Sizin Reklam Burada

Fuad Muradov saxlanıldı

Fuad Muradov saxlanıldı“Fədailər” hərəkatının rəhbəri Fuad Muradov saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov məlumat verib.

“Uzun müddətdir ki, sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edib əxlaqsızlıqda bütün əndazələri aşan saxta "fədai" Fuad Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyarda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət etmişdim. Bu gün ərizə ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir. Ona görə də mənə F.Muradovun qanunsuzluqları ilə bağlı müraciət edən şəxslərdən xahiş edirəm ki, həmin idarəyə müraciət edib sübutlarını təqdim etsinlər” – A.İsmayılov qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hüquqşünas Aslan İsmayılovun müraciəti əsasında Fuad Muradov polisə dəvət olunub: “Onun izahatı alınıb və sərbəst buraxılıb. Hazırda həmin müraciət əsasında araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, özünü “fədai” kimi təqdim edən F.Muradov "Qazaxlı Alik" kimi tanınan Alik Muradovun oğludur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər