Sizin Reklam Burada

"Koronavirusla mübarizədə “Azərbaycan modeli” artıq bir çox ölkələr üçün nümunə olub"

"Koronavirusla mübarizədə “Azərbaycan modeli” artıq bir çox ölkələr üçün nümunə olub"Azərbaycan koronavirusun ölkəmizdə, o cümlədən xaricdə geniş yayılmaması üçün milli və beynəlmiləl həmrəylik nümayiş etdirdi.

Bunu "Xalq Cəbhəsi"nə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu virusa qarşı mübarizədə dövlət bütün lazımı önləyici tədbirləri gördü, eyni zamanda iqtisadi vəziyyəti ayaqda saxlamaq üçün əhaliyə sosial yardım paketləri verildi: "Məqsəd isə insanların maksimum şəkildə sağlamlığını qorumaq və sosial rifahı yaxşılaşdırmaq idi. Belə bir məqamda isə insanların üzərinə düşən əsas məsuliyyət karantin rejiminin tələblərinə riayət etmək idi".

F.Hüseynzadə onu da qeyd edib ki, pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək məqsədə nail olub və ən əsası isə ölkə başısı səviyyəsində vəziyyət diqqət və nəzarətdə saxlanılıb: "Koronavirusla mübarizədə “Azərbaycan modeli” artıq bir çox ölkələr üçün nümunə olub. Azərbaycan dövlətinin pandemiya ilə mübarizə sahəsində həyata keçirdiyi effektiv siyasət karantin rejiminin tədricən yumşaldılmasında özünü büruzə veririr. İl ərzində Azərbaycanda karantin rejimi vəziyyətə uyğun tənzimlənib. Prezident İlham Əliyev öz nitqlərində dəfələrlə bütün ölkələrin dərman, vaksin və tibbi avadanlığa münasib, maneəsiz və bərabər çıxışının əhəmiyyətini vurğulayıb. Çox müsbət haldır ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Hazırda Azərbaycanda vaksinasiya prosesi uğurla həyata keçirilir. Əhali hökumətin pandemiya ilə bağlı siyasətini dəstəkləyərək qaydalı və könüllü şəkildə peyvənd olur. Yoluxma sayındakı bugünkü azalma, həm də insanların görülən tədbirlərin zəruriliyini anlamasından irəli gəlir. Bütün bunlar həm də vətəndaşların dövlətə etibar və inamının bariz nümunəsidir".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər