Sizin Reklam Burada

Müstəntiqi rüşvətə görə həbs edildi

Müstəntiqi rüşvətə görə həbs edildiDövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin müstəntiqi Nicat Acalov həbs edilib.

Avrasiya.net “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, külli miqdarda rüşvət almaqda təqsirli bilinir. İttihama görə, kapitan N.Acalov narkotik alverinə görə həbs olunmuş Faiq Məmmədovun ailəsindən onu azadlığa buraxdırmaq vədi ilə 25 min manat pul alıb.

Ötən il Faiq Məmmədovun anası Məhsəti Məmmədova mətbuata müraciət edərək adıçəkilən müstəntiqin onlardan rüşvət aldığını bildirmişdi. Belə ki, Faiq Məmmədov tutulandan sonra istintaq Nicat Acalova tapşırılıb. Müstəntiq istintaq dövründə F.Məmmədovun ailə üzvləri ilə görüşərək vəd verib ki, bir neçə gün sonra onu həbsdən buraxdıracaq. Ailənin iddiasına görə, Acalov pulun bir hissəsini hətta DSX binasının həyətində alıb.

Aparılan araşdırmalardan sonra müstəntiq barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi (külli miqdarda rüşvət alma) ilə cinayət işi başlanıb. Barəsində həbs qətimkan tədbiri seçilib. İş materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, həmin şikayət dərc olunan zaman Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti F.Məmmədovun ailəsinin müraciəti üzrə xüsusatların təsdiqini tapmadığını, iddiaların həqiqəti əks etdirmədiyini bildirmişdi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər