Sizin Reklam Burada

Qubadlının azad olunmasına 10 saat qalmış şəhidlik zirvəsinə yüksəldi

Qubadlının azad olunmasına 10 saat qalmış şəhidlik zirvəsinə yüksəldiVətənimizin düşmən tapdağı altında qalan torpaqlarımızı azad etməkdən ötrü canından keçənlər arasında şabranlılar da var.

Onların bir çoxu Vətən müharibəsinə çağırışçı və könüllü kimi yollanıb. Belə könüllülərdən biri də Hikmət Vidadi oğlu Qasımovdur.

Hikmət Tovuz hadisələrindən sonra könüllü olaraq Səfərbərlik və Çağırış üzrə Şabran Rayon Bölməsinə getmiş və Qarabağ uğrunda döyüşməyə can-başla hazır olduğunu bildirmişdir.

Müharibənin ilk günü bütün könüllülər kimi Hikmət də Vətənin müdafiəsinə qalxdı. O, Cəbrayıl, Füzuli uğrunda gedən döyüşlərdə rəşadət və qəhrəmanlıq göstərdi. Füzulidə erməni kəşfiyyatçılarının məhv edilməsində yaxından iştirak edən Hikmət mənfur düşmənlərin qoyub qaçdığı hərbi texnikanın döyüş bölgəsindən çıxarılmasında da fəal iştirak etdi.

Hikmət Vidadi oğlu Qasımovun 30 yaşı vardı. Şabran rayonunun Çölquşçu kəndində anadan olan pəhləvan cüssəli bu gənc Qubadlı uğrunda döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərdi. Yaralanan əsgər yoldaşlarını idarə etdiyi nəqliyyat vasitəsilə döyüş meydanından çıxarıb geri dönərkən mənfur düşmənin artileriya atəşinə tuş gəldi.

Son sözü "Vətən saq olsun" oldu. 28 sentyabrdan 24 oktyabra qədər şərəfli ömür yolu keçən Hikmət Vidadi oğlu Qasımov Qubadlının azad olunmasına 10 saat qalmış əbədiyyətə qovuşdu və şəhidlik zirvəsinə yüksəldi.

25 oktyabrda böyük izdihamla Şabran rayonunun Çölquşçuı kəndində son mənzilə yola salınan Hikmət Qasımov həmişə qəlbimizdə yaşayacaq və heç zaman unudulmayacaq.

Allah rəhmət eləsin.
Məkanı cənnət olsun.
Başın saq olsun Vətən.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər