24 bələdiyyə sədri ilə bağlı cinayət xarakterli materiallar prokurorluğa göndərilib - RƏSMİPrezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamız dinamik inkişaf yolunda inamla irəliləyir, müasir çağırışlara uyğun genişmiqyaslı islahatlar həyata keçirilir, təhlükəli sosial bəla olan korrupsiyaya qarşı qəti mübarizə aparılır, yerli və mərkəzi icra orqanlarının fəaliyyətində yol verilən pozuntular aşkar olunaraq ən sərt tədbirlər görülür.

Bu barədə Ədliyyə Nazirliyinin (ƏN) mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, dövlət başçısının qanunun tələblərinə dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, şəffaflığın artırılması və korrupsiyanın yolverilməzliyi barədə göstərişləri ilə bağlı Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş Kollegiya iclasında verilmiş tapşırıqlara əsasən tabe qurumların kollektivləri ilə xüsusi karantin rejiminə əməl olunmaqla video-əlaqə vasitəsilə müşavirələr keçirilir:

"Bununla əlaqədar həmçinin, Ədliyyə Nazirliyində Bələdiyyələrlə iş mərkəzinin rəhbərliyinin, regional ədliyyə idarələri rəislərinin və aidiyyəti məsul işçilərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Müşavirədə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatların uğurlu nəticələri, vətəndaşların rifahına xidmət edən məqsədyönlü tədbirlərin həyata keçirilməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti vurğulanıb. Qlobal pandemiya ilə mübarizə çərçivəsində dövlətimiz tərəfindən COVİD-19 infeksiyasının daha geniş yayılmasının qarşısının alınması ilə bağlı ardıcıl qəti tədbirlərin görüldüyü qeyd olunub.

Dövlət başçısının korrupsiya və digər xoşagəlməz hallara qarşı qəti tədbirlərin görülməsi, o cümlədən bələdiyyələrin fəaliyyətində neqativ halların qarşısının alınması ilə bağlı tapşırıqlarından irəli gələn, həmçinin qanunçuluğun təmin olunması, onlara göstərilən metodiki köməyin və inzibati nəzarətin gücləndirilməsinə dair qarşıda duran vəzifələr müzakirə olunub".

Bələdiyyələrlə iş mərkəzinin rəisi Rəhman Məmmədov çıxış edərək nazirlik tərəfindən 2019-cu ildə 80 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarətin həyata keçirildiyini, 2.800-ə yaxın aktın nazirliyin təklifləri əsasında ləğv edildiyini və ya dəyişdirildiyi, habelə qanunsuz verilmiş 7.000 hektardan çox torpaq sahəsinin geri qaytarıldığını bildirib.

Qeyd olunub ki, pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib. İnzibati nəzarət zamanı müəyyən edilmiş hüquq pozuntuları və nöqsanların aradan qaldırılması və ya təkrar törədilməsinin qarşısının alınmasına önəm verilərək bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 9.200-dən artıq tövsiyə göndərilib.

Müşavirədə inzibati nəzarətlə bağlı nazirlik tərəfindən təqdim olunmuş illik məruzənin Milli Məclisin iclasında dinlənildiyi qeyd olunaraq, bələdiyyələrin fəaliyyəti ilə bağlı deputatların irəli sürdükləri təkliflər diqqətə çatdırılıb, bu sahədə inzibati nəzarətin səmərəliliyinin artırılmasının, yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularına metodoloji yardımın gücləndirilməsinin, şəffaflığın, hesabatlılığın və aşkarlığın təmin edilməsinin, o cümlədən yerli büdcənin qəbulu və icrasının qanunvericiliyin tələblərinə uyğun şəffaf həyata keçirilməsinin, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitindən və yerli büdcə vəsaitlərindən qanunauyğun və səmərəli istifadə olunmasının vacibliyi vurğulanıb.

İclasda həmçinin "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası çərçivəsində bələdiyyələrin fəaliyyətində elektron sənəd dövriyyəsinin tətbiqi, onların internetə çıxışının artırılmasına və internet səhifələrinin açılmasına kömək edilməsi, bələdiyyələrlə iş portalının yaradılması işinin sürətləndirilməsi, kütləvi informasiya vasitələrindən, internet informasiya ehtiyatlarından istifadə etməklə yerli büdcənin hesabatlılığının təmin edilməsi ilə bağlı bələdiyyələrlə iş aparılması barədə və digər məsələlər müzakirə olunub.
BP 10 min əməkdaşını işdən çıxardırBöyük Britaniyanın BP neft şirkəti koronavirus pandemiyasının iqtisadi fəsadları və bərpa olunan enerji mənbələri ilə işə mərhələli keçidilə əlaqədar olaraq bütün dünyada 10 min əməkdaşı ixtisar edəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Bernard Luninin əməkdaşlara ünvanladığı məktubda deyilir.

Qeyd olunur ki, ümumilikdə şirkətin əməkdaşlarının 15 faizi ixtisara düşəcək. Onların böyük əksəriyyəti bu il ərzində işdən azad ediləcək.

Qobustanda 7 əməkdaş koronaya yoluxdu, şöbə bağlandıİyun ayının 8-i DSMF-in Qobustan rayon şöbəsinin müdiri İrşad Həsənov da daxil olmaqla, 7 nəfər əməkdaşda koronavirus (COVİD-19) test nəticələri pozitiv çıxıb.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov deyib. O bildirib ki, şöbə müdiri hazırda xəstəxanada müalicəsini davam etdirir, digər əməkdaşlar isə evdə müalicə alır:

"Bu gün Şöbədə infeksiyaya qarşı xüsusi kimyəvi maddələrlə növbəti dezinfeksiya işləri həyata keçirilib. Dezinfeksiya işləri yekunlaşdıqdan sonra şöbə fəaliyyətinə əvvəlki qaydada davam edəcək".
Oğuzda 17 yaşlı qız intihar etdiOğuzda yeniyetmə qız özünü asıb.

"Report"un məlumatına görə, hadisə rayonun Zərrab kəndində baş verib.

Kənd sakini, 2003-cü il təvəllüdlü Ülviyyə Bəxtiyar qızı Məmmədovanın meyiti səhər saatlarında yaşadığı evin həyətindəki talvardan asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.
XİN qarayaxma kampaniyasına görə DTX-ya müraciət etdi“Öncə vurğulamaq istərdim ki, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olaraq, şəxsi məsələləri şərh etmirəm və bu barədə əvvəl də bildirmişəm”.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva son vaxtlar xarici işlər naziri Elmar Məmmədyarov barəsində sosial şəbəkələrdə aparılan "qara piar" barədə danışarkən bildirib.

XİN rəsmisinin sözlərinə görə, son günlərdə Xarici İşlər Nazirliyinə qarşı bilərəkdən yalan və böhtan kampaniyasının aparıldığı müşahidə edirlər:

“Bu qarayaxma kampaniyasının araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə tərəfimizdən Dövlət Təhlükəsizliyi Xidmətinə rəsmi müraciət edilib. Vətəndaşın şərəf və ləyaqəti ölkəmizdə Konstitusiya və digər qanunvericilik aktları ilə qorunur. Heç bir halda ifadə azadlığı vətəndaşın şərəf və ləyaqətini ləkələmək hüququ vermir. Şəxsi həyata müdaxilə edərək, təhqir və böhtan xarakterli məlumatları yayanlar məsuliyyətə cəlb olunmalıdırlar.

Xarici İşlər Nazirliyinin həyata keçirdiyi vəzifələr strateji əhəmiyyətlidir və bilərəkdən bu mühüm dövlət orqanı barədə yalan və qərəzli məlumatların dövriyyəyə buraxılması dövlətin milli maraqlarını ciddi təhdid etməklə yanaşı, müstəqil respublikamızın beynəlxalq nüfuzuna da xələl gətirir.

Bu səbəblərdən qarayaxma kampaniyasının araşdırılmasını və Azərbaycan qanunvericiliynə uyğun olaraq müvafiq tədbirlərin görülməsini zəruri hesab edirik".
İTV-nin əməkdaşları Bərdədə aptekdə girov SAXLANILDIİctimai televiziyanın əməkdaşları Bərdədə aptek sahibi tərəfndən təzyiqə məruz qalıblar. Bərdədə apteklərdə tibbi maskanın satış qiymətləri haqqında süjet hazırlamaq istəyən çəkiliş qrupu təzyiqlə üzləşib.

Modern.az-ın məlumatına görə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin böyük redaktoru Şöhrət Eyvazovun sorğu keçirdiyini görən aptek sahibi İsak Cəfərov media nümayəndələrinə hücum edərək kameranı sındırmağa və çəkilişi sildirməyə çalışıb. Maskanı istədiyi qiymətə sata biləcəyini iddia edən İsak Cəfərov Şöhrət Eyvazov və operator Vüsal Quliyevə fiziki zor tətbiq etməyə çalışıb və onları aptekdən çıxmağa qoymayacağını bildirib.

Şöhrət Eyvazovun Daxili İşlər Nazirliyinin qaynar xəttinə - 102 xidmətinə zəngindən sonra Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aptek sahibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 maddəsinə əsasən “xuliqanlıq” maddəsiylə saxlanılıb.

Araşdırma davam edir.
Bu kənddə 9 nəfər koronaya yoluxdu: iki qardaş öldüİsmayıllı rayonunun Quşencə kəndində 9 nəfər koronavirusa yoluxub. Onlardan 8-i Ağdaş rayon Mərkəzi Xəstəxanasında, 1 nəfər isə Qobustan xəstəxanasında müalicə alır.

