Sizin Reklam Burada

QHT sədri: İlham Əliyevin göstərişi ilə aparılan yeniliklər məni çox qürurlandırır

QHT sədri: İlham Əliyevin göstərişi ilə aparılan yeniliklər məni çox qürurlandırırNailə İsmayılova
"Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevirdə səfərdə olub. Ölkə başçısı doğma şəhərimizin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur.

2018-ci ildə “Azərbaycan” İstilik Elektrik Stansiyasında məsuliyyətsizlik və səhlənkarlıq nəticəsində baş verən qəzadan sonra ölkə başçısı cənab İlham Əliyevin göstərişi və sərəncamı ilə stansiyada yenidənqurma işləri aparıldı. Stansiyanın əsaslı yenidənqurulmasından sonra istifadəyə verilməsi ilə bağlı açılışında iştirak edən cənab prezident İlham Əliyev geniş nitq söyləmişdir. O, nitqində söyləyərək bildirmişdir ki, Azərbaycanın ən böyük sənaye şəhərlərindən olan Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Ölkə başçısı onu da qeyd etmişdir ki, məhz ümummilli liderin uzaqgörənliyi və məqsədyönlü atılan bu kimi addımların səmərəliliyi nəticəsində ölkəmiz ayaqda durmuşdur.
Cənab prezidentin söylədiyi kimi, 1990-cı illərdə xaricdən elektrik enerjisi alan Azərbaycan son 16 il ərzində 30 elektrik stansiyasının tikintisinə nail olmuş və bu gün 3 xarici ölkəyə elektik enerjisi ixrac edir. 2 ildən az bir müddətdə stansiya yenidən quruldu və səkkiz blokun səkkizi də işlək vəziyyətə gətirildi. Bəlkə də stansiyanın ömrü bir 50 il də uzadıldı. Ölkədəki elektrik veriliş xətləri yenilənir, şəbəkə qurulub, generasiya gücləri yaradılıb, yarımstansiyalar tikilir, bütün qonşu ölkələrə yüksəkgərginlikli xətlər var.

Doğulub böyüdüyüm Mingəçevir şəhərində ölkə başçımız İlham Əliyevin göstərişi ilə aparılan yeniliklər məni çox qürurlandırır. Mənim kimi bir çoxlarımızın uşaqlıq və gəncliyimizin şəhəri olan Mingəçevir ölkə başçımızın daim diqqət və qayğısı ilə bundan sonra da əhatə olunacağından əminəm.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər