QHT sədri: İlham Əliyevin göstərişi ilə aparılan yeniliklər məni çox qürurlandırırNailə İsmayılova
"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevirdə səfərdə olub. Ölkə başçısı doğma şəhərimizin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur.

2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasında məsuliyyətsizlik və səhlənkarlıq nəticəsində baş verən qəzadan sonra ölkə başçısı cənab İlham Əliyevin göstərişi və sərəncamı ilə stansiyada yenidənqurma işləri aparıldı. Stansiyanın əsaslı yenidənqurulmasından sonra istifadəyə verilməsi ilə bağlı açılışında iştirak edən cənab prezident İlham Əliyev geniş nitq söyləmişdir. O, nitqində söyləyərək bildirmişdir ki, Azərbaycanın ən böyük sənaye şəhərlərindən olan Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Ölkə başçısı onu da qeyd etmişdir ki, məhz ümummilli liderin uzaqgörənliyi və məqsədyönlü atılan bu kimi addımların səmərəliliyi nəticəsində ölkəmiz ayaqda durmuşdur.
Cənab prezidentin söylədiyi kimi, 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan son 16 il ərzində 30 elektrik stansiyasının tikintisinə nail olmuş və bu gün 3 xarici ölkəyə elektik enerjisi ixrac edir. 2 ildən az bir müddətdə stansiya yenidən quruldu və səkkiz blokun səkkizi də işlək vəziyyətə gətirildi. Bəlkə də stansiyanın ömrü bir 50 il də uzadıldı. Ölkədəki elektrik veriliş xətləri yenilənir, şəbəkə qurulub, generasiya gücləri yaradılıb, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrə yüksəkgərginlikli xətlər var.

Doğulub böyüdüyüm Mingəçevir şəhərində ölkə başçımız İlham Əliyevin göstərişi ilə aparılan yeniliklər məni çox qürurlandırır. Mənim kimi bir çoxlarımızın uşaqlıq və gəncliyimizin şəhəri olan Mingəçevir ölkə başçımızın daim diqqət və qayğısı ilə bundan sonra da əhatə olunacağından əminəm.

Kürdə daha bir meyit tapıldıSabirabadda Kürdə batan Hacıqabul sakininin meyiti tapılıb.

Avrasiya.net xəbər verir ki, Kür çayının rayonun Ulacalı kəndi ərazisindən keçən hissəsində batan, Hacıqabul rayonunun Qarasu kənd sakini, 1956-cı il təvəllüdlü Soltanov Teymur Məhəmmmədrza oğlunun meyiti Bulduq kəndində tapılaraq sudan çıxarılıb.

Qeyd edək ki, 5 uşaq atası olan T.Soltanov ötən gün Kür çayına yıxılaraq batıb.

"İlham Əliyevin 3 günlük əmri nəticəsində Ermənistanda hərbi xunta darmadağın oldu"Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Azərbaycan” İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı tədbirdə və Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışındakı geniş nitqi ilə bağlı "Avrasiya.net" saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib ki, demək olar hər gün cənab Prezident İlham Əliyev və hörmətli vitse-prezident Mehriban Əliyeva bölgələrdə olur və yeni-yeni müəssələrin açlışlarında iştirak edir:"

Biz bunun hər gün şahidi oluruq. Dünən İlham Əliyev Gəncədə modul tipli xəstəxanın açlışında, Samux rayonunda məcburi köçkünlər üçün evlər tikintisində və Mingəcevirdə yeni enerji sisteminin qurulmasının açlışında olur. Nəzərə alsaq ki, bu gün dünyada və o cümlədən Azərbaycanda sərt karantin rejimi var. Və bu gün bir çox dünya liderləri özlərini təcrid vəziyyətində saxlyır. Hətta bir çıx prezidentlər iqamətgahlarından kənara çıxmırlar. Öz ailələrindən başqa heç kimlə təmasa olmurlar. Ancaq biz pandemiya elan olunan bu günə qədər qeyd etdiyim kimi, həm cənab Prezident , həm də Mehriban xanım sosial yönümlü layihələrin açlışlarında olurlar və hər dəfə vətəndaşlara müraciət edərək, koronavirusla mübarizənin vacibliyindən bəhs edirlər. Özləri maska taxmaqla xalqa lazım olan tövsiyyələrini, mesajlarını verirlər."
Niyaməddin Orduxanlının sözlərinə görə, Mingəçevirdə enerji qurulmasının tarixi ümummilli lider Heydər Əliyevin səyləri nəticəsində baş vermişdir:" Azərbaycanın enerji sisteminin qurulması mərhum Heydər Əliyev Azərbaycana 1969-cu ildən rəhbərlik etdiyi dövrə təsadüf edir. Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində Azərbaycan energetikasının inkişaf etdirilməsi və müasir sistemin qurulması, ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu addımı idi. Bilirsiniz ki, bir necə il bundan qabaq Mingəçevirdə enerji blokları partlamışdır və çox ciddi problemlə üz üzəydik. Həmin saatlarda Bakı metrosunda minlərlə vətəndaşımız köməksiz vəziyyətdə qalmışdır. Polislərin və digər strukturların səyi nəticəsində bir nəfər itki vermədən vətəndaşlarımızı xilıas edə bildik. Bundan sonra Mingəçevirdə İlham Əliyevin tapşırığı ilə dünyanın ən müasir enerji sisteminin qurulması tapşırığı oldu və dünən biz həmin enerji sisteminin açlışının şahidi olduq."

Politoloqun fikirlərinə görə, cənab Prezidentin hərbi hissədəki nitiqi də diqqət çəkən məqamdır:" Bu gün prezident İlham Əliyevin proritet istiqaməti ordu quruculuğu ilə bağlıdır. Və bu istiqamətdə uzun illərdi ardıcıl olaraq aparılır. Bu səbəbdəndir ki, artıq Azərbaycan ordusu dünyanın ən inkişaf etmiş 50 ordusunun sıralarına daxil olub. Azərbaycanda müasir ordu quruculuğu, bu prosesdə Azərbaycan standartlarının yaradılması və tətbiqinin uğurlu nəticələri, şəxsi heyətin təminatı məsələlərinin yüksək səviyyədə həll olunması, hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi bir başa ali baş komandan İlham Əliyevin diqqətinin nəticəsidir. Azərbaycan ordusunun ən müasir tələblər səviyyəsində silah sursat təchizatı, bu istiqaməydə hərbi sənayenin yaradılmasınln mühüm rolu, hərbi hazırlığın yüksək səviyyədə təşkil olinması, ordumuzun dünyanın güclü orduları sırasında yer alması və qarşısına qoyan istənilən vəzifəni yerinə yetirmək gücünə malik olmasını da əlavə edərdim. Hər il dövlət büdcəsindən Ermənistanın ümumu büdcəsindən artıq ordumuza vəsait ayırmağımız və dünyanın ən inkişaf etmiş İsrail dövlətindən və digər dövlətlərdən ən müasir silah-sürsat almağımız həmin siyasətin tərkib hissəsidir. Aprel döyüşlərində biz bunları ermənilərə canlı şəkildə göstərə bilmişik. Bu gün ermənilər Azərbaycanın ordusundan hansə imkan malık olduğunu çox yaxşı bilir. İlham Əliyevin 3 günlik aprel döyüşləri nəticəsində Ermənistanda hakmiyyət dəyişkiliyi baş verdi. Səhrə komandirləri olmuş Sərksiyan-Köçariyan hakimiyyəti darmadağın olundu. Buna qədər Ermənistanda bu xuta komandirlərinin bir mifi hökm sürürdü".

QHT sədrinin sözlərinə görə, radikal müxalifətin antimilli mahiyyəti, onların "Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır" kimi düşmən mövqeyinin ifşa olunması faktdır:" Bu gün radikal müxalifətin bu siyasət yürütməsinin əsas şərti xarici dairələrinin tapşırığı əsasında həyata keçirilir. Bunun üçün kifayət qədər maliyyə vəsaiti ayrılır. Təbii ki, bu məsələdə güclü erməni diasporasının rolu böyükdür. Ermənilər birbaşa və ya dolayısı ilə həmin qüvvələrlə maliyyə dəstəyi verir. İmkan düşdükcə Azərbaycan dövlətinin imicinin korlanmasında yaxıdan iştirak edirlər. Radikal müxalifət dünənə qədər Ermənistanda Paşinyan hakmiyyətini "demokratik hakmiyyət" adlandırıdı və təqdir edirdi. Ancaq son günlərdə Ermənistanda antidemokratiya və diktaturanın ifşa olunması faktına heç bir reaksiya vermir. Paşinyanın qeyri-qanunu həbslərinə münasibət bildirmir. Bu gün Ermənistanda onlarla QHT sədri, partiya sədrləri, jurnalistlər, bloqerlər həbsdədir. Keçmiş hərbiçilər, genereallar, nazirlər və digrə dövlət qurumlarından çalışan şəxslər həbs edilib. Bütün bunları Paşinyan edib."
Koronavirusla mübarizə sahəsində sərtləşdirmə tədbirləri zəruridirHikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri

Ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq üçün zəruri və effektiv tədbirlər davam etdirilir. Bunun nəticəsidir ki, virusun yayıldığı ilk mərhələdə yoluxma sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyəyə düşdü, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxanların sayını xeyli üstələdi.

Lakin əfsuslar olsun ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlandı, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı. Buna görə də son zamanlar gün ərzində koronavirusa yoluxma sayının hətta 600 nəfərə yaxınlaşmasının şahidi oluruq. İnfeksiya səbəbindən tətbiq edilən məhdudiyyətlər aradan qaldırıldıqca ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının çoxalmasına səbəb isə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, sosial izolyasiya tədbirlərinə əməl edilməməsi, xüsusilə maska taxılmaması olmuşdur.

Sanki karantin rejiminin yumşaldılması insanlarımızda müəyyən arxayınlıq yaratdı, yumşalmış karantin dövründə vətəndaşlarımızın bir qismi qoyulan qaydalara kifayət qədər riayət etmədi. Buna görə də ölkəmizdə yoluxmaların və ölümlərin xeyli artmasına gətirib çıxardı. Belə olan təqdirdə isə yeganə çıxış yolu karantin rejiminin sərtləşdirilməsi və cərimələrin tətbiqidir. Artıq xarici ölkələrdə də koronavirusla mübarizə sahəsində sərtləşdirmə tədbirləri, yeni məhdudlaşdırmaların tətbiqi, qaydaların pozulması ilə bağlı cəzaların tətbiqi, həmçinin yoluxma və ölüm hallarının artması, səhiyyə orqanlarının fəaliyyətində çatışmazlıqlar, fərdi qaydada insanların üzləşdiyi çətinliklər barədə çoxlu sayda məlumatlar eşidirik. Əgər virusa yoluxanların sayı sağalanların sayını üstələyəcəksə o zaman ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır.

Təəssüf ki, bəzi vətəndaşlarımız pandemiyanın fəsadlarını tam dərk etməyərək, mövcud vəziyyətə uyğunlaşmaq istəmirlər. Lakin bu insanlar sərgilədikləri məsuliyyətsizlik və laqeydliklə öz ailə üzvlərini, dostlarını, qonşularını, iş yoldaşlarını, bütövlükdə cəmiyyətimizi böyük risk altında qoyurlar. Ona görə hər birimiz həmrəylik nümayiş etdirərək, bəhanə göstərmədən qapalı məkanlarda mütləq tibbi maskadan istifadə etməli, sosial məsafəni maksimum dərəcədə qorumalı, şəxsi gigiyena qaydalarına diqqət etməli və ən önəmlisi, bu günlərdə zərurət olmadıqca evdən çıxmamalıyıq. Ancaq bu çətin günlərdə birlik və həmrəylik göstərərək və hökumətimizin bizim sağlamlığımız üçün qəbul etdiyi qərar və tövsiyələrə əməl edərək, bu xəstəliyə qalib gələ bilərik.
"Son 17 ildə ordumuz dünyanın ən güclü orduları sırasına yüksəlib"Hazırda Silahlı Qüvvələrimiz dünyanın ən güclü orduları ilə müqayisə olunacaq səviyyədədir. Ölkə rəhbərliyinin orduya xüsusi önəm verməsi Silahlı Qüvvələrimizin vətənpərvərlik hissini daha da gücləndirir. Hazırda Silahlı Qüvvələrimiz dünyanın ən aparıcı ölkələrinin orduları ilə müqayisə olunacaq səviyyədədir...

Bu sözləri Silahlı Qüvvələrimizin yaradılmasının 102 illiyi ilə bağlı danışarkən, siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib.

Politoloq əlavə edib ki, məhz 102 il öncə, 1918-ci ilin iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə Xalq Cümhuriyyətinin ilk müstəqil ordusu yarandı. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı.

Silahlı Qüvvələrimizin yarandığı 26 iyun tarixini əbədiləşdirmək məqsədilə, Ümummilli Lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun tarixi Silahlı Qüvvələr günü elan edilmişdir.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyət başına qayıdışından sonra hər sahədə olduğu kimi, ordu sahəsində də geniş və xüsusi islahatlar aparılmağa başlandı. Ordu quruculuğuna xüsusi əhəmiyyət verən Heydər Əliyev nizami və qüdrətli ordu yaradılmasına müvəffəq oldu. 2003-cü ildən isə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsilə, ordu quruculuğunda daha yeni mərhələlər başlandı. Ulu Öndər Heydər Əliyevin siyasi yolunu və dövlətçilik ideologiyasını layiqincə davam etdirən cənab İlham Əliyev Ulu Öndərin qurub ərsəyə gətirdiyi Silahlı Qvvəllərimizi daha da inkişaf etdirdi. Və təsadüfi deyil ki, bu gün Azərbaycan ordusu bütün Cənubi Qafqazın ən güclü və ən qüdrətli ordusu hesab olunur. Möhtərəm cənab İlham Əliyevin məhz ölkəmizin tərəqqisi və inkişafı yolunda əzmlə çalışmasının təzahürü olaraq bu günkü Silahlı Qüvvələrimiz dünyanın inkişaf etmiş aparıcı ölkələrinin qüdrətli ordularının potensialı ilə müqayisə ediləcək səviyyədə ölçülür. Artıq dünaynın ən inkişaf etmiş güclü orduları sırasında Azərbaycan ordusu da özünməxsus yer almaqdadır. Təbii ki, ölkə rəhbərliyinin, möhtərəm cənab Prezidentin qabaqcıl addımları, uzaqgörən siyasəti, hörmətli birinci vitse-prezident Mehriban xanım Əliyevanın da xüsusi xidmətləri və çalışmaları sayəsində bütün ölkəmiz və Silahlı Qüvvələrimiz sürətlə inkişaf edir.

Azərbaycan ordusu düşmən üzərində də hər zaman üstünlüyü təmin etmişdir. 2016-cı ilin aprel döyüşlərində də Silahlı Qüvvələrimiz düşmən ölkənin ordusunu darmadağın edərək bütün erməni ictimaiyyətini, dünyadakı bütün ermənipərəst qüvvələri qorxuya saldı. Bu gün Azərbaycan ordusu yenilməz gücə malikdir və Silahlı Qüvvələrimizdə də vətənpərvərlik hissləri sonsuz səviyyədədir. Ölkə rəhbərliyinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyimizin qorunması yönündə atdığı bütün qabaqcıl addımları sayəsində daxildə bütün dinamika qorunmaqda və inkişaf etdirilməkdədir. Məhz Silahlı Qüvvələrimizdəki güclü vətənpərvərlik, ölkə rəhbərliyinin də yüksək qayğı və diqqəti ordumuzun gücünü birə min artırmış olur. Dövlət başçısının yüksək qayğı və diqqətinin nəticəsidir ki, bu gün Azərbaycan əsgəri torpaqlarımızın qorunması və habelə işğal altında olan ərazilərimizin bərpası üçün ölümə belə hazırdır. Aprel döyüşlərində xalqımız və ordumuzun birliyi bunu sübut etdi. Silahlı Qüvvələrimiz hər an Ali Baş Komandanın əmrinə hazır vəziyyətdədir. Dövlət başçısının qarşıya qoyduğu ən mühüm məqsəd və məsələ ölkəmizin hüdudlarının, suverenliyinin, təhlükəsizliyinin və sabitliyinin qorunması, xalqımızın rahat yaşamının təmin edilməsi məsələsidir ki, bu gün bunlar hamısı ən yüksək səviyyədə təmin edilmişdir və bu gün ölkəmiz çox yüksək səviyyədə qorunmaqdadır.

Möhtərəm cənab Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğı, ordu quruculuğuna dair həyata keçirtdiyi yüksək strategiyalar, görülən əməli işlər Azərbaycan ordusunu regionun ən güclü və qüdrətli ordusuna çevirmiş və bölgənin ən güclü ordusu olmaqla yanaşı dünyanın ən aparıcı orduları ilə müqayisə olunacaq səviyyəyə yüksəlmişdir. Möhtərəm cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 17 ildə Azərbaycan ordusunun inkişafı ilbəil yenilənmiş və bu gün də Silahlı Qüvvələrimiz öz yüksək inkişaf mərhələsindədir. Cənab İlham Əliyevin qabaqcıl və uzaqgörən siyasəti nəticəsində, dəqiq qurulmuş hərbi struktur idarəçiliyi və həmçinin Dövlətimizin Başçısının yüksək Ali diplomatiyası sayəsində hazırda Azərbaycan dünya birliyinə hərbi təyinatlı məhsullar, və hərbi sursatlar ixrac etməkdədir. Bu gün Azərbaycanın hərbi məhsullarına dünya birliyində sifarişlər gəlməkdədir. Hazırda Azərbaycanın hərbi büdcəsi ermənistanın dövlət büdcəsindən qat-qat çoxdur. Bütün bu faktorlar ordumuzun gücünü birə min artırır. Möhtərəm cənab Ali Baş Komandanın həyata keçirtdiyi yüksək ordu quruculuğu və ordudakı islahatlar, Azərbaycan ordusunun arsenalına verilən güclü silahlar, orduya göstərilən xüsusi qayğı və diqqət Azərbaycan ordusunu yenilməz və məğlubedilməz edir.
Yaşasın qüdrətli Azərbaycan ordusu!

ALLAH ölkəmizi, dövlətimizi, xalqımızı, əsgərlərimizi və bütün Silahlı Qüvvələrimizi qorusun, ordumuza güc və qüvvət versin! AMİN
Azərbaycanda məhkəmə hakimi koronavirusdan ÖLDÜBakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Eyyub oğlu Məmmədov Astarada müalicə aldığı xəstəxanada koronavirusdan 55 yaşında vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu haqda mərhumun tələbə yoldaşı, millət vəkili Fazil Mustafa bildirib:

"Allah günahlarını bağışlasın! Ruhunu şad etsin. Xəstəliklə zarafat etməyin, özünüzü, yaxınlarınızı qoruyun!”.

1965-ci il təvəllüdlü Namiq Məmmədov daha əvvəl Bakı şəhəri 14 və 4 saylı Hüquq məsləhətxanalarında vəkil, Ağdam Rayon Məhkəməsində, Şirvan və Şəki Apellyasiya məhkəmələrində hakim işləyib.

Allah rəhmət eləsin…


Azərbaycanda daha 517 yoluxma, 7 ölümAzərbaycanda 517 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 305 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.





AZAL Bakı-İstanbul-Bakı reysinə bilet satışına BAŞLADIAzərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanıb.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən İyulun 2-dən Avqusutun 29-dək AZAL aviaşirkəti həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək.

Qeyd etməliyik ki, "Azərbaycan Hava Yolları"ndan başqa, iyulun 1-dən etibarən "Türk Hava Yolları" da Bakı və İstanbul arasında həftədə iki dəfə (çərşənbə və cümə günlər) uçuşlar yerinə yetirəcək.

Beləliklə, iyulun 1-dən etibarən Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə dörd dəfəyədək artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə Azərbaycana qayıtması üçün imkan yaranacaq. Bundan əlavə, həmin reyslərdə AZAL xarici ölkələrdə təhsil alan, miqrasiya vəsiqəsində müvafiq qeyd olan Azərbaycanlı tələbələrə 30% güzəştlə aviabilet təqdim edəcək.

AZAL-ın saytında aviabilet alışı zamanı tələbələr miqrasiya vəsiqəsinin surətini aviaşirkətin çağrı mərkəzinə göndərməlidirlər və onlara güzəştli aviabiletin dəyərinin ödənilməsi üçün link göndəriləcək. Xüsusilə qeyd etmək lazımdır ki, miqrasiya vəsiqəsinin əsli hava limanında qeydiyyat zamanı təqdim edilməlidir. Miqrasiya vəsiqəsi olmadığı təqdirdə sərnişin reysə buraxılmayacaq.

Yeni qaydalara uyğun olaraq yalnız koronavirus (COVID-19) testindən keçmiş sərnişinlər uçuşlara buraxılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz:

- İnci laboratoriyası. Ünvan: Bülbül prospekti, 40. Əlaqə telefonu: +994 51 229 49 80;

- Referans kliniki laboratoriya mərkəzi. Ünvan: Mirzəbala Məmmədzadə küçəsi. Əlaqə telefonu: +994 70 653 00 33;


- Memorial Klinik. Ünvan: Qara Qarayev prospekti, 38a. Əlaqə telefonu: +994 12 520 30 40.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən "Memorial Sağlık Grubu" klinikaları və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan digər klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir: https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə Nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

İstənilən halda test uçuşdan ən gec 48 saat əvvəl verilməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, həmin reyslə Bakıya gələn bütün sərnişinlər iki həftəlik özünütəcrid rejiminə keçməli olacaqlar. Bu məqsədlə, uçuş zamanı özünütəcrid rejimində ola biləcəkləri yaşayış ünvanını qeyd etməklə bəyannamə doldurmalı olacaqlar. 8103 nömrəsinə SMS göndərməklə alınan icazə həmin şəxslərə şamil olunmur.

AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın əl çantasının və ya kişi portfelinin, yaxud 30x35x10 sm ölçüdən böyük olmayan portativ kompyüter üçün çantanın (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir. "Duty Free" mağazalarından alınan əşyaların da təyyarədə əl yükü qismində daşınması qadağandır.

Xatırladaq ki, COVID-19 pandemiyası dövründə həyata keçirilən reyslərdə həm gediş və gəliş hava limanlarında, həm də təyyarənin göyərtəsində xüsusi qaydalar tətbiq olunur. "Azərbaycan Hava Yolları" tərəfindən hazırlanmış videotəlimatı buradan izləyə bilərsiniz: https://youtu.be/-s-0s4o1L2M
Komitə sədri veteranlarla onlayn görüş keçiribMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Azərbaycan Silahlı Qüvvələrin yaranmasının 102-ci ildönümü ilə bağlı Qarabağ Əlilləri Cəmiyyətinin sədri, ehtiyatda olan polkovnik Mehdi müəllim, Çernobıl Əlliləri Cəmiyyətinin sədri Mirhəsən müəllim və cəmiyyətin digər üzvləri ilə video konfrans keçirib.

Avrasiya.net-in xəbərinə görə, millət vəkili bildirib ki, Çernobıl hadisələrinin şahidi, eyni zamanda Qarabağ döyüşlərində yaxından iştirak edərək sağlamlığını itirmiş Aris Məmmədov da Azərbaycanın bu gün ordusunun qüdərti ilə fəxr etdiyini və istənilən vaxt bu ordunun tərkibində Vətən uğrunda döyüşə getməyə hazır olduğunu vurğulayıb:

"Konfrans iştirakçılarının hər biri başda Ali Baş Komandanımız cənab İlham Əliyev olmaqla, bütün xalqımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik ediblər".
İkinci dalğanın yaşanacağı ÖLKƏLƏRİN SİYAHISI açıqlandıKoronavirus pandemiyasının ikinci dalğasının yayılma ehtimalı ən yüksək olan ölkələrin siyahısı hazırlanıb.

Publika.az “Qardiyan”a istinadən xəbər verir ki, mövzu ilə bağlı İngiltərənin nüfuzlu Oksford Universiteti araşdırma aparıb.

Bir çox ölkədə qabaqlayıcı tədbirlərin yumşaldılması səbəbilə yenidən yoluxmalarda artımın qeydə alınmasından sonra 45 ölkədən 25 min yoluxma üzərində araşdırma həyata keçirən universitetin siyahısı belədir:

Almaniya
Ukrayna
ABŞ
İsveçrə
Banqladeş
Fransa
İsveç
İran
İndoneziya
Səudiyyə Ərəbistanı

Türkiyə, Belçika, Kanada, Polşa, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, İtaliya, İspaniya, Sinqapur və Niderland isə karantin rejiminin yumşaldılmasına rəğmən, yoluxma saylarında böyük artımların olmadığı ölkələr siyahısına daxil edilib.