Avrasiya.net Azvision.az-a istinadən xəbər verir ki, bu barədə Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev məlumat verib. Onun sözlərinə görə, bu yaxınlarda koronavirusdan ölən şəxs dəfn edilib:

"İki qardaş vəfat edib. Onlar Bakıda yaşayıblar, əslən bizim kənddəndirlər. Valideynlərinin dediyinə görə, qardaşlardan biri koronavirusdan vəfat edib, digəri ağciyər xəstəsi olub. Vərəm dispanserində müalicə alırdı. Ölən şəxslərdən birinin 50 yaşı, digərinin isə 46 yaşı olub. Bir nəfər isə evində infarkt keçirib, xəstəxanaya aparıblar, amma həyatını xilas etmək mümkün olmayıb”.

Y.Şirəliyev qeyd edib ki, kənd hazırda həm həkimlər, həm də polislər tərəfindən nəzarət altındadır.

"Kənd əhalisinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Rayon rəhbərliyi tərəfindən ciddi nəzarət olunur. Obyektlər tez-tez dezinfeksiya edilir".

Yerli sakinlər isə bildirirlər ki, hər iki qardaş koronavirusdan vəfat edib.
Daha iki jurnalist virusa yoluxdu? - Açıqlama“İki Sahil” qəzetinin əməkdaşı Xuraman Məmmədovanın və onun həyat yoldaşı - “Xalq qəzeti”nin sabiq əməkdaşı Afət Sadiqoğlunun koronavirusa yoluxması yalan məlumatdır.

Bu barədə Axar.az-a “İki Sahil” qəzetinin redaksiyasından məlumat verilib. Bildirilib ki, koronavirusa yoluxduğu iddia edilən Xuraman Məmmədova hazırda iş başındadır.

Qeyd edək ki, Jurnalistlərin binasında yaşayan “Xalq qəzeti”nin sabiq əməkdaşı, hazırda təqaüddə olan Afət Sadiqoğlu və “İki Sahil” qəzetində çalışan həyat yoldaşında koronavirus aşkarlanması barədə məlumat yayılıb.
Vəzifəli şəxslərin 2 milyonluq korrupsiya cinayəti İFŞA EDİLDİƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağdaş rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin (ƏSMM) bir qrup vəzifəli şəxslərinin cinayət əməllərinə görə 6 may 2013-cü il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Bu barədə Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

Qeyd edilib ki, aparılmış istintaqla Ağdaş rayon ƏSMM-nin sabiq direktoru Vahid Seyfəlov, mühasibat uçotu sektorunun sabiq müdiri Müşviq Baxışov, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Ağdaş rayon poçt filialının sabiq şöbə rəisləri Adil Həsənov və Əslan Lətifovla qabaqcadan əlbir olaraq, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhər inzibati ərazi dairəsi üzrə sabiq nümayəndəsi Müstəqim Məmmədov və rayon peşə məktəbinin sabiq baş mühasibi Yaşar Həsənov tərəfindən hazırlanmış yaşayış yeri və təhsil haqqında saxta arayışlar əsasında 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə sosial müdafiə mərkəzinin səlahiyyət dairəsində yaşamayan, uydurulmuş, eləcə də yaşayan şəxslərin adından özlərinin məlumatı olmadan sosial müavinətin təyin edilməsi haqqında saxta müraciət ərizələri və qərarlar, ödəniş tapşırıqları və şəxsi hesab kartları hazırlamaqla müxtəlif növlərdə saxta sosial müavinət işləri açaraq həmin müavinət işləri üzrə pul vəsaitlərini mənimsəmələri faktları müyyən edilib.

“Həmin vəzifəli şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən təqsirləndirilən şəxslərin barəsində müvafiq ittiham hökmləri çıxarılıb”.

“Qeyd edilən cinayətlərin törədilməsi zamanı həmin vəzifəli şəxslərlə qabaqcadan əlbir olaraq birgə icraçı kimi çıxış etmiş digər vəzifəli şəxsin istintaq zamanı müəyyən edilməməsi səbəbindən həmin cinayət işinin materiallarından 23 may 2017-ci il tarixdə yeni cinayət işi ayrıca icraata ayrılmış və iş üzrə icraat 20 may 2020-ci il tarixdə təzələnib.

İstintaqla həmin mərkəzdə ünvanlı sosial yardım və sosial müavinətlər sektorunda məsləhətçi işləmiş Mahuzər Musayevanın yuxarıda adları qeyd edilən şəxslərlə birgə, eyni cinayət əməllərini törətməsi nəticəsində 1 yanvar 2006-cı il tarixdən 10 iyun 2007-ci il tarixədək olan müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxtakarlığa yol verib cinayət yolu ilə əldə etdikləri 1 milyon 930 min manat məbləğində pul vəsaitini cinayətkar qrupun üzvləri arasında bölməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Həmin əməllərə görə Mahuzər Musayeva Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunub. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir”,-deyə rəsmi məlumatda bildirilib.