Sizin Reklam Burada

Azərbaycan diplomatiyasının arxasında çox böyük güc var

Azərbaycan diplomatiyasının arxasında çox böyük güc varBiz Qarabağ uğrunda mübarizənin demək olar ki, artıq son mərhələsinə daxil olmuşuq. Prezident İlham Əliyevin Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı rayonun bir qrup idmançısı qarşısında bu yöndə bəyanatı da təsadüfi deyil. Dövlət başçısı bundan əvvəl məcburi köçkünlərlə görüşündə etdiyi çıxışında da anoloji məzmunda bəyanat verib.

Dağlıq Qarabağ münaqişəsi 30 ilə yaxındır ki davam edir, amma sülh danışıqlarında konkret bir nəticə yoxdur.

Prezident İlham Əliyev Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı 1918-ci ildə baş verən hadisələrə bir daha münasibət bildirərək, irsimizə sahib çıxmağın və tarixdən ibrət dərsi götürməyin zəruriliyini qeyd etmişdir.

Ermənistanın hazırkı ərazisi bütövlükdə Qərbi Azərbaycan torpaqlarıdır. Qədim Azərbaycan torpaqlarında qondarma Ermənistan dövlətini yaratmış ermənilər indi də işğal etdikləri Qarabağ və ətraf rayonlarda ikinci dövlət yaratmaq istəyirlər. Təbii ki, biz Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik. Çünki ermənilər artıq bir dəfə torpaqlarımızda öz dövlətlərini yaradıblar, daha doğrusu, bu dövləti onlar üçün yaradıblar.
Bu gün dövlətlərarası münasibətləri tənzimləyən beynəlxalq hüquq tam gücü ilə işləyə bilmir. Bu baxımdan Azərbaycan hücum diplomatiyasına və hərbi gücünün artırılmasına diqqət yetirir, bundan sonra da bu siyasət davam edəcək. Diplomatiya arxasında güc olduqda daha çox effekt verir. Şükürlər olsun ki, Azərbaycan diplomatiyasının arxasında çox böyük güc var, çox güclü orduya malikik. Ordumuz bundan sonra da güclənəcək. Ermənistan kimi qonşusu olan bizlərin zəif olmağa haqqı yoxdur.

Azərbaycan bu gün münaqişənin həlli yolunda əsasən iki istiqamətdə: diplomatiya və ordu quruculuğu istiqamətində çox böyük fəallıq göstərməkdədir. Bu fəaliyyətin nəticəsi olaraq dünya birliyi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə tanıyır və dəstəkliyir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açıq bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən bir addım belə geri çəkilməyəcək. Yəni, Azərbaycanın ərazi bütövlüyü məsələsində heç bir güzəşt olmayacaq.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər