Sizin Reklam Burada

Millət vəkili məzunları "Son zəng" günü münasibəti ilə təbrik edib

Millət vəkili məzunları "Son zəng" günü münasibəti ilə təbrik edibMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri sədri Sadiq Qurbanov məzunları təbrik edib.

Əziz Məzunlar!

Bu gün sizin və valideyinlərinizin həyatında ən gözəl və önəmli günlərdən biridir. Siz bir mahnının sözlərində deyildiyi kimi ömrünüzün ən şirin, duyğulu, qayğısız günlərini, hər anı bir ömrə bərabər, sehirli günlərini, məktəb illərini bitirib azad-müstəqil həyat yollarına qədəm qoyursunuz.

Hər birimizin həyatında məktəb elə bir yerdir ki, burada olduğumuz mühit, psixoloji abu-hava bizim həyat yolumuza, mənəvi dəyərlərimizə, əqidə və vətəndaşlıq hisslərimizə birbaşa təsir edir.

Siz bu gün həyatınızda yeni səhifə açırsınız. Müstəqil həyata atılan, dövlətimizin gələcəyinin formalaşmasında xüsusi əhəmiyyəti olan gənclər olaraq, həyatınızın bu yeni səhifəsində hər birinizə müstəqil Azərbaycanın layiqli vətəndaşı olmağı, öz bilik və zəhmətiniz sayəsində nailiyyətlərinizi daha da artırmağınızı arzu edirəm. Siz çox xoşbəxtsiniz ki, dünyanın güclü dövlətləri arasında özünəməxsus yeri olan müstəqil bir dövlətin övladlarısınız.

Möhtərəm prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı mükəmməl siyasətin nəticəsidir ki, ölkəmizdə yaşayan, təhsil alan hər bir uşaq hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşır. Məhz bu siyasətin nəticəsidir ki, müstəqillik dövrünün uşaqları torpaqlarımızı 30 illik erməni işğalından cəmi 44 günə azad etdi.

Biz əminik ki, siz öz biliyiniz, təhsiliniz və milli ruhunuz sayəsində ölkəmizin inkafında səmərəli töhfələr verəcəksiniz. Biz sizə və sizinlə qurulan gələcəyə inanırıq. Elmimiz, təhsilimiz, səhiyyəmiz, idmanımız bir sözlə gələcəyimiz sizi böyük ümidlə gözləyir....

Mən sizin hamınızı bir daha "Son zəng" günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, arzularınızın həyata keçməsini arzulayıram.

Tanrı yolunuzu hər zaman açıq etsin!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər