Sizin Reklam Burada

Boşanmış ər-arvad feysbukda saxta profillərlə yenidən tanış oldu

Boşanmış ər-arvad feysbukda saxta profillərlə yenidən tanış olduFeysbuk sosial şəbəkəsindəki “Huquqşünaslar” qrupunda maraqlı hadisə qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə tanınmış vəkil Aqil Layic feysbukda məlumat paylaşıb.

O qeyd edib ki, boşanmış ər və arvad “Huquqşünaslar” qrupunda saxta adlarla vəkillərdən məsləhət alıb, bu əsnada həmin profillərlə tanış olub, bir-birinə nömrə verib və nəticədə yenidən dava ediblər:

“Ər-arvad boşanmışdılar. Hər ikisi də feyk profillərlə qrupda gecə-gündüz hüquqi suallar yazırdılar və məsləhət alırdılar. Amma bir-birini tanımırlar. Yenidən feyk profillə tanış olurlar və adlarını hər ikisi səhv deyir. Xanım keçmiş ərinin narkoman olduğunu, oğlan isə keçmiş arvadının əxlaqsız olduğunu qeyd edir. Münasibətlər irəliləyir və istiləşir. Hər ikisi mələk kimi davranır. Nəticədə bir-birinə nömrə verdikdə bəlli olur ki, bunlar elə söydükləri keçmiş ər-arvad özləri imiş. Söhbət böyüyür və bir-birinin nəsli haqqında yenidən tanışlıq ərəfəsində işlətdikəri pis sözlərə görə real dava düşür”.

“Hər ikisi mənə şikayət edib, digərinin qrupdan çıxarılmasını xahiş etmişdi, hər ikisi də iddia edirdi ki, o, qrupa layiq deyil”, - vəkil bildirib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər