Nazir Aqil Abbasın oğluna yeni vəzifə verdi
Dərc olunub:
20-04-2021, 10:10
Polis polkovnik-leytenantı Tuncay Abbasov Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin rəisi vəzifəsindən azad edilib.
Avrasiya.net Unikal.org-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə o, Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, T.Abbasov deputat Aqil Abbasın oğludur.