Tərtər hadisələrində məşhur generalın adı niyə hallanır?

Tərtər hadisələrinin baş verdiyi dövrdə adı çəkilən hərbi hissə Bərdə korpusuna (1-ci Ordu Korpusu – red.) tabe olub və ona görə həmin proseslərdə korpusun komandiri kimi Hikmət Həsənovun adı hallanır.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Tərtər hadisələrində general-mayor Hikmət Həsənovun adının hallanmasının səbəbini izah edərkən bildirib.

Onun sözlərinə görə, hadisələrlə bağlı mövcud olan şahid ifadələrində də Hikmət Həsənovun adı tez-tez çəkilir:

“Şahidlər ifadələrində Hikmət Həsənovu hadisələrin baş verdiyi ərazidə gördüklərini bildiriblər. Keçirilən məhkəmə iclaslarında da dəfələrlə Hikmət Həsənovun adına istinad olunub. Bu baxımdan məsələyə hüquq-mühafizə orqanları, xüsusilə Hərbi Prokurorluq və Baş Prokurorluq tərəfindən konkret və aydın hüquqi qiymət verilməlidir”.

Ekspertin fikrincə, Tərtər hadisələri ilə bağlı araşdırmalar hələ uzun illər davam edəcək:

“Artıq 19 nəfərə bəraət verilib və bu şəxslər barəsində ittiham aktlarını imzalayan prokurorlar, həmin ittihamları məhkəmədə müdafiə edən dövlət ittihamçıları və qərar çıxaran hakimlər hüquqi məsuliyyət daşımalıdırlar. Çünki həmin şəxslər illərlə həbsdə saxlanılıb, həm özləri, həm də ailə üzvləri ciddi çətinliklərlə üzləşiblər. Məhz bu səbəbdən Tərtər hadisələri cəmiyyət üçün hələ uzun müddət müzakirə mövzusu olaraq qalacaq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər