Sizin Reklam Burada

Səfirlik ikitərəfli əlaqələrin dərinləşməsi məqsədilə yeni imkanlar araşdırır

Səfirlik ikitərəfli əlaqələrin dərinləşməsi məqsədilə yeni imkanlar araşdırırBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Bakıdakı səfirliyi davamlı olaraq BƏƏ və Azərbaycan arasındakı ikitərəfli əlaqələrin dərinləşməsi məqsədilə yeni imkanlar araşdırır. Bu baxımdan, təhsil və bilik sahəsində əməkdaşlıq bu məqsədə töhfə verə bilər.

Bunu Avrasiya.net-ə açıqlamasında BƏƏ səfirliyinin müvəqqəti işlər vəkili Abdalla AlShamsi bildirib.

Diplomat qeyd edib ki, BƏƏ həm dövlət, həm də özəl sektorda iqtisadiyyatı idarə edib irəliyə aparmaq etmək üçün gələcək nəsilləri lazımi texniki və praktiki bacarıqlarla təmin etməyi hədəfləyən 2030-cu il Ali Təhsil üçün Milli Strategiya hazırlayıb. Strategiya, həmçinin, bilik, iqtisadiyyat, sahibkarlıq və BƏƏ-nin əmək bazarının ümumi inkişafı kimi həyati vacib sahələrdə davamlı inkişaf naminə BƏƏ mütəxəssislər nəslini yetişdirməyi hədəfləyir.

BƏƏ bərpaolunan enerji, nəqliyyat, təhsil, səhiyyə, texnologiya, su və kosmosa yönəlik Milli İnnovasiya Strategiyasını da hazırlayıb.

Qabaqcıl İnnovasiya Milli Strategiyası araşdırma, gələcəyə yönəlik bacarıqlar, səhiyyənin keyfiyyəti, yaşayış və həyat, yaşıl enerji, nəqliyyat, bəşəriyyətə xidmət edəcək texnologiyadan istifadəyə yönəlikdir.

Diplomat onu da bildirib ki, Azərbaycandan olan tələbələr, müxtəlif təhsil və mədəni təcrübələri qazandıran bir sıra mövcud mübadilə proqramlarına müraciət edə bilərlər: “BƏƏ-dəki bir çox universitetlər, BƏƏ hökuməti ilə digər ölkələr arasında qarşılıqlı müqavilələrə əsasən xaricdən gələn tələbələr üçün təqaüd təklif edir. Digər təqaüdlər üçün tələbələr, müəyyən meyarlara və tələblərə əsaslanan mövcud akademik və idman təqaüd proqramları üçün müvafiq universitetlə əlaqə saxlaya bilərlər. BƏƏ-də Əbu Dabi Universiteti, Xəlifə Elm, Texnologiya və Tədqiqat Universiteti, Birləşmiş Ərəb Əmirlikləri Universiteti, Zayed Universiteti kimi yerli nüfuzlu universitetlərlə yanaşı, Əbu Dabidə yerləşən Paris Sorbonne Universiteti, Nyu York Universiteti, INSEAD - Dünya üçün Biznes Məktəbi kimi dünyanın ən yaxşı universitetlərinin filialları da var”.

O da vurğulanıb ki, Dubayda bilik parkı yaradılıb. Park Regiounun ən görkəmli təlim mərkəzi, etibarlı biznes tərəfdaşı və peşəkar inkişaf üçün mükəmməl bir mərkəzdir. Dubay Bilik Parkının inteqrasiya olunmuş infrastrukturu və dəstəkləyici mühiti, onu Regionun ən çox axtarılan mərkəzinə çevirib: “Beləliklə, Dubay həm də istedad inkişaf mərkəzidir. Bu ərazidə sərgilər, seminarlar, şəbəkə tədbirləri (networking), konfranslar və daha bir sıra tədbirlər təşkil edilə bilər. BƏƏ və Azərbaycanı biri-birinə bənzər edən mütərəqqi, təhlükəsiz, əlverişli yerləşmə mövqeyi və futuristik baxışa sahib olmaq kimi spesifik amillərin olduğunu nəzərə alsaq, bilik parkı təcrübəsinin mübadiləsi, tələbə / tədqiqatçı mübadiləsi imkanları və prioritet sahələr üzrə qarşılıqlı təlim proqramları əməkdaşlıq üçün yaxşı bir zəmin ola bilər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər