Operativ Qərargah karantin rejiminin uzadılması ilə bağlı İZAH VERDİOperativ Qərargah karantin rejiminin uzadılması ilə bağlı məlumat yayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda deyilir:

Bildirilib ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat üçün açıqlamalarını ictimaiyyətə qeyri-dəqiqliklə təqdim edir. Belə ki, KİV və sosial şəbəkə vasitəçiləri yayımlanan rəsmi məlumatları təhrif olunmuş başlıq və mətnlərlə verməklə cəmiyyətdə çaşqınlıq və yanlış fikrin formalaşmasına yol açır.

Operativ Qərargahın xüsusi karantin rejimi ilə əlaqədar 17 iyul tarixli məlumatı ilə əlaqədar aşağıdakıları bir daha diqqətinizə çatdırırıq:

16 rayon və şəhərdə tətbiq olunan sərtləşdirilmiş karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək uzadılmışdır və qarşıdakı müddətdə 14 rayonda qüvvədə olacaqdır.

Eyni zamanda həmin 14 rayon və şəhərin ərazisindəki məhdudiyyətlərə bəzi yumşalmalar tətbiq olunacaqdır:

Belə ki, 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

Yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır.

Bir daha bütün kütləvi informasiya vasitələrini və sosial şəbəkə istifadəçilərini yayımlanan rəsmi məlumatları dəqiqliklə təhlil etməyə və ictimaiyyətin diqqətinə təhrif olunmadan çatdırmağa çağırırıq.
Sərt karantin bu şəhərlərdə 5 avqusta qədər uzadıldıYeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib. Qeyd edilib ki, bununla yanaşı, şəxslər arasında COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla Lənkəran şəhəri və Samux rayonunda 20 iyul 2020-ci il tarixdən etibarən sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq. Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək. Həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq: 25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək; 1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək; Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən edibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırılır. Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.
Daha 471 nəfər koronaya yoluxdu, 7 nəfər öldüAzərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 549 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Londonda erməni təxribatı nəticəsində bir neçə azərbaycanlı xəsarət alıb - VideoBöyük Britaniyada yaşayan azərbaycanlılar Ermənistanın Londondakı səfirliyinin qarşısında dinc aksiya keçirib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatlarla bağlı sivil şəkildə öz etirazlarını nümayiş etdiriblər.

Amma buna baxmayaraq, qəfildən bir qrup erməni aksiyaçılara hücum edərək təxribata əl atıb. Erməni təxribatı nəticəsində bir neçə azərbaycanlı xəsarət alıb.

Dinc aksiya sonradan yerli polis tərəfindən dağıdılıb.
DTX-dən mühüm açıqlama: Orda kim və niyə olub?İnternet resurslarında cari il iyulun 14-də gecə saatlarında bir qrup şəxsin təxribat məqsədilə Azərbaycan Respublikası Milli Məclisinin inzibati binasına daxil olmasının Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı Rauf Xələfovla əlaqələndirilməsi kimi absurd, heç bir əsası və məntiqi olmayan fikirlər səsləndirilməkdədir.

DTX-dən Avrasiya.net-ə verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin adı çəkilən əməkdaşının digər hüquq-mühafizə orqanlarının işçiləri ilə həmin vaxt xüsusi mühafizə obyekti olan Milli Məclisdə olması xidməti vəzifələrin icrasından irəli gəlmişdir.

Ayrı-ayrı sosial şəbəkə və media resurslarında bilərəkdən qərəzli məqsədlər üçün belə məlumatları yayanlar, heç şübhəsiz, düşmən və antiazərbaycan qüvvələr tərəfindən idarə olunduqlarını və onların sifarişlərini yerinə yetirdiklərini aydın şəkildə bir daha sübut edirlər.

Milli Məclisin binasında avadanlıq və inventarların sıradan çıxarılmasında və digər pozucu hərəkətlərdə iştirak etmiş şəxslər qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunacaqlar.

Dövlət Təhlükəsizliyi Xidməti vətəndaşlarımızı heç bir təxribata uymamağa və dövlətçilik mövqeyindən çıxış etməyə çağırır.
Komitə yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirilibİyulun 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya seçkinin təşkili məqsədilə yaradılan Seçki Komissiyasının ilk onlayn formatda görüşü keçirilib.

Komitədən Avrasiya.net-ə bilirilib ki, görüş çərçivəsində İctimai Şuraya seçkilərin təşkili və üzvlərin say həddinin müəyyən edilməsi, eləcə də seçki gününün müəyyən edilməsi məsələləri müzakirə edilib.

Dövlət Komitəsi sədrinin birinci müavini, Seçki Komissiyasının sədr müavini Səyyad Salahlı İctimai Şuranın fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, bu il vətəndaş cəmiyyəti institutlarının təmsilçiliyini genişləndirmək məqsədilə İctimai Şuranın üzvlərinin say həddinin 7 nəfər müəyyən olunması məqsədəuyğundur.

Qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanması və başa çatması vaxtı barədə elan verilib və İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi üçün 13 may 2020-ci il tarixindən 20 iyun 2020-ci il tarixinədək vaxt müəyyənləşdirilib. Həmin müddət ərzində ictimai fəallar tərəfindən müraciətlər daxil olub. Sənədlər yoxlanılaraq qəbul olunub və Seçki Komissiyasının üzvlərinə təqdim edilib.

Daha sonra Komissiya üzvləri - “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova, "SAF Həyat Naminə" Gənclər İctimai Birliyinin sədri Dinara Bayramlı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, “Sağlam Yaşa” gənclərin maarifləndirilməsi İctimai Birliyinin sədr müavini Tələt Qəribov, "Dəyər" Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Qarayeva da şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.

Görüşün yekununda Seçki Komissiyasının Protokolu hazırlanıb. Protokola əsasən, şuranın üzvlərinin say həddi 7 üzvdən ibarət tərkibdə müəyyən edilib və İctimai Şuraya seçki gününün keçirilməsi üçün nəzərdə tutulan müddətin pandemiya şəraiti nəzərə alınmaqla sentyabr ayına təyin edilməsi qərara alınıb.

Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 11 nəfərin namizədliyi təsdiq edilib
Hindistan və Çin arasında müzakirələr aparılıbHindistan-Çin sərhəd ərazilərində faktiki nəzarət xətti ətrafında vəziyyətin tənzimlənməsi istiqamətində Hindistan və Çin, mövcud diplomatik və hərbi kanallar vasitəsi ilə müzakirələr apardı.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, 5 iyul, 2020-ci il tarixində Hindistan və Çinin sərhəd məsələsi üzrə xüsusi nümayəndələri, Hindistanın milli təhlükəsizlik müşaviri Şri Acit Doval və Çinin dövlət məsləhətçisi və xarici işlər naziri cənab Vang Yi telefon danışığı apardı.

Həmçinin, Hindistan-Çin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizminin (WMCC) 10 iyul, 2020-ci il tarixində iclası keçirildi.

Bu görüşlər çərçivəsində tərəflər, ikitərəfli müqavilələrə və protokollara uyğun olaraq sərhəddə
sülh və əmin-amanlığın tam bərpası məqsədilə faktiki nəzarət xətti boyunca qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhəd ərazisində gərginliyin aradan qaldırılması barədə razılığa gəldilər.

Bu çərçivədə Hindistanın və Çinin Baş Komandirləri 14 iyul, 2020-ci il tarixində Çuşulda dördüncü iclaslarını keçirdilər.

Komandirlər, aparılan qoşunların çıxarılması prosesinin gedişatını nəzərdən keçirərək, ən qısa zamanda qoşunların tamamilə çıxarılmasını təmin etmək istiqamətində gələcək addımları da müzakirə etdilər.

Hər iki tərəf, qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhədində sülh və əmin-amanlığın tam bərpası hədəfinə sadiqdir.

Tərəflər, bu nəticələrin əldə olunması istiqamətində diplomatik və hərbi sahələrdə təması davam etdirəcək.

Media brifinqində, faktiki nəzarət xətti boyunca qoşunların çıxarılması prosesinin mürəkkəb olması və bu səbəbdən, əsassız və qeyri-dəqiq məlumatlara yol verilməməsi tələbi vurğulandı.

Hal-hazırda Qərb hissədə aparılan qoşunların çıxarılması prosesi, xüsusilə faktiki nəzarət xətti boyunca qarşıdurma vəziyyəti və qoşunların yaxın yerləşdirilməsinin həll edilməsinə yönəldilmişdir. Bu, yüksək hərbi komandirlər arasında razılaşmaya əsaslanır. Hər iki tərəf faktiki nəzarət xəttinin onlara aid tərəfindəki daimi postlarına doğru geri çəkilmək üçün müəyyən nöqtələr üzrə razılığa gəlib. Bu, qarşılıqlı razılaşdırılmış hər iki tərəfin atacağı addımlardır və davam edən bir prosesdir. Hindistanın faktiki nəzarət xəttinə dair mövqeyində heç bir dəyişiklik yoxdur. Hindistan, faktiki nəzarət xəttinin gözlənilməsində və riayət edilməsində tam qərarlıdır. Faktiki nəzarət xətti boyunca status-kvonu dəyişdirmək istiqamətində edilən hər hansı birtərəfli cəhdlər qəbul edilməzdir.
23 ölkə təhlükədə: Əhalisinin yarısı yox olacaq - ARAŞDIRMAƏsrin sonuna qədər 23 ölkənin əhalisinin sayı yarıbayarı azalacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universitetinin elm adamları tərəfindən aparılan araşdırmada deyilir.

Proqnozlara görə, 2100-cü ildə hazırda 1,4 milyarda yaxın əhalisi olan Çidə insanların sayı 732 milyona qədər düşə bilər. Yaponiya, İtaliya və Cənubi Koreyada da sürətli əhali azalması gözlənilir. Yaponiya əhalisinin 126 milyondan 53-ə, İtaliyanın 61 milyondan 28-ə enəcəyi bildirilir.

Araşdırmaya əsasən, əsrin sonuna qədər dünya miqyasında doğuşlar 1,7%-dən aşağı düşəcək. Bundan başqa, 2064-cü ildə dünya əhalisinin sayının 9,7 milyarda çatacağı, 2100-cü ildə isə 8,8 milyarda geriləcəyi gözlənilir.

Bu proqnozların əksinə, Afrika qitəsində əhali sayının 3 qat arta biləcəyi qeyd edilir.
İranlı deputat: “Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”“Qarabağ islam torpağıdır, Azərbaycanın ərazi bütövlüyü daxilindədir və belə də qalacaq”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Ərdəbil əyaləti parlament deputatları assambleyasının sədri və parlamentin iqtisadi komissiyasının sədr müavini Seyid Kazim Musəvi Ermənistan ordusunun Azərbaycanın Tovuz rayon bölgəsində törətdiyi təxribata münasibət bildirərkən “Twitter”də deyib.

“Tovuzda qardaşlarımızın şəhid olması çox kədərli və ağırdır. Bu münasibətlə Azərbaycan xalqına, xüsusi ilə şəhid ailələrinə başsağlığı verirəm. Ali rəhbərin açıq bəyanına görə, Qarabağ islam torpağıdır, Azərbaycanın ərazi bütövlüyü daxilindədir və belə də qalacaq. Azərbaycan Respublikasının ərazi bütövlüyü qorunmalıdır”, - deyə o qeyd edib.

Ürəyindən əməliyyat olunan gənc  əsgərlərin yanına getdiÜrəyindən əmiliyyat olmuş 20 yaşlı Abşeron sakini Mehman Əliyoldaşov könüllü olaraq cəbhədə xidmət etmək üçün Tovuzun Ağdam kəndinə gedib.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalist İlkin Muradov qeyd edib.

O bildirib ki, 20 yaşlı gənc səhhətli ilə bağlı əsgərlikdə olmasa və hərbi biliklərə yiyələnməsə də, əsgərlərə digər işlərdə kömək etmək istəyir:

“2000-ci il təvəllüdlü Mehman Əliyoldaşov Abşeron rayonu Hökməli qəsəbə sakinidir. Mehman bir neçə gündür Bakıdan çıxaraq Tovuza gəlib. O, könüllü şəkildə cəbhədə xidmət etmək istəyir. Ürəyindən əməliyyat olunan Mehmanın hərbi xidmətə getməsi mümkün deyil. Lakin o könüllüdür. Mehman deyir ki, Ağdama gəlməsindən ailəsinin xəbəri yoxdur. Yalnız Ağdama çatdıqdan sonra ailəsinə xəbər edib. Mehman yol maşını ilə Bakıdan çıxıb. Pulu olmayan Mehman yolda cəbhə bölgəsinə getdiyini deyərək, tanımadığı insanlardan yol pulu alıb. Sonra da Tovuza gəlib. Ağdam istiqamətində postlar olduğu üçün maşınlardan birinin yük yerində gizlənib. Ağdam kəndi ərazisində postda xidmətdə olan hərbçilər və polis əməkdaşları onu görüblər.

Mehman hazırda Ağdam yaxınlığındadır. Könüllü olaraq cəbhəyə getmək, əsgərlərə kömək etmək istəyir. Mehman deyir ki, ən azından burada qalıb, əsgərlərə istənilən işdə kömək etmək istəyir”.