Sizin Reklam Burada

Beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyi bir daha dəstəkləndi

Beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyi bir daha dəstəkləndiPrezident İlham Əliyev Nazirlər Kabinetinin son müşavirəsində ölkəmizlə bağlı bir çox vacib məqamlara toxunaraq, çox ciddi mesajlar verdi.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

R.Qonaqov deyib: “Cənab Prezident haqlı olaraq bildirdi ki, Azərbaycan diplomatiyası hücum diplomatiyası olmalıdır, müdafiə və passiv diplomatiya olmamalıdır.

XİN qarşısında indiki həssas məqamda daha çevik, daha effektiv qərarların verilməsi durur. Belə ki, xarici ölkələrdəki mətbuatla, xarici ölkə səfirlikləri və nümayəndəliklərlə iş, Azərbaycanın iqtisadi maraqlarının müdafiəsi, vətəndaşlarımızın hüquqlarının qorunması, diaspor təşkilatları ilə səmərəli işin qurulması, beynəlxalq təşkilatların ikili standartlardan irəli gələn qərəzli ittihamlarına cavab, düşmənin diplomatiya sahəsində də susdurulması pioritet məsələlərdir.

Lakin, bütün bunlarla yanaşı son zamanlar beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyi bir daha dəstəkləndi. Ölkəmiz Türkiyədən bir daha dostluq və qardaşlıq münasibəti gördü. Pakistan ölkəmizin haqlı mövqeyini birmənalı dəstəklədi. Eyni zamanda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, bəzi Avropa ölkələri ölkəmizə öz dəstəklərini ifadə etdilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər