət sahəsində, bütün sahələrdə ölkəmizin inkişafı, xalqımızın rifahı naminə fəaliyyətini dəstəkləyirəm. Milli-mənəvi dəyərlərimizə, mədəni irsimizə göstərdiyi yüksək qayğı və diqqətə görə Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.

ADBTİA-nın prorektoru,
professor Yusif Babanlı
Medianın İnkişafı Agentliyi yaradılırPrezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərman imzalayıb.

Avrasiya.net xəbər verir ki, sənəddə bildirilir ki, ötən əsrin 90-cı illərində Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra müasir medianın formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Ötən dövr ərzində Azərbaycan mediası özünəməxsus inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır.

Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır.

Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılsın.

2. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquqi varisidir, onun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçir.

4. Agentliyin nizamnamə fondu 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manat təşkil edir və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

5. Müəyyən edilsin ki:

5.1. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurası həyata keçirir;

5.2. Agentliyin fəaliyyətinə cari rəhbərliyi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;

5.3. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.

6. Agentliyin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

6.1. Azərbaycan Respublikasının Prezidentinə:

6.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

6.1.2. Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

6.1.3. Agentliyin ləğvi və yenidən təşkili;

6.1.4. nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

6.1.5. Agentliyin işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin təsdiqi;

6.1.6. Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi;

6.2. Agentliyə:

6.2.1. bu Fərmanın 6.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi

şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

7.1. “Media haqqında” Azərbaycan Respublikası qanununun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

8.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

8.4. dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Agentliyin inzibati bina ilə təmin edilməsi və maddi-texniki təminatı məsələlərini həll etsin;

8.5. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

8.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

9. Agentlik:

9.1. Agentliyin işçilərinin say həddi və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləği barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun işçilərinin Agentlikdə müvafiq vəzifələrə təyin olunmaları ilə bağlı tədbirlər görsün və nəticəsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;

9.3. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;

9.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

10.1. bu Fərmanın 4-cü hissəsində və 5.3-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;

10.2. Agentliyin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Daha 15 nəfər koronadan öldüAzərbaycanda son sutkada koronavirusa 519 yeni yoluxma faktı qeydə alınıb, 1 276 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 346 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 210 798 nəfər müalicə olunaraq sağalıb, 2 941 nəfər vəfat edib. Aktiv xəstə sayı 11 607 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 898, bu günə qədər isə ümumilikdə 2 279 907 test icra olunub.

Siyəzəndə koronavirusla bağlı maarifləndirici onlayn tədbir keçirilib“Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar!” adlı maarifləndirici onlayn tədbir keçirilib.

Yanvar 12-də Siyəzən Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Karantin qaydalarına biganə qalan vətəndaşlar xalqın genefonduna zərbə vururlar!” mövzusunda maarifləndirici onlayn tədbir keçirilib.

“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1. yarımbəndinin icrasının təmin edilməsi, gənclərin COVİD-19 infeksiyası və onun törətdiyi real təhlükələr barədə gənclərin məlumatlandırılması, eləcə də pandemiya dövründə gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyan tədbirdə Rayon Mədəniyyət Mərkəzinin, Təhsil Şöbəsinin, Heydər Əliyev Mərkəzinin əməkdaşları və fəal gənclər iştirak edib.

Tədbirdə Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Təhsil Şöbəsinin müdiri Pərvin Ağasıyev, Rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyada Dadaşova, Gənclər və İdman İdarəsinin rəis müavini Vüsal Alışov, idarənin aparıcı-məsləhətçisi Cavidan Hüseynov və fəal gənc Orxan Xangəldiyev çıxış edərək mövzu barədə ətraflı danışıblar.

Çıxışlarda vətəndaşların pandemiya dövrünün xüsusi qaydalarına ciddi riayət etməsinin vacibliyi, gənclərin pandemiya ilə mübarizədə fəallığının və müxtəlif mövzularda onlayn tədbirlərin keçirilməsinin zəruriliyi xüsusi qeyd olunub. Zoom tətbiqi vastəsilə təşkil olunan tədbirdə 20-dən çox fəal gənc iştirak edib.





#COVİD19 #maskadanistifadəet #sağlamqal #bizbirlikdəgüclüyük #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #AzərbaycanGəncliyi20172021 #MysGovAz #MysAz #Gənclərsiyasəti #GəncLİNK
Koronavirus peyvəndləri Azərbaycana gətirildiSARS-CoV-2 koronavirus peyvəndinin ilk partiyası Azərbaycana daxil olub.

Avrasiya.net xəbər verir ki, məlumatı “Sputnik Azərbaycan” yayıb.

Nəşrin mənbəsinə görə, Çin istehsalçısı SinoVac-dan sifariş edilən peyvənd ölkəyə gətirilib.

O da bildirilir ki, ilk mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar koronavirus peyvəndi alacaqlar.
Bakıda sığınacağa hücum: xəsarət alan varBakıda qadın və uşaq sığınacağına hücum olub.

Avrasiya.net xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, sığınacağın əməkdaşları sığınacaqda qalan qadının qohumları tərəfindən zorakılığa məruz qalıb. Həmçinin, sığınacağın qadın əməkdaşına da xəsarət yetirilib:

"Qadının əri Primov Habil, qayınanası Primova Saniyyət, baldızı Xəyalə sığınacağa gələrək xanım əməkdaşlarımıza çox ciddi xəsarətlər yetiriblər. Daxili İşlər Nazirliyindən xahiş edirik ki, bu ailə haqqında tədbir görülsün. Artıq polisə məlumat verilib".
İctimai Şuralar üçün vahid onlayn platforma yaradılır – İLK DƏFƏAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılır.

Son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımlar atılmaqdadır. Bu prosesdə vətəndaş cəmiyyət təşkilatlarının rolu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 fevral 2020-ci il tarixli sərəncamı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Fəaliyyət Planının 5.5. maddəsində “İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış ictimai şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, ictimai şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi” qeyd olunur.

Ölkə başçısının sərəncamı ilə bağlı ötən bir ildə müxtəlif müzakirələr aparılmış və İctimai Şuralar ilə bağlı müəyyən çatışmamazlıqların olması diqqətə çatdırılmışdır.

Bu baxımdan Milli Fəaliyyət Planına qeyd olunun istiqamətlər üzrə tövhələr vermək məqsədi ilə İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin ekspertləri tərəfindən İctimai Şuralar üçün onlayn portalın yaradılması” təşəbbüsünə start verilmişdir.

Təşəbbüs Amerika Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” layihəsi çərçivəsində həyata keçirilir.

Bu təşəbbüs çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən İctimai Şuralar üçün mərkəzləşdirilmiş onlayn platforma – www.publiccouncil.az (www.ictimaishura.az) saytı hazırlanacaq.

Layihənin əsas hədəfi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlılığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla, fəaliyyət göstərdikləri dövlət qurumlarının fəaliyyətində şəffaflığının artırılmasına yardımçı olmaqdır.

Layihənin məqsədi informasiya mübadiləsi, ictimaiyyətlə qarşılıqlı fəaliyyət üzrə ictimai şuraların potensialı genişləndirmək, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai Şuraların fəaliyyətinə nəzarətin artırılmasına dəstək verməkdir.

Layihə çərçivəsində İctimai Şuraların vahid bazası yaradılacaq, İctimai Şuralara keçirilən seçkilər haqqında məlumatlar veriləcək, seçki dövründə maarifləndirmə kampaniyası, mövzular ilə bağlı debatlar təşkil olunacaq, İctimai Şuraların fəaliyyəti haqqında ictimaiyyət məlumatlar veriləcək. Yaradılacaq www.publiccouncil.az (www.ictimaishura.az) saytında İctimai Şuraların məlumatlarının müstəqil yeniləməsi üçün funksionalıq təmin olunacaq və hər bir ictimai şura üçün subsaytlar formalaşdırılacaq.

Qeyd edək ki, bu təşəbbüs Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə, “Family Health International” (FHI 360), Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz (İCNL) və MG Consulting təşkilatları ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Təşəbbüsün icrası jurnalist-ekspert Cəsarət Hüseynzadəyə həvalə olunmuşdur.



Müharibə Ermənistana  38,4 milyard dollar ziyan vurub - SiyahıNikol Paşinyan Ermənistana və erməni xalqına ən azı 38,4 milyard dollar ziyan vurub.

Avrasiya.net Qazet.az-a istinadən xəbər verir ki, bu barədə "Əsgər Sığortası” Fondunun Qəyyumlar Şurasının keçmiş üzvü Mesrop Manukyan Feysbuk səhifəsində yazıb.

1. İnsan itkiləri – təqribən 7 milyard dollar (təxminən 4500 ölən və itkin düşən hərbçi, təxminən 5000 birinci dərəcəli əlil, təxminən 6000 nəfər ikinci dərəcəli əlil, təxminən 2000 fiziki cəhətdən sağlam, lakin cəmiyyətin tam üzvü olmayan şəxs)

2. "Hayastan Ümumerməni Fondu” Azərbaycanın nəzarəti altındakı ərazilərə təxminən 150 milyon dollar sərmayə qoyub. Yalnız Şuşidə (Şuşa – red.) 15 milyon dollar dəyərində layihələr həyata keçirilmişdi. Təkcə burada erməni xalqına 500 milyon dollar ziyan dəyib.

3. Müdafiə sistemimizə təxminən 2 milyard dollar ziyan dəyib.

4. Sotk (Zod qızıl yatağı – red.) mədəni – təxminən 8 milyard dollarlıq zərər.

5. Qarabağda itirilmiş hidroelektrik stansiyalarının dəyəri təxminən 600 milyon dollardır.

6. Rəsmi statistikaya görə, “Artsax”da hər il 150 min tonadək taxıl və taxıl yetişdirilir. Yerli tütünün 30%-i Qarabağda istehsal olunurdu. Qarabağdan erməni xalqına ən keyfiyyətli meyvə və tərəvəz məhsulları tədarük olunurdu. İtirilən bölgələrdə kənd təsərrüfatı məhsulları sahəsində ildə 300 milyon dollar dəyərində meyvə və tərəvəz istehsal olunurdu. Qarabağ erməni ət məhsullarına olan tələbatın bir hissəsini təmin edirdi. Burada dəyən zərər ən azı 3 milyard dollar dəyərində olacaq.

7. "Əsgər Sığortası” Fonduna təxminən 1 milyard 200 milyon dollar borc yığılıb, yəni potensial vergi ödəyən Ermənistan Respublikası vətəndaşları bu məbləği ödəməlidirlər.

8. Bank sisteminə təxminən 1 milyard dollar zərər dəyib.

9. Qarabağdakı mədənlərin 10-u indi Azərbaycanın nəzarətindədir, buradakı ziyan təxminən 3 milyard dollar dəyərindədir.

10. İnfrastruktura dəymiş ziyan – təxminən 2 milyard dollar.

11. "Kataro” Şərab Zavodu, Masis Tobacco MMC-nin İşxanadzor filialı … təxminən 100 milyon dollarlıq zərər.

12. İnsanlara dəyən minimum mənəvi ziyanın dəyəri – 3 milyard dollar.

13. Mülk itkisi – Ölçülməz dərəcədə! Bununla birlikdə, ən azı 7 milyard dollarlıq zərər (meşələr, torpaq, su, mənzil fondu …) – deyə paylaşımda bildirilib.
Qarabağ təcrübəsi: Şoyqu rus ordusu üçün bunu tələb etdi Rusiya müdafiə naziri Sergey Şoyqu nazirliyin selektor iclasını keçirərək, ordunun prioritet inkişaf hədəflərini müəyyən edib.

Axar.az xəbər verir ki, Şoyqunun iclas zamanı qoyduğu prioritet hədəflər sırasında döyüş təlimlərində robotlaşdırılmış komplekslərdən geniş istifadə yer alıb.

Nazir nüvə triadasının hazırlıq səviyyəsinin yüksək saxlanılmasının da önəminə diqqət çəkib.

O, həmçinin ordunun və donanmanın təchizat tempinin itirilməməsini, yüksək dəqiqliyə malik silah potensialının gücləndirilməsini tələb edib.