Ölkədə koronavirusa yoluxanların sayı açıqlandıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 086 yeni yoluxma faktı qeydə alınıb, 1 781 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 43 nəfər vəfat edib.
Prezident onlara general-mayor ali hərbi rütbəsi verdiPrezident İlham Əliyev Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:

polkovnik Ağamir Əzizxan oğlu Sultanova

polkovnik Anar Təvəkkül oğlu Kərimova

polkovnik Namiq Sərəfruz oğlu İslamzadəyə

polkovnik Zaur Sabir oğlu Məmmədova.
Xameneinin ölüm xəbəri yayıldı - İran rəsmisindən iddialara cavabİranın Ali lideri Ayətulla Seyid Əli Xameneinin sağlamlığı ilə əlaqədar yayılan məlumat şayiədir.

Bunu İranın Ali liderinin Əsərləri Nəşriyyatının rəsmisi Mehdi Fəzaili öz Twitter səhifəsində yazıb.

M.Fəzailinin sözlərinə görə, İranın Ali lideri sağlamdır və proqram üzrə öz işlərini həyata keçirməklə məşğuldur.

Qeyd edək ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində İranın Ali Liderinin ölümü ilə əlaqədar məlumatlar yayılıb.

Xatırladaq ki, İranın Ali lideri Ayətullah Seyid Əli Hüseyni Xamenei 19 aprel 1939-cu ildə İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Məşhəd şəhərində anadan olub. 1981-89-cu illərdə İranın prezidenti olub, 1989-cu ildən isə Ali lideridir.
“Düşmənin postunu səssizcə alıb gözlədik, 3 polkovniki əsir götürdük” - VİDEOŞuşanın azad edilməsi əməliyyatı artıq heç kimdə şübhə doğurmur ki, hərb dərsliklərinə salınacaq qədər unikal əməliyyat olub. Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələri meşələrdən, keçilməz qayalıqlardan, dağ cığırlarından irəliləyərək düşməni qala-şəhərin həndəvərində qəfil haqlayıb və sürətlə onların içərilərinə daxil olaraq pərən-pərən salıb.

Avrasiya.net xəbər verir ki, Şuşa əməliyyatının iştirakçılarından biri, qazi Vüsal Şahbazov şəhərin alınması uğrunda döyüşlərin necə getdiyini, düşmənin mühüm postlarından birini səssiz-səmirsiz ələ keçirib üç gün orada gözlədiklərini və daha sonra posta təchizat, canlı qüvvə gətirən düşmən kalonunu necə pusquya salıb məhv etdiklərini "YouTube" kanallarından birinə danışıb.

Döyüşçünün danışdıqlarını onun öz dilindən dinləyək:
SEPAH komandanı koronadan öldüİran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının komandanlarından olan Əbdülrəsul Ostevar Mahmudi ölüb.

Axar.az xəbər verir ki, Mahmudinin koronavirusdan öldüyü bildirilib.

Mahmudi iki aydan çox Tehranın “Bəqiyyətullah” xəstəxanasının reanimasiya şöbəsində müalicə alıb. Son günlər isə səhhəti pisləşərək komaya düşüb və ötən gün dünyasını dəyişib.
Koronavirusla bağlı ŞAD XƏBƏR ELAN OLUNDU: 24 saat ərzində YOX EDƏCƏKElm dünyasını həyəcanlandıran hadisə qeydə alınıb.

Publika.az xəbər verir ki, koronavirusu 24 saat ərzində məhv edən dərman tapılıb.

“MK-4482/EIDD-2801” və ya “Molnupiravir” adlı dərmanın virusun orqanizmdə çoxalma mərhələsində qarşısını aldığı aşkarlanıb.

“Nature Microbiology” dərgisində yayımlanan araşdırmaya görə, ABŞ-ın Corciya Universitetinin araşdırma komandası əvvəlcə bu dərmanın qrip virusuna qarşı güclü mübarizə apardığını kəşf edib. Daha sonra sınaqlar COVID-19 xəstələri üzərində aparılıb.

Universitetin üzvü Riçard Plemper preparatı SARS-CoV-2-nin yoluxmasını sürətlə dayandıran, ağız yolu ilə qəbul edilən mövcud dərmanın ilk nümunəsi adlandırıb. O, dərmanın pandemiyanın istiqamətini dəyişdirmək qabiliyyətində olduğunu bildirib.

Ermənistanın 10 minə yaxın itkisi var - GeneralErmənistanın Müdafiə Nazirliyinin İkinci Qarabağ müharibısində verdiyi itkilərlə bağlı açıqladığı rəqəmlər həqiqəti əks etdirmir.

Avrasiya.net xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Nazirliyinin sabiq sözçüsü, briqada generalı Yücəl Karauz bildirib.

O qeyd edib ki, belə müharibələrdə yalan söyləmək mümkün deyil:

"Müasir pilotsuz uçuş aparatları və peyk sistemlərindən müşahidələr onu göstərir ki, Ermənistanın 10 minə yaxın itkisi var”.

General deyib ki, Ermənistan ordusunun bir qismi də cəbhədən qaçıb:

“Onların baş naziri də bu barədə danışdı. Ermənistan ordusu 44 günlük müharibə zamanı arsenalının 65 faizini itirdi. Bunları təsdiq edən görüntülər Azərbaycan Müdafiə Nazirliyində var”.

Türkiyə Ordusunun generalı daha sonra vurğulayıb ki, Ermənistan ordusu müharibə zamanı bütövlükdə şəxsi heyətin 25 faizini itirib:

“Ermənistan düşdüyü vəziyyətdən 15 il ərzində çıxa bilməyəcək. Bu da Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi ən böyük uğurlardan biridir”.
İcra hakimiyyətində əməliyyat keçirilir: başçı tutulduHüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirilir.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, saxlanılanlar var.

Qeyd edək ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır.

***

Əməliyyat zamanı Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, birinci müavini Mənsur Məmmədov, Ərazi özünü idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaşar Vəliyevin saxlanıldığı deyilir.