Sizin Reklam Burada

Zeynəb Dilbazi departament rəhbəri təyin olunub

Zeynəb Dilbazi departament rəhbəri təyin olunub“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin İdarə Heyəti yeni struktur bölməsi – “Sosial inteqrasiya” Departamenti yaradılıb.

Ölkədə vətəndaş cəmiyyətinin ayrılmaz tərkib hissəsi kimi dövlətin sosial siyasətinin həyata keçirilməsində fəal iştirak edən qeyri-hökumət təşkilatlarının (QHT) daxili strukturlaşması, onların tərkibində yaradılan bölmələr arasında iş bölgüsü və koordinasiyanın təmin edilməsi bu qurumların məqsədyönlü fəaliyyətinin təşkilində mühüm əhəmiyyət kəsb edir. Əsas fəaliyyət istiqaməti uşaq hüquqlarının təmin edilməsi olan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin İdarə Heyəti yeni struktur bölmənin – “Sosial inteqrasiya” Departamentinin yaradılması barədə qərar qəbul etmişdir. Departamentin rəhbər vəzifəsinə ictimai fəal Zeynəb Dilbazi təyin olunub.

Yeni bölmə İictimai Birliyin bir müddət əvvəl formalaşmış və fəaliyyəti ölkənin əsasən cənub bölgəsini əhatə edən “Davamlı inkişaf” Departamenti ilə birgə təşkilatın qarşısında duran vəzifələrin daha operativ və məzmunlu şəkildə yerinə yetirilməsini təmin etmək niyyəti ilə yaradılmışdır. “Sosial inteqrasiya” Departamentinin yaradılmasında əsas məqsəd həssas qrupa aid olan uşaqlara – anadangəlmə və ya qazanılmış fiziki qüsurlu, əlil və xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlara, valideyn himayəsindən məhrum olmuş azyaşlılara, şəhid və qazi ailələrinin, eləcə də aztəminatlı ailələrin övladlarına maddi və mənəvi dəstək, tibbi və hüquqi yardım göstərməklə onların cəmiyyətə sosial baxımdan tam və bərabərhüquqlu üzv kimi inteqrasiyasına köməklik göstərməkdən ibarətdir.

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi milli-mənəvi dəyərlərimizə həssaslıqla yanaşan, qayğıkeşlik və xeyirxahlıq kimi insani keyfiyyətləri uca tutan, gələcəyimiz olan uşaqların həssas qrupunun taleyinə biganə qalmayan, onların sosiallaşması və cəmiyyətə inteqrasiyasına öz töhfəsini vermək istəyən hər bir kəslə əməkdaşlığa hazırdır. Biz uşaqlarımızın sağlam və parlaq gələcəyinin təmin olunmasında maraqlı olan fiziki və hüquqi şəxsləri “Sosial inteqrasiya” Departamentinin layihələrində fəal iştiraka dəvət edirik.

Könül Quliyeva,
“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər