Sizin Reklam Burada

Hacı İbrahim Nehrəmli yenə məhkəməyə verildi

Hacı İbrahim Nehrəmli yenə məhkəməyə verildiDiasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı, iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus Avesta Konserni MMC məhkəməyə verilib.

Avrasiya.net Hit.az-a istinadən xəbər verir ki, iddiaçı Azərbaycan Beynəlxalq Bankıdır. Məhkəmə çəkişməsinin səbəbi kredit üzrə mübahisələrdir. İddia artıq icraata götürülüb. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın sədrliyi ilə baxılacaq.

Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta Konserni” MMC tikinti şirkətidir. Şirkət “Xəzər adaları” layihəsinin sayəsində populyarlıq qazanmışdı. Bu layihənin müəllifi də Hacı İbrahim Nehrəmli idi. Lakin iş adamı layihəni başa çatdıra bilmədi. Bunun əsas səbəblərindən biri 2015-ci ildə ABB-dəki “kredit qalmaqalı” idi.

Həmin vaxt məlum olmuşdu ki, Hacı İbrahim Nehrəmli “Xəzər adaları” layihəsi üçün bankdan 850 milyon manat kredit götürüb. Odövrkü məzənnə ilə bu, 1 milyard dollardan artıq edirdi. Lakin iş adamı borcunun 450 milyon manat olduğunu iddia edirdi. O, krediti ödəmədiyinə görə 2015-ci il mayın 13-də Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanmışdı. Hacı İbrahim bank qarşısındakı öhdəliklərini yerinə yetirməyi vəd edəndən sonra mayın 27-də sərbəst buraxılmışdı.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər